Главная > АНАЛИТИКА > RƏHBƏRİN DEDİKLƏRİ ELMİN DEDİKLƏRİNDƏN ÜSTÜN OLDUĞU ÜÇÜN İFTİRA VƏ BÖHTANLARA ZƏMİN YARADIR.
RƏHBƏRİN DEDİKLƏRİ ELMİN DEDİKLƏRİNDƏN ÜSTÜN OLDUĞU ÜÇÜN İFTİRA VƏ BÖHTANLARA ZƏMİN YARADIR.9-10-2022, 19:09. Разместил: Gulnara.Inanch |
|
Vidadi Mustafayev İranın Ali dini rəhbəri Seyid Əli Xameneyi hazırki etiraz aksiyalarının Amerika, İsrail və Səudiyyə Ərəbistanında planlaşdırdığını dedi.Halbu ki silsilə yazılarda universitet professorları iğtişaşların çoxüzlü daxili səbəblərindən və əsas səbəb olan sistemin səmərəsizliyindən danışırlar. Hökumət ideoloqları isə ancaq xarici amildən danışrlar.Bu gün etirazların daxili səbəbləri haqqında danışan 5 tanınmış iqtisadçının yazısı tənqid atəşinə tutulub. Tənqidçi Rəhbərin siyahısını təkmilləşdirərək İSRAİLİ siyahıdan çıxarıb və onun yerinə AVROPA və özü dedyi kimi, HƏTTA TÜRKİYƏ VƏ AZƏRBAYCANI da əlavə edib. By dəfə də tənqidçi tutu quşu kimi Azərbaycan və Türkiyənin guya Zəngəzur dəhlizini ələ keçirərək İranla qardaşı Ermənistan arasında quru sərhədini bağlamaq məqsədi olduğu iddiasını təkrar edir. O bununla kifayətlənmiyərək hər iki ölkəni guya iğtişaşları dəstəkləməkdə ittiham etməyə cəsarət edir. İran rejiminin indiki öz eyb və nöqsanlarını fərq qoymadan özgələrdə axtaran və güzgüyə baxmaq istəməyən baş bilənləri və ideoliqları anaxronik siyasi sistemin qaçılmaz məğlubiyyəti və gülünc vəziyyətə düşməsinin mühüm amilləri kimi çıxış edirlər. Вернуться назад |