Вернуться назад Распечатать

İRANDA NƏ BAŞ VERİR?

Foto: www.ncr-iran.org 

Protesters gathered in Shiraz’s Sadra District, southern Iran, on January 8, 2026.

Vidadi Mustafayev

Ən ümumi şəkildə desək, bu günlərdə İranda 47 il bundan əvvəl buraxılmış  tarixi səhvin düzəldilməsi prosesi gedir.

Yarandığı gündən təşkili  prinsipinin dövrün tələbləırinə zidd olması, yəni respublika prinsipini İslam normalarına, müasir, modern təbəqələrin  Orta əsr artefaktı olan ruhanilərin hakimiyyətinə  tabe edilməsi, ideoloji  hədəflərinin-SSRİ-yə rəqib olmaq, dünya müstəzəflərinin( zəiflər, marginallar, proletariat, kiçik sahibkarlar),müsəlmanların və İslam ölkələrinin mənafelərinin müdafiəçisi olmaq missiyasının  potensialına uyğun olmaması, onları qat-qat  aşması,  beynəlxalq, daxili vəziyyətdə böhran yarnması ilə  nəticələnmişdir.

Sonralar hakimiyyət səviyyəsində həmin böhranlardan çıxmaq cəhdləri hüquqi(Əsas qanun) ideoloji(İslam)maneə,  böhranın mövcud olmasında maraqlı olan qüvvələrin Əsas qanundan üstün olan İslam normalarının aliliyinə əsaslanan müqaviməti nəticəsində nəinki uğursuzluğa düçüar olmuş, yeni böhranların yaranmasına şərait yaratmışdır.

Təkcə bir faktı qeyd etmək kafidir.İnqilabın qələbəsindən sonra şah ailəsinin, iri kapitalistlərin, məmurların, generalların xüsusi mülkiyyəti milliləşdirilmiş, SSRİ-də  sosialist sistemin çökməsindən sonra həmin   mülkiyyətin (mülkiyyətin85%) özəlləşdirilməsinə başlanmış və ona qarşı göstərilən müqavimət nəticəsində 30 ildən çox davam edən özəlləşdirmə haqqında danışan iqtisadçılar dövlət mülkiyyətinin hələ də bütün mülkiyyətin 80 % təşkil etdiyindən şikayət edirlər.Bu fakt göstərir ki, İranda əsas mübarizə obyektlərindən biri istehsal vasitələri üzərində mülkiyyət  məsələsidir.Ümumi qənaət beləıdir ki, hazırda mülkiyyətin  böyük bir hissəsi “dövlətdə dövlət” adlandıılan İslam İnqilabı Keşikçiləri Korpusunun əlindədir və  ona görə də həmin qurum  rejimin və ruhanilərin hakimiyyətinin formal müdafiəçisi rolunda  çıxış edir.Qısa şəkildə  sepah adlandırılan həmin hərbi-siyasi, ideoloji qurum hakimiyyətin bütün qollarına nəzarət etməyə çalışaraq yeni bir böhran vəziyyəti yaradır.

1980-1988-ci illər İran –İraq müharibəsindən sonra İranda beynəlxalq, və daxili vəziyyətində  böhranlar genişlənir və artır,  müxyəlif miqyaslı və intensivli iqtisadi, mədəni, siyasi, etnik xarakter daşıyan etiraz aksiyaları şəklində təzahür edirdi.

1998 ci il tələbə ,2006 cı ildə azərbaycanlıların geniş miqyaslı etiraz aksiyaları,2009-cu ildə uzunmüddətli  kəskin  və geniş repressiyalarla müşaiyət olunan siyasi  etirazlar.Son illərdə etirazların intensivliyi və miqyası getduikcə artmışdır.2017, 2018-19- cu illərdə iqtisadi, 2022-ci ildə mədəni sahədə  baş vermiş etiraz aksiyalarını qeyd etmək olar.

Həmin etirazlar, qeyd edildiyi kimi, müxtəlif xarakterli  böhranların  göstəriciləridir. Böhranları yaradan səbəblərin aradan qaldırılması, etirazçılara qarşı geniş repressiyalar-öldürülənlər, yaralananlar, çoxsaylı  həbslər rejimə müqavimətin sosial bazasının daim genişlənməsinə  səbəb olurdu.

Qeyd edildiyi kimi,mövcud siyasi sistem,Əsas  qanun  çərçivəsində  ölkədə əsaslı islahatlar aparmaq qeyri-mümkündür.İslahatlara qarşı çıxan  qüvvələr Əsas qanuna və o da işə yaramasa,  İslam normalarına istinad edirlər.

İran İslam Respublikasında bütün inqilablar nəticəsində yaranan sistemlər üçün xaraterik olan xüsusiyyət tam şəkildə təkrar olunmuşdur. Deyəsən,Bibliyada deyilir ki, bugün heç kim olanlar sabah hər kim olacaqlar.  Dialektikanın  ikinci qanunu-Əksliklərin vəhdəti və mübarizəsi qanununda yer alan  əksliklərin bir-birinə keçməsi prinsipinə uyğun olaraq inqilabdan əvvə  İranda  heç kim olanlar inqilabdan sonra  hakimyyətə gəlib   hər kim olaraq inqilabdan sonra heç kim olanlara  münasibətdə əsl istikbar  zümrəsinə çevrildilər. Onların öz sıralarını qorumaq, siyasi, iqtisadi və s.  sahələrdə inhisar   qurmaları  sistemin ilkin keyfiyyətindən uzaqlaşaraq  ədalətsiz, bərabərsizlik , zülmkar bir rejimə çevrilməsinə səbəb olmuşdur.İndi geniş təbəqələr inhisarçı azlığın hakimyyətinə qarşı mübarizə aparmağa məcbur olur.

Başqa sözlə,İran “İslam” inqilabı nəticəsində yaranan eksperimental sistem özünü doğrultmamışdır.

Nəinki İran, hətta “dünya” müstəzəfəninin( zəiflərin) adından və “onun üçün” edilmiş inqilabdan sonra hakimiyyətə gələn müstəzəflər tezliklə əsas ” sinfi” düşmən olan müstəkbərlərə(təkəbbürlülər/varlı güclülər) çevrilmişlər.Bütün fəsadların, saxtakarlıqların, ədalətsizliklərin subyektlərinə çevrilmiş  yeni yerli müstəkbərlərin bir qismi  zahirən rejimin müdafiəçisi,əslində onun dağılmasında maraqlı olduğundan bütün gücü ilə dağıdıcı rol oynayır.İcra hakimyyəıtinin həmin  dağıdıcı qruplara qarşı mübarizə təşəbbüsü hər dəfə onun məğlubiyyəti,öz planlarından geri çəkilməsinə səbəb olur.

28 dekabr 2025- ci il tarixində  uzun müddət davam edən iqtisadi böhranda baş verən kəskin pisləşməyə  qarşı  başlayan  etiraz aksiyaları daxili və xarici açıq və gizli müxalifətin səyi ilə  çox qısa zamanda  iqtisadi məcradan siyasi məcraya keçmişdir.

İranda daxili etirazlar həmişə  onun özünə düşmən etdiyi ölkələr,ictimai-siyasi qüvvələr tərəfindən açıq və gizli şəkildə dəstəklənmişdir.Hazırki etiraz və iğtişaşlar da İranın əsas düşmən və rəqib ölkələr tərəfindən açıq və gizli, geniş şəkildə dəstəklənir.

Getdikcə genişlənən etiraz və iğtişaşların əsas xüsusiyyəti zahirən daxildə hər hansı bir rəhbər orqanın və liderin, gələcəyə yönəlmiş vahid  bir proqramın  olmamasında  özünü göstərir.

Belə bir şəraitdə farsların əsas kəsimi 1979-cu ildə devrilmiş  Pəhləvi sülaləsinin nümayəndəsini özlərinin siyasi lideri kimi görür və onun xeyrinə geniş təbliğat aparırlar.

Hadisələr göstərir ki, keşmişə yönəlmiş farslar bilərəkdən hakimiyyətlərini qorumaq üçün yenə də səhv etməyə köklənib. Farslar İran xalqları üzərində hakimiyyətlərini saxlamaq üçün Şahlıq üsulunu bərpa etməyə çalışırlar.

Pəhləvi rejiminin nümayəndəsi dünyəvi, demokratik sistemdən dəm vurur, guya şahlıq iddiası yoxdur.

Vaxtı ilə Xomeyni də bəyan edirdi ki, ruhanilər hakimiyyət istəmirlər. 

İndi Pəhləvi nəslinin nümayəndəsi də bəyan edir ki, məqsədi demokratik sistemdir.Həmin sistemdə qeyri-fars xalqların yeri haradır, sualına cavab vermir.

İranın qeyri-fars xalqları keçmiş acı təcrübələrindən çıxış edərək  Pəhləvi sülaləsinin nümayəndəsini heç bir vəchlə dəstəkləməyə hazır deyillər.

Əgər farslar bu hadisələrdən qalib çıxıb şahzadəni dövlət başçısı etsələr, vətəndaş müharibəsi qaçılmaz olacaq. Həmin müharibənin nəticəsi  uzun dövlətçilik təcrübəsi olan,əsrlərlə İranı ədalət  və ayrı-seçkilik etmədən idarə etmiş ,İranın ictimai-siyasi, iqtisadi, mədəni həyatında ağır çəkiyə malik olan və mühüm rol oynayan ən böyük  milli azlıq,demoqrafik çoxluq  olan azərbaycanləların mövqeyindən asılı olacaq. Azərbaycanlıların vahid dövlət və  federativ dövlət tərəfdarları arasındakı nisbət mübarizənin,bütün digər amillər nəzərə alınmasa,  nəticəsini müəyyən edəcəkdir. Azərbaycanlıların  milli maraqlarının təmin edilməsi  ideyası ətrafında  birlik və vəhdət nümayiş etdirməsi hadisələrin nəticələrini birbaşa müəyyən edəcək. AZƏRBAYCANLILARA BİRLİK, HƏMRƏYLİK VƏ UĞURLAR  ARZU EDİRİK.

\10 yanvar 2026