Səfir Musəvi: Üçüncü tərəf Azərbaycan-İran münasibətlərinə mane olmağa çalışır
- 10-02-2022, 15:05
- АНАЛИТИКА
- 0
- 356
Foto:ethnoglobus.az
Ethnoglobus.az: Fevralın 10-da İran mədəniyyət mərkəzinin ofisində bu ölkənin Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin mətbuat konfransı keçirilib. Səfir tədbiri açaraq iki ölkə arasındakı münasibətlərin inkişaf dinamikasından. Nəzərdə tutulan planlardan danışıb.
Ethnoglobus.az portalının “Zəngəzur dəhlizi ilə bağlı proseslərdə İranın hər hansı şəkildə iştirakı ilə bağlı İranın hansısa bir planı varmı?” sualına iranlı diplomat belə cavab verib: “İran bölgədə hər hansı bir nəqliyyat dəhlizinin açılmasını dəstəkləyir. Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında razılaşdırılacaq bir məsələdir. Tərəflər hansı razılığa gəlsələr biz onu hörmətlə qarşılayacağıq. 30 il ərzində Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın Naxçıvanla kommunikasiya qurmasına yardım etmişik. Yanvar ayında İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi işğaldan azad edilmiz ərazilərdə olarkən İranla yeni bir nəqliyyat istiqamətinin açılması da danışılıb.Ölkələrimiz Şərq-Qərb və Şimal -Cənub marşrutunun ortasında yerləşdiyi üçün strateji əhəmiyyət daşıyır. Həmçinin ölkələrimiz arasında nəqliyyat əlaqələrimizin intensivliyi də artıb.”
Səfir Musəvi mətbuat konfransı zamanı 2 dəfə üçüncü tərəfin ölkələrimiz arasında münasibətlərə mane olmağa çalışmasını qeyd etdi. Diplomatın Ethnoglobus.az-ın “Üçüncü tərəf deyəndə kimi nəzərdə tutursunuz və bu maneə cəhdləri necə təzahür edir? Məlumdur ki, İran 3-cü tərəf deyəndə başlıca olaraq İsraili nəzərdə tutur. Azərbaycan üçün isə 3-cü tərəf Ermənistandır” sualına cavabı isə belə olub: “Onlar (red: İsrail) ayrı-ayrı şəxsləri, mətbuat orqanları vasitəsilə həqiqətə uyğun olmayan məsələləri qabartmaqla münasibətlərimizə mane olurlar. Xoşbəxtlikdən Azərbaycan və İran rəsmiləri məsələləri ayıq başla anlayır və ayırd edə bilirlər. Bu əsasda süni yaradılmış problemlər münasibətlərdə özünü əks etdirmir.
Ermənistana gəlincə isə, İran sərhədboyu dövlətlərlə əlaqələri hər ölkəyə uyğun potensialına söykənir. Biz hər bir ölkə ilə əlaqələrimizi ayrıca dəyərləndiririk. Azərbaycan-İran münasibətləri kiminsə xoşuna gəlməyə bilər. Əsas olan rəsmilərin münasibətidir. Nəzərə alaq ki, region və müsəlman ölkələrinin isti münasibətlərini istəməyən və bina mane olmağa çalışanlar var. Azərbaycan,İran,Türkiyə, Pakistan və digər müsəlman ölkələri arasında əlaqələr heç nəyə baxmayaraq sıx və genişdir.”