Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 07 May 2019 07:42

“ERMƏNİLƏR MÜSƏLMANLARA QARŞI"

Written by 
“ERMƏNİLƏR MÜSƏLMANLARA QARŞI" Consulate General of Azerbaijan in Los Angeles

Bir ingilis jurnalistin Azərbaycan üçün fəryadı

Baş Konsulluğumuzun Los Ancelesdə yerləşən UCLA universitetinin kitabxanası vasitəsilə əldə etdiyi, ingilis jurnalist Skotland Liddellin 1920-ci ilin 8 may tarixində Londonda çıxan The Graphic qəzetində dərc edilmiş, erməni daşnakların Qarabağdakı mülki əhaliyə qarşı törətdikləri vəhşiliklər, Qarabağın o zamankı demoqrafik durumu və digər maraqlı məqamlar haqda məqaləsinin azərbaycancaya tərcüməsini təqdim edirik.

99 il keçsə də, Ermənistanın Azərbaycana qarşı şovinist siyasəti və erməni lobbisinin məkrli fəaliyyətində heç nə dəyişməyib. Ancaq o vaxtkından fərqli olaraq bu gün güclü və müstəqil Azərbaycanın haqq səsini duyan və dünyaya çatdıran vicdanlı dostlarımızın sayı qat-qat çoxdur.

“ERMƏNİLƏR MÜSƏLMANLARA QARŞI

Müəllif: Skotland Liddell 
8 may, 1920

Qəzetin qeydi: “Azərbaycan Respublikasının paytaxtı olan Bakının bolşeviklər tərəfindən ələ keçirilməsi Tiflisdən Skotland Liddellin bizə ünvanladığı aşağıdakı etiraz məktubunun qeyri-adi maraqla qarşılanmasına səbəb olub. Bu etiraz məktubu qəzetimizdə daha öncə dərc olunmuş “Qarabağ erməniləri” məqaləsinə cavabdır.”

Fevralın 21-də The Graphic (Qrafik) qəzetində "Qarabağ erməniləri" başlığı altında məqalə dərc olunub. Əlbəttə ki, Sizin də qeyd etdiyiniz kimi, məqalədəki məlumat erməni əsilli Tiqran Nazaryan tərəfindən verilib. Əlbəttə ki, bunun erməni təbliğatı olması heç kəsi təəccübləndirə bilməz. Və, təəssüf! Bu təbliğatın yalan olduğu da heç kimi təəccübləndirmir.

Qarabağın tarixi, coğrafiyası və təbii sərvətləri ilə bağlı deyəcəyim bir şey yoxdur. Ancaq Nazaryanın Londona etdiyi səfərin əsas məqsədinin Qarabağın Azərbaycan Respublikasının deyil, Ermənistan Respublikasının tərkibinə daxil edilməsinə Sülh Konfransını inandırmaq olduğunu və bu səpkidə Qarabağın əhalisi haqda onun təqdim etdiyi rəqəmlərin həyati önəm daşıdığını nəzərə alaraq, qeyd etməliyəm ki, bu rəqəmlər tamamilə yalandır.

Nazaryan deyir ki, Qarabağda 198 min erməni və 80 min tatar [azərbaycanlı - red.] var. Bu məsələdə tam bitərəf olan, yüksək nüfuz sahibi professor Şepotyeff son məqaləsində sübut edib ki, Qarabağın indiki əhalisinin yalnız 170 minini erməni, 415 minini isə müsəlmanlar [azərbaycanlılar - red.] təşkil edir. Ancaq erməni qoşunları son zamanlar o qədər günahsız müsəlman kəndlilərini qətlə yetiriblər ki, hətta Şepotyeffin rəqəmlərini belə mübahisəli hesab etmək olar.

Bu gün Ermənistan ordusu Qarabağda müsəlman partizanlarına qarşı müharibə aparırlar. Tökülən qana görə yalnız və yalnız ermənilər günahkardırlar. [Paris] Sülh Konfransı tərəfindən gələcək statusu müəyyən olunanadək Qarabağ vilayətinin Böyük Britaniya tərəfindən Azərbaycanın idarəsinə verilməsinə baxmayaraq, erməni liderləri və təxribatçıları uzun müddət müsəlman hakimiyyətini qəbul etmədilər və dinc erməni əhalini Azərbaycan hökumətinə qarşı qaldırmaq üçün hər yola əl atdılar.

Bu daimi təhrik və təxribat dəfələrlə silahlı qarşıdurmalara gətirib çıxartdı. Ötən ilin noyabr ayında Tiflisdə Azərbaycan və Ermənistan hökumətləri arasında saziş imzalandı. Bu sazişə əsasən, bütün döyüşlər dayandırılmalı və hər iki tərəf [Paris Sülh] Konfransının qərarını gözləməliydilər. Azərbaycan Respublikası bu müqaviləyə tamamilə sadiq qaldı. Azərbaycan qoşunları Zəngəzurdan çıxarıldı. Ancaq bu baş verən kimi ermənilər xəyanətkarcasına müsəlman kəndlərinə hücum edərək, yüzlərlə günahsız kəndlini qətlə yetirdilər və bir neçə həftə ərzində qırxdan çox müsəlman kəndini məhv etməyə müvəffəq oldular.

Uzun müddətdir iztirablara məruz qalan Azərbaycan yüksək səbr nümayiş etdirib. Ancaq hökumətin səbrinin də hüdudları var. Müharibənin qaçılmaz olduğunu hamı anlayır. Novruz Bayramının keçirilməsindən və Qarabağda asayişi qorumaq üçün çox az sayda Azərbaycan qüvvələrinin olmasından istifadə edən ermənilər martln 22-də bir çox müsəlman kəndlərinə yenidən hücumlar etmişlər. İndiyə qədər təkcə partizan qüvvələri onlara müqavimət göstərirdilər. Ancaq etibarlı mənbələrdən aldığım məlumata görə, “xristian” qonşuları tərəfindən tamamilə məhv edilmə təhlükəsi ilə üzləşən müsəlman əhalini qorumaq üçün Azərbaycan hakimiyyəti Qarabağa nizami ordu dəstələrini göndərməkdədir.

Erməni təbliğatı yüksək səviyyədədir. Şübhəsiz İngiltərə, Fransa və Amerikadakı bir çox [erməni] təbliğatçıları hazırkı silahlı qarşıdurmada baş verəcək itkilərdən öz acgöz ərazi iddialarını irəlilətmək üçün istifadə edəcəklər. Ancaq Cənubi Qafqazda olan bizlər həqiqətin nə olduğunu bilirik. Əlbəttə ki, Britaniya ictimaiyyəti də bunu bilməlidir.”

 

Təqdim edən: 

Consulate General of Azerbaijan in Los Angeles
Read 227 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR