Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Gulnara

Gulnara

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Mauris hendrerit justo a massa dapibus a vehicula tellus suscipit. Maecenas non elementum diam.
Website URL: http://smartaddons.com
27.05.2019 08:56

Gülnara İnanc, kvant psixoloqu, ethnoglobus.az Beynəlxalq onlayn mərkəzinin direktoru, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Məqalə müəllifin çoxillik müşahidələri, araşdırmaları və analizi əsasında yazılıb.

Türk xalqlarının tarixi-taleyi ucsuz-bucaqsız çöllərdə yaranıb. Çöl adamının şüuru başqa çoğrafiyalarda yaşayanlardan fərqlənir. Bu “başqalıq” zamanı və məkanı müəyyənləşdirir. Bütün bu anlayışların öz bucağı və ölçüsü var.

Qazaxstan prezidenti “Sonsuz çölün 7 bucağı” məqaləsində qeyd etdiyi kimi bu, əllaməlik deyil. N.Nazarbayev məqalədə qazax millətinin simasında türk xalqlarının obrazını yaradır. Türk xalqları dövlətqurucu şüura sahibdir. Bu, həm öz dövlətini qurarkən, həm də başqa dövlətin tərkibində yaşayarkən aparıcı amildir. Burada təəccüb doğuran bir paradoks var: köçəri, dinamik insan həmişə sakitlik, tənasüb və sülh istəyir.

Bu səbəbdən də onun üçün ekstremal şəraitlərdə gərək olacaq bacarıqları inkişaf etdirmək və tələb olunan alətləri və əşyaları yaratmaq vacibdir.

«…Müasir dünyanın vacib bir hissəsi olan bir çox şeylər zamanında bizim coğrafiyada icad edilib. İnkişafları boyunca çöl adamları dünyaya bir çox texniki icadlar veriblər, hazırda dünyanın hər yerində istifadə edilən açılışların atası olublar.»1

Çöl adamı iradə və güclü ruh formalaşdıran vəhşi təbiətin kataklizmlərinə tab gətirməldir. Axı zəif olan çöldə canını saxlaya bilməz.

Onun çox güclü motivasiyası var-çətin şəraitdə canını saxlamaq. Bu, köçəriyə mənəviyyatını, şəxsiyyətini, ümidini və sevgisini inkişaf etdirmək üçün güclü təkan verir. Çöllü taleyinə boyun əymir, öz taleyini özü yaradır.

Qazax filosofu Abay Kunanbayev yazırdı: «Müdrik ol, mübarizədə ruhunu möhkəmləndir, çünki yalnız qabiliyyətsiz adam taleyinə boyun əyir».2.

Türk xalqları yeni mədəniyyətlərə tez qaynayıb-qarışırlar. Eyni zamanda unikal çöl özünəməxsusluğunu qoruyurlar.

Onların mədəniyyəti və dili qonşu xalqlarda öz izini buraxıb. Eyni zamanda türk xalqları yeni həyat şəraitinə asanlıqla uyğunlaşır, dirçəlir və yeni yerlərin həyatında iştirak edirlər. Dövlət quruculuğu çoxtərəfli bünövrəyə dayanır ki, onlardan biri də insanın tarixi və milli şüurudur .

Çöllülər eyni zamanda həm savaşa bilir, həm də barış şəraitində yaşamağa can atırlar. Əgər köçəri at belindədirsə ona çatmaq olmaz, əgər yurtadadırsa onu ordan çıxarmaq mümkün deyil. Bu, öz ölçüsünü, bucağını seçən, zaman və məkanını yaradan çöl adamının portretidir.

Çöllü yetərincə dinamik adamdır, çevik ağla sahibdir. O, sürətlə proseslərə və yeni coğrafiyaya reaksiya verməli , irəliyə getmək və geri şəkilmək üçün yollar axtarmalıdır. O, öz ocağını və yurtasını çox dəyərləndirir, səbəbsiz atını yəhərləmir. Köçəri sadə, azdanışan və müdrikdir.

Bu keyfiyyətlər qazax millətininin şüurunu, onun dövlətini möhkəmləndirmək səyini səciyyələndirir. Axı çöl adamı sürətlə yola çıxdığı kimi , eyni sürətlə ocağını-yurtasını qura bilər.

Sürətlilik və oturaq həyata tez adaptasiya kimi bu iki cəhətin birləşməsi dövlət quruculuğunun əsaslarındandır. Buna bir misal gətirək. Qazaxstan paytaxtının Alma-Atadan Astanaya köçürülməsi çöl adamının oturaq yerləri buraxıb yeni ocağa çevik adaptasiyasını nümayiş etdirən cəsarətli addım idi.

Türk insanını şərtləndirən vacib amillərdən biri də onun yad mədəniyyətlərə, yadlara dözümlü münasibətidir.Ekspertlərin fikrincə, bütün zamanlarda başqa toplumlarda təqiblərə məruz qalan yəhudilər və qaraçılar türklərin arasında rahat yaşayıblar. Tarixi taddaş dərindir . O, ictimai və şəxsiyyət şüurunda təzahür edir.

N.Nazarbayev məqaləsində tarixi şüurun müasirləşdirilməsinin vacibliyini vurğulayır : «…Bütün bu məsələlər ciddi dərketmə tələb edir. Onlar dünyagörüşümüzün, keçmişimizin, bu günümüzün və gələcəyimizin fundamental əsaslarına aiddir.» 3.

Çöl xalqının müasir lideri sürətli qərarlar verməyi, strateji addımlar atmağı bacarmalıdır, əks halda o, “döyüşçü” obrazını qoruyub saxlaya bilməz.

Türk xalqları üçün lider obrazı ilk növbədə dinamiklik, iradə, qərar vermək bacarığıdır. O, öz ulusunun nümunəsidir. Hamı ona ayaq uzadır.

Lider öz xalqını tarixi yaddaşın saldığı komfort zonasından çıxarmalıdır. Müasirləşdirmək stereotipləri dağıtmaq, yenisini yaratmaq, bəzən insanların şüuruna tanış olmayan şeyləri gətirməkdir.

Keçmişə söykənərək gələcək üçün bu günü yaratmaq. Yəni şüur bu günün reallıqları ilə yaşayaraq keçmişi saxlayır (tikilən evin bünövrəsi kimi) və onu gələcək üçün modernizasiya edir. Bununla yanaşı , lazımdırsa yenilənməyə və gələcəyi dəyişməyə mane olan keçmiş dağıdılır.

Gələcəyi qurmaq üçün eyni vaxtda bütün zaman ölçülərində mövcud olmaq lazımdır. Müasir fizikanın dili ilə desək 5-ci ölçüdə-kvant sahəsində. Burada zaman və məkan amili itir və Vahid İlahi rifah, barış, sükut sahəsi yaranır.

Çöldə olarkən zamanlar, məkan arasında əlaqəni, yaxud zaman və məkanın silinməsini asan hiss etmək olar. Çöl adamı həmişə müxtəlif ölçülərdə və bucaqlarda yaşayıb. O, özündə cəldlik, eyni zamanda astagəllik kodunu daşıyır. Çöl adamı , yaxud köçəri köç zamanı cəlddir, amma o, yurtasını qurdusa sükuta dalır. Bu, nə qədər bir birini təkzib etsə də, o, sükuta dalarkən çevik, cəldlikdə isə sukutdadır.

İstinadlar:

  1. http://www.akorda.kz/ru/events/akorda_news/press_conferences/statya-glavy-gosudarstva-sem-granei-velikoi-stepi
  2. https://eksmo.ru/interview/abay-kunanbaev-10-aforizmov-kazakhskogo-poeta-i-filosofa--ID3109636/
  3. Там же.
24.05.2019 18:49

Gülnara İnanc , "Etnoqlobus" Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru, ekspert

Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ Yaxın Şərqdə nüfuz dairəsi bölgüsünin bir hissəsi kimi İsaril-Fələstin münaqişəsinə dair siyasətinin dəqiq konturlarını cızdı.

D.Tramp yəhudi təşkilatları qarşısında vədlərinə sona qədər əməl etməyən sələflərindən (görünür onlar zəmin yaradırdılar) fərqli olaraq münaqişənin düyününü bir zərbə ilə doğramağa qərar verdi.

Ağ Evin yeni administrasiyasının bu istiqamətdə ilk addımlarından biri 2017-ci ilin dekabrında Qüdsü İsrailin paytaxtı elan etməsi oldu. Qeydedək ki, ABŞ Konqresi diplomatik missiyasının Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərarı hələ 1995-ci ildə vermişdi. "Jerusalem Embassy Act" adlanan bu qanunda Qüds İsrailin bölünməz şəhəri və paytaxtı kimi qəbul edilir.

Lakin Yaxın Şəqrdə situasiyanın gərginləşməsindən qaçmaq üçün prezidentlər Bill Klinton, Corc Buş (oğul) və Barak Obama bu qanunun icrasını ləngidir və yarım ildə bir Konqresə hesabat verirdilər.

2017-ci ilin iyununda Tramp da bu qanunun icrasını təxirə saldı, amma o, seçki kampaniyası zamanı dipmissiyanın köçürülməsi məsələsini nəzərdən keçirmək niyyəti olduğunu bildirmişdi.1.

Xatırladaq ki, BMT-nin yəhudi və ərəb dövlətinin yaradılması barədə rezolyusiyasının bəndlərindən biri Qüds və Vifleem üzərində beynəlxalq idarəçiliyin saxlanmasını nəzərdə tuturdu.

Lakin İsrail 1950-ci ilin yanvarında Qüdsü öz paytaxtı elan etdi və dövlət müəssisələrini şəhərin qərb hissəsinə köçürdü. 1980 ci ilin iyulun 30-da isə Qüdsü "vahid və bölünməz paytaxt elan etdi".

Trampın ikinci addımı Holan yüksəkliklərini İsrailin ərazisi elan etməsi oldu.

"ABŞ prezidenti İsrailin bu ərazilər üzərində suverenliyini qəbul etməsinin səbəbini isə belə izah etdi ki, Holan yüksəklikləri İsrail və bütün bölgə üçün vacib strateji əhəmiyyət daşıyır."2.

Trampın bu iki addımı İsrail-Fələstin münaqişəsinin həlli barədə Ağ Evin yüksək rütbəli şəxslərinin bəyan etdikləri ABŞ planınn tərkib hissəsidir.

Məsələn, 2018-ci ilin iyununda Trampın böyük məsləhətçisi Cared Kuşner bildirmişdi ki, prezident administrasiyasının fələstinlilərin hər hansı iştirakı olmadan hazırldığı İsrail-Fələstin münaqişəsinin həllinin sülh planı"demək olar ki, hazırdır". 3.

Planda İsrail və Fələstinin sərhədlərinin müəyyənləşməsi nəzərdə tutulur. Bunu Kuşnerin 2019-cu ilin fevralında verdiyi bəyanat təsdiqləyir: "Ağ Evin İsraildəki parlament seçkilərindən sonra elan olunacaq planı "dərin və düşünülmüşdür" və o, İsrailin sərhədlərinin müəyyənləşdirilməsi və mübahisəli ərazilərin statusu ilə bağlı problemlərin həllinə yönələcək ".4.

Yuxarıda da qeyd etdiyimiz kimi, münaqişənin həllinin tərkib hissəsi olan Qüdsün statusu və iki dövlətin sərhədlərinin müəyyəşdirilməsi məsələsində Fələstinin mövqeyi nəzərə alınmır. Fələstinin faktiki olaraq Qərb sahili və Qəzzə olaraq iki idarəçiliyə bölündüyünü nəzərə alsaq, kiminlə danışıqlar aparılcağı barədə heç bir qeyd yoxdur.

Məsələn, ABŞ prezidentinin Yaxın Şərq münaqişəsi üzrə xüsusi nümayndəsi Ceyson Qrinblattın sözlərinə görə, "plan İsrailin təhlükəsizlik ehtiyacları üzərində cəmlənəcək, amma eyni zamanda "fələstinlilər üçün də ədalətli olacaq". 5.

2018ci ilin iyinunda Kuşner Mahmud Abbası danışıqlar masası arxasına qayıtmağa çağırdı. Onun sözlərinə görə, əks halda ABŞ İsrail-Fələstin münaqişəsi barədə planı açıqlayacaq. 6.

Bu, Vaşinqtonun münaqişəni öz istədiyi kimi - istər fələstinlilərlə, istərsə onlarsız həll etmək niyyətini bir daha təsdiqləyir.

Kuşner deyib ki, Fələstin xalqı "şərəfli həyata layiqdir." Amma Ağ Ev Qəzza bölgəsi və Qərb sahilinin vahid hökuməti olmasının istəyir. "Fələstinlilər onların maraqlarını qoruyacaq hökumətləri olmasını istərdi ". 7.

Qeyd edək ki, Tramp da Holan yüksəkliklərinin İsrailə verilməsindən danışanda təhlükəsizlik məsələsini qeyd edirdi. Yəni söhbət İsrailin sərhədlərinin maksimal təhlükəsizlik baxımından müəəyyənləşdirilməsindən gedir. Bir sözlə, yeni plan bütün işğal olunmuş torpaqları və Holan yüksəkliklərini İsrailin ərazisi kimi təsbit etməlidir.

