Ethnoglobus » КУЛЬТУРА » Sevil Kərimova: Sənət zehnimin, ruhumun, həyatımın bir hissəsidir.

Sevil Kərimova: Sənət zehnimin, ruhumun, həyatımın bir hissəsidir.

image

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektor müşaviri, dosent Sevil Kərimova son zamanlar bir-birindən maraqlı və uğurlu layihələriylə həm universitet, həm də incəsənət həyatının dinamikasına töhfələrini verməkdədir. Onunla sənətşünaslığın hazırkı problemləri, Azərbaycan incəsənətinin inkişaf istiqamətləri və pedaqoji fəaliyyəti haqqında geniş söhbət etdik:

- Sevil xanım, sizin üçün sənət nədir?

- Yalan olar deyim ki, sənət mənimçün hər şeydir. Sənət zehnimin, ruhumun, həyatımın bir hissəsidir. Çünki mən buralara asan yolla gəlməmişəm. Anam pedaqoq-psixoloq, atam isə riyaziyyatçıdır. Özü də ehtimal nəzəriyyəsi kimi ağır bir sahəsi var idi. Yəqin, onlardan mənə təhlilə meyil keçib. Məncə, təhlilə meyil də gec-tez səni sənətə gətirib çıxarır. Mənim həkim, ya tarixçi olmaq şansım vardı. Amma bunların ortaq nöqtəsi kimi sənətşünaslığı seçdim. Bununçün düzgün yol göstərənlər də oldu. Müəllimim Leyla Axundzadə mənə bununla bağlı çox şey izah elədi və anladım ki, sənətşünaslıq ehtimal nəzəriyyəsi qədər çətin sahədir. Ona görə də sənət zehnimin, düşüncəmin bir hissəsidir. Həmçinin, sözsüz ki, o, sənin davranışına, daimi məsuliyyətinə böyük bir iz qoyur. 

Sənətşünaslıq bütün humanitar sahələrin kəsişmə nöqtəsidir. Sənət əsəri varsa, mütləq ona münasibət və bu münasibəti formalaşdıran nəzəri baza var. Bu baxımdan, sənətşünaslıq mübahisəlidir və ayrı-ayrı sahələrinin nümayəndələri heç də hər zaman bir-biriylə uzlaşmaya gələ bilmirlər. Ona görə də mərkəzləşmə mütləqdir. 

- Sənət yolunda özünüzə kimləri ustad hesab edirsiniz?

- Elə şəxsiyyətlər var ki, onlar mənimçün ikondurlar. Bunların arasında tarixi şəxsiyyətlər də var, sənət adamları da. Amma çox uzaqlara getməyi xoşlamıram. Bu yolda ilk müəllimim Leyla Axundzadə olub. Peşəkar və məsuliyyətli sənətşünaslarından biri Telman İbrahimov mənimçün həmin ikonlardan biridir. Çünki Telman müəllim bizə təhlilin, axtarışın dərinliklərini, işin məsuliyyətini, ciddiliyini, sakrallığını öyrətmişdi. Bu gün çox sevinirəm ki, universitetdə onunla birgə çalışıram. Mərhum Hicran Babayeva, elmi rəhbərim Sevil Sadıqova və bütün müəllimlərimi sayğı və sevgiylə yad edirəm. Bilirsinizmi, incəsənətin tarixini öyrənmək digər ixtisaslardan çox fərqlənir. Biz oxuyanda qrupda 6-7 nəfər tələbə olardı. Amma bu gün qruplarda 30-33 nəfər tələbə olur. Onlardan 2 və ya 3 dəyərli sənətşünas çıxsa, bu, bizimçün nəaliyyətdir. Çünki çox spesifik və incə peşədir. 

- Hazırkı Azərbaycan incəsənətini bir sənətşünas kimi dəyərləndirsəniz, necə bir mənzərə yaranar?

- Bu gün çox maraqlı bir dövrdə yaşayırıq. Artıq Azərbaycan müstəqildir və dünyaya açıqdır. Buna görə də çiçəklənmə dövrünü yaşayır. Amma bundan sonrakı mərhələ bir az tərəddüd yaradır. 20 ildən sonra əmin deyiləm ki, fırça anlayışı olacaq. Çünki rəqəmsal dünya sürətlə inkişaf edir və ola bilsin ki, biz də rəqəmsal sənət yaradıb, orada işləyərik. Amma hazırkı mərhələ çox maraqlıdır. İndi 3 ayrı nəsil fəaliyyətdədir ki, birincisi, 1960-70-ci illərdə işləməyə başlayan korifeylərimiz, ikincisi, 80-lərin axırı, 90-cı illərdə fəaliyyətə başlayan orta nəsil, üçüncüsü isə, 30-35 yaşlı gənc rəssamlarımızdır. Sonuncu nəsil artıq müstəqil Azərbaycanda təhsil alan, yaşayıb-yaradan sənətçilərdir. Bu üç nəslin yanaşması tamamilə fərqlidir. 

- Bəs bu üç nəslin toqquşması hansı mənzərəni ortaya çıxarır?

- O mənzərəni gözümüzün qabağında ADMİU yaradır. Çünki universitet elə bir məkandır ki, bütün bu nəsillər istər-istəməz bir akademik sistemdə birləşirlər. Bir proqram çərçivəsində eyni dərsi o üç nəsil fərqli tərzdə deyir. Bu, tələbələrdə də əks olunur. Çox maraqlı və canlı bir prosesdir. Amma universitetdən kənar düşünmürəm ki, bir-birinə təsir edə bilsinlər, bir-birindən qidalansınlar.

- Hazırda Azərbaycan rəssamlığında məktəb problemi nə yerdədir?

- Təəssüf ki, bu, ən böyük problemlərdən biridir. 30 ilə yaxındır ki, rəssamlarımız Türkiyədə işləyirlər, çox ciddi fəaliyyətləri olur. Amma bu 30 ildə orda Azərbaycan məktəbi yaranmayıb. Halbuki, oraya gedən rəssamlarımız ciddi ənənələrlə gediblər və 30 il məktəb yaratmaq üçün kifayət qədər önəmli zamandır. Bunun da fərqli səbəbləri ola bilər. Qrup anlayışı da bizdə yoxdur. İnqilab dövründə və 90-cı illərdə Rusiyada, Türkiyədə nə qədər qruplar yaranır, dağılır, əsasında yeni qruplar formalaşırdı. Azərbaycanda isə 90-cı illərə aid Peykər, Təsdiq və Labirint qruplarını təsnif edirik ki, onların da fəaliyyəti 2000-ci illərdə sönüb. Bu gün sənət tariximizdə qrup da izləyə bilmirik.

- Pedaqoji fəaliyyətiniz necə başladı və necə davam etdi?

- İlk təhsilim tibb olsa da, davam etmədim, çünki sənətşünas olmaq istəyirdim. Amma 1995-ci ildə sənətşünas kimdir, doğrusu, bilmirdim. Sadəcə istiqamət maraqlı gəlirdi. Magistraturanı Rəssamlıq Akademiyasında bitirdim və elə həmin dövrdə kafedradan təklif alaraq orda işləməyə başladım. Onunla yanaşı, İncəsənət Muzeyində işlədim. Əvvəl bələdçi, sonra elmi işçi kimi. Həmişə tələbələrimə də deyirəm ki, bir sənətşünasın ən azından 5 illik muzey təcrübəsi mütləq olmalıdır. Sonra bədii təhsil müəssisəsindən bir müddət uzaqlaşdım, amma pedaqoji fəaliyyətim davam etdi. 2006-cı ildə Azərbaycan Turizm İnstitutu təsis olundu və qürurverici haldır ki, ilkin mərhələdən mən orda işlədim. Orda mədəni turizm, muzey və arxiv ixtisasına incəsənət dərslərini tədris edirdim. 2016-cı ildə öz doğma universitetimizə dəvət aldım. Sözsüz ki, ordan sonra bura gəlmək xüsusi bir fərq idi. Burda nəzəriyyəni daha çox hiss etdim. Konfutsinin dediyi kimi, müəllim nə qocalır, nə ölür. Çünki hər zaman yenilənirsən, axtarışlar aparırsan. Bura mənimçün çox maraqlı və cəlbedicidir. Məncə, dünyanın ən gözəl peşəsi müəllimlikdir. Doğrudan da, insanı ölümsüz edir, qoymur ruhdan düşəsən. Öyrənməyi və öyrətməyi çox sevirəm.

- İlk öyrətdiyiniz nə olur?

- İlkin məqamda başa salmalısan ki, hara gəlmisən, bu universitet digərlərindən fərqlənir. Çünki onlar təcrübəsiz gəlirlər və çoxu elə fikirləşir ki, ən rahat sahə incəsənətdir. Amma biz onlara öyrədirik ki, bu, çox ciddi və məsuliyyət tələb edən elmdir. İlk işim bədii məsuliyyəti öyrətməkdir. 

- Siz həm də müxtəlif layihələrin tərtibçisi, icraçısı kimi diqqət çəkirsiniz. Bu işlərin enerjisi hardan gəlir?

- Enerji həm şəxsi həyatımdan, həm də tələbələrimdən gəlir. Bu gün ADMİU tarixinin yeni bir mərhələsini yaşayır. Beynəlxalq əlaqələrdən tutmuş daxili nizama qədər hər şey dəyişib. Bu da məncə, rəhbərliklə əlaqəlidir. Düzgün istiqamət, səhvləri görüb onları düzəltmək imkanı vermək, həvəsləndirib dəstəkləmək bədii mühit üçün çox mühümdür. Layihələr ondan irəli gəlir ki, biz bütün bu danışdıqlarımızı gözəl şəkildə təqdim edə bilməliyik və universitetimiz bundan da çox tanınmalıdır. Hazırda Azərbaycanın ayrı-ayrı ölkələrlə diplomatik əlaqələrinin yaranmasının 30 illik yubileyinə həsr olunan "Paralel dünyalar" layihəsini həyata keçiririk. Tədbirlərimiz üçün elə ölkələr seçirik ki, onların tarixi, mədəniyyəti bizim akademik proqramda əks olunur. Macarıstan və Yunanıstana aid tədbirlər keçirdik. Üçüncü mayın 31-də İtaliyaya aid olacaq. Çalışırıq ki, İtaliyanı intibah ruhlu edək. Gələn ilə Çini planlaşdırmışıq. Çünki bu tədbirlərimizdə qonaq olan Çin səfirliyi özü təklif etdi ki, onlarla da belə bir tədbir olsun. Düşünürəm ki, sentyabrın 28-i Konfutsinin ad günündə Çinlə birgə tədbir keçirə bilərik. Bu tədris ili üçün layihəmizi qardaş ölkə Türkiyə yekunlaşdıracaq. Yunus Əmrə İnstitutu və Türkiyə səfirliyiylə birgə çox gözəl tədbir planlaşdırırıq.

- Bu günlərdə Ağdamdan qayıtdınız. Bu, sizin azad olunmuş torpaqlara ilk səfəriniz idi?

- Bəli. Bu mövzu mənimçün çox həssasdır. Çünki 90-cı illərdə yetkin yaşda idim və hər şey gözüm önündə baş verirdi. Heç vaxt "Qarabağı itirmişik" deyə bilmirdim. Sadəcə müharibədə müəyyən səbəblərdən qazana bilməmişdik. Qələbədən sonra isə ora gedə bilmirdim. O uşaqların qanı mənimçün hələ isti idi. Bu günlərdə Ağdamda keçirilən tədbir sufiliyin böyük nümayəndəsi Həmzə Nigariyə həsr olunmuş beşinci konfrans idi. İlk dəfə idi bu konfransda iştirak edirdim. Əvvəlki konfranslarda iştirak edən həmkarlarımız Nigari haqda hər şeyi öyrənmişdilər, bir tək torpağını görməmişdilər. O da bu dəfə qismət oldu. 

Ağdamda axırıncı dəfə 5 yaşımda olmuşam. İndi ora girəndə şok keçirdim. Çünki o cür müasir, gözəl şəhər indi xarabazara çevrilib. Amma yenə də istəmirəm Ağdama "ruhlar şəhəri" desinlər. Ağdamın yeri var, tarixi var və orda şəhər yenidən, ən gözəl şəkildə bərpa olunacaq. Hətta bərpa işlərini görəndə insan istəyirdi gedib o işçilərə kömək etsin. Gələcəkdə imkan olsa Qarabağa gedib, orda da mədəniyyətimizə, incəsənətimizə və elmimizə öz töhfələrimi vermək istərəm. Minaların yanında torpaqdan cücərib çıxan çiçəkləri, gülləri görəndə insan qəribə hisslər keçirir. Qəbiristanlıqda çox duyğulandım. Düşünürəm ki, bütün bunları yaşından, cinsindən asılı olmadan, heç bir erməniyə bağışlaya bilmərəm.

- Son olaraq, planlarınızdan danışmaq istərdik. 

- Dediyimiz ki, universitetimiz dünya standartlarına yaxınlaşır. Proqramlarımızda da dünya standartlarını tətbiq edirik. Bu baxımdan, sənətşünaslıq ixtisası üçün bəzi fənlərdə ADMİU ilkdir. Buna görə də planlaşdırıram ki, bu yay bəzi fənlərlə bağlı dərsliklər hazırlayım. ADMİU-nun 2023-cü ildə yubiley ili üçün Türk incəsənətinə dair dərslik, həmçinin, monoqrafiyalar hazırlayıram. Xalq rəssamı Arif Əziz və Əməkdar rəssam Vüqar Əli haqqında monoqrafiyalar yazmağı planlaşdırıram. Eləcə də, sözsüz ki, layihələrimiz, sərgilərimiz davam edəcək. "Şuşa İli" çərçivəsində Xalça Muzeyiylə birgə gözəl bir layihə keçirəcəyik. 

Şahanə MÜŞFİQ

525-ci Qəzet - "Öyrənməyi və öyrətməyi çox sevirəm" - Sevil Kərimova

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
14:27İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.07:22HAMI İRAN \FARS DÖVLƏTİ YARADIRDI, BİRCƏ FARSLARDAN SAVAYI20:38ABŞ ilə İran müharibəsində İngiltərənin rolu14:35Как горские евреи сохраняют память о Девятом ава18:12Etnoglobus.az HEJARE ŞAMİLİN şerlərini oxucularına təqdim edir18:44Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?20:30İRAN ŞƏHİD RƏHBƏRİ İLƏ VİDALAŞIR11:33İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.
ОПРОС

Где будете встречать Новый год?


 
«    Avqust 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
ГАЛЕРЕЯ