Pezeşkiyanın hicab problemləri
- 22-11-2024, 10:40
- АНАЛИТИКА
- 0
- 142
Foto: topwar.ru
Vidadi Mustafayev
IRANDA VƏFAQ(KONSENSUS), YOXSA NİFAQ
İran İslam Respublikasında,hələlik Tehranda neçə vaxtdır “Hicabsızlara qarşı(Hicabsızlığı tərk etmə ) klinikası” fəaliiyyətə başlayıb.Hicabsız qadınlar küçədə-bazarda saxlanaraq “müalicə” olunmaq üçün klinikaya göndərilir.
Klinikanın təşkil edilməsi xəbəri yayılandan və işə başlamasından sonra cəmiyyətdə müzakirə olunan bir nömrəli məsələyə çevrilib. İslahatçılar, təbii ki, əleyhinə, mühafizəkarların bir qismi əleyhinə,radikal qismi lehinə təbliğat aparırlar.İslahatçıları məyus edən isə hökümətin həmin məsələyə passiv münasibət göstərməsidir.
Məsələnin ən maraqlı cəhəti hicabsız qadınlara qarşı mübarizənin yeni formasının məhz bu günlərdə, M.Pezeşkiyanın prezidentliyə başlamasından sonra reallaşdırılmasıdır.Həmin mübarizə üsulu haqqında qərar İ.Rəisinin prezidentliyi dövründə, 2022-ci ildə qəbul edilsə də,onun müəmmalı helikopter qəzası səbəbidən yarımçıq qalmış fəaliyyətinin sonuna kimi icra olunmamışdır.
Yalnız indi,M.Pezeşkiyanın prezidentliyi dövründə qərarın icrasına başlanması bir çox suallar doğurur.Əslində isə qeyd edilən köhnə yenilik hakimiyyət qollarından birinin prezident hakimiyyətinə qarşı açıq mübarizəyə başlamasının əyani göstəricisidir. Məlum olduğu kimi, M.Pezeşkiyan seçki kampaniyası zamanı hicabın dini-mədəni bir hadisə olduğunu vurğulayaraq icbari hicaba qarşı olduğunu, hicabın yalnız mədəni vasitələrlə, inandırma yolu ilə yayılmasına nail olmağın tərəfdarı olduğunu bəyan edirdi. M.Pezeşkiyan prezidentlik səlahiyyətinə başlayandan sonra ictimai yerlərdə hicabın vəziyyətinə nəzarət edən, hicabsızları saxlayaraq polisə təhvil verən və bu zaman qadınlara qarşı bəzən zorakılıq göstərən İrşad və ya əxlaq patrulunun artıq şəhərdə az-az göründüyü qeyd edilirdi.
Məsələnin mühüm bir cəhıəti də prezident səlahiyyətlərini icra etməyə başlayandan sonra Qanunların və qərarların İslam dini normaları və Əsas qanuna zidd olmamasına nəzarət edən Nəzarət Şurası Hicab qanununu təsdiq edərək Parlamentə və parlament də icra edilməyə başlanması üçün prezidintə göndərmişdir.Qanun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minmiş olur.Lakin prezident həmin qanunun onun vədlərinə uyğun olmadığını nəzərə alaraq hələlik onu imzalamaqdan imtina edir.Prezidentlərin belə davranış ehtimalı qabacadan nəzərdə tutulduğundan qanunun icrası üçün ikinci variant-parlamentin spikerinin qanunu rəsmi qəzetdə dərc etdirməsi yolu müəyyən edilmişdir.Lakin hələlik spiker də həmin qanunla nəzərdə tutulan addımı atmaqdan boyun qaçırır.Qanunun qüvvəyə minməsi və icrasının gecikməsi cəmiyyətdə hicabsızlıq vəziyyətini daha da “pisləşdirmişdir”. Paytaxtın parklarında vəziyyətin ürək açan olmadığı qeyd edilir.Hətta guya şikayət edirlər ki, bir çox özəl şirkətlərdə qadınların iş vaxtı hicablı olması qadağan edilir.Bütün bunlar cəmiyyətin “abır-həyasının” keşiyində duran qüvvələrin fəaliyyətə keçməsini şərtləndirmişdir. Onlar dini normalara riayət edilməsinə nəzarət etmək funksiyasına malik olan “Xeyir işlərə təşviq və şər işlərdən çəkindirmə qərargahı”nın adından Məhkəmə hakimiyyətinə müraciət edərək bir neçə il bundan əvvəl qəbul edilmiş qərarın icrasına icazə verməyi xahiş etmişlər və nəinki icazə almış, həmçinin onun fəliyyəti üçün büdcə ayrılmasına da nail olmuşlar.Beləcə, hökumətin xəbəri olmadan “Hicabsızlığı tərk etmə klinikası” fəaliyyətə başlamışdır. Bu qərarı və praktiki addımı “Hicab və iffət qanunu”nun icra olunmadığı və belə bir vəziyyətdə hicabsızlığın baş alıb getməsi ilə əsaslandırmaq istəyirlər.
Amma bu qərar və onun icrası Məhkəmə hakimiyyəti ilə icra hakimiyyəti arasında Hicab məsələsində dərin ixtilafın olduğunu, eyni zamanda İranda müxtəlif qərarqəbul etmə və icra mərkəzlərinin mövcud olduğunu əyani şəkildə göstərir.
Başqa sözlə, Məhkəmə hakimiyyəti açıq şəkildə prezidentin öz seçkiqabağı vədlərini icra eütməsinə qarşı çıxmış olur.
Belə bir vəziyyət fitir məsəlsində də hakimdir.Filtir məsələsi ayrıca bir yazının mövzusudur.\21 noyabr 2024