Məlum məsələdir ki, separatistlər milli,etno-dini regionlarda milli, milli-mədəni hüquqlar uğrunda mübarizə aparan milli fəallardır . İndiyə qədər separatist adlanan müxaliflər əsasən Xuzistanda( ərəblər) Sistan və Bəlucistanda( bəluçlar) Qərbi Azərbaycanın qərbində ( kürdlər), monarxistlər isə qeyri-etnik bölgələrdə həbs olunurdular.Dünənki məlumat bu uyğunluqdan qismən kənara çıxır. Belə ki dünən Sepahın daim "ayıq-sayıq" əks-kəşfiyyat əsgərləri düşmənlə əməkdaşlıq edən 127 nəfəri həbs edib. O cümlədən Mazandaran vilayətində 69 nəfər monarxiya tərəfdarı, Kirman vilayətində 51 nəfər düşmən agenti, monarxist, casus həbs edilib.