Ethnoglobus » ПРАЗДНИКИ, ОБРЯДЫ » İlaxır çərşənbə

İlaxır çərşənbə

image

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Fazil oğlu Əliyev

Axır çərşənbədir... İl tamam olur

 Novruz sisteminin ən təntənəli günü İlaxır çərşənbədir. İlin sonuncu çərşənbəsi Şimallı-Cənublu Azərbaycanın hər yerində heç bir digər adla yox, yalnız “İlaxır çərşənbə” adıyla deyilir, qeyd olunur. Səməd Vurğun poemalarının birində yazır:

Axır çərşənbədir... İl tamam olur,

Bu il kənd içində danışır hamı – At üstə gəlmişdir Novruz bayramı

– Qulunlu at üstə... Bu bir muraddır.

Qocalar deyir ki, bolluq keçəcək,

Torpaq su yerinə şərbət içəcək.

Odur ki, hamının ürəyi şaddır,

Hamının arzusu, ümidi gülür,

Üzündən, gözündən nurlar tökülür.

İlaxır çərşənbə, eləcə də Novruz bayramında maraqlı bir mərasim vardır. İnanca görə, ailənin üzvləri axşam yandırılan tonqalın üstündən hoppanmalı, bununla da köhnə ilin ağrı-acısından xilas olmalıdır. Tonqalın üstündən tullanmaq şərti simvol sayılır, yəni insan həyatın sərtliklərinə dözərək, səbr edərək, ağrı-acısını geridə buraxır, gələcəyə, yaşayıb-yaratmağa ümidlə baxır. Tonqal İnanca görə, dünyadan köçmüş babalarının ruhları ildə bir dəfə, İlaxır Çərşənbədə öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbəyə düşür. İnsanlar böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını asanlıqla tapa bilsinlər. Əgər ruhlar görsələr ki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, elə başa düşərlər ki, qoyduqları adət-ənənələr unudulub, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub. Övladlarından küsərək qayıdıb gedərlər və bir də o tərəflərə gəlməzlər. Görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralarda görünməzlər.

Məhz bu inama görə, İlaxır çərşənbə axşamı tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülür. İlaxır çərşənbə təmtərağı ilə digər çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki çərşənbələrdə də “çərşənbə xonçası” tutulur, tonqal yandırılır və s. Amma İlaxır çərşənbənin növrağı xeyli zəngindir. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bəzi bölgələrdə İlaxır Çərşənbənin təntənəsi Novruzu belə üstələyir.

Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də təntənəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işləri görərlər. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər. Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər.

Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar. İlaxır Çərşənbə ilə bir sıra adətlər, ənənələr, sınamalar vardır: Azərbaycanda bir adət budur ki, həmin çərşənbə axşamında od üstündən üç və ya yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var. İlaxır çərşənbə ilə bağlı bəzi falları diqqətinizə çatdırırıram: Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, il boyu hər şeyin yaxşı olacağı güman edilir.

Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur. Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər. Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır. Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən. Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan.

Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər. Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər. İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Novruzlu günlərdə, xüsusilə İlaxır çərşənbə günü tamaşalar göstərmək də qədim vaxtlardan gəlir. “Xanbəzəmə” oyun “Xan-xan”, “Xan oyunu”, “Xan yaratdı”, “Şahbəzəmə”, “Şah-şahı” və s. adlarla məzmun oxşarlığına, icra tərzinə görə, müxtəlif variantlarda indi də oynanılır. Məsmayıl Məsmayıl oyunu ildə bir dəfə - İlaxır çərşənbənin axşamı icra olunur. Elin-obanın qız-gəlinləri, cavanları niyyət tutub kəndin ən yaşlı ağbirçəyi olan nənənin evinə toplaşırlar.

Dünyagörmüş nənə də iri mis qazanı dupduru su ilə doldurub ağzını da ağ süfrə ilə qapayır. Məsmayıla gələn qız-gəlinlər ürəklərindəki arzu və niyyətlərin həyata keçməsi üçün bir daha dua edib gətirdikləri sancağı, muncuğu, sırğanı, üzüyü özlərinin nişanəsi kimi su dolu qazana atarlar. Bu mərasimdə gənc oğlanlar da iştirak edə bilər. Oyun başlayır, ilk bayatını ağbirçək nənə özü deyir. İnanca görə, hər deyilən bayatıdan sonra nənə əlini qazana salıb qarışdırır və içərisindən təxmini üzük, sırğa, sancaq, muncuq çıxarır. Çıxan nişanə kimindirsə bayatının mənası da onun qismətinə yozulur. Bayatılar da əsasən arzuların, ümidlərin doğrulacağını, həyata keçəcəyini, sevgililərin bir-birinə qovuşacağını ifadə edir. Əzizinəm düzə gəl, Çəmənə gəl, düzə gəl, Döyüb qonşu qapısın, Çaşıb elə bizə gəl. Dəvə gəlir enişdən, Topuğunacan gümüşdən Bizə də bir pay düşə, Xurcunundakı yemişdən. Oyun üç dəfə təkrar olunur, qazan üç dəfə dolub-boşalır. Sonda cavanlar həmin suda ucuna pambıq bərkidilmiş iynə qaçırdırlar. İynənin biri sevən oğlanı, o biri də qızı ifadə edir. Bir-birini qovan iynələr qovuşursa, bu da sevənlərin bir-birinə qovuşacağına işarə kimi yozulur. Mərasim sona yetəndə ağbirçək nənə mis qazandakı suyu dirilik, azar-bezardan qurtuluş rəmzi kimi camaatın üzünə çiləyir və “üzünüzə aydınlıq” deyir. İlaxır çərşənbənin ən məşhur mərasimi “Vəsfi-hal”dır.

Göydə ulduz olaydım, Can gülüm, can, can! “

Vəsfi-hal” mərasimində iştirak edənlər aralığa “dilək tası” adlanan su ilə dolu badya qoyaraq ora üzük, sırğa, sancaq, iynə və s. salıb, ağ yaylığı badyanın üstünə salaraq oxumuşlar:

Araz axar burular, Can gülüm, can-can!

Suyu daşda durular, Can gülüm, can-can!

Ürəkdə arzun olsa, Sənə də toy qurular, Can gülüm, can-can! C

an gülüm, can-can!

Axır çərşənbə və Novruzda səhər, gün çıxmamışdan qabaq axar suyun üstündən tullanar, evə təzə su gətirərlər. Sübh o başdan axar suya, bulağa gedər (buna bəzi bölgələrdə “Novbaş” dəyirlər), əl-üzlərini yuyar, bir-birinin üstünə su çiləyər, çillə kəsdirərlər. Bu, mübarək sudur; suyun müqəddəsliyini, qüdrətini tərənnüm edən nəğmələr oxuyar, müxtəlif oyun və əyləncələr icra edərlər. Ürəklərdə neçə-neçə dilək tutan qız-gəlinlər, cavan oğlanlar, ahıllar niyyət eləyib su üstündən tullanar, “ağırlıqlarını suya tökər”, çillə kəsdirərdilər. Hamı təzə sudan - İlaxır suyundan gətirib evə, qapı-bacaya, həyətə, tövləyə, bərəkət təknəsi təndirə, xırmana, dəyirmana səpər.

Belədə il ruzulu olar, bərəkət artar. İlaxır çərşənbə mahiyyət baxımından bütün çərşənbələrin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması məhz ilin axırıncı çərşənbəsinə həvalə olunur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa versin. Onların qanları, canları hesabına, qəhrəmanlığı, igidliyi hesabına torpaqlarımızı qaytarmışıq. Dua edək ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri elə bir vüsət alsın ki, otuz ilin işini bir ildə görək. Ağrı-acılara dözək, yaralarımızı sarıyaq. Səfərbər olub bütün çətinliklərin öhdəsindən gələk, vətənimizin güclənməsi üçün daha da əzmkar, mübariz olaq.

İlaxır Çərşənbəniz mübarək olsun!

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan iran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.16:32Организация тюркских государств: 15 лет единства и прогресса20:05Авраам Шмулевич: Иран не в состоянии нанести серьезный удар по Израилю18:38Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub15:17Расул Гьамзатова икрам авунай15:08XIX əsr ləzgi ədəbiyyatının məramı13:02Уйгурское национальное движение и Китай в ХХ веке15:32Белорусский народный праздник урожая "Багач" отпраздновали в музее Янки Купалы в Вязынке15:00Многовековая традиция: узбекский плов14:01Etnik kimliyi müəyyənləşdirən DNA nəticələri reinkarnasiya fəlsəfəsinin maddi təzahürüdür.12:59İmam Ali (a.s.) : " ...Sizinle savaşanlarla savaşın."18:24НОГАЙЦЫ В XV-XVIII ВВ.20:11İMAMQULUKƏND11:32Геенна изначально приготовлена не для людей, а для дьявола и его последователей – падших ангелов10:50Cəhənnəm əvvəlcə insanlar üçün deyil, şeytan və onun ardıcılları — yəni düşmüş mələklər üçün hazırlanıb17:41PARA NASIL CEZBEDİLİR?17:34САМОУНИЧТОЖЕНИЕ И БОЛЕЗНЬ19:59İran dövlətinin Bəhai icmasını zəiflətmək və məhv etmək siyasəti davam edir18:05Результаты ДНК и реинкарнация17:57В Турции найдена цилиндрическая печать возрастом около 4 тыс. лет17:00Архаизм Талибана: куда уходят корни одиозного отношения к женщинам в Афганистане22:14Митрополия Молдовы - о паломничестве священников в Россию: У них не было политических целей12:06KUANTUM BİLİNCİ TEORİSİ, AŞKINLIK, KUANTUM PSİKOLOJİSİ VE KURAN AYETLERI11:27"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?17:43Ata Atun İngiliz Arşivlerinde Kıprısla İlgili Neler Buldu14:47Сборная Казахстана по кокпару начала первые тренировки на стадионе Игр кочевников в Астане12:04Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.20:29Нафталиевы и Шамиловы — первые горско-еврейские поселенцы Кабарды15:37В Ташкенте состоялась встреча президентов Азербайджана и Узбекистана с представителями деловых кругов двух стран15:27От Еленендорфа до Гейгёля18:11"BİRİNCİ və İKİNCİ" XOŞBƏXTLİK yaxud UTANCAQLIĞIN FƏLSƏFƏSİ!16:08Азербайджан и Казахстан проводят совместные учения «Алтын кыран-2024»21:43Проанализированы возможности Каракалпакстана и определены дальнейшие задачи17:27Погромы в Британии стали итогом исламофобской пропаганды21:04Период Яхьи Синвара в сопротивлении19:32КЕМ БЫЛИ ДИ И ЖУНЫ? Внутренняя Азия и Южная Сибирь от пришествия индоевропейцев до империи Хунну19:42Кыргызские женщины сохраняют традицию головного убора «элечек»20:43Президенты стран Центральной Азии на встрече в Астане выступили за продвижение общих интересов20:03Итоги выступления спортсменов из Центральной Азии на Олимпиаде — 202415:03В Баку отметили День Абая - Bakıda Abay Günü qeyd olunub14:55Бакуда Абай күні аталып өтті15:19СЛАВЯНЕ В ДЕШТ-И КЫПЧАКЕ19:07Великобритания сосредоточилась на защите Израиля военным присутствием в Средиземноморье и на Ближнем Востоке11:41Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir15:05تئوری آگاهی کوانتومی، استعلایی ، روانشناسی کوانتومی و آیات قرآن14:50ТОТЕМЫ У КЫПЧАКОВ11:38Азербайджанские ковры в Музее Ислама, в Иерусалиме15:00Чем обернется для региона убийство лидера ХАМАС?10:49Исчезнувшие народы. Авары10:29Как будет формироваться внешняя политика Ирана в эпоху Пезешкиана?14:05ЭТНИЧЕСКАЯ СТРУКТУРА ВОЖДЕСТВ «ЛУКОМОРСКИХ КЫПЧАКОВ»11:19«Йаум Азым» – День Великий14:35Qasım Qasımzadənin ədəbi-elmi portreti16:02MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “AZƏRBAYCANDA YAŞAYAN TATLARIN ETNO-KONFESSİONAL TARİXİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB15:37А.Клесов: Древние арии - кто они были и откуда?12:33В Монголии проходит VII Международный фестиваль исполнителей на Морин Хууре15:09Исторические традиции кыргызского народа: «Кыргызское кочевье»14:47Pulu necə cəlb etməli və saxlamalı?14:33MÜKEMMELLİK13:16От кыпчаков к казахам. Политическая история Восточного Дешт-и-Кыпчака в XIII – начале XVI в.13:27"Эй, джони ман". Как Полад Бюльбюль-оглы и Орифшо Орифов дали концерт в Таджикистане13:12Как вызвать дождь в Таджикистане? Проводим специальные таджикские обряды12:52Христианство в Кавказской Албании17:05Состоялся первый Курултай по этнотуризму "Кочевой путь Гянджабасара и традиции кочевья: по следам предков"11:36CAMAL LƏLƏZOƏ - ƏDİB, ŞAİR, TƏNĞIDƏKƏ...11:17Кыпчаки в христианском мире (вопросы адаптации и ассимиляции).15:54İsrail'in askere almaya çalıştığı Ultra Ortodoks Yahudiler kimler, neden direniyorlar?15:19آگاهی «متفاوت» انسان دشت نشین زمان و مکان را تعریف می کند15:06Moscow’s New Language Policy Document Drops All References to Problems of Non-Russian Languages Contained in 2021 Draft12:33Cостоится первое официальное заседание Satellite Rotary Club Baku İnternational Shahdag Qusar15:34Iran recruits former Afghan soldiers for Middle East conflicts10:32İranda 14-cü prezident seçkiləri keçirilir19:15Битвы империй за Азербайджан (XIII-XV вв.)19:00Наследники культуры Золотой Орды. Опыт исторической биографистики деятелей культуры тюрко-татарских государств15:45Башкортостан в ХХ – XXI вв.21:15Турецкий преподаватель изготавливает тюркские музыкальные инструменты в мастерской вуза в Бишкеке21:06Гнезда, насчитывающие столетия: «птичьи дворцы» Османской империи18:52Национальный татарский праздник Сабантуй отметили в Азербайджане17:32Туркменская литература. Попытка исторической биографистики17:05Праздник "Тун пайрам" прошел в Хакасии16:04Bir İranlıyla İletişim Kurmak Şatranç Oyununa Benzer Veya İranlıların Psikolojik Portresi15:57Стремление к совершенству – естественное желание09:58İranda 14-cü prezident seçkiləri18:36Крымскотатарская поэзия ханского периода. Опыт исторической биографистики12:49ЧЕРКЕСЫ МЕЖДУ ТЮРКАМИ И РУССКИМИ19:04İRANDA İSLAHATÇILAR İSLAHATÇI OLSALAR, MƏSUD MƏSUD OLAR19:18Суть еврейских праздников. Шавуот: обретение свободы19:15Суть еврейских праздников. Шавуот: Тора жизни23:4412 ИЮНЯ-ДЕНЬ НЕЗАВИСИМОСТИ РОССИИ15:03Социально-философское наследие Махтумкули Фраги: преемственность идей мира, гуманизма и национального единства13:50КАБАРДИНЦЫ МЕЖДУ ТЮРКАМИ И РУССКИМИ16:57Bəhai icması və Dini Komitənin birgə “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfransı keçirilib16:01DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ BEYNƏLXALQ BƏHAİ İCMASININ BMT-DƏKİ BAŞ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB15:01КРЫМСКИЕ ТАТАРЫ И КНЯЖЕСТВА ЦЕНТРАЛЬНО-ВОСТОЧНОЙ ЕВРОПЫ 1538-1713.09:06Bozkır insanının "farklı" bilinci zamanı ve mekanı tanımlar18:52ТАЛАНТ, ПРЕДАННОСТЬ И СОСТРАДАНИЕ ХИРУРГА КАМИЛЯ АБДУЛЛАЕВА15:32Татары под властью русских 1552-1913 гг.10:08Qüds, Azərbaycan və Dağlıq Qarabağ17:01“ANAJ” saytının beynəlxalq məsələlər qrupu Azərbaycan Respublikasını Şah İsmayıl Xətaiyə sahib çıxmaq əzmində ittiham edir.15:32«АЗ ХУРОСОНАМ КАШИДӢ, ТО БАРИ ЮНОНИЁН…». Ба гиромидошти хотираи мутафаккири бузурги тоҷик мавлоношиносони ҷаҳон дар Париж ҷамъ меоянд15:00Изучение этнических стереотипов в среде грузинской молодежи («свои – чужие” в обществе)13:53Məqtəl ədəbiyyatının nümunəsi kimi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinə metodoloji yanaşmanın özəllikləri09:27Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət09:17Раскрытие сокровенного: Общее и частное при даровании Торы09:06Недельная глава «Бемидбар». Лиминальное пространство21:21«КОХИ НАВРУЗ» – СОВРЕМЕННОЕ ТУРИСТИЧЕСКОЕ ЧУДО ТАДЖИКИСТАНА22:43В Таджикистане заблокированы сайты террористических и экстремистских организаций, также запрещён ввоз их литературы21:06В Азербайджане прошел прекрасный татарский национальный праздник "Карга боткасы".20:42İran prezident seçkilərinə hazırlaşır09:27როგორია აკაკი წერეთლისა და ნატალია ბაზილევსკაიას ერთადერთი ვაჟის ისტორია21:07İRAN ASSİMİLYASİYA SİYASƏTİNİ DAHA İSRARLA DAVAM ETDİRİR19:29Ləzgi-Azərbaycan ədəbi əlaqələrinin möhkəm dayaqlara söykənmiş zəngin tarixi əsrlərin dərinliklərinə gedib çıxır.19:21В Шуше состоялось заседание министров образования Организации тюркоязычных государств19:11Irak Türkleri – Azerbaycan İlişkilerinde Yeni Ufuklar18:33Azerbayacan’nın resmi olarak KKTC’yi tanımak için kendi ülke çıkarlarına uygun bir zamanı beklediğine işaret etmektedir.21:11Загрязненный воздух и шум в раннем возрасте увеличивают риск психологических расстройств20:28Bab və babilik: Bir tarixi hadisənin izi ilə17:37DOKUZ OĞUZ DESTANI BAZINDA TÜRK DESTANLARINDA VE KUTSAL KİTAPLARDA İNSANIN YARATILIŞI12:53Talış folklor mahnılarının tədqiqatçıları arasında xalq artisti və pedaqoq Zümrüd xanım Məmmədovanın rolu12:39Политическая ситуация в Иране после гибели Раиси15:13SÜLEYMAN STALSKİ "DƏRƏYƏ SU GƏLDİ DEYƏ"-СТIАЛ СУЛЕЙМАН "КlАМУ САДРА СЕЛНА ЛУГЬУЗ"15:06Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”12:26MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI20:53“Ekoloji mədəniyyət, mənəvi dəyərlər və vətəndaş cəmiyyətinin həmrəyliyi”» mövzusunda respublika kulturoloji seminar keçirilib.11:55Derheqa nivîskar Şamîlê Sêlim Esgerov (1928-20.05.2005)09:53Zümrüd Məmmədovanın yubileyinə həsr olunmuş elmi-seminar keçirilmişdir.19:58Европейские страны и палестинское государство: на пути к коллективному признанию?19:44İRADƏ MƏLİKOVANIN “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” KİTABININ TƏQDİMATI KEÇİRİLİB20:13Бронзовый медальон Султана Мехмета Фатиха продан на аукционе в Лондоне за 1,4 миллиона фунтов стерлингов13:28Çöl adamının “fərqli” şüuru zamanı və məkanı müəyyən edir00:31İRANDA HAKİMİYYƏTİN YENİ SOSİAL BAZA AXTARIŞI19:15Türkiye, Greece strengthening mutual understanding on fighting terrorism: President Erdogan18:58Сможет ли Греция правильно оценить видение Турцией перспектив сотрудничества?18:48AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)18:25AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)19:41RUSİYA ATOM BOMBASI ATMAQLA, İRAN DA ONU YARATMAQLA TƏHDİD EDİR19:44Пробуждение природы в Турции отмечают традиционным цыганским фестивалем Какава21:20Güney Azerbaycan folklorunda halkın hayatı ve ulusal kimlik işaretleri21:123.Mikro Dünya Savaşı16:46Şərqşünaslıq İnstitutunda “44 günlük Vətən müharibəsi İran mediasında” kitabı çapdan çıxıb14:42MİLLİ ADƏT-ƏNƏNƏLƏRİN QORUNMASI MULTİKULTURALİZMİN BAŞLICA ŞƏRTİDİR14:35FARS SÖZÜ FƏ BU SÖZ OLAN SÖZ BİRLƏŞMƏSİ FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSUDUR17:21KANT VƏ TANRI MÖVCUDLUĞUNU SÜBUT ÜÇÜN PRAKTİKİ SƏBƏB17:09İRANIN DOSTU KİM, DÜŞMƏNİ KİM19:31ASELSAN меняет ситуацию в области радиоэлектронной борьбы13:21Новые горизонты в отношениях Турции и Ирака16:38В Центральной Азии появился запрос на новое региональное объединение10:59Закрыли ли Иран и Израиль вопрос взаимного противостояния?
САМОЕ ЧИТАЕМОЕ
  1. “Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
  2. Yalan-palan iran
  3. КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ
  4. О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА
  5. İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR
  6. Pezeşkiyanın hicab problemləri
  7. MANTRA MEDİTASİYA.
  8. Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
  9. Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?
  10. Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
  11. Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
  12. İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?
  13. Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər
  14. PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
  15. Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
  16. Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган
  17. Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК
  18. Лиля Брик- муза Владимира Маяковского
  19. Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
  20. Hicabsız İran
  21. Влияние Турции на переходный процесс в Сирии
  22. Как будет формироваться новый период в Сирии после Асада?
  23. «Разложение мозга»: как избежать негативного воздействия соцсетей?
  24. 12 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu
  25. Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.
  26. Uşaq adlarında dünyəviləşmə tendensiyası?
  27. Монгольская средневековая письменная культура
  28. Humeyni'nin şiirlerinde tasavvufi motifler
  29. İnsanlar niyə pirlərə gedir
  30. 2023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib
ОПРОС

Где будете встречать Новый год?


 
«    Yanvar 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