Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 14 Avqust 2018 06:46

Professor Əli Kafkasyalı: " Türkiyə düşdüyü vəziyyətdən çıxacaq. "

Written by 

Ərzurum Atatürk Universitetinin müəllimi, professor Əli Kafkasyalının www. ethnoglobus.az üçün eksklüziv müsahibəsi.

 - Qazaxıstan Respublikasında əlifbanın dəyişdirilməsi haqqında yəqin ki, xəbəriniz vardır...

- Təbii vardır. Mən iki il Qazaxıstanda çalışmışam və bu məsələ ilə bağlı çox fikirlərim olmuşdu. Qazaxlar doğru edirlər. Bu çox geniş bir mövzudur. Bu mövzuda mənim çox ciddi çalışmalarım və bir sanballı məqaləm də var. Mən iki il Türkistan şəhərində, Əhməd Yasəvi Universititetində çalışdım. Dəfələrcə “niyə kiril əlifbasından latına keçmirsiniz” dedim. Biz kursa gedib qazaxça öyrəndik və kiril əlifbası ilə bağlı çox çətinliklərlə üzləşdik, çox çətin idi. Türk birliyinin olması üçün rəhmətlik İsmayıl Qaspralının dediyi kimi, öncə dil birliyi, fikir birliyi və iş birliyi lazımdır. Bax, o dahi çox gözəl vəsiyyət etmişdir. Dil birliyi çox vacibdir. Dil birliyini qura bilmirsənsə, din birliyini necə quracaqsan? Masanın arxasında oturub din birliyindən danışa bilməzsən. Qazaxıstan hava limanına endiyin zaman qazaxlara heç bir şey anlada bilmirsən, onların danışığını da sən başa düşmürsən. Ona görə də, öncə dil birliyi lazımdır. “Feto” (Fətullah Gülən – red.) ilə necə din birliyi qurmaq olar? Fetoçular hamısı satqın adamlardır. Mən 20, 15 il bundan qabaq təşkil etdiyim konfransda dedim ki, onların təşkilatını İsrailin qurub. Məni isə o vaxt daşa basdılar.

- Nə zaman oldu bu hadisə?

- 20 il əvvəl. Mən bunu dəfələrcə demişəm. Qazaxıstanda biz çox əmək sərf etdik, mən fetoçuları orda da gördüm. Onlar hamısı “SİA”nın (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi – red.) agentləri idilər. Mən 5 il yarım Fransada qaldım, o zaman da mən fetoçuları orada da görürdüm. Görürdüm ki, bunlar birgə işlər çevirirlər. Bunların dərdi türklük, islam deyil. Onların təşkilatı Amerikanın qurduğu və idarə etdiyi təşkilatdır. Bizimkilərə isə bunları başa sala bilmirsən. Mənə deyirdilər:” Əli bəy, bu başları səcdəyə gedən adamlara necə belə deyə bilirsiniz, siz səhv edirsiniz”...

- Amma fetoçular başqa, nurçular başqa deyilmi?

- Xeyr, bunların ikisi də eynidir. Bir dəfə Qum şəhərində idik. Mən orada ələvilərlə, şiələrlə və digər məzhəblərlə bir oturub-qalxırdım. Yəni, mənim onlarla heç bir məzhəb problemim yox idi. Orada çox dəyərli bir mollamız var idi. O, mənə: “Əli bəy, sənin məzhəbin nədir?” – dedi. Dedim ki, mən Peyğəmbər (s.v.s.) əfəndimizin məzhəbindənəm. Dedi: nədir Peygəmbər (s.v.s.) əfəndimizin məzhəbi? Dedim ki, əfəndim, mən bunu sizə necə deyim, siz bu sahə üzrə gözəl mütəxəssissiniz. O, bir az duruxdu və dedi: Peygəmbər (s.v.s.) əfəndimizin məzhəbi yoxdur axı. Mən dedim: bax cavabı özünüz verdiniz.İndi siz Peygəmbər (s.v.s.) əfəndimizin yolu ilə deyil, “Cübbəli Xoca”nın yolu ilə gedirsiniz, Fətullahın yolu ilə gedirsiniz. Siz Allahın da yolunda deyilsiniz, Peygəmbər (s.v.s.) əfəndimizin də. Müsəlmanam, vəssalam. Bunu belə demək gərək. Şüşə cibində (yəni araq şüşəsi – red.), “mən sünniyəm” deyir. Belə şey olmaz. Bir neçə kitabımda yazdım ki, I Pyotrun vəsiyyəti var - o deyir ki, sünni-siə məsələsini dayanmadan qızışdırın.

- Amma bəzi rus tarixçiləri deyirlər ki, belə bir vəsiyyət olmayıb...

- Xeyr, bu vəsiyyət var. Hələ 1987-ci ildə rəhmətlik Əzizə Cəfərzadə bu vəsiyyətin rus dilində olan orijinal variantini mənımçün türkcəyə çevirdi. Biz indi bunları deyirik və çox da sıxıntısını çəkirik. Mən bütün bunları danışmasaydım, indi nazir idim. Belədir, bəli. Doğru söyləyəni doqquz kənddən qovarlar. Amma biz də Allahın izni ilə yolumuzdan, fikirlərimizdən, inandığımız mübarizəmizdən geri dönmərik. Mən doğrunu söyləyirəm. Bu zamanda islam üçün çalışdınmı, uçururlar səni. Hər böhtan atarlar sənə. Amma mən deyirəm ki, səhv edirsiniz. Sən ərəblə, əl-Fətihlə, Hizbullahla, Suriya ilə birgə iş qura bilməzsən. Necə qura bilərsən? O səni tanımayır, adam yerinə qoymayır axı. Sən necə Əsədlə, Qəddafi ilə, Səudiyyə ilə bir araya gələ bilərsən?

- Amma bunları çoxları deyir…

- İki il əvvəl mən Həcc ziyarəti zamanı Məkkəyə getdim. Oraları öz gözlərimlə gördüm və bir şeyi yəqin etdim. Bu gün Səudiyyə Ərəbistanı ingilisin dövlətidir, ərəblərin dövləti deyil, ad onlarındır.

- Bunları bizdə də açıq deyirlər…

- Əgər deyirlərsə, o zaman buna görə danışmaq lazımdır, qardaşım, niyə islam birliyini qurmursunuz? Türkiyə müsəlmançılıqda səudilərə düşməni xatırladır...

- Ərdoğan islam dünyasının faktiki liderinə çevrilibmi?

- Xeyir, kaş ki, elə olsa idi, amma elə deyil.

- Onu islam aləmində çox sevirlər…

- İndi bunu akademik üslubda deyim. Vladimir Putinin məsləhətçisi Aleksandır Duginin gözəl bir müsahibəsi var. O, deyir ki, “islam aləmi 4 böyük qrupdan ibarətdir: vahhabilər, Səudiyyə Ərəbistanı - filan, bunlar Amerikanın, ingilisin əlindədir; ikincisi - şiələr, bunlar rusların əlindədir; üçüncüsü - müxtəlif camaatlardır; dördüncü - sünnilərdir. Sünnilər ortadadır. Biz Tayib Ərdoğanı sünnilərin başına gətirmək istəyirik”. Aleksandır Dugin açıq şəkildə Rusiyanın bu məsələni dəstəklədiyini bildirir. Fikrimcə, indi Rusiyanın niyyəti sünniləri Tayib Ərdoğanın başçılığı ilə nəzarət altına almaqdır. Bu keçmişdə Osmanlı dövlətində də olmuşdu. Məncə, Osmanlı dövləti də Yaxın Şərqin islam ölkələrinə nəzarət etmişdir, başqa bir şey etməmişdir.

- Keçirilmiş referendiumdan sonra Türkiyənin vəziyyəti gücləndimi, yoxsa zəiflədimi?

- İndiki halda Türkiyədə vəziyyət xeyli çətin və gərgindir. İnşaallah, hörmətli cumhur başkanı və komandası ölkəmizi bu vəziyyətdən xilas edərlər. Bunun üçün çox böyük səy göstərilir. Bütün güclər - sionistlər, massonlar, avropalılar – hamısı Tayib Ərdoğana qarşı çıxır, onu vurmağa çalışırlar.

Bu gün Türkiyədəki müxalifət də “Ak Parti”ni (Türkiyənin iqtidar “Ədalət və inkişaf partiyası”- red.) vurmağa çalışır. Mən “Ak Parti”li deyiləm, amma son üç seçkilərdə “Ak Parti”yə səs verdim. Çünki doğru yoldadır. Devlet Baxçeli də bu partiyanın tərəfini tutur, onu dəstəkləyir. İndiki vəziyyətdə Tayib Ərdoğanın dəstəklənməsi lazımdır.

100 il bundan öncə Türkiyədə vəziyyət necə çətin idisə indi də elədir, çünki, Türkiyənin ayağa qalxmasını istəmirlər.

- Rusiya təyyarəsi vurulandan sonra Putin demişdi ki, “təyyarə əsas deyil, əsas odur ki, Tayib Ərdoğan Türkiyəni islamlaşdırır, bax əsas problem budur”. Bu fikrə münasibətiniz...

- Xeyir, Tayib Ərdoğan Türkiyəni islamlaşdırmır, Türkiyə zatən islam ölkəsidir, islamın nəyini islamlaşdıracaq.

Bütün müsəlman dünyasında islamı ən gözəl şəkildə yaşadan ölkədir. Amma islamı siyasiləşdirmək mənasında deyirsinizsə, o ayrı məsələdir.

- Mənim oxuduğuma, bildiyimə görə bütün qeyri-islam dünyası Tayib Ərdoğanı Türkiyədə islamı gücləndirdiyinə görə tənqid edir...

- Dediyim kimi, indi islamı siyasiləşdirməyə çalışırlar. Türkiyə keçmişdə də müsəlman ölkəsi idi. Xalqımız çox güclü, yaxşı, saf, təmiz müsəlmandır. Cənab Tayib Ərdoğan hər zaman nə edəcəyini bilir. O, hər dəfə demokratiyanı, ləyaqəti, sosial-hüquqi dövləti müdafiə edir. Amma müsəlmanlarla bağlı bəzi problemlər vardı. Müsəlmanlar üçün çətinliklər yaradır, onların inanclarına, yaşamalarına maneələr qoyulurdu. Hörmətli Cumhur başkanı bütün bunları aradan qaldırdı. Əgər müsəlmanın yaşaması üçün bütün əngəlləri, maneələri aradan qaldırmaq – “ölkəni müsəlmanlaşdırmaq” hesab edilirsə, onda doğrudur. Yəni, çətinlikləri aradan qaldırdı, xalq daha rahat oldu. Baş örtmək məsələsi vardı - onu həll etdi. İndi kim istəyir başını örtür - bir problem yoxdur. Bütün bunlar hamısı gözəl şeylərdir. Müsəlman ölkəsində müsəlmanların yaşayışına, mədəniyyətinə qadağa qoymamaq lazımdır.

- Bu qadagaları kim tətbiq etmişdi? Həmən adamlar, məsələn, baş nazir Menderesi asdılar – həccə getdiyinə görə...

- Elə şeylər də var ki, indiki zamanda demək olmur, doğru deyil. Yəni “28 Şubat” (28 fevral 1997 – red.) hərəkatı Türkiyənin etdiyi şeylər deyil. Xaricdən törətdilər bunu.

Peyğəmbərimizin (s.v.s.) bir hədisi var, deyir ki, “Hər döğru hər yerdə söylənməz”. Çox əhəmiyyətli fikirdir. Hər döğrunu hər yerdə demək olmur, zamanı var. İndiki Türkiyənin gücü və vəziyyəti 30 il bundan əvvəlki Türkiyə ilə eyni deyildir axı. Mən 1987-ci ildə Azərbaycana gəldim, ətrafımda ən azi iki nəfər “KGB”-nin adamı olurdu. Məni gəzməyə tək buraxmırdılar...

- O zaman, Sovet dönəmində necə gələ bildiniz Azərbaycana?

- Qohumlarım var idi burda, onların köməyi ilə gəldim, çalışıb viza aldım, 71 gün qaldım Azərbaycanda. Qohumlarla, dostlarla, o cümlədən Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Əbulfəz Elçibəylə də görüşdüm...

Güntəkin Nəcəfli

Lətif Şamxal

Read 331 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR