Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Среда, 17 Февраль 2021 12:21

AMERİKA DEMƏKDƏN BEZİB, BU DƏFƏ RUHANİ DƏ DEDİ

Автор
AMERİKA DEMƏKDƏN BEZİB, BU DƏFƏ RUHANİ DƏ DEDİ Foto:google

Vidadi Mustafayev

İrandə özünü mötədil və tədbirli adlandıran H.Ruhani prezident seçiləndən bəri mötədillər və islahatçılara qarşı davam edən mübarizə ABŞ-ın keçmiş prezidenti D.Tramp İranın Nüvə proqramı ilə bağlı sazişdən ((2015) 2016-dan qüvvəyə minirdi) birtərəfli qaydada çıxaraq(2018) İrana qarşı bütün sanksiyaları bərpa edib daha da sərtləşdirdikdən sonra üsulgəra adlandırılan mühafizəkarlar cəbhəsi bütün qəzəblərini islahatçılara və prezident H.Ruhaniyə qarşı yönəltdilər.Onlar deyirdilər ki, axı biz lap başdan Böyük Şeytanla sazişə qarşı idik.

Nə oldu.Təbii ki 2018-ci ilin yayından İranın iqtisadi və onun təzahürü olan insanların sosial vəziyyəti son dərəcə ağırlaşdı.Vəziyyət pisləşdikcə Ruhaniyə qarşı tənqid, təzyiqlər də artır, genişlənir və yeni formalar kəsb edirdi.Bunlardan bir hökumət üzvlərini tribunalardan, məclisdə, məsciddə, R\Tv-də və s. təhqir etmək idi.İş o yerə çatmışdı ki, Rəhbər vətəndaşları ədəbli olmağa, təhqirə yol berməməyə çağırmalı olmuşdu.Lakin kimdi bu çağırışlara məhəl qoyan.

Bundan bir həftə keçməmiş 22 bəhmən(bu il 10 fevrala təsadüf etmişdi(adətən 11 fevral) inqilabın qələbəsinin ildönümü, yəni İranın əsas milli bayramı günü İsfahanda bir dəstə motosikletçi(piyada nümayişlərə məlum koronavirus səbəbindən icazə verilməmişdi) mərasimdə televiziya vasitəsi ilə canlı çıxış edən prezidenti təhqir etmişdilər.

Həmin gündən hökumətyönümlü saytlar prezidentin təhqir edilməsi ilə bağlı çoxsaylı yazılar yerləşdirir, həmin hadisəni müxtəlif prizmalardan, o cümlədən ölkə və siyasi sistemin gələcəyi baxımından dəyərləndirməyə çalışır, günahkarlar yəni bilavasitə icraçılar və onların arxasında duran qüvvələrin cəzalandırılmasını tələb edirlər.

 

Çoxsaylı yazılarda konkret olaraq prezidentə qarşı nə deyildiyi dəqiq ifadə edilməsə də, bir dəfə deyəsən MƏRG bər Ruhani (Ruhaniyə ölüm) şüarı verildiyi qeyd edilir.Həmin məsələni islahatçılar gündəmdə saxlamağa çalışsalar da, daim mühafizəkarların əlində olan Məhkəmə hakimiyyəti, xüsusən də son seçkidə Ruhaniyə uduzaraq, Məhkəmə hakimiyyətinin başçısı təyin edilmiş(İranda Məhkəmə hakimiyyəti ayrıca hakimiyyət qolu kimi ayrıca başçı ilə təmsil olunur və digər ölkələrdəki kimi sistemdə Ali Məhkəmənin sədri və Baş prokuror vəzifələri də var) İ.Rəisi korrupsiyaya qarşı geniş mübarizəyə başlamış və nəticəsi də daim elan olunurdu.Təbii ki, İran kimi ölkələrdə korrupsiya geniş yayılmış hadisədir.Məhkəmə hakimiyyətinin korrupsiyaya qarşı mübarizədə ittiham etdiyi, həbs etdiyi və s. şəxslərin çoxu icra hakimiyyətindən idilər.

Mühafizəkarlar islahatçılara qarşı geniş mübarizə nəticəsində axırıncı parlament seçkilərində(2020), demək olar ki, parlamenti öz inhisarına almış, indi növbə prezident seçkilərinindir.Bu il yayda prezident sekiləri keçiriləcək və ona görə islahatçı və mötədil qüvvələrin başçısı prezident Ruhaniyə qarşı yönəlmiş fəaliyyət bütövlükdə islaharçıları prezidentliyə namizədinə heç bir şans verməməyə yönəlib.Prezidentə, ABŞ kimi MƏRG bər..deməklə, hər ikisi eyniləşdirilir və islahatçıların İranda yeni nəsil qərbzədegilər(qərbə vurğun olanlar) olduğu vurğulanır.Ona görə bu dəfə Milli Bayram günü şüarlarda yenilik edərək Amerika ilə bərabər Ruhaniyə də ölüm arzu etdilər.

 
 
Прочитано 86 раз

последние новости