Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 02 May 2019 10:25

Dövlət Komitəsinin sədri Beynəlxalq Bəhai İcmasının baş katibi ilə görüşüb

Written by 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 1-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Bəhai İcmasının baş katibi Coşua Linkoln və icmanın Birləşmiş Millətlər Təşkilatındakı Baş təmsilçisi  ilə görüşüb.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dini icmalara, o cümlədən bəhai icmasına yaradılan şəraitdən danışaraq bildirib ki, ölkəmizdə dini konfessiyalara sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün imkanlar yaradılıb. Dini konfessiya nümayəndələri ölkənin ictimai-siyasi həyatına tam şəkildə inteqrasiya olunublar.

Beynəlxalq Bəhai İcmasının baş katibi Coşua Linkoln vurğulayıb ki, Azərbaycandakı nümunəvi birgəyaşayış modeli, ölkəmizdə multikulturalizm və tolerantlıq sahəsində aparılan dövlət siyasəti marağına səbəb olub. O, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yanaşı yaşamasını multikulturalizmin uğurlu modeli adlandırıb. Qeyd edib ki, bəhai icmasının burada dini ayinlərini sərbəst şəkildə icra etməsi bizi çox sevindirir.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşün sonunda qonaqlar səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.

http://www.dqdk.gov.az/az/view/news/8785/dovlet-komitesinin-sedri-beynelxalq-behai-icmasinin-bash-katibi-ile-gorushub?fbclid=IwAR1PluI78Pups71AR_yjl8eR54Kv1kzi0grk3fMDn8mXzNL8fmC-z0X-CL8#.XMqTVOdgnMw.facebook

 

Read 217 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR