Главная > КУЛЬТУРА > Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində

Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində


28-04-2025, 13:01. Разместил: Gulnara.Inanch

Foto: google

Səməd Vurğun

 Qəhrəmanın ölümü 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova 

Talış dilinə tərcümə: Camal Lələzoə

 

Bütün Bakı fikirdədir,göy sükutda,dəniz lal... 

Nə meh əsir,nə titrəyir ağacların yarpağı. 

Hər ürəkdə bir döyüntü,hər baxışda bir sual... 

Bu gün çatmış qaşlarını Azərbaycan torpağı. 

 

Vətən oğlu! Bu iki söz dodaqlarda yandıqca, 

Hər ürəyin telləri də qəmli- qəmli saz tutur.

 Vətən mülkü öz oğlunu ana kimi andıqca 

Ağır dağlar fikrə gedib,öz qəlbində yas tutur. 

 

Cəbhədəsə ,bizdən uzaq, Həzi! - deyən həəsgə

O tabutun qarşısında diz çökərək and içir. 

Tanklar uçur,ordu keçir, darılmışdır üfüqlər,

 İntiqamın yanan qəlbi şaxta udur,qar içir .

 

 İllər keçir...Yaşa dolur süd ağızlı körpələr, 

Nəsil- nəsil ürəklərdə yuva salır qəhrəman. 

Şəfəq saçır türbəsinə min səadət ,min səhər, 

Bu əməllə, bu eşq ilə o keçdi öz canından. 

 

Rəssam alıb fırçasını xəyallara qərq olur, 

Bahar kimi şəfəqlənir qəhrəmanın surəti. 

Könüllərdə söhbət olub neçə məclis qurulur,

 Alqış deyir mərd oğula şerin,sözün qüdrəti. 

 

Qərinələr arxasından Cavanşir də, Babək də 

Qılınc ilə salam verir bu müqəddəs türbəyə

Göydə günəş şölə saçır, nəğmə deyir külək də

Yerdə insan nəfəs alır ,qəhrəmana eşq!_ deyə

 

Qəhrəmani maq Dı kərə Səveti İttifaq Ğəhrəmon bə Həzi Aslanovi 


Imruj Boku bə dumote,zəmin- osmon dıyo lol... 

Nə vo heste,nə lıvedə çı do- toğon xol- bəşon. 

Har dılədə qıləy həycon,har nəzədə pars,sıvol, 

Umruj bərk- bərk dəkırniəşe Azərboyconi bəvon... 

 

Vətəni zoə! Lıputondə sutdə ın dıqlə sıxan,

 Har dılədə matəm qətdə həzo- həzp dıli toğ

Vətəni mılk bəştə zoə bənə moə vəştə con,

 Qonə bandon bə fik şedən,ə bandonən kəşdən doğ.

 

 Ə sərboz ki vey diyəro cəbhonədə xidmətdəy, 

Çə tabuti vədə mandə ğəssəm hardə bə zono.

 Pəredə tank,ləşqər roədəy,ufuqonən hiddətdəy, 

Xusus votə dılon biyə peşomedən har tono. 

 

Soron şedən...Mudrik bedə şıtəqəvə har əğıl, 

Nəsıl- nəsıl dılonədə lonə bastə ğəhrəmon. 

Bəçəy turbə ıştə ruşnə peşandedə sa ağıl, 

Əv dı eşği,dı amali təslimiş kay ıştə con. 

 

Rəssom fırçə peqətedə bə xəyolon ğərğ bedə

Çilvə jeydə fəsli- bohor ğəhrəmoni surətdə

Dılonədə sıbət bedə,har məclisdə dərk bedə ,

 " Bıji!" votdə bı mərdə zoə sıxan ıştə ğodrətdə

 

Çı ğərinon dumontono Cavanşirən, Bobokən

 Deştə şımşi bı mığəddəs tıbə dodə səlomi.. 

Çı həşiku şəhlə vəşdə ,nəğmə votdə kulokən, 

Nəfəs sedə ,votdə  " Bıji!" inson de ehtişomi.. 


 


Вернуться назад