Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Среда, 17 Февраль 2021 12:19

IRANIN SÖZ ADAMLARI BAKIYA GƏLİB, İŞ ADAMLARI İSƏ İRƏVANA GEDİBLƏR

Автор

Vidadi Mustafayev

Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlardan göründüyü kimi, İrandan bir dəstə deputat bu gün( 16.02.2021)Azərbaycana 2 günlük səfərə gəlibdir.Deputat qrupuna İran İslami Şura məclisinin MİLLİ TƏHLÜKƏSİZLİK və Xarici siyasət Komissiyasının sədri başçılıq edir.Deməli, bunlar burada daha çox təhlükəsizlik məsələlərindən danışacaqlar.Doğrudur, proqramlarında işğaldan azad edilmiş bölgələrə və Naxçıvana səfər də qeyd edilib.
 
Bu gün İran agentliklərinin verdiyi məlumata görə İrəvana 40 elmtutumlu şirkətin 40 təmsilçisi 4 günlük səfərə gedib.Bunlar 4 gün ərzində İrəvanda nə işlə məşğul olacaqlar məlum deyil.Qeyd edirlər ki,guya İrəvanın müvafiq şirkətlərinin başçıları ilə üzbəüz görüşlər keçirəcəklər.Məqsəd İran şirkətlərinin istehsal etdiyi məhsulların satış bazarını genişləndirməkdir.Deyə bilərlər ki, Ermənustan bazarı bir- ikiİran şirkətini bazarla güclə təmin edə bilər, qalan 38 şirkət bazarı necə genişləndirəcək.
 
Məlum olur ki, İran üçün Ermənistan özü yox,onun üzv olduğu Avrasya iqtisadi təşkilatı daha vacibdir. İran xeyli vaxtdır ki,həmin təşkilata üzv olmağa çalışır.İran Ermənistanla sıx iqtisadi əlaqələr quraraq yəqin ki, üzvlük məsələsində onun təsirli dəstəyinu qazanmaq istəyir.Deməli, hələlik İran şirkətləri Ermənistanda fəaliyyət göstərərək öz mallarını Ermənistan məhsulu kimi də Avrasiya bazarına çıxarmağa cəhd edir.Təbii ki, həmin şirkətlərin konkret hansı sahədə fəaliyyət göstərdiyi məlum olmadığından digər,gizli planlar da ola bilər.Bunu isə zaman göstərər.
Прочитано 67 раз

последние новости