Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

23.05.2017 05:46

İslam dininə tapınan, zəhmətkeşliyi və qonaqsevərliyi ilə seçilən talışların qədim tarixi,öz dili, zəngin mədəniyyəti və maraqlı həyat tərzi var.


 
29.03.2017 00:00

Biri vardı, biri yoxdu, bir padşah və onun aman-zaman bircə qızı vardı. Günlərin bir günü bu padşahın diyarına bir dərviş gəlir. Dərviş, nə dərviş - cadu bilir, rəml atır, tale yozub, fal açırdı. Padşah bunu eşidincə, dərhal dərvişi yanına çağırtdırıb deyir: - Baba dərviş, fal aç, bir mənim də taleyimə bax. Gör ölümüm nə vaxt yetişəcək?

Dərviş: - baş üstə! - söyləyib, fal açır və bir az diksinən kimi olub dillənir:

- Padşah sağ olsun! Bir vaxt gələcək, qızın böyüyüb ərə gedəcək. Amma kürəkənin taxta çıxıb əmr edəcək ki, səni meydanda, camaatın gözü qabağındaca dar ağacından assınlar. Padşahın qanı qaralır, dərdə bataraq, qaraqabaq bir adam olur.

Ay ötür, il dolanır, padşah qızının ərlik vaxtı yetişir: qız, nə qız! Gözəlliyinin sorağını eşitmək bəs idi ki, ona vurulasan. Elçi elçi dalınca gəlir. Onlara nə cavab verəcəyini bilməyən padşah dərvişin sözünü yadına salıb dörd bir yana car çəkdirir: - Kim qızımı almaq istəyirsə, gərək bir şərtimə əməl etsin - içərisində biri ağ, biri qara iki daş olan dolçadan daşların birini çıxarsın. Bəxtinə ağ daş çıxana həm qızımı, həm padşahlığı verəcəyəm. Kimin bəxtinə qara daş çıxsa, taleyindən küssün - onu hündür bir təpədən aşırdıb öldürəcəyəm!...

Sonra da padşah dolçanı götürüb içinə xəlvətcə bir cüt qara daş atır. Ağ daş atmır. Dörd bir yandan gələn soylu şahzadələr, adlı igidlər, yetkin oğlanlar bəxtlərini sınayır, ancaq dolçadan qara daş çıxarırlar. Padşah da onları bir-birinin ardınca ölümə məhkum edir. Elə olur ki, padşah qızı dolçanın sirrini öyrənir. Amma nə xeyri? Atasının qorxusundan dinə bilmir.

Günlərin birində padşah qızı eyvandan baxıb görür ki, elçi daşının üstündə bir qoca oturub. Bundan mat qalıb, qocanı yanına çağırdır. Sonra da arxasını ona çevirib soruşur:

- Əmi, sizə nə lazımdır?

Qoca cavab verir ki:

- Gəlmişəm atanın dolçasından ağ daşı çıxaram, səni alam, padşahlığı götürəm özümə.

Qız yenə arxasına baxmadan qəzəblə deyir:

- Zorlu pəhləvanlar, ər igidlər, tədbirli şahzadələr ağ daşı çıxara bilməyib, qurban gedir... İndi sən - zəif bir qocamı bu işi bacaracaqsan? Hələ ki salamatsan, başını götür, get evinə!..

Sözünü bitirincə, padşah qızı geri dönür. Nə görsə yaxşıdı? Görür ki, yanına çağırdığı qoca deyil, cavan, həm də gözəl bir oğlandı. Qızın ürəyi ağrıyır, dolçanın sirrini ona açıb, yalvarır:

- İnsafsız atam səni də öldürər. Bu fikirdən əl çək, başını sağ götürüb get evinə!.. Oğlan razılaşmayıb deyir:

- Elə şey yoxdu, ağ daşı çıxarmaq məndən!

...Yenə təbillər vurulur, davullar səslənir - ağsaqqalqarasaqqal - hamı yığışır meydana. Padşahın dolçasını da qoyurlar düz meydanın ortasına. Sonra oğlanı çağırırlar meydana. "Daha bir qurban!" - deyə meydan əhli oğlanın halına acıyır, padşah qızı da örtülü eyvandan baxıb, gözyaşı axıdırdı... Oğlan, axır ki, əlini dolçaya salıb daşı çıxarır, ancaq onu ovucunda sıxdığından heç kəs bilmir ki, hansı daşı çıxarıb. Padşah əlini açmağı oğlana əmr edəndə, oğlan var gücüylə daşı uzağa tullayır. Oğlanın əl-qolunu bağlayıb, daşı axtarırlar, ancaq tapa bilmirlər. Padşah qarışıq, qalırlar mat-məəttəl. Bu vaxt oğlan deyir:

- Ay camaat! Eşidin-bilin! Mən ağ daşı çıxarıb, sevindiyimdən tullamışam. İnanmayanlar gedib dolçanı yoxlasın, görsünlər orda hansı daş qalıb... Meydan qarışır bir-birinə, hamı dolçaya baxmağa axışır.

