Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar.
- 17-01-2023, 13:42
- АНАЛИТИКА
- 0
- 873
Miyana və Zəncan xalq fədailərinin qoşunları və firqəçiləri tərəfindən.
Miyanadan.
Azərbaycan Milli Hökumətinin nümayəndələri və onun rəisi Pişəvəri cənablarına.
Üzü: “Rəhbər”, “Zəfər”, “Fərman”, “İran-e ma” qəzetlərinə.
Biz, xalq fədailəri qoşunları, firqəçiləri və bütün təbəqələri, bu görüş və müzakirədə azərbaycanlıların hüququnun qorunmasına tərəfdardırıq. Bütün İranın əyalət və vilayətlərində azadlıq bəraqərar olsun, həmişə İran millətinin hüququ qorunsun. Xalqımız bu yolda, yəni İranda demokratik hökumət və Azərbaycanın milli azadlığı uğrunda tarix boyu əməldə göstərdikləri kimi bu gün də hər cür ağır fədakarlığa hazırdır. Biz İranın istiqlalı hüdudunda Azərbaycanın milli azadlığının qorunmasını istəməklə bərabər bütün İranda demokratik bir hökumətin bərqərar olunmasını siz nümayəndələrimizdən istəyirik.
Azərbaycan Demokrat firqəsinin Miyana və Zəncanda olan mərkəzi komitə nümayəndəsi Şəmidə.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 195, 10.05.1946
Hazırladı Səməd Bayramzadə