Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 20 Mart 2018 00:00

Yaxın Şərq böhranı və İran (VIII HISSƏ)

Written by 

Vidadi Mustafayev

1.6.2 ”Körfəz müharibəsi” (2 avqust 1990- 28 fevral 1991\ 17 yanvar-28 fevral 1991)

Beynəlxalq birlik regionda beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, bir dövlətin digərinə qarşı hərbi təcavüz etməsinə və onun nəticəsində qüvvələr balansının pozulmasına qarşı olduğunu bəyan edərək, qüvvələr balansının bərpa edilməsi istiqamətidə addımlar atmağa başladı.Bu, özünü BMT TŞ –nın İraqın Küveytə hərbi təcavüz günündən başlayaraq qəbul etdiyi qətnamələrdə aydın şəkildə göstərirdi.

İraq BMT TŞ-nın   qəbul etdiyi qətnamələrə, beynəlxalq birliyin çağırışlarına və təzyiqlərinə (sanksiya və blokada) məhəl qoymadığından, ABŞ Küveytin İraq tərəfindən işğalına son qoymaq üçün beynəlxalq   hərbi koalisiya yaratmağa başladı.Koalisiyada əsasən ABŞ, Böyük Britaniya, qismən Fransa və ərəb ölkələrindən Misir, BƏƏ, Oman, Suriya həmçinin dünyanın daha 34 ölkəsindən hərbiçilər iştirak edirdi.Koalisiyanın təşkili əsasən başa çatdıqdan sonra BMT TŞ 29 noyabr 1990-cı il tarixində İraqa qarşı hərbi əməliyyata icazə verən 678 saylı qətnamə qəbul etdi.

SSRİ-nin süqutu ərəfəsində qüvvələr balansı artıq ABŞ-ın xeyrinə dəyişməkdə olduğundan İraqın Küveyti işğal etməsini, bəzi ərəb ölkələri istisna olmaqla, heç kim dəstəkləmədiyindən BMT TŞ İraqa qarşı güc tətbiq edilməsini legitimləşdirdi. ABŞ-ın fikrincə, Küveyt əməliyyatı ikiqütblü dünyanın başa çatdığı və onun liderliyinin qəbul edilməsinin nümayişi idi. Əvvəlki illərdə olduğu kimi SSRİ yaranmış vəziyyətdən istifadə etmək siyasəti yeritsə idi, Küveyt böhranı belə asanlıqla həll edilə bilməzdi.Hər hansı münaqişəyə münasibətdə qüvvələr balansı mövcud olarkən vəziyyət və ya tarazlıq adətən” münaqişənin silahlı həll yolu olmadığı” ifadəsində öz əksini tapırdı. Başqa sözlə, qlobal güclər arasında qüvvələr balansında tarazlıq olmadıqda istənilən lokal münaqişəni hərbi yolla həll etmək mümkündür.Nəticədə, məlum olduğu kimi, İraq ağır məğlubiyyətə uğrayaraq Küveytdən çəkilməli oldu.Körfəz müharibəsi İraqla region və əsas qərb ölkələri arasında münasibətlərdə ciddi böhranın yaranmasına səbəb oldu.Həmin böhran eyni zamanda İraqda dərin daxili siyasi böhranın yaranmasına şərait yaradırdı. ABŞ və müttəfiqlərinin İraqı böhran yaratmaq potensialndan məhrum etmə siyasəti, həmin siyasətin icrasında BMT-dən istifadə etməsi, İraqın həmin siyasətə müqavimət göstərməsi, qeyd edildiyi kmi, İraq və Beynəlxalq birlik, xüsusən ABŞ-la münasibətlərində dərin böhran yaranmasını şərtləndirirdi. İraq rejiminə təsir göstərmək, onu devirmək üçün ABŞ və Böyük Britaniya daxildə rejimə qarşı olan müxalif qüvvələri(kürdlər və şiyəlri) dəstəkləməklə ölkədə dərin daxili siyasi böhran yaranması və davam etməsinə zəmin yaradırdı. Nəticədə, qeyd edildiyi kimi, İraq xarici və daxili siyasi və s. böhranlara düçar olub, qlobal və regional təcrid vəziyyətinə düşərək, region işlərinə qarışmaq imkanını itirmiş oldu.