Holan təpələri ilə bağlı maraqlı bir məqamı qeyd etmək lazımdır.

Hələ 2015-ci ildə mətbuatda Holan təpələri ərazisində iri neft yataqlarının aşkarlanması barədə məlumat yayılmağa başladı.

«Biz Holan yüksəkliklərinin cənub hissəsində 350 m. qalınlığında neft layı aşkar etmişik. Orta hesabla bütün dünyada neft laylarının qalınlığı 20-30 metr olur. Bizdə isə bu layların qalınlığı 10 dəfə artıqdır. Odurki biz əhəmiyyətli həcmdə neftdən danışa bilərik»-,deyə İsrailin törəmə şirkəti Genie EnergyAfek Oil & Gas-un baş qeoloqu bildirib.8.

Bax, İsrailin ölkınin təhlükəsizliyi üçün işğal etdiyi Holan təpələrinni taleyi o zaman həlll olunmuşdu.

İsrail hökuməti 2013-cü ildə Genie şirkətinə mübahisəli Holan təpələrində kəşfiyyat aparmağa icazə vermişdi. Bununla eyni zamanda İsrail Holan yüksəkliklərini Suriyadan təcrid etmək üçün istehkamlar qurmağa başladı. 9.

Bu arada, Aralıq dənizində qaz hasilatı üçün hazırlıq işləri gedir. Aralıq dənizi hövzəsində qaz kəşfiyyatı 1990-cı illərin sonundan aparılır. Bu müddət ərzində İsraildə və Kipr sahillərində bir neçə böyük olmayam və nisbətən iri yataqlar aşkar olunub. 2004-cü ildə aşkarlanan 450 mlrd. kubmetr qaz ehtiyatlarına malik olan Leviafan iri yataqlardan biri kimi dəyərlndirilir.10.

Leviafan qaz yatağı İsrailllə Livanın dəniz sərhədləri yaxınlığında yerləşir. 2017-ci ilin aprel ayında İsrail Kipr, Yunanıstan və İtaliya ilə birgə təbii qazın Aralıq dənizi ilə daşınması barədə ilkin müqavilə imzalayıb. 11.

2018-ci ilin noyabrında İsrail, Kipr və Yunanıstan "Eastmed" qaz kəmərinin tikintisi ilə bağlı anlaşma imzalayıb.Qərbdə bu istiqamət Rusiya marşrutuna alternativ kımər kimi dəyərləndirilir.

İsrail hökuməti Kipr və Misirlə Aralıq dənizinin sərhədlərini demarkasiya edib. Hələ də İsrailin qaz yataqlarının şimal hissəsinə , o cümlədən Leviafana iddialı olan Livanla bu barədə anlaşma əldə olunmayıb. Beyrut əvvəlcə həmin əraziləri İsrailin tərkibində qəbul etmişdi. Hazırda isə Livan idialarını bərpa edib.

Bu, Ağ Evin Fələstin-İsrail münaqişəsinin həlli barədə yeni planında deyilən və İsrail üçün önəmli olan "sərhədlərin müəyyənləşdirilməsi və təhlükəsizlik" üçün daha bir vacib şərtdir.

Qeyd etmək lazımdır ki, Vaşinqton Fələstin-İsrail münaqişəsini strateji partnyoru İsrailin maraqlarını qorumaq şərtilə həll etməklə Yaxın Şərqdə yalnız geosiyasəti deyil, energetik situasiyanı da nəzarətə götürmək istəyir.

Bəs Fələstinin qeyd olunan plana reaksiyası necədir?

Ondan başlamaq lazımdır ki, Trampın gizli planına əsasən fələstinlilərə bir-biri ilə sərhədləri olmayan İordan çayının qərb sahili və Qəzzə olmaqla iki hissədən ibarət dövlət vəd edilir. Paytaxt kimi isə Qüds ətrafında yerləşən Abu-Dis yaşayış məntəqəsi təklif olunur.

Al Jazeera kanalının məlumatına görə, ABŞ səfirliyinin Qüdsə köçürülməsilə bağlı etirazlarda 10 minə yaxın fələstinli iştirak edib.

Reuters agetkiyi xəbər verir ki, bu etiraz aksiyaları zamanı Qəzzə bölgəsi ilə sərhəddə İsrail hərbçiləri tərəfindən 28 fələstinli öldürülüb. 450-si odlu silahdan olmaqla 900 nəfər yaralanıb.

HAMAS lideri İsmayıl Xaniya təşkilatın bütün üzvlərinə və hissələrinə strateji təhlükəsizliyi aradan qaldırmaq üçün verilə biləcək bütün təlimamat və əmrlərə hazır olmağı tapşırıb.

HAMAS-ın çağırışını Livan HİZBULLAH-ı da dəstəkləyib. Təşkilatın lideri Həsən Nasrallahın sözlərinə görə, üsyan   amerikan qərarına "ən sərt, ən böyük , ən vacib" cavab olmalıdır.12.

Əslində bu illər ərzində heç avazımayan münaqişənin yeni mərhələsi başlanıb.

FƏTH isə diplomatik mübarizə yolunu seçərək şikayətlə BMT-yə meraciət edib və Ərəb Ölkələri Liqasını Fələstini dəstəkləməyə çağırıb. FƏTH əvvəlcədən seçdiyi yolun uğursuzluğunu anlasa da , bu, Mahmud Abbasın rəhbərlik etdiyi təşkilatın siyasi obrazıdır.

HAMAS və İsrail sözügedən müddət ərzində uyğun olaraq İsrail və Qəzzəni atəşə tuturlar. Trampın planı da fələstinlilərin gözlənilən reaksiyasına nəzərdə tutulmuşdu. Etirazlar və atəş səslərinin arxasında yeni Yaxın Şərq qurulur.

Mənbələr:

1.https://tass.ru/info/4789725

2.https://www.kommersant.ru/doc/3923549

3.https://www.golos-ameriki.ru/a/cn-israel-palestinians/4452440.html

4.http://www.newsru.co.il/israel/25feb2019/kushner_sky_006.html

5. https://www.interfax.ru/world/650089

6. https://www.golos-ameriki.ru/a/cn-israel-palestinians/4452440.html

7. http://www.newsru.co.il/israel/25feb2019/kushner_sky_006.html

8. http://xn----ctbsbaa3aibxhck.ru-an.info/%D0%BD%D0%BE%D0%B2%D0%BE%D1%81%D1%82%D0%B8/%D0%BD%D0%B0-%D0%B3%D0%BE%D0%BB%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B8%D1%85-%D0%B2%D1%8B%D1%81%D0%BE%D1%82%D0%B0%D1%85-%D0%BE%D0%BA%D0%BA%D1%83%D0%BF%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B0%D0%BD%D0%BD%D1%8B%D1%85-%D0%B8%D0%B7%D1%80%D0%B0%D0%B8%D0%BB%D0%B5%D0%BC-%D0%BD%D0%B0%D0%B9%D0%B4%D0%B5%D0%BD%D0%BE-%D0%BC%D0%BD%D0%BE%D0%B3%D0%BE-%D0%BD%D0%B5%D1%84%D1%82%D0%B8/

9. https://info.sibnet.ru/article/441101/

10.  http://cyclowiki.org/wiki/%D0%93%D0%B0%D0%B7%D0%BE%D0%B2%D1%8B%D0%B5_%D0%BC%D0%B5%D1%81%D1%82%D0%BE%D1%80%D0%BE%D0%B6%D0%B4%D0%B5%D0%BD%D0%B8%D1%8F_%D0%98%D0%B7%D1%80%D0%B0%D0%B8%D0%BB%D1%8F

11. https://www.bbc.com/russian/features-42267699

https://www.haaretz.com/israel-news/business/.premium-geologist-reports-golan-oil-find-firm-stays-mum-1.5406510

 

Məqalə "Qələm" yazarlar birliyinin müsabiqəsində iştirak üçün yazılıb.

17.05.2019 12:54

     

        Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “15” may 2019-cu il tarixdən  “15” sentyabr 2019-cı il tarıxinə kimi həyata keçirəcəyi “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili ” layi­hə­sinin icrasına başladı.

 

      Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve­teran­lara qay­ğı göstərmək həm dövlətin həm də cəmiy­yətin başlıca vəzifələ­rin­dən biridir!”.

 

       1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin isdəyi ilə, rayonların kənd məzarlarında dəfn olunmuşlar.   

 

       Bu gün, onların valideyinləri vəfat etdikləri səbəbindən, Bakıda və regionlarda şəhidlərin məzarları və küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, vətəndaşların layqeyidliyi səbəbindən baxımsız vəziyyətdə qalmışdır.

 

Bu gün, Bakıda, rayon və kənd məzarlıqlarında şəhidlərin məzarları və küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikləri və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız vəziyyətdə qalmışdır.

 

      Vətəndaşların şəhidlərin məzarlarına və onların xatirə abidələrinə göstərdikləri sayğısızlığının və biganəçiliyin əsas səbəbi, vətəndaşların şəhidlərimizin etdikləri qəhramanları və  fədakarlıqları haqqında məlumatlarının olmamasıdır.  Çünki, 20 mindan artiq olan şəhidlərimizdən, yalnız çox az sayda  sənədli filimlər çəkilibdir ki, onlarda yalnız bir çeçə Milli Qəhramanlar haqqındadır. Milli Qəhraman adı almayan şəhidlərimiz isə demək olar ki, günü-gündən unudulmaqda davam edir. Buda Vətən uğrunda canlarını Fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların sayğısızlığı və biganəçiliyi, şəhid aillələrini mənən sarsıdaraq onlara  pis təsir edir.

 

      Ən pisi budur ki, müharibə şəraitində olan ölkəmizdə vətəndaşların şəhidlərimizə qarşı göstərdikləri sayğısızlığı və biganəçiliyi böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmalarına mənfi təsir  göstərir. 

 

      Cəmiyətimizdə, əsasən də gənclər arasında vətənpərvərlik hissinin aşılaması, şəhidlərimizin rəşadəti həyat səlnaməsinin örnək kimi təbliğ edilməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin ən önəmli istiqamətlərindən biridir. 

 

      Həyata keçirilən layihənin məqsədi, Bakıda və regionlarda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda  şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün ucaldılmış abidələrinin, xatirə güşələrinin vəziyətlərinə manitoring apararaq, şəhidlərimizə vətəndaşların diqqət və sayğısını artırmaqdır.

 

         Layihə çərçivəsində həmçinin, aidiyyati olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunda, Dövlət Sosial Siğorta Kommersiya Şirkətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti ilə birlikdə əməkdaşlıq, edərək Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixində imzaladığı,  Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlada itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına ictimai  dəstək verərək, onlara dövlət tərəfindən nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında yaranmış problemlərin həlinə hüquqi köməklik  göstəriləcəkdir.  

 

       Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiy­yətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemlei deyil bütün cəmiyyətin problemi sayılmalıdır.

 

     Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar.  Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar. 

 

      Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub və bundan  sonrada örnək olacaqdır. Bu günkü nəsili də, gələcək nəsili də şəhidlərin qəhramanlığlarından və vətənpərvərlik nümünələrindən nəsildən-nəsilə nümünə göstərməlidirlər.

 

       Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

 

   Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

 

16.05.2019 07:26

1918-ci il mart ayının 30-da axşam radələrindən başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam etmiş, öz kütləvi xarakterinə, miqyasına və amansızliğına görə “milli faciə” (1) kimi qiymətləndirərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil olmuşdur.

 

Bu qırğınlar nəticəsində ən ümumi hesablamalara görə 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, müsəlmanlara məxsus yüzlərlə tarixi və mədəni abidələr, ictimai, dini, ticarət binaları, bötöv yaşayış məhəllələri, ayrı-ayrı evlər və s. məhv edilmiş və yandırılmışdı. Xüsusi vəhşiliklə qətlə yetirilmiş  insanlar arasında minlərlə qoca, qadın, uşaqların olması şəhərin yalnız müsəlman deyil, digər əhali qrupları arasında da elə böyük əks-səda doğurmuşdu ki, qırğınların nəticələrinin oyatdığı təsirdən qorxuya düşən erməni cəmiyyətinin nümayəndələri, xüsusilə kübar dairələr, dərhal bu hadisələrdə erməni əhalisinin hər hansı rolunu danaraq, “ən yaxşı halda” kənardan gəlmiş erməni əsgərlərinin və ya yerli “erməni qara camaatından” ayrı-ayrı şəxslərin iştirakını etiraf edirdilər.

Bakıda mart qurbanlarının cəsədləri hələ tam yığışdırılmadığı, itkin düşmüş insanlar hələ tapılmadığı, günlərdə, 1918-ci il faciəli mart hadisələrindən cəmi 9 gün sonra isə Tifl isdə sosial-inqilabçiların (eserlərin) orqanı “Znamya truda” (Əmək bayrağı) qəzetinin 29 mart (11 aprel) 1918-ci il tarixli sayında aşağıdakı məzmunda Bakıdan göndərilımiş bir teleqram dərc olunur:

 

“Bakıda sakitlik yaranmışdır. Vilayətin xoş güzəranı naminə, mən ümumxalq qarşısında şəxsən bəyan etməyi özümə borc bilirəm ki, Bakı hadisələri erməni-tatar (azərbaycanlı – müəl.) toqquşması xarakteri daşımamışdır. Bütün döyüşlər zamanı tatarlar tatar məhəllələrində yaşayan ermənilərə toxunmamışlar. Erməni hissələri isə 14000-dən çox müsəlmanı xilas edərək onlara sığınacaq vermişdir və onlar İran konsulunun vasitəçiliyi ilə qaytarılmışlar. Mən öz səsimi hər yerdə və hər cür qisasçılıq və düşmənçilik əməllərinə dərhal son qoyulması yolunda qaldırıram. Bunun ümumi maraqlara uyğun olduğunu düşünərək, sizdən əhali arasında sülh və əmin-amanlığın bərqərar olması üçün hər cür köməklik göstərməyinizi xahiş edirəm.  Qoy hər kəs öz dinc həyatına qayıtsın”. (2)

Teleqram Tifl isdə fəaliyyət göstərən Zaqafqaziya Hökumətinin adına ünvanlanmışdı, onun altında isə Hacı Zeynalabdin Tağıyevin adı göstərilirdi.

Əvvəlcədən qeyd edək ki, həmin sənədin əsli mövcud deyildir. Moskvada, Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində bu teleqramın yalnız mətni (qəzetə istinadən) saxlanılır. Təbii ki, bu amildən çıxış edərək, həmin sənədin etibarlılığını şübhə altına almaq və ona ciddi əhəmiyyət verməmək olardı. Lakin mənşəyi məlum olmayan bu telegram tanınmış Azərbaycan milyonçusu- neft sənayeçisi, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən Bakıda mart hadisələrində erməni amilini inkar edən mühüm bir sənəd kimi “1918-1920-ci illər Bakı və Yelizavetpol quberniyalarında erməni qırğınları” adı altında 2003-cü ildə Yerevanda nəşr edilmiş sənədlər toplusuna daxil edilib. Bundan əlavə, 1918-ci ilin oktyabr ayından başlayaraq həmin teleqram ermənilərin siyasi, ictimai, dini dairələrinin bütün tanınmış xadimləri tərəfindən Bakıda mart qırğınları zamanı erməni təşkilatlarının və şəhərin erməni əhalisinin həmin qırğınlarda nəinki iştirak etmədiyinin, hətta xilasedici rol oynadığının təsdiqi kimi istər öz dövründə, istərsə sonrakı illərdə Bakıdakı xarici nümayəndəliklərdən başlayaraq, yerli və xarici mətbuatda, dövlət və ictimai qurumlar, ən müxtəlif beynlxalq təşkilatlar və s. arasında geniş istifadə edilmişdir. Həmin sənədin bu gün də Bakıdakı mart hadisələrinin əsl mahiyyətini təhrif etmək məqsədi ilə erməni müəllifl əri tərəfindən gündəmdə saxlanılan iki “ciddi arqumentdən” biri olduğunu nəzərə alaraq bu məsələyə aydınlıq gətirmək zəruridir.

Teleqramın həqiqətən H.Z.Tağıyevə aidiyyəti bir sıra səbəblərdən şübhə doğurur. Əvvəla, 1918-ci il mart faciələri günlərində Tağıyevin bütün ailəsi böyük matəm və son dərəcə dərin sarsıntı içində idi. Həmin ərəfədə onun oğlu, Lənkəranda yerləşən müsəlman diviziyasının zabiti Məhəmməd Tağıyev silahla ehtiyatsız davranması səbəbindən faciəli şəkildə həlak olmuşdu. Məhz onun silahdaşlarının, M.Tağıyevin cənazəsini müşayiət edərək Lənkərandan Bakıya dəfnə gəlmiş müsəlman diviziyasının 48 zabit və əsgərinin tərksilah edilməsi Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti tərəfindən bir bəhanə kimi istifadə edilməklə mart hadisələrin başlanmasına səbəb olmuşdu. Qeyd edilməlidir ki, bu hərbi dəstənin başçısı Hacının öz kürəkəni, onun böyük qızı Leyla xanımın əri, digər Bakı milyonçusu Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayev idi və bu Azərbaycan zabiti mart hadisələri başlanan andan demək olar ki, 20 saatdan artıq müddətdə, döyüşçüləri ilə birgə bolşevik-erməni qüvvələrinə silahlı müqavimət göstərmişdi. H.Z.Tağıyevin özü bu günlərdə evindən bayıra çıxmamış, tanınmış neft sənayeçisi Ambarsum Melikovun onun ardınca göndərdiyi oğlanları – Georqiy və Sergeyin öz atalarının adından təhlükəsizlik naminə onların evinə getmək təklifini qəbul etməmişdi.

Yeri gəlmişkən qeyd edilməlidir ki, Erməni Milli Şurasının və “Daşnaksütun”un Bakı Komitəsinin rəhbərlərindən biri olan Ambarsum Melikovun evində həmin günlər bu partiyanın qərargahı yerləşirdi və əsir götürülən bir çox tanınmış azərbaycanlıları məhz buraya gətirirdilər. Bu sonuncular arasında rus ordusunun zabiti, şahzadə Mansur Qacar da olmuşdur ki, sonralar o, yalnız yəhudi dostları sayəsində erməni əsgərləri tərəfindən qaçılmaz ölümdən qurtulması və əsir qismində Melikovun evində saxlanma şəraiti haqqında ətraflı ifadə vermişdi. Həmçinin, Melikovlar ailəsinin özünün – ata və iki oğulun – mart günlərində müsəlmanların qətlə yetirilməsində şəxsən iştirakları təkzibedilməz sübutlarla təsdiq edilmişdi. Melikov-ata Bakını vaxtında tərk edə bilmişdi, oğulları isə Azərbaycanın İstintaq orqanları tərəfindən həbs edilmişdilər.

Bu zaman 80 (başqa mənbələrə görə – 95) yaşı olan Hacı, şübhəsiz ki, Melikovlar haqqında bütün bu təfərrüatları bilmirdi. Amma istənilən halda o, öz evini tərk etməmiş, həmin günlər artıq bir çox kübar və zəngin azərbaycanlıların evlərini talan etmiş ermənilərin isə onun zəngin ev-sarayına hücum etməyə cəsarətləri çatmamışdı. Tağıyev həddən artıq böyük və tanınmış şəxsiyyət idi. Lakin, görünür ki, bu məqam, heç də tədbirli və uzaqgörən ermənilərə bu böyük azərbaycanlının adını öz məqsədlərinə yolunda istifadə etməyə mane olmamışdır. Burada qeyd edilməlidir ki, geniş dünyagörüşünə malik və maarifpərvər bir insan olan Tağıyevin əslində savadı yox idi və adı çəkilən teleqramın Hacının özü tərəfindən göndərilməsi bu baxımdan ümumiyyətlə qeyri-mümkündür. Həmin teleqramın Hacının xahişi ilə kimsə tərəfndən göndərilməsi isə heç bir sübut-dəlil, yaxud hər hansı başqa bir mənbə tərəfindən təsdiq olunmur.

Eləcə də, mart hadisələrindən dərhal sonra şəhərdə bolşevik Bakı Sovetinin tək hakimiyyətliliyi bərqərar edilmişdisə və bu hakimiyyət Zaqafqaziya Seymini və hökmətini tanımırdısa Bakı əhalisi arasında sülhün yaradılması haqqında xahişdən ibarət olan teleqramın ümumiyyətlə Tifl isə, Zaqafqaziya hökumətinə göndərilməsinin nə mənası var idi?

Əgər Tağıyevin bu zaman yeni hakimiyyət haqqında hələ “heç nə bilmədiyi” fərz edilərsə, o zaman Hacı şəhərdə nə baş verdiyi, və xüsusilə də “ermənilərin xilas etdiyi 14 000 müsəlmanlar” haqqında haradan və kimdən məlumat ala bilərdi? Xüsusi vurğulanmalıdır ki, həmin günlər əsasən ermənilərdən ibarət olan yeni hakimiyyətdən xilas olmaq məqsədilə, Bakının demək olar ki, bütün azərbaycanlı əhalisi, o cümlədən Tağıyevin özünün yaxın ətrafı, kütləvi surətdə təşviş içində və tələsik surətdə şəhəri tərk edirdi.

Bu halda, qırğınların 9-cu günü guya Bakıda hökm sürən hansı “sakitlikdən” söhbət gedə bilərdi? 27 martda (9 aprel) Bakıdan Zaqafqaziya hökumətinə göndərilmiş teleqram hansı yolla eserlərin Tifl isdəki “Знамя труда” qəzetinin redaksiyasına düşmüşdü və artıq martın 29-da dərc edilmişdi? Ermənilər guya azad etdikləri 14000 müsəlmanı “İran konsulunun vasitəçiliyi ilə” kimə və necə geri qaytarmışdılar (!)?

Bu dövr İranın Bakıdakı konsulu Azərbaycan şəhəri Marağadan olan Məhəmməd Səid-ol Vesarə Marağeyi idi və o, əslən etnik azərbaycanlı olan minlərlə İran vətəndaşlarının da qətlə yetirildiyi mart günlərində İçəri Şəhərin topa tutulmasının, dinc müsəlman əhali arasında qan tökülməsinin qarşısının alınmasında ən fəal surətdə iştirak etmişdi. 1940-cı illərdə iki dəfə İranın baş naziri olmuş bu tanınmış siyasi və dövlət xadimi sonralar, Tehranda nəşr etdirdiyi özünün “Siyasi xatirələr”ində 1918-ci ilin Bakıdakı mart hadisələrinə xüsusi diqqət yetirmişdi. Xatirələrdən məlum olur ki, qırğınlar dayandırıldıqdan sonra konsul tərəfindən xüsusi komissiya yaradılmış, bu komissiya “Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın – iranlı və qeyri-iranlı – meyitini toplamış və müsəlman adəti üzrə dəfn etmişdir”. Konsulun özünün mart hadisələrinin qurbanlarının meyitləri yanında fotoşəkilləri sonradan poçt-kartlar şəklində nəşr edilmiş və tarixi sənədə çevrilərək, bütün dünyanı dolaşmışdı. Lakin keçmiş İran konsulunun xatirələrində mart hadisələri kifayət qədər ətrafl ı təsvir edildiyi halda, teleqramda sözü gedən və son dərəcə mühüm sayılacaq hadisə – guya ermənilər tərəfindən “sığınacaq” tapmış 14 000 müsəlmanın” geri qaytarılmasında” Konsulun vasitəçilik missiyası haqqında bir kəlmə də olsa deyilmir. Ən nəhayət, “Hacı Zeynalabdin Tağıyev” birmənalı şəkildə “Bakı hadisələrinin” “erməni-tatar toqquşması xarakteri daşımadığı” iddiası ilə “Bakı hadisələrinin” xarakterini müəyyən etməkdə çox “tələsməmişdimi”? Axı 27 mart (9 aprel) – bədnam teleqramın göndərildiyi gün – Bakıya Şamaxıdan ilk qaçqınlar dalğası üztutmuşdu və şəhərin bütün məscid və karvansaraları minlərlə evsiz-eşiksiz qalmış şamaxılılarla dolu idi. Bu şəhər erməni-molokan birləşmələri tərəfindən qırğınlara məruz qalmış, onun müsəlman əhalisi isə bakılılar kimi mart günlərinin dəhşətlərini  yaşamışdılar. Məlumdur ki, millət atası hesab edilən hörmətli Hacı Zeynalabdin öz xalqının düçar olduğu müsibətlər və faciələr qarşısında on minlərlə həmvətəninin acınacaqlı vəziyyətindən sarsılaraq, Bakı və Şamaxının zərər çəkmiş müsəlman əhalisini həmin günlərdə gəmilərlə İrandan gətizdirdiyi ərzaq məhsulları və zəruri mallarla təmin etməyə çalışır və onlara hər vasitə ilə yardım göstərirdi. Böyük həyat təcrübəsinə malik olan müdrik Hacı Zeynalabdin Tağıyev bütün bu gördüklərindən və eşitdiklərindən sonra bəyan edə bilərdimi ki, “Bakı hadisələri” və ya “Şamaxı hadisələri” “erməni-tatar toqquşması xarakteri daşımamışdır”?

Bütün deyilənlər bunu deməyə əsas verir ki, “Tağıyevin teleqramı” adlı əslində qəzet yazısı ən əvvəl özlərini əvvəlcədən “güclü arqumentlə” sığortalamış ermənilərin özlərindən başqa heç kimə gərək deyildi. Digər tərəfdən, məhz ermənilər və onların şəxsində həmin Bakı Soveti, Zaqafqaziya Seyminin azərbaycanlı üzvlərinin şəhərin bolşevik-daşnak qüvvələrindən azad edilməsi üçün Bakıya qoşun göndərilməsinə nail olmaq cəhdlərindən xəbərdar olduqlarından “hər yerdə və hər cür qisasçılıq və düşmənçilik əməllərinə dərhal son qoyulması” və Seym tərəfindən “əhali arasında sülh və əmin-amanlığın bərqərar olmasına” dəstək verilməsində maraqlı idilər.

«Daşnaksütun» partiyasının Bakı Komitəsinin və Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsinin həmin günlərdə Tifl isə, Zaqafqaziya Seyminin sədrinə və «Daşnaksütun» partiyasının Tifl is bürosuna Bakı istiqamətində Bakı hərbi hissələrinin təcili geri çağırılmasına dair göndərdikləri teleqramlar və Bakıdakı erməni-bolşevik qüvvələrinin , eləcə də erməni xadimlərinin bu sahədə digər addımları deyilənlərə aydın sübut idi. (3)

Burada, yəqin ki, həmin “14 min müsəlman” məsələsinə də aydınlıq gətirilməlidir. Belə ki, bu məsələ “Tağıyevin teleqramı” ilə yanaşı mart hadisələrində ermənilərin “xilaskar” rolunu göstərən ikinci “sübut” kimi erməni xadimlərinin və müəllifl ərinin yazılarında xüsusilə tez-tez xatırlanır. Özü də bu rəqəm 1918-ci il sentyabr hadisələri – Bakının azad edildiyi günlərdə şəhərin erməni əhalisi arasında baş vermiş itkilərin fonunda “azərbaycanlıların nankorluğundan  sarsılan” (4) erməni xadimləri, xüsusilə həmin dövr ictimai fəallığı ilə fərqlənən erməni yepiskopu Baqrat tərəfindən ən müxtəlif variantlarda 12 min dinc azərbaycanlı əhalinin qətlə yetirildiyi mart hadisələrində erməni əhalisinin iştirakını kökündən inkar etmək məqsədilə istifadə edilir.

Azərbaycan kübar cəmiyyətinin nümayəndələrinin mart hadisələri zamanı həqiqətən öz erməni tanışlarının evlərində və mənzillərində sığınacaqtapdığına dair ayrı-ayrı hallar, eləcə də erməni aristokratiyasının 1918-ci ilin sentyabrında azərbaycanlı dost və tanışlarının bağ evlərində və imarətlərində gizlənməsi kimi faktlar çoxlarına məlum idi və bunu tərəfl ərdən heç biri inkar etmirdi. Eyni zamanda sadə erməni, daha sonra azərbaycanlı əhalinin də mart və sentyabr hadisələri zamanı öz qonşu və dostlarını xəbərdar və xilas etmələrinə dair bir çox nümunələr var idi. Bu zaman digər millətlərin nümayəndələri olan Bakı sakinlərinin hər iki tərəfə – martda azərbaycanlılara, sentyabrda ermənilərə yardım etməsi də məlum idi. Lakin, ermənilərin “xilas etdiyi” 14 000 (bəzən 20 000) müsəlman haqqında məlumatın haradan alındığı böyük sual doğurur.

Erməni sənədlərini diqqətlə tədqiq etdikdə aydın olur ki, 14 000 və ya 20 000 “xilas edilmiş” müsəlman dedikdə Bakıda mart qırğınları zamanı zorla evlərindən çıxarılmış və şəhərin böyük sahələri olan müxtəlif binalarına gətirilərək burada yerləşdirilmiş dinc azərbaycanlı sakinlər nəzərdə tutulur. Bakıdakı teatrlar, kinoteatrlar, sirk, məktəblər, polis məntəqələri, Şəhər Dumasının, vağzalın və s. binaları, ayrı-ayrı zəngin ermənilərin evləri və s., hətta hamamlar belə evləri dağıdılmış, qarət edilmiş, yaxınları vəhşicəsinə qətlə yetirilmiş minlərlə azərbaycanlının, xüsusilə qadın, uşaq və qocaların gova-gova gətirildiyi və yığıldığı yerlərə çevrilmişdi. Bu binalarda, erməni əsgərlərindən ibarət gözətçilərin nəzarəti altında ac və susuz, bağlı qapılar arxasında saxlanılan adamlar həmin günlərdə əsir hesab edilir və belə də adlandırılırdı. Yalnız sonradan, müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak edən erməni xadimləri bu əməllərin arxasında duran əsl mənanın fərqinə vardıqda, bunu guya ki, dinc müsəlman sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan tədbirlər kimi izah etməyə çalışacaqlar və elə buradan da “xilas edilmiş” 14 000 və ya 20 000 müsəlman haqqında əfsanə yaranacaqdır.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədləri həmin dövr dinc azərbaycanlı əhaliyə və onların əmlakına qarşı erməni-daşnak qüvvələrinin, bolşevik şüarları altında milli zəmində həyata keçirdikləri kütləvi qırğın və qətliamların bir çox məqamlarını açıqladığı kimi, Bakıda mart hadisələri zamanı ermənilər “xilaskar missiyasının” əsl mahiyyətini üzə çıxarır.

Belə ki, “xilas olunanların” özlərinin çoxsaylı ifadələri müsəlman əhalinin silahlı erməni quldur dəstələri tərəfindən məcburi şəkildə məhz əsir götürüldüklərini və bu işin istehza və təhqirlərlə, təhdidlərlə, bir çox hallarda isə qətllər törədilməklə müşayiət olunduğunu sübut edir. Belə ifadələrin çoxunda göstərilirdi ki, ermənilər zorakılıqla müsəlman qadınların çarşablarını başlarından qapıb cırır, onları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin küçələrində gəzdirərək əsir aparır, yol boyu geri qalanları, ayaqlaşa bilməyənləri silahların qundaqları ilə döyür, yıxılanları öldürürdülər. Gözləri qarşısında ata və qardaşları, ər və oğulları güllələnmiş qadınlar əsirlikdə keçirdikləri sarsıntıya dözməyərək ürək partlamasından ölür, dəli olur, gənc qadınların qucaqlarındakı və yanlarındakı azyaşlı körpələr və uşaqlar acından, susuzluqdan və qorxudan keçinirdi. Bu zaman isə erməni ziyalıları öz arvadlarını azərbaycanlıların “rüsvayçılığına” tamaşa etməyə gətirirdilər. (5)

Bakının müsəlman əhalisinə qarşı əvvəlcədən planlaşdırılmış zorakılıq aktının bir hissəsi olan və yaxşı təşkil edilən bu əməllərinin arxasında ermənilər tərəfindən o qədər də gizlədilməyən məqsədləri açıq-aşkar görünürdü və bu məqsəd “haqq işi uğrunda” vuruşan erməni mübarizlərinin iç üzünü aydın göstərirdi. Boşaldılmış yiyəsiz evlər və bütöv məhəllələr erməni quldur dəstələrinə soyğunçuluq, qarət və müsəlmanların əmlakını mənimsənək üçün, həmçinin üç-dörd gün ərzində saysız avtomobillərdə, arabalarda aparılması mümkün olmayan qalan şeylərin darmadağın və məhv edilməsi üçün geniş imkanlar açırdı.

Lakin, guya “insansevərlik niyyəti ilə” “müsəlmanların azad edilməsi” haqqında əfsanə ermənilər tərəfindən ən müxtəlif variantlarda səsləndirilir və yayılırdı. Erməni terrorizminin ideoloqlarından biri, Şaqan Natali ləqəbi ilə məşhur olan Akop Ter-Akopyan o zaman bütün Bakı türklərinin “başını kəsmədiklərinə” görə öz təəssüfünü heç gizlətmirdi: “Biz bildiririk və əminik ki, bunu bacardıq və öz gücümüzlə bacardıq. Çünki bilirik: bunu sahibi olduğumuz Bakıda, on minlərlə türkü kazarmalarda topladığımız yerdə edə bildik və – ah! cinayətkarcasına alicənablıq! – onları ədalətli erməni qisasından qorumaq üçün qapılarda gözətçilər qoyduq. Türkləri qoruduq, həyatlarını mühafizə etdik, onlar isə minnətdarlıq əlaməti olaraq Bakının küçələrini 25 000 erməninin qanına boyadılar”. (6)

Qatı daşnak, görkəmli türk və azərbaycanlı xadimlərinin məhv edilməsi üzrə “Nemezis” əməliyyatının rəhbəri və təşkilatçısı, minlərlə müsəlmanın, o cümlədən Azərbaycan dövlət xadimləri Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin, Beybud bəy Cavanşirin və digərlərinin qətllərinin səbəbkarı Akop Ter-Akopyan yalnız bir məsələdə haqlı idi: həmin günlərdə Bakının “sahibi” həqiqətən məhz ermənilər idi, amma türklərə qarşı “alicənablıq” məsələsi şübhəsiz ki, ermənisayağı “gözdən pərdə asmaqdan” başqa bir şey deyildi. Əgər azərbaycanlı əsirlərin sağ qaldıqlarına görə, kiməsə minnətdar olduqları qüvvə var idisə, o da birmənalı şəkildə, ermənilər deyil, rus əsgər və matrosları idi. Məhz Bakıda olan rus qoşunları mart qırğınların ikinci gününün axşamı aldadıldıqlarını və S.Şaumyan başda olmaqla erməni-bolşeviklər tərəfindən böyük oyuna cəlb olunduqlarını başa düşərək əllərində silah müsəlman əhalisinin müdafiəsinə qalxdılar. Və azərbaycanlıların qırğınları da yalnız 4 gündən sonra Bakı Sovetinin özü tərəfindən deyil, iki Türküstan alayının qəti tələbi və artıq vəziyyəti başa düşmüş Xəzər donanmasının rus dənizçilərinin ultimatumu nəticəsində dayandırılmışdı. “Bu hədələr kifayət qədər ciddi idi, çünki bu iki döyüşkən alayda 8000-dən artıq döyüşçü cəm edilmişdi”. “Dənizçilər təhdid edirdilər ki, əgər ermənilər müsəlman qırğınına son qoymazlarsa, onlar şəhərin erməni hissəsinə toplardan atəş açacaqlar, və “Ərdahan” və “Krasnovodsk” hərbi gəmiləri şəhərin şərqində yerləşən limanlara yaxınlaşdılar”. (7)

1918-ci il aprelin əvvəllərində Bakıda kütləvi müsəlman qırğınlarının dayandırıldığı, “müsəlmanların qılıncdan keçirilməsi münasibətilə bir şox erməni evlərində ballar təşkil edildiyi”, mart hadisələri zamanı qarət edilərək erməni zənginlərinin anbar və dükanlarına yığılmış əmlakın hesablandığı günlərdə Şamaxı şəhərinə ikinci hücum gözlənilirdi. Bakı qırğınları ilə eyni vaxtda başlanan Şamaxı hadisələrinin “birinci mərhələsində” azərbaycanlı əhali arasında ağır itkilərə, yanğınlara, qarət və talanlara İsmayıl Xan Ziyadxanov başçılığı ilə Gəncədən qoşunların çamaxılıların köməyə gəlməsi ilə fasilə verilmişdi. Lakin Bakı qırğınları zamanı öz qəddarlığı ilə ad qazanmış Stepan Lalayev və azərbaycanlıların “milli qürur” yeri sayılan “İsmailiyyə” binasını şəxsən yandırmış daşnak Tatevos Əmirovun rəhbərliyi altında ağır  sursat və silahla təmin edilmiş 3 minlik ermənilərdən ibarət qoşun Şamaxı istiqamətində hərəkət edirdi və bir neçə gündən sonra bu qədim Azərbaycan şəhəri yerlə-yeksan ediləcək, 8 mindən artıq şəhər əhalisi qətlə yetiriləcəkdi. Eləcə də Şamaxı qəzasının 110 kəndi yandırılaraq, 10 mindən artıq kənd əhalisi qəddarlıqla ğldürüləcəkdi. Şamaxı hadisələrin başlanması ərəfəsində öz müəmmalı hərəkətləri ilə şəhərin müsəlman cəmiyyəti arasında şübhələr doğurmuş Şamaxı yeparxiyasının başçısı Baqrat həmin günlər Bakıya köçür. Və artıq Erməni yeparxial rəisi və Bakı Erməni Şurasının fəxri sədri kimi dərhal 1918-ci il mart hadisələrində erməni əhalisinin iştirakını inkar edən, eyni zamanda “Müsavat” partiyasına, Azərbaycan Hökumətinə və ümumiyyətlə azərbaycanlılara qarşı bütöv bir silsilə böhtan və yalan dolu ittihamlar irəli sürülən kampaniyanın əsasını qoyur.

Qeyd olunmalıdır ki, Bakı Erməni Milli Şurasının və “Daşnaksütun” partiyasının Bakıda mart faciələrinin təşkilində rolu, erməni ziyalı və kübar təbəqələri nümayəndələrinin əlisilahlı azərbaycanlı qırğınlarında iştirakı, o cümlədən erməni elitasının özünün “qara camaat” adlandırdığı sadə erməni əhalisinin bu hadisələrdə kütləvi çıxışı FTK-nın sənədlərində təkzibedilməz faktlar və sübutlarla təsdiq edilirdi. Məhz bu istintaq sənədləri əsasında Azərbaycanın məhkəmə-istintaq orqanları Bakının erməni əhalisi arasında həbslər aparırdı ki, bu da erməni milli təşkilatlarının, erməni mətbuatının, ayrı-ayrı erməni xadimlərinin, o cümlədən yepiskop Baqratın hədsiz hiddətinə səbəb olurdu. Bakı Erməni Milli Şurası adından 9 dekabr 1918-ci il tarixində Amerikanın Bakıdakı Missiyasına göndərdiyi Memorandumda Bakı erməni yeparxiyasının rəisi “mart hadisələrindən bəhs edən türk xadimlərinin əksəriyyətinin var gücü ilə, həm şifahi, həm də mətbuat vasitəsilə ictimai rəydə ermənilərə qarşı qərəzli münasibət yaratmağa çalışdıqlarından” açıq-aşkar narazılığını və narahatlığını bildirirdi. (8)

Bakıda baş vermiş mart hadisələrinin mahiyyətini tanınmaz dərəcədə təhrif edərək və bu zaman Şamaxıdakı mart hadisələrini ümumiyyətlə xatırlamadan, Baqrat “Müsavat” partiyasını, daha sonra “türk-azərbaycanlı hakimiyyətini” Azərbaycanın erməni əhalisinə qarşı ağlasığmaz cinayətlərdə günahlandırırdı. Bu məktubunda Baqrat mart qurbanlarının əvvəllər özü tərəfindən göstərilən sayını – “2000 nəfər” rəqəmini artıq ““həddən artıq şişirdilmiş” hesab edilirdi: “İki gün çəkən qanlı döyüşlərdə, Sovetin məlumatlarına görə, 300-ə yaxın rus və erməni və 700 müsəlman, digər mənbələrin son dərəcə şişirdilmiş hesab edilən maksimum hesablamalarına görə isə təxminən 1200 rus və erməni və 2000-ə yaxın müsəlman həlak olmuşdur” (9)

Burada Baqratın ermənilərin mart hadisələrində guya “neytrallığını” izah edən əsas arqumentinə də diqqət yetirmək lazımdır: “Məlum olduğu kimi, mart ayında Bakı şəhərində bolşevik hökuməti ilə Müsəlman Milli Şurası arasında hakimiyyət uğrunda mübarizə baş vermişdir. Ermənilərin, milli kollektiv kimi, hakimiyyətə heç bir iddiası ola bilməzdi, çünki onlar Bakı quberniyasında əhəmiyyətsiz azlıq təşkil edirlər” (10)

“Hakimiyyət uğrunda mübarizə” – 1918-ci ilin mart hadisələrinin mahiyyətinin erməni yepiskopu tərəfindən verilmiş yeganə düzgün tərifidir. Lakin, guya say azlığı səbəbindən ermənilərin hər hansı hakimiyyət iddialarının olmadığı haqda onun sonrakı bütün nəticələri erməniləri bu hakimiyyət uğrunda mübarizədə əsas “oyunçuların” sırasından çıxarmaq cəhdindən başqa bir şey deyildi. Bu zaman Baqrat artıq hamıya məlum faktların həyasızcasına saxtalaşdırılmasına əl atırdı: “hadisələrdə əsas rol oynamış bolşeviklərin Qafqaz Vilayət Sovetinin 17 üzvdən ibarət tərkibində 2 tatar və yalnız 2 erməni idi” (11)

Bu zaman mart hadisələrində əsas rolu 1918-ci ilin mart ayının 30-dan 31-ə keçən gecə “Bakı şəhəri və onun rayonlarında ali hərbi-siyasi orqan” kimi yaradılmış və dinc azərbaycanlıların qırılmasına rəhbərlik etmiş “İnqilab müdafiə komitəsinin” oynadığı, bu Komitənin 6 üzvündən isə 4- nün erməni olduğu – bolşeviklər S.Şaumyan, K.Korqanov (Korqanyan), sağ eserlərin lideri S.Saakyan və “Daşnaksütun” partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Eolçyan – artıq heç xatırlanmırdı. (12) Bu da məlum idi ki, mart hadisələri günlərində birləşmiş bolşevik-erməni qoşunlarına xüsusi olaraq Peterburqdan gəlmiş generallar Akop Baqratuni, İvan Baqramyan komandanlıq etmiş, Bakı Sovetinin Qızıl Ordusunun yaradılması ilə B.Avakyan məşğul olmuş, qərargah rəisi polkovnik Z.Avetisyan, briqada və qarışıq dəstələrin komandirləri – polkovnik Kazaryan, Amazasp, A.Əmirov və digərləri olmuşlar. (13) Bu günlərdə həmçinin “Daşnaksütun” partiyasının yaradıcılarından biri – Stepan Zoryan (Rostom) da Bakıya gəlmişdi. Bolşevik-daşnak ordusunun sıralarına səfərbər edilmiş erməni əsgərlərinə yüksək ödəniş – “ayda 800 rubl, hər ailə üzvünə görə 75 rubl və ərzaq təminatı” təklif edilirdi. (14)

Ən nəhayət, Bakı Kommunasının rəhbər heyətinə Azərbaycanda hakimiyyət uğrunda ən azı on beş erməni “mübarizi” –S.Q.Şaumyan, K.Q.Korqanyan, S.Q.Osepyants, B.A.Avakyan, Т.М.Əmirov, А.М.Əmiryan, A.М.Kostanyan, А.А.Boryan, А.İ.Mikoyan, Karinyant, Stamboltsyan, Ağamiryan, İhonesyan, Ter-Saakyants, Nuricanyan və digərləri daxil idi. (15) Bakı Kommunasının silahlı qüvvələrinin Ali Baş Komandanı Akop Baqratuni idi, həmçinin Qızıl Ordunun əsas komanda heyətinin və hərbi heyətin 70%- dən çoxunu ermənilər təşkil edirdi.

Maraqlıdır ki, Baqratdan başlayaraq bir çox erməni xadimlərinin, Azərbaycan Parlamentində Erməni fraksiyasının deputatlarının və d. ən müxtəlif instansiyalara göndərdiyi müraciət, vəsadət və memorandumlarda 1918-ci il Mart hadisələrinin xarakteri ilə bağlı əsassız ehtimallarının “sübutu” kimi hər dəfə “Tağıyevin sirkulyar teleqramını” xatırlanır və bu teleqramdakı “Bakı hadisələri erməni-tatar toqquşması xarakteri daşımadığı” müddəa nəzərə çatdırılırdı. Hacı Zeynalabdin Tağıyevin heç bir halda belə telegram göndərmədiyi və bu saxta sənədin hansı məqsədlərlə məhz ermənilərin özləri tərəfindən tərtib və əldə edildiyi yuxarıdakı şərhlərdən aydınlaşır.

1918-ci il mart hadisələrinin əsl xarakteri isə bəzi erməni xadimləri, xüsusilə də Bakı Kommunasının gələcək üzvü, həmin günlər Həştərxanda olan Saak Ter-Qabrielyan tərəfindən də təsdiq edilirdi. Mart hadisələri ilə əlaqədar olaraq Bakını tərk etmiş və Həştərxana gəlmiş rus vətəndaşlarının söhbətlərini eşidən Saak Ter-Qabrielyan 28 aprel 1918-ci il tarixdə Stepan Şaumyana yazırdı: “İndi kütləvi surətdə Bakıdan gələn rusların, sosial vəziyyətindən asılı olmayaraq, heç birindən eşitməzsən ki, Bakıda sovet mübarizəsi gedir. Hamı bir səslə deyir: “Bakıda erməni-tatar qırğını gedir, və bu qırğın ermənilər tərəfindən qəsdən törədilmişdir”.(16)

İstifadə edilmiş ədəbiyyat

  1. Rəsulzadə Məhəmməd Əmin. Unudukmaz faciə, «Azərbaycan” qəzeti,                            31 mart 1919- cu il.
  1. «Знамя труда» qəzeti, 29 mart 1918 –ci il, Tiflis.
  2. «Бакинский рабочий» qəzeti, 18 aprel 1918-ci il
  3. Bax: “Погромы армян в Бакинской и Елизаветпольской губерниях в 1918-1920 гг. Сборник документов и материалов. Ереван, 2003,  s.145-151, sənəd №136.
  4. Yenə orada, sənədlər №№ 18, 53, 54, 55, 419, 452, 493;
  5. Шаган Натали. Турки и мы. www.nzhdeh.narod.ru/Shahan_natali
  6. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivi,  277, siy. 2, iş 14, v.51; Байков Б. V. Воспоминания о революции в  Закавказье. Архив русской революции. М.,1991, т. 9-10, s. 114.
  7. Погромы армян…, s.158-161, sənəd № 145.
  8. Yenə orada.
    1. Yenə orada, s. 159.
    2. Yenə orada, s.161.
    3. “Известия Совета рабочих и солдатских депутатов Бакинского

    района” qəzeti, 1918, № 64.

    1. “Армянский вестник” jurnalı, Yerevan, 1999, № 1-2; AR Pİİ SSA,

    f.276, siyahı 8, iş155, v.8.

    1. Дадаян Х. Армяне и Баку. 1850-ые годы-1920 г. Ереван, 2007, s.96.
    2. Yenə orada, s. 93.
    3. Saak Ter-Qabrielyanın yol. Şaumyana məktubu. 28.04.1918; Rusiya

    Dovlət İctimai-Siyasi Tarix arxivi, f. 71, siy. 33, iş 1716, v. 62.

Solmaz Rüstəmova-Tohidi

tarix elmləri doktoru, professor

“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

“31 mart – tariximizin faciəli səhifəsi”

Bakı – 2019

 http://1905.az/haci-zeynalabdin-tagiyev-bakida-mart-hadis%C9%99l%C9%99rin%C9%99-dair-teleqram-gond%C9%99ribmi/

15.05.2019 06:44

Bakıda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə

“Məhkəmə – hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində

informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Musavat.com xəbər verir ki, hüquq elmləri doktoru, Azərbaycanın Əməkdar hüquqşünası,

professor İlham Rəhimovun rəhbərlik etdiyi Beynəlxalq konfransda ölkənin dövlət qurumlarının təmsilçiləri,

respublikanın tanınmış hüquqşünasları, eləcə də MDB dövlətləri, Türkiyə və Avropanın

nüfuzlu hüquqşünasları iştirak ediblər. Beynəlxalq konfransda hüquq elmləri doktoru,

professor Xanlar Ələkbərovun müəllifi olduğu “Ədalət mühakiməsinin elektron tərəzisi”

doktrinası ətrafında da müzakirələr aparılıb. Bildirilib ki, “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinası

Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının dəstəyi ilə işlənərək hazırlanıb.

Məlumat üçün qeyd edək ki, layihənin rəhbəri professor İlham Rəhimovdur.

Konfransda bildirildi ki, cəzanın optimal dərəcəsinin müəyyən edilməsinin elektron sistemi

dünyada analoqu olmayan unikal elmi yenilikdir.

Çıxış edən professor Xanlar Ələkbərov söylədi ki, optimal cəza tədbirinin müəyyən

edilməsinin elektron sistemi hakimə-məhkəməyə törədilmiş cinayətə görə Cinayət Məcəlləsində

nəzərdə tutulmuş cəza tədbirlərindən, qanuni və əsaslı olmaqla yanaşı, cinayətin ictimai

təhlükəsizlik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, habelə onun cinayətdən əvvəlki və sonrakı

davranışına uyğun olan ən optimalını seçməyə kömək etmək üçün nəzərdə tutulub:

“Ədalət mühakiməsinin elektron tərəzisi”nin tədbiri bir çox məsələlərə imkan verəcək.

Belə ki, sistem məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, cəza təyini

zamanı məhkəmə səhvlərinin sayının minimuma endirilməsinə və cəza təyini üzrə vahid

məhkəmə təcrübəsinin formalaşdırılmasına şərait yaradacaq. Bundan əlavə məhkəmələrin nüfuzunun möhkəmləndirilməsi və vətəndaşların ədalət mühakiməsi sisteminə inamın artırılması da sistem sayəsində mümkün olacaq. Hakimin cinayət işinin baxışı və həlli zamanı səlahiyyət həddinin və həcminin qaydaya salınması, cəza təyini

prosesində onun hədsiz diskresion səlahiyyətinin qarşısının alınması da sistemə görə mümkündür.

Bundan əlavə sistemə aşağıdakılar daxildir: məhkəmələr tərəfindən ittihamedici hökmlərin çıxarılması

zamanı formalaşmış ifrat cinayət repressiyasının tətbiq edilməsi kimi qüsurlu təcrübənin sındırılması,

cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hakim cəmiyyətində korrupsiya və

digər sui-istifadə halları səviyyəsinin aşağı salınması, məhkəmələrin konkret cinayət işləri üzrə çıxarmış

olduqları əsassız sərt və yüngül hökmlərin sayının azaldılması…”

Ümumilikdə bildirilib ki, yaradılan sistem hakimi tamamilə əvəz etməsə də, ona qəra

r çıxarmaqda köməkçi olacaq.

Tədbirdə çıxış edən deputat Fazil Mustafa yaradılan sistemi yüksək qiymətləndirdi.

O, bildirdi ki, bu sistem hakim üçün köməkçi vasitədir:“İndiyə qədər hakim bütün detalları

özü müəyyən etməli idi. İndi isə elektron formada bu detalları sistemləşdirib, əldə edə bilir.

Bu, hakimin qərar verməsini asanlaşdıran bir mexanizmdir. Ona görə də hesab edirəm ki,

bu ideyanı dəstəkləmək, müsbət tendensiya kimi qiymətləndirmək lazımdır.

Burada əsas problem ədalət mühakiməsinin effektivliliyinin, onun ədalətliliyinin cəmiyyət

tərəfindən qəbul olunmasını təmin edəcək bir vasitə deyil. Azərbaycanda azadlıqdan

məhrumetmə cəzalarının faizi MDB ölkələri içərisində ən yüksək faizdir. Bunu biz dəfələrlə qeyd edirik ki,

ölkədə bəraət hökmünün səviyyəsi aşağıdır. Bu, siyasətin hüquq sferasına nə qədər çox daxil

olmasından asılı bir məsələdir. Ona görə də düşünürəm ki, hüquqi informasiyanın sistemə hansı

dildə daxil edilməsi məsələsinə də önəm vermək lazımdır. Burada çox gözəl müzakirələr aparılır

və uzun müddət idi ki, belə bir diskussiya mühiti görmürdük. Gəldiyimiz nəticə budur ki, hakimin

müstəqilliyini 80-90 faiz təmin edə bilən bir sistem formalaşdıra bilməsək, hakimin ən yüksək

təminatlı maaşını, ömürlük seçkisi məsələsini çözməsək, bu elektron vasitələrin də qərarların

ədalətli olmasına kömək edə biləcəyi şübhəli olaraq qalmaqdadır”.

bu elektron vasitələrin də qərarların ədalətli olmasına kömək edə biləcəyi şübhəli olaraq qalmaqdadır”.

1fec7498-435b-4612-8a0d-d41aba7c0d3f.jpg (177 KB)

Sonda layihə və ölkədə məhkəmə sistemində aparılan islahatlarla bağlı professor

İlham Rəhimovun da fikrini aldıq. İ.Rəhimov bildirdi ki, layihənin məqsəd və funksiyasını

sadə dillə aşağıdakı kimi ifadə etmək olar:“Ədalət tərəzisinin bir üzündə cinayət,

digərində isə cəza olmalıdır. Əsas məqsəd ondan ibarətdir ki, tərəzidə bərabərlik olsun.

Ancaq çox zaman görürsən ki, bu, alınmır. Cəza tərəfi ya az, ya da çox olur.

Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir ki, hakimlərin

hamısı eyni cür qərar qəbul edə bilmirlər. Yəni hakim var, hesab edir ki, törədilən cinayətə

görə 5 il cəza düşür. Ayrı hakimin daxili inamı deyir ki, 5 il azdır, bu, 6 il olmalıdır. Niyə?

Çünki hakim insandır, insan isə subyektdir. Subyekt olan yerdə də subyektiv fikir olur.

Nəzərə alaq ki, hakimə təsirlər ola bilər. Hakim tərəzidən elə istifadə edər ki, bu,

kiminsə xeyrinə işləsin. Burada isə ədalət prinsipi pozulur. Biz illərdir ki, bu proqramın

üzərində işləyirik. Hazırlamaqda məqsədimiz ondan ibarət idi ki, cinayət, onun subyekti

və cəza eyni olsun. Hər kəs də bilsin ki, hakim ədalətli qərar qəbul edib. Ona görə də fikrimiz belə idi ki,

proqram hazırlayaq və bu, hakimin hüquqi məsləhətçisi olsun. Proqram elə şeyləri nəzərə alsın ki,

bu, hakimi əvəz etməyəcək, ancaq ona köməkçi olacaq. Proqramın tamamilə mahiyyəti

bundan ibarətdir. Hakimlər hərdən elə başa düşürlər ki, onları kompüterlə əvəz etməyi düşünürük.

Aydın məsələdir ki, bu, mümkün olan şey deyil. Ona görə ki, heç bir texnologiya insanı

tam əvəz edə bilməz. Harada ki, insanın taleyindən söhbət gedir, aydındır ki, texnologiya bunu

tamamilə əvəz etməyəcək. Çünki məhkəmə prosesi tamamilə hüquqi proses deyil.

Burada həm psixoloji, həm fəlsəfi, həm pedaqoji prosesdən söhbət gedir.

Orada insan bir-birinin üzünə baxıb, cürbəcür fikirlər deyir. Birdən görürsən, elə məsələlər

ortaya çıxır ki, hakim fikrini dəyişir. Ona görə də hakimlər elə başa düşməsinlər ki, bizim

məqsədimiz onların cəza təyinetmə funksiyasını əllərindən alıb, kompüterə tapşırmaqdır.

Bu, qətiyyən belə deyil. Söhbət ondan gedir ki, sadəcə olaraq, biz hakimlərə bir köməkçi

hazırlamışıq. İstəyirlərsə, istifadə edə bilərlər”.

 

7e9fcc76-d780-48ad-8bc5-2a07408714e7.jpg (208 KB)

İ.Rəhimov bildirib ki, kompüterin müsbət cəhəti ondan ibarətdir ki, ona təsir

etmək mümkün deyil:“Aydındır ki, hakimə kimsə təsir edə bilər. Onu ələ almaq da olar.

Ancaq bütün bunları kompüterə qarşı etmək mümkün deyil. Cəmiyyət də bilir ki, bəzən

hakimlər heç obyektiv qərar qəbul etmirlər. Təqdim etdiyimiz proqram elə bir sistemdir ki,

ona heç cür təsir etmək mümkün deyil”.

Professor İlham Rəhimov ölkə prezidentinin məhkəmə islahatları ilə bağlı fərmanı

barəsində də danışdı:“Əslində biz bu tədbiri fərmandan öncə planlaşdırmışdıq. Özü də tədbir

indiki adında deyil, sadəcə olaraq proqramın təqdimatı formasında olmalı idi. Lakin sonra düşündük ki,

doğrudan da bu, həm də fərmana uyğun gəlir. Çünki diqqət etsəniz, fərmanda da məhkəmə

sistemində texnologiyanın istifadəsindən söhbət gedir. Ona görə də fikrimizi dəyişdik ki, elə

biz də prezidentin fərmanının müzakirəsi kimi bunu ortaya qoyaq”.

İlham Rəhimova jurnalistlər tərəfindən sual verildi ki, yeni proqram Azərbaycanın

məhkəmə sistemində problemə çevrilən məsələnin – hakimin işi sədrə məruzə

etməsinin qarşısını ala bilərmi? Professor aşağıdakıları bildirdi:

“Düşünürəm ki, məhkəmədə sədr məsələsi doğru deyil. Çünki sən də hakimsən, mən də…

Nə üçün sən sədr olmalısan? Sədrin funksiyası bu olmalıdır ki, o, işi hakimlər arasında

doğru bölüşdürsün. Yəni ona məlumdur ki, hansı hakim, hansı işi daha yaxşı bilir.

Sədrin müdaxiləsi mümkün deyil və buna qanun da imkan vermir. Proqrama gəlincə isə,

hakim proqramdan istifadə edir və hansı cəzanın ədalətli olduğunu müəyyənləşdirir.

Yalnız bundan sonra sədrin və ya hansısa yuxarı instansiyanın ona müdaxiləsi alınmır.

Kompüter cavab verib və hakim də özü üçün cəzanı müəyyənləşdirib.

Bundan başqa kiminsə müdaxiləsi mümkün deyil”.

Musavat.com

15.05.2019 06:04

     Kamilliyə can atmaq təbii bir istəkdir. Onu dənizin dərinliyindən üzə çıxıb günəşə və işığa çatmaq arzusuna bənzətmək olar. Biz daha yaxşı olmağa,daha kamil və tam olmağa, özümüzü daha çox realizə etməyə və daha çox qazanmağa çalışırıq. Bu bizim bir insan və bir maddi varlıq kimi olan istəklərimizdir. Eyni zamanda iç dünyamızın – ruhumuzun özünü mümkün olduğu qədər daha çox göstərmək və realizə eləmək kimi planı, işi vardır.

     Kamillik nədir, onu hansı kriteriyalar əsasında dəyərləndirmək olar və onun hüdudları hardadır?

     Kamillik əslində insanın ruhunun tamlaşması ilə bağlı olan prosesdir. Yəni kamillik dedikdə ruhun kamilləşməsi nəzərdə tutulur. Ruh kamilləşdikcə ruhun maddi dünyadakı insan adlı maddi qılafı da kamilləşir. Daha doğrusu, ruhun kamilləşməsi halında biz insanı kamil bir insan olaraq görürük. Kamil insan – dərk etmiş insanın yeni tipi olub, özünün cəhətləri və keyfiyətlərini etiraf edir və bunları istənilən şəraitdə aşkarlamağa qorxmur. Dünən kamil gördüyünü bugün kamil deyil deyə inkar etməkdən qorxmur. Kamillik dünyanın bizim istədiyimiz kimi olacağı gözləntisini aradan götürməkdir. Dünyanı necə varsa eləcə qəbul eləmək bacarığıdır. Kamillik hər şeydə ilahi başlanğıc, ilahi işıq, Allahın iradəsini görməkdir. Bunlar varlığın mayasıdır, çünki allahın hər bir yaratdığı öz təyinatı və mahiyyəti etibarilə kamildir. Bizim görmək, qəbul eləmək istəmədiyimiz şey əslində həmin şeyin kamil olmadığı demək deyil. Yaranışını təşkil edən kərpicləri görmək və onu dəyişdirməyə (bizə görə kamil olanla əvəz etmək) deyil, kamilləşdirməyə çalışmaq. Çünki kamilləşdirərkən bəşəriyyət bəhrələnir, dəyişdirmək istəyəndə bunu bizə uyğunlaşdırırıq. Yəni dərk etmiş kamil insanda eqoistlik yoxdur. Kamillikdə ümumilik var, tamlıq var, yaradana qovuşmaq var. Sufizm fəlsəfəsində olduğu kimi. Kamilləşib tanrılaşmaq, Tanrıya "çevrilmək". Kamilləşmək - kamil kainatları yaradarkən Allahın məntiqinin mənasını anlamaq və bütün gözəlliyini görmək.

     Kamillik anlayışına sizin nə eləməyinizdən asılı olmayaraq, yaranışınızın səviyyəsinin sizə nə qədər yarımçıq və səthi görünməsinə, yaxud əksinə, baxmayaraq, özünüzü təzə başlayan yaradıcı hesab etmənizə baxmayaraq, allahın sizin vasitənizlə yaratması daxildir. Yəni əslində Allah sizin əlimizlə yaradır. Allahın sizdən başqa əlləri yoxdur. Deməli, sizin bütün yaradıcılığınız artıq öz-özlüyündə və sözsüz kamildir. Bizə ancaq bu kamilliyi görmək, dərk etmək və ona çatmaq gərəkir. Belə ki, əgər hər şey eyni bir materialdan düzəlmiş olsaydı və hər şey eyni materialdan düzəldildiyindən müxtəlif əşyaların müqayisəsi öz mənasını itirmiş olardı.

     Kamillik – imkanların bütün spektrini qəbul etmək və səhv etməkdən qorxmamaqdır. Çünki səhv anlayışının özü dəyişərək tədqiqata, axtarışa, yeni yollar açmağa çevrilir. Yerin altında hər tərəfə kök atan və suya çata bilməyən bir kök çıxıntısını müvəffəqiyyətsizlik saymayan ağac kimi. Bütün köklər eynihüquqludur və ağacın kamilliyi də budur. Yəni kamilləşmə yolunda yıxılmaqdan, itirməkdən qorxmamaq və təzədən qalxıb irəliləməyi bacarmaq. müçün özümüzü qınamamalıyıq. Sadəcə bütün işlərimizə işıq verməli, sevgi verməli və hər şeyi maksimum düşünülmüş görməliyik.

     Kamilliyin ikinci tərəfi öz yaratdıqalarınız üçün məsuliyyət daşımaqdır. Bu gördüyümüz işlərdə özümüzü realizənizin ideal olmadığını qəbul eləməkdir. İlk başlanğıcda yaratdığınız sizə hər nə qədər kamil görünsə də bu mərhələni qəbul eləmək, özünü delitantlıqda ittiham etməmək, əsas seçimi eləməmişdən qabaq özünə çoxsaylı variantları sınaqdan çıxarmağa imkan verməkdir. Biz variantları sınaqdan çıxartdıqca seçimimiz həmin mərhələ üçün kamilləşir. Lakin seçimimiz bir sonrakı mərhələ üçün yenə də kamil deyildir. Bu, zahirən seyrəlmə və xırdalanma kimi görünsə də mahiyyət etibarilə belə deyil. Əslində bu öz imkanlarını araşdırmaqdır, yaradıcılıqla məşğul ola biləcəyimiz sərhədlərimizi və ərazisimizi ayırd edə bilməkdir.

