2023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib
- 12-01-2025, 12:01
- АНАЛИТИКА
- 0
- 141

Foto:google
İranın Oskara layiq tamaşası
SUPER SAXTAKAR REJİM və dürüst iranlı
İran rejimi dünya diplomatiya tarixində indiyə qədər görünməmiş dövlət səviyyəli bir saxtakarlığa imza atıb.
Üstündən bir ildən çox vaxt keçəndən sonra iranlılardan biri görünməmiş saxtakarlığı ifşa edib.
Beləki, 2023-cü ilin may ayının 2-də İranın keçmiş prezidenti, mərhum İ.Rəisi Suriyaya rəsmi səfər edib.İran telekanalları bu haqda məlumatı “prezidentin Suriyada görünməmiş, misilsiz təntənə ilə qarşılanması” başlığı altında tirajlayıb.
Amma bu gün islahatçı hesab olunan “asriran.ir” saytı həmin səfər zamanı qarşılanma mərasimini təşkil edənlərdən olan iranlı rəsminin sözlərini dərc edib.Həmin şəxs danışır ki,Suriya İnformasiya(elam) nazirliyi səfər münasibəti ilə aeroportdan prezident sarayına qədər olan yolu bayraqlarla bəzəmək istədiklərini bildirib, lakin prezident sarayının təşrifat rəisi ilə təmasdan sonra məlum olub ki, Suriya tərəfi İran prezidentini təntənə ilə qarşılamaq istəmir.
Həmin şəxs deyir:”Belə olan halda biz təcili olaraq qarşılama ştabı təşkil edərək, 5-6 saat ərzində həmin yolu bayraqlarla bəzədik” və Müqavimət cəbhəsinin Suriyada olan iranlılar və digər ölkələrdən olan bədbəxtləri yol kənarına düzərək Suriyada İran prezidenti üçün görünməmiş bir qarşılama mərasimi təşkil etdik.
Həmin şəxs əlavə edir ki, bir qədər sonra Suriya tərəfi həmin yolu bayraqlarla bəzəmişdi.Həmin vaxt Birləşmiş Ərəb Əmirliklərinin Xarici işlər naziri bir günlük səfərlə Suriyaya gəlmişdi.
Mənbə:Suriyada Rəsinin saxta qarşılanması haqqında 5 məqam
5 نکته درباره استقبال جعلی از رئیسی در سوریه\asriran.ir
İndi İranda Suriyada rejimin süqutundan gen-bol danışaraq günahı B.Əsəddə, Suriya ordusunda, Rusiyada, Türkiyədə axtarırlar və bütün vasitələrlə İranın tarixi uğursuzluğunu ört basdır etməyə çalışırlar.İndi məlum olur ki, B.Əsəd, əsas səbəblərlə bərabər, öz məğlubiyyəti ilə ölkəsini İranın çağrılmamış, amma günbəgün güclənən himayə,qəyyumluğu və təsirindən xilas etmək istəyirmiş. Bunu İran prezidentinə göstərilmiş münasibətdən daha yaxşı nə göstərə bilərdi?
10 yanvar 2025