Главная > АНАЛИТИКА > İRAN İKİ CƏBHƏDƏ VURUŞUR

İRAN İKİ CƏBHƏDƏ VURUŞUR


13-03-2026, 21:15. Разместил: Gulnara.Inanch

Foto: Google

Distant müharibə

Posted by

Vidadi Mustafayev

İsraili yer üzündən silməyi elan edən Orta əsrlər rejimi indi təkcə İzrailin deyil, həm də  İsrailin hamisi, yoxsa bodiqardı olan  Amerikanın birgə hərbi gücündən özünü  qorumaq üşün iranlıların qurban getməsi, ölkənin tarmar olmasına razı olub.

İndiyə qədər öz xalqı ilə vuruşan( 1998,2006,2009,2017, 2019, 2022,2025), keçən il{(İyun 2025, 12 günlük( 13-24iyun) müharibə)} və bu il (28 fevraldan-) özünün yaratdığı əsas düşmənləri ilə vurşmalı oldu.Davam edən müharibədə  düşmən zərbələri və daxili xəyanət nəticəsinda  keçən il olduğu kimi ilk gün  vahid hərbi komandanlıqdan, bu il həm də Ali Rəhbər  və Müdafiə nazirindən məhrum olan ölkə həm düşmənləri ilə vuruşur, həm də daxili siyasi qüvvələrin döyüş meydanına çevrilib.

Bunun nəticəsidir ki, Rəhbərin ölümündən(28 fevral) 8 gün keçməsinə baxmayaraq, hələ də yeni Rəhbər seçilməyib.Halbu ki öldürülən Rəhbər,ilk Rəhbər və İranın son 47 ildəki bütün faciələrinin banisi Xomeynin ölümünün(3 iyun 1989) səhəri günü(4 iyun 1989) seçilmişdir.Onda artıq İran- İraq müharibəsi (1980-1988)başa çatmışdı, ölkənin başsız qalmasından irəli gələ bilən  xarici və daxili təhdid yox idi.Amma indi İranın artıq 8 gündür başsız qalması, ölkənin ən ağır zamanında –amansız müharibə günlərində  belə ali hakimiyyət uğrunda əsas rəqiblər hətta düşmənlər olan  hazırki hərbi(sepah) və siyasi elitanın islahatçı qanadı üçün qrup  siyasi maraqların  ümumi, milli maraqlardan üstün  olduğunu  nümayiş etdirir.

Rəhbərin seçilməsi və rəhbərliklə bağlı digər məsələlri həll etmək üçün nəzərdə tutulan, 8 il müddətinə seçilən, 88 nəfər mücahiddən ibarət olan Ekspertlər məclisinin(Xübrəqan məclisi) keçirəcəyi  seçkinin nəticəsinin formal olaraq və hüquqi baxımdan İranın ictimai-siyasi həyatına heç bir əsaslı təsirini gözləmək olmaz, lakin real həyatda Rəhbərin şəxsiyyətinin və siyasi-ictimai baxışlarının, həmçinin siyasi mənsubiyyətinin ( mühafizəkar və ya  islahatçı)  ölkənin gələcək dəyişiklərinin istiqamətinin( geriyə baxış və ya müasir dünya qaydaları ilə hərəkət etmək)müəyyən edilməsində mühüm rolu ola bilər.

İran bu dəfə də 1979- cu ildəki səhvini təkrar etsə, onu düzəltmək üçün ya inqilab ya da yeni müharibəyə ehtiyacı olacaq.\7 mart 2026



Вернуться назад