TV8 kanalının Fənərbaxça-Feyenoord oyununun şərhçisi isə tərəfdarları “12-ci oyunçu” kimi qeyd etdi. Bu ,yalnız tərəfdarları motivasiya edən bir emosional ifadə deyil. Futbol matçını yalnız meydanda olan oyunçular deyil, bütün heyət və tərəfdarlar oynayır. Hər bir kəsin enerjisi, xüsusilə, tərəfdarların emosional enerjisi oyuna axır. Əgər bu halda bütün tərəfdarlar şüur və alt şüurla qələbəyə inanarsa, oyunu qələbəyə gətirəcək. Tərəfdara “tərəfdaş” statusu verilibsə, bu zaman hər bir “fənərbaxçalı” özünü qələbə üçün məsul hiss edir. Artıq o, sadəcə izləyici deyil, oyunun gedişinə və nəticəsinə cavabdehdir, oyunda vacib bir personadır.