     Öz imkanlarımızın diapazonu ilə tanış olduğumuzda məhz indi nəylə məşğul olmağın bizin üçün maraqlı olduğunu (kamilləşmək üçün) tapa bilmək bizə asan olacaqdır. Bu zaman daha dar sahədə təmərküzləşərək orada kamillik əldə etmək üçün yaradıcı enerji axınımızı daraldacağıq. Öz işimizin ustası olacağıq, lazım gəldiyində fəaliyyət dairəmizi genişləndirməkdən qorxmayacağıq. Çünki biz öz vaxtında imkanlarımızın sərhədlərini müəyyənləşdirmişik.

     Kamillik o deməkdir ki, düzgün yerdə və düzgün vaxtda öz işimizi görürük. Hər nə olursa-olsun anın içərisində yaşamalı, özümüzü bütövlükdə yaradıcılığa verərək, enerjiyə bizin vasitəmizlə üzə çıxmağa imkan yaratmalıyıq. Bu iş bütövlükdə iş prosesində (hər hansı bir iş) ərimək ola bilər, meditasiya ola bilər və insanın ağlına gələn hər bir şey ola bilər. Hər bir şeyin mənbəyində enerji dayandığından biz ilahi enerjinin xam (təmiz, toxunulmamış, xalis) ötürücüsü (və ilk öncə daşıyıcısı) olurbq. Allah bizin vasitəmizlə reallaşır. Yəni biz onun kamilliyini damcı-damcı maddiləşdiririk. Buna görə deyirik ki, yaratdığımız nə qədər kamil görünsə də kamil deyil və əgər biz də yaratdığımızın kamil olduğunu düşünürüksə səhv edirik. Əslində hər şey bizə kamil görünməsə də kamildir. İnsan üçün kamillik nisbidir. Yəni hər şeyi öz kamillik prizmasından kamil, yaxud yarımçıq görür. Özü kamilləşdikcə bir az qabaq ona kamil görünən şey daha onun üçün kamil deyildir. Yəni kamillik sonsuzdur.

     Kamillik gözəllik və harmoniyanı görməkdir, yalnız öz təzahürümüzdə deyil, bəlkə sbizi əhatə edən hər şeydə. Başqa insanlarda da kamilliyi görmək, kamlliyə çatmaq üçün başqalarına kömək etmək və onlara bu dərketmə səviyyəsinə çıxmaq hüququ verməkdir.

     Yuxarıda da deyimiz kimi, kamilliyin hüdudu yoxdur. Bu doğrudan da belədir. Çünki kamillik artıq toxunduğumuz, haqqında düşündüyümüz, gördüyümüz və görmədiyimiz, hiss etdiyimiz və hiss etmədiyimiz, eşitdiyimiz və eşitmədiyimiz hər şeydə vardır. Kamillik hər şeyin mahiyyətindədir. Hər şey yaranışından kamildir, bizim onu necə dəyərləndirməyimizdən asılı olmayaraq. Insan kamil olmadığından və bu kamilliyinin ayrı-ayrı və kiçik-kiçik zərrəciklərini dərk etdiyindən kamilliyi tam olaraq görə bilmir. Kamilliyə doğru getmək yeni başlanmış üçüncü eranın əsas tələblərindən biridir.

Hər kəsə kamilliyə çatmaq arzusu ilə

GÜLZAR.

    

15.05.2019 06:00

Uşağın sağlamlığı, inkişafı və gələcəyi həmişə cəmiyyətin əsas problemlərindən biri olmuşdur. Xüsusilə uşağın gələcək inkişafı, cəmiyyətdəki mövqeyi və rolu, eləcə də cəmiyyət üçün yararlı ola bilməsi aparıcı meyarlar olmuşdur. Bu xüsusda çoxsaylı tədqiqatlar və nəzəriyyələr mövcuddur. Hətta bildiyiniz kimi, perinatal dövrdə hamiləlik zamanı   uşağın inkişafı və təlim-tərbiyəsi ilə məşğul olmaq gərəkdiyi haqqında da fikirlər mövcuddur. Yəni əslində indiyə qədər aparılan tədqiqatlarda uşağın inkişafı və təlim-tərbiyəsi fiziki-maddi dünya aspekində nəzərdən keçirilir, proses maddi dünya dəyərlərinə uyğun olaraq həyata keçirilir və mənəvi dünyanın təsiri və rolu nəzərə alınmayaraq tamamilə bir kənara qoyulur.

Əslində uşağın psixi formalaşması və inkişafının əsası mənəvi dünyada qoyulur. Bu proses mənəvi dünyada formalaşaraq uşağın dünyaya gəlməsi ilə maddiləşir. Yəni aldıqlarını və yaxud qazandıqlarını (hazır proqramı) özü ilə bu dünyaya gətirir və gələcəyi bunlar əsasında formalaşır. Bu baxımdan da uşağın doğulmadan sonrakı tərbiyə və inkişafı ondakı mövcud proqramı nəzərə almadan mümkün deyildir. Eyni müəllimdən dərs alan, eyni ata-ananın tərbiyə elədiyi, lakin hər cəhətdən tamamilə bir-birindən fərqlənən uşaqlar kimi. Bunlar ən ibtidai misallardır. Bunları daha qlobal səviyyədə göstərsək, mövcud dövlət siyasətlərinə qarşı çıxanlar, ədəbiyyat və incəsənətdəki səpkiləri dəyişdirənlər, inqilablar edənlər və s. işarə etmək olar (yəni bu insanlar görməli olduqları işlərin hazır proqramları ilə doğulmuşdur). Bununla bağlı psixoloqlar Brayn L.Veyssin və M.Nyutonun xəstələti üzərində apardıqları şəxsi tədqiqatlarının nəticələri olaraq yazdıqları kitablarında geniş məlumat vardır.

Göründüyü kimi, məsələ fikirləşdiyimizdən daha mürəkkəbdir. Belə ki, formalaşma mənəvi dünyadan başlayır. Uşağın ruhu hamiləlikdən bir il qabaq ananın aurasına daxil olur. Sonra hamiləlik başlayır. Bu iki dövr, yəni uşağın ruhunun ananın aurasında olduğu dövr və uşağın ruhunun ananın bətnində olduğu dövr onun inkişafında aparıcı rol oynayır. Əlbəttə, qoyulmuş proqramlar xaricində. Daha dəqiq desək, uşağın ananın ruhu ilə qeyri-fəal (aura vasitəsilə dolayısıyla) və fəal (ana bətni vasitəsilə birbaşa) əlaqəsi dövrləri uşağın gələcəyinə kifayət qədər çox təsir göstərir. Psixoloji ədəbiyyatdan da məlum olduğu kimi, hamiləlik dövründə əsəbilik keçirən, stressdə olan, hər hansı bir şeylə bağlı qorxu hissi keçirən analar balansı olmayan psixikaya malik, əsəbi, müxtəlif qorxuları olan, stres alqoritmləri yüksək uşaqlar dünyaya gətirirlər. Yəni doğumdan iki il qabaq ananın keçirdiyi bütün hislər, narahatlıqlar, stresslər, emosiyalar, etirazlar və bir çox başqa şeylər uşağın inkişafında öz əksini tapacaqdır. Yəni əgər ana atrıq fəza ilə deidenfikasiya vəziyyətinə girmişsə,onun davranışı, fəzaya münasibəti kifayət qədər təbii bir şəkildə harmonik vəziyyətə gətirilməlidir. Əks halda uşaqda anada olan etiraz, müqavimət, inkar etmə, düşmənçilik və s. formalaşacaqdır ki, bu da onun dünyaya gələrkən özü ilə gətirdiyi proqramı lazım olduğu şəkildə reallaşdırmağa mane ola bilər.

Göründüyü kimi, əsas məsələ anadakı enerji balansıdır, onun energetik stabilliyidir. Burada eyni zamanda harmoniya, yaxın adamların məhəbbəti, ananın təbiətlə olan əlaqəsi (dəqiq olaraq meşə, dəniz, su, quşların oxuması və s. kimi. Çünki təbiət öz-özlüyündə su, ekologiya, həmiz hava vasitəsilə bu balansı olduqca tez bir zamanda tənzimləyir) mühümdür. Ana əgər şəhər şəraitindədirsə, texnoqen konstruksiyalar, informasiya fəzası, qohumlarla münasibət, iş şəraiti, nəqliyyat və s. məcburi şəkildə ondan destruktiv sistemin xeyrinə böyük enerji miqdarı ayırır, enerji balansını pozur, mənfi enerji yaradır.

Əgər hamiləlik ananın ərzaq məhsulları, ayrı-ayrı şəxsiyyətlərlə (kim olduğundan asılı olmayaraq) deidentifikadiyası anaında, yaxud onun maliyyə, narkotik maddə və s. eqreqorlardan asılılğı halında baş vermişdirsə, təbii olaraq bütün bu hallar uşağın formalaşmasında rol oynayacaqdır (əlbəttə karma, yaxud qoyulmuş proqramla yanaşı). Belə ki, ananın vəziyyəti uşaq üçün gələcək xarici dünyanı əks etdirən ekrandır və sonra uşağın şüur sistemində, dünyaya və maddi dünyada olan bir çox şeylərə baxışının formalaşmasında rol oynayacaqdır və artıq heç bir tərbiyə forması şüura qoyulmuş proqramları (mənəvi, ictimai, siyasi, maliyyə və s.), hazır konstruksiyaları silməyə qadir olmayacaqdır. Uşağın gələcəkdəki fəaliyyət və davranışları davamlı olaraq mövcud hazır bacarıq, davranış, istedad, iş, münasibət və s. proqramların və konstruksiyaların təsiri altında olacaqdır. Yəni ananın fəzaya münasibəti uşağın ruhunda öz əksini taparaq onun gələcək həyatında həyata keçirməli olduğu proqramı yönləndirəcəkdir. Bu baxımdan da uşağın ana ilə fəal və qeyri-fəal əlaqəsi dövründə ananın dünyagörüşü sistemi və bu dünyagörüşünün doğurduğu bütün hislər, duyğular, emosiyalar, bacarıqlar, fikirlər, yanaşmalar uşağın sonrakı formalaşması və inkişafına (ilk növbədə mənəvi dünyasının), xüsusilə də bu formalaşma və inkişafın əsasında duran şüur sisteminə (qoyulmuş proqram da daxil olmaqla), təsirsiz qalmayacaqdır. Əgər doğrusunu etiraf eləsək, bu təsir dağıdıcı olacaqdır. Çünki əslində ananın kainatın qanunlarına uymayan dağıdıcı dünyagörüşü sistemi (dünyagörüşü sistemi kainatın qanunlarına uyduqda yaradıcıdır, yəni bağışlamaq, sevmək, hər şeyi olduğu kimi qəbul etmək, kin, niftət və bu kimi neqativ hislərdən qaçmaq, müsbət emosiyalarla yaşamaq, allahın iradəsini qəbul eləmək, allaha təvəkkül eləmək, ətraf aləmə konstruktiv münasibət bəsləmək və s. kainatın qanunlarına uymaqdır) uşaqda da oxşar dünyagörüşü sistemi formalaşdıraraq onun qoyulmuş proqramı düzgün və ən optimal şəkildə həyata keçirməsinə kömək etmək əvəzinə ona pozucu təsir göstərcəkdir.

Dünyanın 2014-cü ildə yeni müstəviyə - Dolça erasına keçməsi ilə bağlı vəziyyət müəyyən qədər dəyişmişdir. Çünki yenicə daxil olduğumuz müstəvinin öz tələbləri və alqoritmlər sistemi vardır. Ona görə də belə bir sual maraq doğurur: dünyanın yeni vəziyyətinə uyğun olaraq bu mövzu ilə bağlı hansı dəyişikliklər vardır? Sözsüz ki bütün qadınlar yeni müstəviyə keçməmişdir və onların əksəriyyətində hələ də destruktiv təcrübə mövcuddur (analarından keçmiş olan). Eyni zamanda bütövlükdə destruktiv təcrübə, destruktiv sistemin özü, sivilizasiyalar, insanın şüuru hələ də dünyada baş verən (bəzi hallarda artıq baş vermiş olan) dəyişikliklərə adaptasiya ola bilməmişdir. Bu dəyişikliklər iradəmiz xaricində vaş verdiyindən və kainat və görünməz dünya qanunlarına tabe olduğundan bizim bu dəyişikliyə çatmamız və özümüzü bu yeni müstəvidəki (fəzadakı) yeni dərketmə sisteminə, yeni insan münasibətləri sisteminə, yeni dünyagörüşü sisteminə uyğunlaşdırmamız lazımdır. Bu isə uzun zaman tələb edən bir prosesdir. Çünki bütün bu daşlaşmış yığını birdən götürüb atmaq və yeni çoxsahəli və çoxrəngli yeni eraya məxsus təcrübə ilə əvəz etmək mümkün deyil. Bu hazırki müstəviyə uyğun uşaqlar dünyaya gətirə bilmək üçün ananın özünün bu müstəviyə adaptasiyası lazımdır. Ancaq digər tərəfdən uşaqlar yeni müstəviyə uyğun doğulmalı olduqalarından (yəni anadan aldıqları alqoritmlərlə yanaşı, dəyişmiş müstəvidə yaşamalı olduqlarından, bu müstəvinin inkişafında müəyyən rola malik olmalı olduqlarından) yeni kainat qanunlarına, yeni fəzaya uyğun tələbləri – şüur-struktur dəyişiklikləri, mənəvi dəyər komplekslərindəki dəyişikliklər, yeni yaradıcılıq tipləri, yeni günyagörüşü alqoritmləri, yeni şüur alqoritmləri də olacaqdır (əks halda yeni müstəvinin olması və davam etməsi sual altına alınar). Buna görə də köhnə sistemdə dünyaya gələn uşağın etirazları özünü göstərir. Belə bir şəraitdə əvvəlcə destruktiv təcrübə qazanan uşaq sonra bu destruktiv sistemi bütövlükdə rədd edir, başqa bir qütbə çəkilir, bu sistemə marağını itirir. Ruh hiss qütblərini bağlayır. Sanki o acı və xoşagəlməz bir şeyə reaksiya verir. Bu uşağın təbii bir vəziyyətidir. Çünki uşaq yeni energetik strukturla (müstəvinin tələblərinə uyğun olan enerji və alqoritmlərlə) doğulmuşdur və onun energetik strukturu tamamilə başqa bir şey (hələ də tam formalaşmamış yeni müstəvi) üçün yaradılmışdır. Yəni onunla fəza (müstəvi) arasında əsaslı bir fərq vardır. Bu fərqi silmək zəruridir. Xüsusilə də perinatal dövrdə. Həm də bu yalnız harmoniya yaratmaqla bitmir. Çünki yalnız bu fərqlər aradan götürüldükcə (müstəvinin ünerjisi onun enerjisi ilə üst-üstə düşdüyündə, yəni müstəvidəki ruhlar yeni müstəvinin alqoritmlərini mənimsədikdə) uşaq yeni müstəviyə uyğun inkişaf edəcəkdir. Burada uşağa fantaziya sistemi haqqında da mümkün olduğu qədər çox informasiya vermək mühümdür. Bu fantaziyanı bütövlükdə fəzaya münasibətdə, xüsusilə ananın şüuruna münasibətdə vermək lazımdır. Çünki qadınların əksəriyyəti müəyyən şablonlar əsasında yaşayırlar: dəbdə olanı geyirlər, ətrafdakıların təriflədiyi yeməkləri yeyirlər, informasiya fəzasının dediklərini danışırlar, əlçatanlıq sistemindən ( gerçək mövcud olandan) istifadə edirlər. Çox nadir hallarda öz fantaziyalarından, öz yaradıcılıqlarından yararlanırlar. Mənəvi dünyalarını inkişaf etdirmək haqqında düşünmürlər, hətta əksər hallarda belə bir işin lazım olduğunu və hətta belə bir şeyin olub-olmaması haqqında təsəvvürləri belə yoxdur.

Təbii ki, fəzanın (müstəvinin) gələcək vəziyyəti üçün doğulmuş uşaq hətta destruktiv inkişaf çərçivəsində belə, onun bu fəzadakı gələcək vəziyyətinin analoqu kimi məhz ananın yaradıcılığında maraqlıdır. Bu vəziyyətdə təbii olaraq, bunu başa düşmək zəruridir ki, qadın nə qədər çox fantaziyaya qapılsa, yaratsa, müxtəlif musiqilərə qulaq assa, sənət əsərlərinə baxsa və bunları gələcək yeni dünyanın prototipi kimi təkrarlasa, mənəviyyatını inkişaf etdirmək haqqında fikirləşsə və bununla bağlı müəyyən işlər görsə, bu uşaqda yaratmaq istedadı kimi, mənəvi baxımdan daha kamil insan olmaq kimi, yeni dünyagörüşünə sahib olmaq kimi öz əksini tapacaqdır. Onun yaradanla əlaqə qura bilməsi və bu əlaqənin formalarına təsir göstərəcəkdir. Yeni eranın tələblərinə daha uygun olacaqdır. Bütün varlığa münasibəti dəyişəcəkdir. Allaha doğru aparan müstəvi pilləkənlərində irəliləmək ruhları allaha doğru aparır. Çünki son nəticədə ruh inkişaf edərək onu Yaradana, yəni bütövə qoşulmalıdır. Sufilərin dediyi kimi, biz haqqa qovuşub haqq olacağıq.

Bu halda dünyaya gələn uşaq daha az müqavimət göstərir, fəzanı daha az rədd edir. O özü bu fəzada yenini axtarmağa başlayır, o özü fantaziya eləməyə başlayır, onlar müstəqil olmaqla yanaşı, tez öyrənir, daha çox şəxsi inkişafları ilə məşğul olurlar (bunun bəzi nümunələri hazırki uşaqlarda görmək mümkündür). Əslində əgər diqqət etsək, uşaqda fəzanın daxili tərkib hissəsi olan yaradıcılıq elementlərini həm erkən yaşlarında başlayır, həm də uşaq öz fəzasını artıq bir illüziya kimi ortaya qoyur,varlığın qismən inikası (ata-anasına münasibətdə, cizgi filmlərinə münasibətdə) kimi deyil. Müstəvinin tələblərinə uyğun olaraq yeni doğulan uşaqlar fəzanı kifayət qədər böyük bütöv bir kateqoriya, öz qayda-qanunları olan qapalı bir sistem olaraq yaradır. Mənəviyyata daha çox bağlı olduğundan bu qayda-qanunları o özü formalaşdırır və qavrayış fəzasının (maddi dünyanın) ona verdiyi oriyentasiyadan əsla istifadə etmir.

Diqqəti çəkən başqa bir sual da kainatın yeni şəraitində ailə münasibətlərinin uşağın inkişafına necə təsir etməsidir. Içində yaşadığımız müstəvidə sevgi və gözəl olan hər şey, allahla əlaqənin güclənməsi ön planda durur. Hislərlə yeni fəza arasında nisbət dəyişir, ailənin emosional konstruksiyası dəyişir. Məlum olduğu kimi, evlənmək üzrə olan adamlarda hissi-emosional fon dəyişir. Emosional qütblər harmoniyada olur. Əslində bu məhəbbətlə bağlı olmayıb, dünyanı, fəzanı, gerçəkliyi qavramasıyla bağlıdır (həmin anda məhəbbət hissi güclü olduğundan ətrafa məhəbbət saçır, hər şeyi məhəbbət işığı içində görür). Evlənmədən sonra mosional qütblər harmoniyada olduqda (yəni evlənmədən sonra bu məhəbbət hissi qaldıqda) münasibətlər stabil qalır, ərlə-arvad bir-birini dəyərləndirir və əslində bu dəyərləndirmə bütün ömür boyu sürür. Əks halda boşanmaya gətirib çıxarır. Yəni hazırki dünyamızda ailə məhəbbət əsasında qurulmalıdır və başqa heç bir meyar olmamalıdır. Yalnız sevgiyə əsaslanan ailə yeni müstəvidə ailənin stabil qalmasına, ailə üzvlərinin, xüsusilə də uşaqların, yeni müstəviyə uyğun yetişməsinə imkan yarada bilər. Eyni zamanda qarşı tərəfin dünyaya gələrkən yerinə yetirməli olduğu vəzifə, karma və s. nəzərə alınmalıdır. Eqoistcəsinə yalnız özümüzü düşünməməliyik. Yaranmış problemləri ilahi tələblər bucağından dəyərləndirməli və uşaqlarımızın gələcək inkişafını düşünməliyik.

Hər kəsə mənəvi kamillik arzusu ilə

GÜLZAR

13.05.2019 09:22

Gülnara İnanc, kvant psixoloqu

Uşaqlığımda belə bir mahnı vardı:
"Qışda, şaxtada, buzda günəş çimir hovuzda.
Lap istisində yayın çimir içində çayın.
Tez gətirim ləyəni, su tök yuyundur məni.
Ay ana, böyüyəndə günəş olaram mən də".


Bu, uşaq xəyalı deyil, insanın böyük olmaq arzusudur. Arzular böyük və gələcəyə ünvanlanan olmalıdır. Yəni arzumuz lampa olmaq yox, günəş olmaqdır.  Arzu isimdir, xəyallarımızdan ibarətdir. Arzuda yaradıcı enerji zəifdir, o, yalnız istəkdən ibarətdir. İstək arzudan bir pillə yuxarıda olsa da, hələ də qurucu enerji daşımır. Bir şeyi arzulayır, xəyallarımızda yaşadıb istəyirik. Amma istəyin baş tutması üçün feil, yəni hərəkət lazımdır. İnadla və məqsədyönlü, strategiya quraraq, saatlarla çalışmaq. Ən vacibi isə fikrin, hisslərin və əməlin eyni dalğada olması vacibdir. Yəni arzu və istəyi niyyətə çevirmək. Məsələn, mən avtomobil almaq arzusundayamsa, bunu düşəndən-düşənə yox, davamlı istəməliyəm və artıq avtomobilim var kimi hisslər yaşamalıyam. Məhz hiss, fikir və əməlin birliyi niyyətə çevrilir, nəticə verir.
 
 
Əgər mən günəş olmaq istəyib, lampa olmaq hisslərini yaşasam arzum həyata keçməyəcək, çünki  günəş olacağıma şübhəm var. Niyyət nədir? Avtomobil almaq istəyirəmsə, bütün güçümlə onun həyata keçməsinə enerji verməliyəm. Amma gərginlikdə və əsəbilikdə yox, "nəyin bahasına olursa-olsun" deyərək yox. Çünki bu halda arzunun niyyətə çevrilməsi emosional əzablar üzərində qurulacaq və istədiyimizi əldə edəndən sonra peşmaçılıq, psixoloji və fiziki problemlər bizi bürüyəcək.
 
 
 
Əvvəlcə, arzumuzun bizə məxsus olduğunu, yoxsa başqasının, ən pisi isə ictimai fikrin olduğunu araşdırmalıyıq. Maşın mənə nə üçün lazımdır? Əgər özümün sosial üstünlüyümü göstərmək , yaxud ictimai fikirdə özünü təsdiq etmək üçündürsə, bu , mənə lazım deyil. Əgər avtomobil mənim işlərimi daha sürətlə görməyə yardım edəcəksə, bunu etmək lazımdır. Arzunun niyyət olmasında motivasiya çox önəmlidir. Motivasiya düzgün olanda niyyət güclü olur.
 
 
Arzunun niyyət olması üçün strategiya vacibdir. Avtomobili necə ala bilərəm? Heç bir halda kredit və borc yolunu seçməyin,  lotoreya girovu da olmayın. Lotoreya da qumardır. Onlar sizi gərginlikdə saxlayıb arzunun həyata keçməsi sevincinə zəhər qatacaq. Soruşacaqsınız, "bəs mən bu maaşla necə avtomobil alım?"
 
 
Yuxarıda qeyd etdiyim tərzdə niyyəti gücləndirmək və əlavə iş axtarmaq olar. Amma heç nə sağlamlığa xələl gətirməməlidir.  Bir də vacib olan niyyəti dəqiq görməkdir. Aavtomobilin rəngi, markası, salonu artıq varmış kimi təsvir etmək və hiss etmək lazımdır. Amma bir şərtlə, özünüzü prosesin içində görmək vacibdir. Yəni avtomobilə kənardan bir film kimi baxmıram. Avtomobili artıq almışam və onu sürürəm. Bəli, bu, bir günə nəticə verməyəcək. Aylarla bu canlı filmi yaşamaq lazımdır. Özü də çox rahat və xoş hisslərlə. Artıq istədiyimizi almışıq kimi sevinc və minnətdarlıqla, inamla və gözləməklə. Amma "bəs niyə olmadı, neçə aydır çalışıram" deyəcəksinizsə, bu təqdirdə neqativ ümidsizlik enerjisi yaradacaqsınız və niyyətinizi itirəcəksiniz.
 
 
Həyatda bir şeyi qazanmaq istəyirsənsə, sistemli və cəsarətlə işləməlisən. Arzular böyük olmalıdır. Bu halda 10% belə əldə etsəniz, bu, az olmayacaq. Azın 10%-də az olacaq. Arzular məqsədlə möhkəmlənəndə güclü niyyət olur. Məqsədimiz avtomobil almaqdırsa, prosesi mərhələlərə bölün. Addım-addım irəliləyin. Bir mərhələni yekunlaşdırmamış o birinə atlamayın. Cəsarətli olun. Addımı atmamış onun sizə uyğun olmadığını bilməyəcəksiniz. Həyatda səhv yoxdur, yalnız təcrübə var. Elə isə irəli! Günəş olmağı arzulayın.
 
Medicina.az
 


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR