İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR
- 17-11-2024, 10:03
- АНАЛИТИКА
- 0
- 156
Foto: www.bbc.com
Vidadi Mustafayev
M.Pezeşkiyan prezident seçiləndən sonra seçki kampaniyası zamanı verdiyi vədləri yerinə yetirmək üçün ciddi səy göstərir, lakin mühafizəkar dairələr mühafizəkar hakimyyət siteminə(Rəhbərlik,Məhkəmə hakimyyəti,İslam normaları və Əsas qanuna riayət edilməsinə nəzarət edən Nəzarət Şurası, qeyri-qanunu olaraq qanunvericilik səlahiyyətlərini icra edən Ali Mədəni İnqilab Şurası və həmin sistemi və ona rəhbərlik edənləri qoruyan silahlı,hər növ qoşun hissələrindən ibarət, Sepah-İslam İnqilabı Keşikçiləri Korpusu və s.) müəyyən təhlükə təşkil edən həmin vədlərin yerinə yetirilməsinə qarşı müqavimət göstərir və onu daim genişləndirirlər.
Son günlərdə M.Pezeşkiyan hökuməti ilə mühafizəkarlar arasında əsas mübarizə obyekti internetdə filtr tətbiq edilməsi məsələsidir.Prezidentin tərəfdarları onun filtrin aradan qaldırılması ilə bağlı verdiyi vədi yerinə yetirmədiyndən şikayət etdikləri halda, onun əleyhdarları məsələnin tezliklə həll oluna biləcəyindən ehtiyat edərək ona qarşı çıxışların miqyasını və şiddətini artırırlar. Filtrin saxlanması uğrunda bir sıra ayətullahlar(ali dərəcəli ruhanilər), keçmiş və indiki deputatlardan bir qrup, “Keyhan” qəzetinin baş redaktoru,Ali Virtual Məkan Şurasının bəzi üzvləri, digər mühafizəkar təşkilatlar və qrupları təmsil edənlər çıxış edirlər.Müxalifətin gücləndiyini nəzərə alan prezident həmin məsələ ilə bağlı izahatla çıxış etməyə məcbur olub, internetin tamamilə nəzarətdən çıxarmaqdan söhbət getmədiyini vurğulayıb.Güman edilir ki, prezident həmin vədi tam həcmdə yerinə yetirə bilməyəcək.
Mühafizəkarlar eyni zamanda prezidentin hicabla bağlı vədinə və həmin məsələdə hələlik tutduğu möqeyə qarşı çıxmağı da unutmurlar. Beləki “Hicab və iffət haqqında” qanunlayihəsi Parlament və Nəzarət Şurası arasında çoxsaylı gediş-gəlişdən(Şura iradları bildirir,Məclis islah edir) sonra nəhayət Şura tərəfindən təsdiq olunub və Məclisin spikeri qaydaya görə onu icra olunmaq üçün prezidentə göndərib ki,imzalayaraq icrasına başlansın.Lakin xeyli vaxtdır prezident onu imzalamaqdan imtina edir.Qanuna görə bu halda Parlamentin spikeri onu 5 gündən sonra rəsmi qəzetdə dərc etdirməlidir.Bu, Qanunun qüvvəyə minməsi və icra olunmağa başlaması deməkdir.Lakin neçə belə 5 günlər keçməsinə baxmayaraq, Spiker də qanunla nəzərdə tutulan prosedura əməl etməyib.Bu vəziyyət bir tərəfdən parlamentin hökumətlə əməkdaşlıq etmək meyli kimi, digər tərəfdən Hicab məsələsinin son dərəcə həssas bir məsələ olması və cəmiyyətin əksəriyyəti tərəfindən icbari qaydada icrasının qəbul edilməməsi ilə əlaqələndirilir.Bunu nəzərə alan mühafizəkarlar hələlik əsas diqqəti filtr məsəlsinə yönəltmişlər. Həmin məsələ də hicab kimi mühüm gəlir mənbəyidir.Hesablamalara görə fitr əleyhdarlarının ( filtr qurğuları və filtrsındıran vasitələrindən əldə etdikləri gəlirlərin) illik maliyyə
dövriyyəsi 20 himmət( hezar milyard tümən=1 trilyon tümən= aşağı yuxarı 400 mln. dol) təşkil edir. Yəni mühafizəkar dairələr internetin İslam və əxlaqi dəyərlərə hücumunun qarşısını almaq adı ilə mühüm gəlir mənbəyini itirməmək uğrunda mübarizə aparırlar. Onların öz mövqelərini bu və ya digər şəkildə qəbul etdirmək imkanı nisbətən yüksək qiymətləndirilir.İranın tanınmış xanım professorlarından biri iddia edir ki, M.Pezeşkiyanın seçkiqabağı şüarları cəmiyyətdə köklü dəyişikliklərə yol açmaq üçün yetərli deyil, çünki onları yerinə yetirmək ,demək olar ki,mümkün görünmür. Onun fikrincə, artıq prezident hökumətində mühafizəkarlar öz mövqelərini kifayət qədər möhkəmləndiriblər və hər şeyin köhnə qaydalar əsasında cərəyan etməsi prosesi bərpa edilmişdir.
Bütövlükdə cəmiyyətdə prezidentə inam getdikcə azalır, çünki islahatçılar onu qətiyyət göstərməmək və axıracan islahatçı olmamaqda, mühafizəkarlar isə əksinə radikal islahatçı olmaqda günahlandırılar.\16 noyabr 2024