Bununla bir tərəfdən regionda qüvvələr balansı bərpa olundu, digər tərəfdən İraqın ağır hərbi məğlubiyyəti regionda qüvvələr balansının yenidən dəyişməsinə şərait yaratdı. Regionda qüvvələr balansı obyektiv olaraq İranın xeyrinə dəyişmişdi. Lakin beynəlxalq qüvvələrin və ilk növbədə ABŞ və Böyük Britaniyanın regionda hərbi mövcudluğu İrana həmin qüvvələr balansından istifadə etməyə imkan vermirdi.Bütün bunlar nəzəri baxımdan yeni bir böhranın başlanması üçün zəmin hazırlayrdı.

Qeyd edildiyi kimi, İran İraqın Küveytə tıcavüzünü pislədi, eyni zamanda yaranmış şəraitdən öz mövqeyini möhkələtmək üçün istifadə etdi. Buna İraqın Küveytdə möhkımlənməyə yönəlmiş siyasəti zəmin hazırlayırdı.Belə ki, İraq artıq 15 avqust 1990- cı il tarixində İranın İran-İraq müharibəsinin başa çatmasını təsbit edən sülh müqaviləsi şərtlərini qəbul etdiyini bəyan etdi. İraq həmçinin İranın həmin vaxta qədər işğal altında saxladığı əraziləri boşaltmağa razılıq verdi. Bununla formal olaraq İran ilə İraq arasında davam edən siyasi böhran başa çatmış oldu.

İranın həmin münaqişədə bitərəf mövqe tutması onun Qərb ölkələri ilə münasibətlərinin yaxşılaşmasına zəmin yaratdı. Regionda əsas böhran ABŞ və onun bir sıra müttəfiqləri ilə İraq arasında münasibətlərində olan böhran idi.Bununla belə İranın ABŞ, İsrail, Misir ilə münasibətlərindəki böhran arxa plana keçsə də, həll edilməmiş qalırdı və istənilən zaman kəskinləşmək potensialını saxlayırdı. İran diqqətin İraqa yönəlməsindən istifadə edərək regionda və dünyada öz mövqeyini möhkəmlətməyə çalışırdı.

Buna dünyada və regionda baş vermiş əsaslı dəyişikliklər də şərait yaradırdı. Həmin dəyişikliklər dünyanın iki böyük dövlətindən biri olan SSRİ-nin dağılması və onun yerində 15 yeni dövlətin meydana gəlməsi ilə yaranmışdı. SSRİ-nin süqutu beynəlxalq və regional səviyyədə qüvvələr balansının ABŞ-ın və onun müttəfiqlərinin xeyrinə dəyişməsi və beynəlxalq və regional münasibətlərdə yeni böhran ocaqlarının yaranmasına səbəb olur, ABŞ və müttəfiqlərinin regionda və dünyada beynəlxalq münasibətlərə müdaxilə etməsi üçün daha geniş şərait yaradırdı. Yranmış yeni vəziyyət İranı böhranyaradıcı xarici siyasət kursunu yumşaltmağa məcbur edirdi, eyni zamanda regionda yaranan böhranların tənzimlənməsində iştirak etmək niyyəti nümayiş etdirməklə öz imicini yaxşılaşdırmağa çalışmasına əsas yaradırdı.

2. SOYUQ MÜHARİBƏNİN BAŞA ÇATMASINDAN SONRA YAXIN ŞƏRQDƏ BÖHRANLAR

Soyuq müharibənin başa çatmasından və ya ikiqütblü dünya nizamının pozulmasından sonra qlobal səviyydə qüvvələr balansı pozulduğundan dünya, o cümlədən Yaxın Şər regionu, nəzəri cəhətdən yeni böhran vəziyyətinə daxil olmuşdur. Nəzəriyyəyə görə həmin böhranlar mərhələsi yalnız dünyada yeni qüvvələr balansı yaradılması ilə başa çata bilər. Lakin bir məsələni qeyd etmək lazımdır ki, həmin müddəa yalnız böyük dövlətlər arasında münasibətlər üçün doğrudur, çünki tarixi təcrübə göstərir ki, qlobal güclər arasında qüvvəər balansının yaranması həmin güclər arasında ziddiyyətlərin aradan qaldırılmasını təmin etmədiyindən, onların arasında rəqabətin davam etməsinə şərait yaradır. Qlobal güclərin qüvvələr balansı şəraitində rəqabət mübarizəsi daha çox regional səviyyədə ikitərəfli münasibətlərdə və həmçinin dövlətlərdə daxili siyasi böhranların meydana gəlməsində təzahür edir. Qüvvələr balansının pozulması mərhələsində qlobal güclər arasında münasibətlərdə böhranlar regional səviyyədə ikitərəfli münasibətlərdə və dövlətlərdə daxili siyasi böhranlar yaranmasında daha ciddi rol oynayır.Bu da qlobal güclərin aşağı səviyyəli böhranlarda bilavasitə və açıq şəkildə iştirak etməsi ilə bağlıdır.

Yeni şəraitdə İranın mövqeyindən danışarkən aşağıdakılara diqqət yetirmək lazım gəlir.

ABŞ-ın yeganə qlobal gücə çevrilməsi, onun dünya siyasətini tənzimləməyə çalışması, qeyd edildiyi kimi, İranın regionda üstünlük uğrunda mübarizədə islam, xüsusən müxalif şiyə ünsüründən istifadə etmək, başqa sözlə, qonşu və digər dövlətlərlə münasibətlərində böhran yaratmaq imkanını azaldırdı. Bunula belə, İranın xarici ölkələrdə İran rejiminə qarşı fəaliyyət göstərən iranlı müxalif \oppozisiyon qüvvələrin liderlərinə qarşı terror əməliyyatları keçirməsi ikitərəfli münasibətlərdə qısa müddətli böhranların yaranmasına səbəb olsa da, İran regionun əsas böhran yaradan ölkəsi statusunu itirmişdi. Həmin vəziyyət XXI əsrin əvvəllərində ABŞ-ın irimiqyaslı terror aktına məruz qalmasından sonra özünü daha aydın göstərdi.

2.1.ABŞ-IN YAXIN ŞƏRQDƏ YARATDIĞI BÖHRANLAR

Soyuq müharibə başa çatdıqdan sonra ABŞ dünyanın yeganə qlobal gücünə çevrildiyindən həmin statusa uyğun olaraq dünya nizamını yenidən qurmaq siyasəti həyata keçirməyə başladı. Dünyanda təkqütblü nizamın meydana gəlməyə başlaması,   ABŞ-ın yeganə qlobal güc statusu qazanması, onun vaxtilə SSRİ-yə qarşı mübarizədə islamçı müttəfiqlərinin supergücə münasibətinin dəyişməsinə səbəb oldu. SSRİ-nin dağılması islamçı, ilk növbədə ərəb müsəlman radikal qüvvələrin göszləntilərini yəni, ərəb və müsəlman ölkələrinin xarici asılılqdan xilas omaq gözləntisini doğrultmadı. Əksinə onların ABŞ-dan asılılığı daha da artdı. ABŞ keçmiş SSRİ-nin nüfuz dairəsinə daxil olaraq digər ərəb ölkələrini də özünə tabe etməyə başladı. Bunu İraq- Küveyt müharibəsi əyani şəkildə göstərirdi. Ərəb dünyasında lidereliyə iddialı olan İraq müharibə nəticəsində tamamilə zəiflədilərək regional liderlik iddiasından əl çəkməli olmuşdu. Təkqütblü dünya nizamı ərəb-İsrail münaqişəsinin həllinə nəinki yardım etmədi, əksinə İsrailə qarşı ön xəttdə yerləşən ölkələrin   bir –bir müqavimət cəbhəsindən çıxarmaq siyasəti nəticəsində İsrailin regionda mövqeyi daha da möhkəmlənir və əsas regional gücə çevrilirdi. Belə ki, ABŞ-ın səyləri nəticəsində Suriya və İordaniya ilə İsrail arasında gizli və açıq sülh danışıqları başlanmış və 1994- cü ildə İsrail ilə İordaniya arasında sülh müqaviləsi imzalanmışdı.Suriya ilə danışıqlar isə nəticəsiz qalmışdı. Bütün bu və digər səbəblər islam -ərəb radikal siyasi qüvvələrin öz silahlarını ABŞ- a qarşı yönəltməsini şərtləndirirdi. Lakin həmin qüvvələr müxtəlif regional, qlobal güclərin təsiri altında olduğundan qarşıya qoyduqları məqsədə çatmağa mane törədən, əksinə ABŞ və bütövlükdə dünya birliyinin onlara qarşı birləşməsinə zəmin yaradan mübarizənin perspektivsiz yolu olan terror yolunu seçdilər. Bu da ABŞ-a Yaxın Şərqdə siyasi sistemi yenidən qurmaq siyasəti yeritmək üçün əsas verirdi. ABŞ ilk növbədə terrorrozmi dəstəkləyən ölkələr adlandırdığı dövlətlərdə siyasi hakimiyyəti yenidən qurmaq siyasətini həyata keçirməyə başladı.

2.1.1 ƏFQANISTANDA BÖHRANIN YENİ MƏRHƏLƏSİ (2001-...)

Əfqanıstandan Sovet qoşunları çıxarıldıqdan sonra(1989) qlobal güclərin həmin ölkəyə maraqları zəiflədi və əsasən regional güclər orada dini və dünyəvi qüvvələri himayə etməklə öz mövqelərini möhkələtməyə çalışırdılar. Ona görə orada daimi siyasi böhran davam edirdi. Nəticədə regional dəstəyin sayəsində dini qüvvələr mövcud hakimiyyəti(1987-ci ildən Əfqanıstan Respublikası hökuməti) devirib yeni hakimiyyət qurmağa nail oldular(1992-ci il Əfqanıstan İslam Dövləti).Hakimiyyəti ələ keçirən puştunların nümayəndəsi Sibqətulla Mücəddidi az sonra onu taciklərin nümayəndəsi Bürhanəddin Rəbbaniyə təhvil verdi. Bununla Əfqanıstan siyasi böhranın yeni mərhələsin daxil oldu. Artıq xarici dəstək dini sahədə radikal və mülayim, etnik sahədə isə Əfqanıstanın etnik durumuna uyğun olaraq həyata keçirilirdi.Bu, özünü puştun (Gülbəddin Hikmətyar), tacik (Əhməd şah Məsud ) və özbək(Əbdül Rəşid Dustum) səhra komandirlərinin hakimiyyət uğrunda mübarizəni davam etdirməsində göstərirdi.Belə ki, Əfqanstan bölünmüş xalqlardan təşkil olunmuş bir ölkədir. Ölkənin əsas etnik birlikləri olan puştunlar və taciklər iki dövlət arasında bölünmüş xalqdırlar.Puştunlar Əfqanıstan və Pakistan arasında bölünmüşlər.Pakistanda milli azlıq hesab olunduqları halda Əfqanıstanda hakim xalq statusuna malik idilər. Taciklər SSRİ ilə Əfqanıstan arasında bölünmüşdülər. SSRİ-də formal müstəqilliyə, Əfqanıstanda hakimiyyətə şərik və mədəni hakim bir xalq idi. SSRİ dağılandan sonra taciklər Tacikistan və Əfqanıstan arasında bölünmüş xalqa çevridilər.Tacikistanda öz müstəqil dövləti olan xalq qismində, Əfqanıstanda isə hakimiyyətə iddialı qüvvə kimi çıxış edirdilər. Puştunlar vahid hakimiyyətə iddia edir və radikal qüvvələrlə təmsil olunduqlarından siyasi böhran dini-ideoloji və etnik xarakter kəsb edirdi. Əfqanstanda üç dövlət –Pakistan, İran və Əfqanıstan arasında bölünmüş az saylı bəluc etnik qrupu yaşayırdı. Həmin ölkədə həmçinin əsas hissəsi öz müstəqil dövlətlərində yaşayan özbək və az sayda türkmən, qazax və digər etnik qruplar yaşayırdı. Əfqanıstanda yeganə bölünməmiş etnik-dini birlik Hazara xalqı idi. Lakin onlar şiyə təriqətinə aid olduqlarından həm taciklər, həm də puştunlar ilə dini ixtilafa malik idilər.Onların uzun müddət malik olduğu sosial tabe status isə onlara hər iki əsas xalqla sıx əlaqələr qurub ittifaq yaratmağa mane olurdu. Tacikləri hələlik zəif Tacikistan, Hazaraları İran dəstəkəyirdi.Puştunlar Əfqanıstanda dövlət yaradan etnos qismində çıxış etdiyindən xaricdən rəsmi səviyyədə yardım alırdı. Puştun azlığına( sayca Əfqanıstanda məskun olanlardan 2 dəfədən çox) malik olan Pakistan Əfqanıstanda öz təsirini gücləndirməklə bütün puştunların vahid bir dövlətdə birləşmək meylini aradan qaldırmğa çalışırdı. Bütün bunlar Əfqanıstanda siyasi böhranın həll edilməməsinə şərait yaradırdı. Belə ki, məlum olduğu kimi, İslam dövləti təsis etmiş qüvvələr arasında dini-etnik ziddiyyətlərin kəskinlşməsi ilə müşaiyət olunan münaqişədə puştunlar üstün gələrək (1996)Əfqanıstanda ikinci İslam dövləti( Taliban), yəni sırf islam qaydaları ilə idarə olunan dövlət yaratmağa nail oldular. Həmin dövləti yaradan daxili və bir sıra regional xarici qüvvələr islamın enerjisini Qərbə və ilk növbədə ABŞ-a qarşı çevirməyə başladılar. Bunun üçün radikal islamçı qüvvələr İslam dövlıti olan Əfqanıstanda cəmləşməyə başladılar. Bunun nəticəsində 2001-ci ildə ABŞ-a qarşı geniş terror aktı həyata keçirildi. Həmin terror aktının həqiqi təşkilatçısı indiyə kimi dəqiq müəyyən edilməsə də, terrorda ərəb-islam “Əl Qaiyədə”(1988) təşkilatı və onun başçısı Hüsəma ben Laden ittiham edildi. Onun təşkilatının bir çox üzvünün Əfqanıstanda cəmləşməsi ABŞ-a həmin ölkəyə qarşı hərbi əməliyyət keçirməyə bəhanə verirdi. 2001 ci ilin sonlarında ABŞ-ın hərbi müdaxiləsi nəticəsində İslam hakimiyyəti(Taliban) devrildi və demokratik hakimiyyət strukturlarının yaradılmasına başlandı. ABŞ ən yaxın müttəfiqi Böyük Britaniya ilə Əfqanıstana hərbi müdaxilə etsə də, sonradan öklənin təhlüksizliyi və idarəsi, eləcə də siyasi sistemin yenidən qurulması məsələləri yeni yaradılmış beynəlxalq birliyə(Təhlükəsizliyə Yardım edən Beynəlxalq Qüvvələr) həvalə olundu.ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsi dünya terrorizminə qarşı mübarizə bayrağı altında həyata keçirildiyindən obyektiv olaraq qüvvələr balansının onun xeyrinə dəyişməsini şərtləndirsə də, beynəlxalq və regional səviyyədə ABŞ-ın həmin siyasətinə qarşı müxalifət özünü göstərmədi. ABŞ-ın strateji düşməni hesab edilən İran İslam Respublikası Əfqanıstan məsələsində ABŞ-ın nəinki müdaxiləsinə qarşı çıxmadı, həm də orada həmin dövlətlə əməkdaşlıq etməyə başladı. ABŞ və onun müttəfiqlərinin ilkin uğurlarına baxmayaraq az sonra ABŞ-ın regionda üstünlüyündən narazı olan qüvvəlrin dəstəyi ilə Əfqanıstanda siyasi böhran yenidən dini dövlət qurmaq istəyən qüvvələrlə dünyəvi hakimiyyət strukturlarında təmsil olunan və həmin hakimiyyəti dəstəkləyən daxili və xarici qüvvələr arasında böhran şəkilinə düşdü və davam etməkdədir.

Qeyd etmək lazımdır ki, Küveyt böhranı ilə Əfqanıstan böhranı zaman ABŞ-ın rolu və dünya birliyinin həmin rola münasibəti oxşar cəhətlərlə xarakterizə olunurdu.

İkiqütblü dünya sistemi pozulduqdan sonra ABŞ yeganə super güc statusu qazanaraq dünyaya rəhbərlik funksiyasını öz üzərinə götürdü. ABŞ əvvəlcə Küveyt böhranı və sonra Əfqanıstan məsələsində dünyaya rəhbərlik etmək iqtidarında olduğunu nümayiş etdirərək beynəlxalq koalisiyalar təşkil edərək beynəlxalq prinsiplər və normalara əməl olunmasına nail olmuş, beynəlxalq terrorizm mərkəzləri hesab edilən ölkələrin siyasi sistemlərini yenidən təşkil etməyə başlamışdı. Birinci halda həqiqətən beynəlxalq prinsiplər və normaların aradan qaldırılması mövzu olduğundan beynəlxalq koalisiyaya rəhbərlik uğurla nəticələnmiş və beynəlxalq hüquq və normalara əməl oluması təmin edilmiş, yəni Küveytin müstəqilliyi və ərazi bütövlüyü qısa müddətdə bərpa edilmişdi. İkinci halda zor tətbiq etməklə hər hansı bir dövlətin siyasi sistemini yeni,yaxud inkişaf etmiş ölkələrdə mövcud olan model əsasında yenidən qurmaq cəhdi bir çox obyektiv və subyektiv   səbəblərdən geniş müqavimətlə qarşılanmış və nəticədə zorla qəbul etdirilən yeni ilə sabitlşmiş köhnə arasında mübarizə başlanmış və sonra davam etmişdi. Başqa sözlə, Yxın və Orta Şərqdə bir sıra ölkələrdə siyasi sistemi birbaşa yenidən təşkil etmək, yəni hər hansı bir xalqa qəbul etməyə hazır olmadığı ölgü\modeli qəbul etdirmək təcrübəsi yeni gərginlik mərkəzinin yaranmasına səbəb olmuşdu.Əfqanıstanda daxili siyasi böhran dünya və regional siyasətə birbaşa təsir edir, eyni zamanda region ölkələrinə “böhran ixrac”edən ölkəyə çevrilmişdir.Onu da xüsusi vurğulamaq lazımdır ki, Əfqanıstanın daxili ictimai-siyasi vəziyyəti böhran yaranması üçün münbit olsa da, onun daxili siyasi böhranlarının əsasən xarici mənbəyi vardı.

İranın yeni Əfqanıstan böhranına münasibətinə gəldikdə, demək lazımdır ki,ABŞ və müttəfiqlərinin Əfqanıstanda sünni məzhəbi əsasında dini dövlət qurmaqda olan \Taliban \ qüvvələrini hakimiyyətdən kənarlaşdırması, qonşuluqda siyasi-hakimiyyət sferasında yeganə ciddi rəqibini siyasət səhnəsindən çıxarması İran İslam Respublikasının mili,   orada hakim dini rejimin maraqlarına uyğun gəlirdi və İranın geosiyasi mövqeyini gücləndirirdi. Ona görə İran 2001- ci idə ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsinə etiraz etməyib ABŞ-la əmkdaşlıq etdi.

Read 109 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR