Ethnoglobus » НАРОДЫ » ƏMİRƏLİ TİHİRCALVİ (Ləzgi şairlərinin Azərbaycan dilində yaradıcılığı)

ƏMİRƏLİ TİHİRCALVİ (Ləzgi şairlərinin Azərbaycan dilində yaradıcılığı)

image

Foto:Google



Zuxul çayının yaxasında, dəniz səviyyəsindən 1500 metr yüksəkdə yerləşən Tahircal (ləzgicə Tihircal) Qusar rayonunun qədim kəndlərindəndir. Arxeoloqlar onun 4-5 min illik tarixə malik olduğunu göstərirlər.

Maddi-mədəniyyət abidələri ilə zəngin olan bu qədim yurd yüz illər boyu söz, sənət ocağı kimi də tanınmışdır. Ləzgi şifahi xalq ədəbiyyatı xəzinəsinə yüzlərlə folklor nümunələri bəxş etmiş tahircallılar lətifə ustası kimi tanınmışlar. Təbiətən zarafatcıl olan tahircallılann gülməli əhvalatları məzəli şəkildə danışmaqda tayı-bərabəri yoxdur. Kəndin yaşlı qadınlarının əksəriyyətinin bədahətən bayatı demək istedadı var.


Tahircallılar qədim zamanlardan oxumağa meylli olmuşlar. Əvvəllər burada məscidlərin nəzdində məktəblər fəaliyyət göstərmişdir. Orta əsrlərdə həmin məktəblərdə dərslər ləzgi və ərəb dillərində keçilirdi. Kənddəki 3 məsciddən biri Azərbaycanda nadir təsadüf olunan səkkizguşəli məscid idi.


Tahircallı din xadimlərindən mütərəqqi fikirləri ilə seçilən, yeni nəslin maariflənməsi üçün bütün səy və bacarıqlarını sərf edən Mehəmmədzərif əfəndi və Kərim əfəndi ilə bağlı kənddə maraqlı xatirələr danışılır. VIII əsrdə Şam şəhərindən buraya köçmüş Mollalar nəslinin nümayəndəsi Məhəmmədzərif əfəndi uzun illər Tahircal kənd məscidinin axundu olmuş, müdrik və savadlı din xadimi kimi şöhrəti uzaqlara yayılmışdır. Sonralar o, Quba qazısı teyin edilmişdir. Onun yazdığı “Ərəb dilinin stilistikası” kitabından dərs vəsaiti kimi istifadə olunmuşdur.

Tahircal kəndini məşhurlaşdıranlar arasında söz-sənət adamlarının xüsusi rolu olmuşdur. Belələrinə XIX əsr şairləri Əmirəli Tihircalvini və Əmiraslan Ganidini, Aşıq Orucu və başqalarını misal göstərmək olar.

XIX əsr ləzgi ədəbiyyatının görkəmli nömayəndələrindən biri, zəngin və çoxşaxəli yaradıcılığa malik Əmirəli Tihircalvi 1790-cı ildə indiki Qusar rayonunun Tahircal kəndində anadan olmuşdur. Uşaqlıqdan fitri istedadı ilə seçilən Əmirəli ilk təhsilini Quba mədrə¬səsində məşhur ləzgi alimi Hacı Məhəmməd Qələbidən almışdır. Onun bir şəxsiyyət kimi yetişməsində, dünyagörüşünün formalaşmasında bu mədrəsə böyük rol oynamışdır. Oranı bitirdikdən sonra Əmirəli Hacı Məhəmməd Çələbinən məsləhəti ilə təhsilini Dağıstanın Vini Yarağ mədrəsəsində davam etdirmişdir.


Vini Yarağ mədrəsəsi o vaxtlar “Qafqazın ərəb dili akademiyası” kimi nəinki Dağıstanda, o cümlədən bütün Qafqazda məşhur idi. Onu müridizmin banisi, İmam Şamilin müəllimi olmuş məşhur ləzgi alimi Şeyx Məhəmməd Yaraği təşkil etmişdi. Burada dərslər ləzgi və ərəb dillərində keçilir, dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu.


Mədrəsədə təhsil aldığı illərdə Əmirəli Şamillə, eyni zamanda tanınmış ləzgi alimi Alqadar Abdullahla və məşhur Azərbaycan tarixçisi Abasqulu ağa Bakıxanovla da dostluq edir.


Əmirəli Tihircalvi tarixə Quba üsyanının rəhbərlərindən biri, eləcə də İmam Şamilin cəsur müridlərindən biri kimi düşmüşdür. Qafqaz müharibəsində Şeyx Şamillin məğlubiyyətindən sonra Əmirəli onun əqidə yoldaşlarından biri kimi sürgün edilmişdir. Lakin məhrumiyyətlər dolu sürgün həyatı şairin iradəsini qıra bilməmiş, əksinə, şair qələmə daha möhkəm sarılmışdır. Böyük maarifçi olan Əmirəli Tihircalvi sürgündən qayıtdıqdan sonra Küre mahalında mədrəsə açaraq, yoxsul uşaqlarını buraya cəlb etmişdir.

1846-cı ildə o, Abasqulu ağa Bakıxanov və Alqadar Abdullahla birlikdə həcc ziyarətinə yola düşür. Məkkə ile Mədinə arasında baş verən təbii fəlakət nəticəsində Əmirəli və A.Bakıxanov həlak olur və “Fatimə dərəsində basdırılır. Sağ qalan Alqadar Abdullah isə vətəninə qayıtdıqdan sonra dostlarının xatirəsini əbədiləşdirir.

Hələ yeniyetmə yaşlarından ləzgicə və azərbaycanca yazdığı lirik şeirləri ilə tanınan Əmirəlinin Yarağ mədrəsəsində ustadı Məhəmməd Yarağinin sayəsində Şərq və Azərbaycan ədəbiyyatı haqqında geniş bilgilər əldə etdiyi məlumdur. O, burada ərəb dilinə elə mükəmməl yiyələnmişdi ki, bu dildə şeirlər yazmağa başlamışdı.

Əmirəli Tihircalvinin Azərbaycanın və Dağıstanın müxtəlif bölgələrində keçirilən şeir məclislərində fəal iştirak etdiyi haqqında maraqlı məlumatlar var. Azərbaycan Respublikasının Əlyazmalar Fondunda qorunub saxlanan onun əsərlərində yüksək sənətkarlıq hiss olunur. Azərbaycanca qələmə aldığı poeziya nümunərində şairin bu dilin incəliklərini dərindən bildiyi, klassik şeir öslublarına vaqif olduğu duyulur.


Şairin poetik yaradıcılığında diqqət çəkən məqamlardan biri onun fəlsəfi düşüncələridir. Müdrik kəlamlar, el deyimləri və xalq dili ilə zəngin olan bu şeirlər dövrlə, zamanla səsləşməsi ilə səciyyələnir. Əmirəli Tihircalvinin yaradıcılığının Azərbaycanda və Dağıstanda kifayət qədər tədqiq olunmaması təəssüf doğurur.

Filologiya elmləri doktoru Mövlud Yarəhmədov 1987-ci ildə Bakıda çap etdirdiyi “Dağıstan töhfələri” kitabında Əmirəlinin 21 şerini vermişdir. Son illər müxtəlif cünglərden şairin 100-ə yaxın şeri üzə çıxmışdır. Onun “Yana-yana”, “Müxənnət”, “Deyə-deyə”, “Ay fələk”, “Nədi”, “Divanələr” kimi şeirləri xalq arasında geniş yayılmışdır.

Aşağıda oxuculara şairin bir neçə şerini təqdim edirik.


Sədaqət KƏRİMOVA


OLMAZ

Zimistan elində bənd olan könül,

Demə daha bağça olmaz, bar olmaz.

Qarğa yuvasında qarğa bəslənər,

Tərlan yuvasında əsla sar olmaz.

Əgər haqdan bir iş gəlsə başına,

Məzəmmət eyləmə sən yoldaşına.

Arxalan qohuma, həm qardaşına -

Yaddan sənə yaxın vəfadar olmaz.

Hər kim istər insanlığın yeridə,

Qulaq versin nəsihətə, öyüdə.

Nə qədər də qulluq etsən söyüdə,

Ondan sənə heyva olmaz, nar olmaz.

Səyyah tək dolanıb gəzdim dünyanı,

Təcrübə eylədim neçə insanı,

Əsillidən gözlə ədəb, ərkanı,

Bədəsildə həya olmaz, ar olmaz.

Mən Əmirəm, haq badəsin içmişəm,

Dost yolunda canı-başdan keçmişəm,

Çoxlarının halın ölçüb-biçmişəm,

Hər namərddən sirdaş olmaz, yar olmaz. 

DANIŞAR

Dindirməyin hərcayini görəndə,

Ağzın açsa ordan-burdan danışar,

Özü qanmaz əlif nədir, bey nədir,

Özgələrə göydən-yerdən danışar.

Küçələrdə daim öyər özünü,

Basmaqdan, kəsməkdən söylər sözünü,

Pişikdən də qorxub qırpar gözünü, 

Bəbirdən, pələngdən, şirdən danışar.

İnanmaz heç kəsin deyən sözünə,

İstər əyrisinə, istər düzünə,

Aylar ilən su dəydirməz üzünə, 

Durar övliyadan, pirdən danışar.

Başında yox adamlığın əsəri,

Özün soxar lap hamıdan içəri,

İşıqlı dünyadan olmaz xəbəri,

Xalqa axirətdən, gordan danışar.

Əmir deyər: dəli könlüm coşanda,

Eşqin piyaləsi dolub daşanda,

Namərdin əlinə dövran düşəndə

Heç özü də bilməz: hardan danışar.

DEYƏ-DEYƏ

Gülündən ayrılan o şeyda bülbül

İndi ağlar bahar, bar deyə-deyə.

Mənsur kimi axır dardan asıldım,

Dünya neçün oldu dar deyə-deyə.

Dərd əhlini gördüm, tez yoldaş oldum,

Halın sorub mən özüm də baş oldum.

Necə dürlü bəlalara tuş oldum,

Həqiqət divanı var deyə-deyə.

Sellər kimi qayalara vuruldum,

Haq yolunda nizə kimi quruldum,

Carmıxa çəkildim, bəndə vuruldum

Hanı namus, qeyrət, ar deyə-deyə.

Məntək hicrə yanıb bir neçə ustad,

Qoyuban getdilər dünyada bir ad,

Leyli ilə Məcnun, Şirinlə Fərhad – 

Onlar da getdilər yar deyə-deyə.

Axırda Əmiri yetirdin dada,

Səndən qeyri kimə gedim imdada?!

Şükr elərəm calalına, ya xuda,

Heyvadan da oldum nar deyə-deyə.

MƏNDƏN

Fələyin əlindən şikayətim var,

Ayırdı bağçanı, bağı da məndən.

Dostumu ağlatdı, düşmənim güldü,

Gör necə kam aldı yağı da məndən.

Yaşılbaş sonalı göllərim hanı?

İgidlər məskəni ellərim hanı?

Çiçəkli, çəmənli çöllərim hanı?

Ayırdı o gözəl çağı da məndən.

Çağırram hər zaman salıban yada,

Ey bizləri verən, gəl, yetiş dada,

Sənə qurban olum, ey lütfi əda,

Bilməm niyə küsüb sağı da məndən.

Qədəm basıb dost bağına girəydim,

Siyah zülfün dal gərdənə sərəydim,

Hərdəm əlvan şamamasın dərəydim,

İmdi cığa qıldı tağı da məndən.

Mən Əmirəm, ayrı düşdüm gülümnən,

O həsrətli vətənimdən, elimnən,

Zalım fələk, nə qəsdin var mənimlən? – 

İstəməz əl çəkə dağı da məndən.





ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.16:32Организация тюркских государств: 15 лет единства и прогресса20:05Авраам Шмулевич: Иран не в состоянии нанести серьезный удар по Израилю18:38Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub
САМОЕ ЧИТАЕМОЕ
  1. TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB
  2. В Баку прошел вечер, посвященный истории татар Азербайджана
  3. Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda
  4. Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.
  5. Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)
  6. İRANIN QARA SENTYABRLARI
  7. Рабби Иосиф бен Хаим Шур
  8. Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
  9. Оша’на Рабба – Араво - ГIэрево
  10. Паломники и Старый ишув Первый этап, часть II
  11. İrana növbəti hərbi hücum olacaqmı?
  12. Турция является одним из важнейших партнеров Срединного коридора
  13. Литовские татары в XVII-XX вв.
  14. Страсти за Каспием
  15. ترک ها در احادیث پیامبر
  16. Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)
  17. დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია
  18. Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
  19. TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ
  20. В Японии разработали новый метод «описание мыслей»
ОПРОС

Где будете встречать Новый год?


 
«    Noyabr 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
ГАЛЕРЕЯ