Və... görürlər ki, dolçanın içində qara daş qalıb. Daşı padşaha göstərirlər. O, yanıb-yaxılsa da, dinə bilmir. ... Oğlan padşah qızını alıb taxta çıxır. Sonra köhnə padşahın hiyləsini hamıya çatdırır və əmr edir ki, zalım padşahı camaatın gözü qabağındaca dar ağacından assınlar. Bax beləcə, başqasını öldürən öz ölümünü tələsdirər!..


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi

OSI - Açıq Cəmiyyət İnstitutu - Azərbaycan

NRC - Norveç Qaçqınlar Şurası

 ISAR-Azərbaycan / USAID

"TUTU" Uşaq Mədəniyyət Mərkəzi Bakı - 1998

28.07.2016 07:26

Musiqinin yaşı bəşər övladının yaşı ilə eynidir. Mahnı isə musiqinin ən populyar janrıdır. Daşığın, sözlərin yaranmasından sonra isə, sözlü mahnı, yəni musiqi ilə şeiri ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı.

Mahnılar ifa olunduqca cilalanır, yadda qalır, sevilir və nəsildən-nəsilə ötürülürdü. Zaman keçdikcə də mahnıların sırasında ən çox xalq mahnıları üstünlük təşkil etməyə başladı.

Azərbaycanda xalq mahnılarının müəllifi, sözüz ki, "xalq" deyildi, konkret şəxslər idi. Amma o dövrlərdə musiqilərin nota alınmaması və ya səsyazma sistemi olmadığı üçün, belə mahnı müəlliflərinin adı unudulur və məşhurlaşan bu mahnılar "xalq mahnısı"na çevrilirdi.

Əmək mahnıları

Xalqın həyatı, mübarizəsi, sevinc və kədəri xalq mahnılarında öz əksini tapır. Xalq mahnılarımız mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına görə bir neçə qrupa ayrılır. Məsələn, mərasim mahnıları, məişət mahnıları, tarixi mahnılar və əmək mahnıları.

Əmək mahnıları xalq yaradıcılığının ən qədim janrıdır. Bu mahnılar arasında ən geniş yayılanları maldarlıqla bağlıdır. Azərbaycanda Masallı, Lənkəran, Lerik və Astara rayonlarında oxunan əmək-rəqs mahnılarını qadınlar kollektiv halda ifa edirdilər. Bu mahnılara misal olaraq "Həsiri basma dolan gəl", "Ha yordu-yordu" "Ay lolo" və sair göstərmək olar.

"Nənələr"

Talış və Azərbaycan xalq mahnılarının, bayatıların qrup halında mahir ifaçıları Lənkəranın Separadi kəndinin sakinləri olan "Nənələr" folklor ansamblıdır. Bu qrupun hazırda 6 üzvü var: Quliyeva Xanımbacı, Əhədova Qızvəs, Kərimova Gülbəzək, Məmmədova Şərəf, Məmmədova Mahirə və Məmmədova Nahidə.

Lənkəranın “Nənələr” folklor ansamblıc
© SPUTNİK/ RAHİM ZAKİROĞLU
Lənkəranın “Nənələr” folklor ansamblı

Qupun üzvü Gülbəzək Kərimovanın dediyinə əsasən, mərhum prezident Heydər Əliyev 1997-ci ildə Lənkərana səfəri zamanı qrupa "Nənələr" adının verilməsini təklif edib və onlar da bu təklifi qəbul ediblər. Həmin vaxtadək ansambl "Bacılar" adlanıb.

"Babamın oğlu olmayıb, 4 qızı olub. Babam qızlarına, yəni anamla xalalarıma həm talışca, həm də azərbaycanca mahnılar oxuyub və oxuduğu mahnıları öyrədib. Hətta nənəm qoyun dərisindən qızları üçün qaval da düzəldib. Bacıların yaşda böyük olanı mənim rəhmətlik anam olub. Qrupa rəhmətlik anam rəhbərlik edib, o da vəsiyyət edib ki, "mən öləndən sonra qrup dağılmasın". İndiki qrupda bacım anamın yerinə gəlib, mən isə rəhmətlik xalamın yerinə gəlmişəm. Xalam həm də mənim qaynanam idi", — G. Kərimova danışır.

