Ethnoglobus » КУЛЬТУРА » Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”

Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”

Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”
КУЛЬТУРА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
15:06, 28 may 2024
829
0

Bu günlərdə tanınmış yazar, publisist–politoloq Reyhan Mirzəzadənin dahi rus şairi, dramaturq, müasir rus ədəbi dilinin banisi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə həsr olunmuş “Bəşəri poeziyanın əbədiyyət günəşi” adlı yeni kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, yüksək poliqrafik üslubda nəşr edilən nəfis şəkilli kitabda qüdrətli şairin həyat və yaradıcılığı, onun Azərbaycan ədəbiyyatına, ədəbi mühitinə təsirindən geniş bəhs olunur. Kitabda şairin həyatının maraqlı məqamlarından söz açılır. İndiyədək oxuculara məlum olmayan və yaxud az məlum olan məsələlərə toxunulur. Ümidvarıq ki, kitab zəngin Puşkin irsinin öyrənilməsində maraqlı vasitə olacaqdır.

Qeyd edək ki, vətəndaş cəsarəti, xəlqilik, milli iftixar, vətənpərvərlik ruhu ilə şöhrət qazanan rus ədəbiyyatı dünya mədəniyyətinin zəngin ədəbi xəzinəsinə dəyərli töhfələr bəxş edib. Tarixi reallıqdır ki, klassiklər müxtəlif xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunları hesab olunur. İstedad və təfəkkür, zehniyyət və yaradıcılıq potensialı ilə söz, fikir tarixində özünəməxsus yeri olan rus klassiklərini haqlı olaraq ziddiyyətli, mürəkkəb və ədəbi mübarizələr dövrünün qəhrəmanları adlandırırlar. Rus realist istiqamətinin əsasını qoyan, müasir rus ədəbi dilinin banisi, dahi şair, dramaturq, tarixçi, ədəbiyyatşünas, nasir, publisist, azadlıq carçısı, bəşəri poeziyanın korifeyi kimi sevilən Aleksandr Sergeyeviç Puşkinin əsərləri bu gün də bütün dünyada sevgi və rəğbətlə oxunur. Bu əsərlər bəşər mənəvi və mədəni xəzinəsinin ən qiymətli sərvətlərindən hesab olunur.

İyunun 6-da dahi şairin 225 illik yubileyi dünyanın bir çox ölkələrinin ədəbi aləmində qeyd olunacaq. Puşkin yaradıcılığı Azərbaycan oxucuları üçün də qüdrətli söz, sənət məktəbidir. Vaxtilə böyük şairlərimiz rus ədəbiyyatının dünyaşöhrətli poeziya günəşinə - ölməz Puşkinə gözəl şeirlər həsr ediblər.


Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi” - AZƏRTAC (azertag.az)

 

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
23.06.26, ЭТНОПОЛИТИКА
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО
MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI
MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI
27.05.24, КУЛЬТУРА
FİRUDİN  İBRAHİMİ  MÜASİR TƏDQİQATLAR  KONTEKSTİNDƏ
FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ
21.11.22, ЭТНОПОЛИТИКА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА