İRANLI “alim”in 21 AZƏR haqqında, daha doğrusu 23 Azərdə dediklərindən.
- 15-12-2022, 10:29
- АНАЛИТИКА
- 0
- 980
Vidadi Mustafayev
Məlum olduğu kimi, İranda İslam inqilabından sonra daxili və xarici fars şovinistlərindən, xarici oppozisyon “demokratlar”dan və “liberallar”dan fərqli olaraq 21 Azər “Azərbaycanın nicatı” günü kimi qeyd edilmir və əksər rəsmi kiv- də bu barədə heç nə yazılmır. Amma bu il, yəni 2019-cu il İranda rəsmi saytlardan biri hesab edilən, proqramında daxildə İslam inqilabı dəyərlərini, aşağı təbəqəlırin mənafeini müdafiə etdiyini, xaricdə müsəlmanların maraqlarını qorumaqla və islam inqilabı ixrac etməklə məşğul olduğunu bəyan edən, daxildə Osulgəra, xaricdə Mühafizəkar və Fundamentalist adlandırılan dairələrin ruporu olan Tasnim xəbər agentliyi\tasnimnews.com\\ bu dəfə dözməyərək Azərbaycan Demokrat Firqəsinin süqutu ildönümü münasibəti ilə Müasir İran tarixi araşdırıcısı, bütün sahələrdə kitablar yazan, çox “məhsuldar ” bir “alim “lə müsahibə dərc etmişdir.”Alim”in verdiyi cavablara nəzər salanda müsahibənin bu gün, yoxsa 40 il bundan əvvəl, şahlıq relimi zamanı verildiyini müəyyən etmək çox çətin olur.Çünki İslam İranının “alim”inin Cənubi Azərbaycan məsələsinə və o cümlədən 21 Azər hərəkatına baxışına, nə İİR Əsas qanununda İran xalqlarının hüquq bərabərliyi, nə yerli və etnik dillərə verilən məhdud hüquq, nə də digər alimlərin İranın çoxmillətli və çoxmədəniyyətli bir ölkə olması haqqında fikirləri qətiyyən təsir etməmişdir.Bu şəxs inqilabdan sonra formalaşsa da, Azərbaycan xalqına münasibətdə şahlıq dövrünün yanaşmalarından bir addım qabağa gedə bilməmişdir.Onun “dahiyanə” fikurlərindən bir neçə sitat: Azərbaycan Şərqi və Qərbi Azərbaycan ostanlarından ibarətdir. Heç gözünü qırpmadan ən azı 2 ostanın-1993-cü ildə Şərqi Azərbaycandan ayıraraq müstəqil ostan halına gətirilmiş Ərdəbil və ondan əvvəl eyni taleyə məhkum edilmiş Zəncan ostanlarının üstündən xətt çəkir.Agentliyin müxbirinin verdiyi suallara cavab verərkən əsas diqqətini guya 21 Azər hərəkatnın separatist bir hərəkat olduğu üzərində cəmləşdirir və var gücü ilə hamı üçün gün kimi aydın olan məsələni Azərbaycanın heç vaxt separatçı olmadığını sübut etməyə çalışır.Azərbaycan deyəndə Azərbaycan xalqının ayrıca bir xalq olduğunu guya unudur, ona görə guya dərk edə bilmir ki, XX əsrin 20-ci illərinin əvvəllərinə kimi İrana ağalıq etmiş, qüdrətli dövlətlər yaratmış bir xalq, öz dövlətində necə separatçı ola bilərdi.Keçmiş tarixi təhrif edən “alim” təbii ki, bu günki hadisələri də təhrif edir.Başdan ayağa cəfənigiyyat olan həmin müsahibə haqqında uzun uzadı danışmaq yersizdir, təkcə onu demək lazımdır ki, bu “alim “utanmadan Rza şah dövründə Cənubi Azərbaycanın İranın ən inkişaf etmiş bir rayonu olduğunu, ona görə də orada hakimiyyətdən heç bir narazılığın olmadığını və həmin saxta məntiqi davam etdirərək Milli hökumətin Cənubi Azərbaycanda guya heç bir xalq \sosial dayağı olmadığını iddia edir.
Çox qısa şəkildə yekunlaşdırsaq, deyə bilərik ki, milli məsələdə mollalar, mühafizəkarlar, sepahçılar( agentliyin sepaha məxsus olduğu göstərilir), şahçılar fars şovinistlərindən bir addım da qabağa getməmişlər və öz qərəzli cahilikkləri ilə İranda milli zəmində gərginliyin artmasına dəstək verirlər.Deməli, İranın ərazi bütövlüyünün guya qeydinə qalanlar, əslində onun zəifləməsinə xidmət etmiş olurlar.Görəsən, azərbaycanlı mollalar, mühafizəkarlar, sepahçılar öz xalqına qarşı yağdırılan böhtan və iftiralara qarşı nə düşünürlər.Nəhayət, onu da əlavə edək ki, İranda hakim millətçilik bəlası hakim olsa da, həmin bəlanın ziyanını azaltmaq istəyən qüvvələr də mövcuddur.Həmişə olduğu kimi, İranda milli və ya dövlət və etnik birliklər arasında mübasibətlərə obyektiv yanaşan alimlər də vardır.Onlardan biri bir-iki gün əvvəl İranın Siyasi elmlər cəmiyyətinin təşkil etdiyi elmi konfransda çıxış edərkən bildirmişdir ki, əgər İran xalqlarının varlığını yox etməyə yönəlmiş siyasət davam edərsə, o, qəti şəkildə proqnoz verə bilər ki, İranda növbəti böhran İran xalqlarının böhranı\yəni milli münasibətlər zəminində böhran olacaqdır. Belə görünür ki, mühafizəkar qüvvələr və onların “alimləri” milli zəmində İranda böhran yaranmasında nəinki maraqlıdırlar, hətta onu tezləşdirməyə çalışırlar..