Qeyd edək ki, qrupdakılar bir ailənin üzvləridir: iki bacı və iki gəlin. Qrupun ən yaşlıları Quliyeva Xanımbacı və Əhədova Qızvəsdir. Ansambılın bədii rəhbəri Fərhad Məmmədovdur.

"Toylarda 3 gün oxuyardılar"

Fərhad Məmmədov G. Kərimovanın qardaşıdır: "Fərhad, həm də Separadi kənd Folklor Evinin müdiridir. Biz ölkədə keçirilən, demək olar, bütün festivallarda iştirak etmişik. 5 festivalda uğurla çıxış etdiyimizə görə diplomlar da almışıq. Bizim oxuduğumuz "Ay lolo" mahnısı isə 2012-ci ildə "Grand" mükafatına layiq görülüb. Mükafatı bizə mərhum İlhamə Quliyeva təqdim etdi. Respublika səviyyəsində keçirilən bütün tədbirlərdə iştirak etmişik".

Məlumat üçün bildirək ki, ötən əsrin 70-ci illərində yaranan ansamblın repertuarında Azərbaycan və talış dillərində 100-ə yaxın mahnı və bayatı var. Məsələn, "Ay lolo", "Gəl gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi" və sair. Lakin Gülbəzək Kərimovanın bildirdiyinə görə, qrup rəsmi olaraq 1982-ci ildə fəaliyyətə başlayıb.

"Lənkəranda mədəniyyət şöbəsinin müdiri var idi — Şövkət xanım. Onun qaynı qızı bizim gəlindir. Toy vaxtı idi, gəlib anamgilin ifasını gördü və bundan sonra onları dəvət etdi, Lənkəranda məşqlərə başladılar. Ondan sonra anamgil artıq məşhurlaşmağa başladılar. Lakin o vaxtadək bütün toylarda iştirak ediblər. O vaxt evlərdə düz 3 gün toy olardı və mənim rəhmətlik anam və xalaların — 4 bacı həmin toylarda iştirak edirdilər. Hətta mənim qardaşım 1971-ci ildə əsgərliyə gedəndə anam onun üçün dayanmadan 3 saat mahnı oxudu", — G. Kərimova deyir.

Onun sözlərinə görə, anasıgil mahnıları bədahətən oxuyarmışlar: "Mahnıların əksəriyyətini özləri bəstələyiblər. Məsələn, əkinçiliyə həsr olunan "Dona miravari" mahnısı. Repertuarımızda yazın gəlişi və yazda torpağın oyanışına həsr olunan mahnılar da var ki, bunlar həm talış xalq mahnıları, həm də öz bəstələrimizdir. Bunlardan ən məşhuru "Ay lolo" mahnısıdır".

Xarici ölkələrdən dəvətlər

2005-ci ildə müğənni İlqar Muradov və Avstraliyadan olan bir turist "Nənənlər"in qonağı olub. Avstraliyalı qonaq "Nənələr"in mahnılarını dinlədikdən sonra, onları ölkəsinə dəvət edib. Lakin ansamblın yaşlı üzvləri razı olmayıblar.

Bir müddət sonra isə "Nənələr" Sevda Ələkbərzadə və "Natiq Ritm Qrupu" ilə birgə "Ay lolo" xalq mahnısının yeni versiyasını oxuyub. 2014-cü ildə isə ABŞ-dan olan kinorejissor Azərbaycanda sənədli film çəkərkən nənələri də lentə alıb. Bir neçə gün öncə qrupun ən yaşlı üzvü olan Quliyeva Xanımbacı Rusiya kinematoqrafçıları tərəfindən bədii filmdə çəkilmək dəvəti alıb.

Qrupun ən yaşlı üzvünün 76, ən cavan üzvünün isə 52 yaşı var. "Nənələr" folklor qrupunun bədii rəhbəri Azad Kərimli çoxdandır ki, nənələrlə birgə fəaliyyət göstərir. Onların ölkə miqyaslı tədbirlərdə iştirakına yaxından köməklik göstərən bədii rəhbər, ağbirçək nənələrimizə hər zaman dəstəkdir.

Qrupun hazırda 6 üzvü var: bacı olan 2 qaynana, onların bacı olan 2 gəlini və gəlinlərin bacıları.

http://sputnik.az/azerbaijan/20160728/406590458.html



XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR