Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 05 Fevral 2018 07:53

İRANDA ÖLKƏ VƏ CƏMİYYƏTİN PROBLEMLƏRİNİ İRANLILAR HAMIDAN YAXŞI BİLİRLƏR, AMMA....

Written by 

Vidadi Mustafayev

Belə ki, son günlərdə İranın ictimai həyatının aktual mövzularından birini bəzi gənc qız və qadınların öz hicablarını nümayişkəranə surətdə çıxararaq taxta parçasına taxaraq pyedestalda yellətmələri təşkil edir və məsələ cəmiyyətdə geniş müzakirə olunur.

Deyilənə görə, belə hərəkət edən qadınlardan 29 nəfər də həbs olunub.Son illərdə -M.Əhmədinejadın prezidentliyi dövründə qəbul edilmiş qanuna görə hicabsız qadınların cəzası 50 min tümən təşkil edir.Bəziləri vurğulayırlar ki, həmin qanunda pishicablılıq\bədhicabi anlayışı öz əksini tapmayıb və hicaba qismən əməl edənlərə qarşı necə tədbir görülməsi məsəlıəsi açıq qalır.İranda cəmiyyətin hicabın mövcud vəziyyətinə münasibətini müəyyən etmək üçün prezident yanında strateji araşdırmalar mərkzi araşdırma aparaq müvafiq hesabat hazırlayaraq yaymışdır.

İSNA-İran tələbələr agentliyinin həmin hesabatla bağlı icmalında yer almış bəzi məqamlar diqqəti çəkir.Burada qeyd edilir ki, məsələnin tarixi müstəvidə nəzərdən keçirilməsi cəmiyyətdə baş verən dəyişiklikləri daha dərindən dərk etməyə yardım edir.Belə ki, 1353\1974 cü ildə kişilərin evlənərkən hicablı və ya hicabsız qadına üstünlük vermələrini müəyyən etmək üçün aparılmış sorğu zamanı müəyyə edilmişdir ki, onların 75% hicablı, 7%-hicabsız qadınlara üstünlük verirdilər.Buradan belə nəticə alınır ki, inqilab ərəfəsində kişilərin 25% hicablı qadına üstünlük vermirdi.Bununla belə hicabın nüfuzu çox yüksək idi və bu da cəmiyyətin sosial strukturu ilə bağlı idi.İnqilabdan sonra hicaba münasibət necə dəyişib?.

Adı çəkilən hesabatda göstərilir ki, sorğular göstərir ki, 1385\2006-cı ildə iranlıların 35% hicabın şəxsi məsələ olduğunun və məcburi xarakter daşımamasının tərəfdarı idi.Artıq 1393\2014 cü ildə belə düşünənlər cəmiyyətin 50% təşkil edirdilər.Yəni cəmi 7 ildə 15%artım olmuşdur.Hesabatda hicabın məcburi olması tərəfdarlarının da müvafiq olaraq azalması geyd olunur.Belə ki, 1385\2006- cı ildə iranlıların 55.5% hicab geyimində pozuntulara qarşı hökumətin lazımi tədbirlər görməsinin tərəfdarı idilər, lakin 1393\2014 cü ildə həmin rəqəm azalaraq cəmi 40%təşkil etmişdir.

Hicab məsələsi ilə daha bir maraqlı məqam ondan ibarətdir ki, hesabatda göstərildiyi kimi hələ 1382\2003-cü ildə əhalinin 58.9% belə hesab edirdi ki, hicab dini məsələdir və ona əməl etmək zəruridir, müvafiq olaraq 41.1% isə hicabın icbari olmaması tərəfdarı idi.Hesabatda göstərilir ki, İranda M.Əhmədinejadın prezidentliyinin birinci mərhələsində (2005-2009) hicabın vəziyyəti \yəni əməl olunma ən yüksək həddə idi, amma 2009 -cu ildən zəifləməyə başladı.Hesabat haqqında icmalda qeyd olunur ki, 9 il əvvəl\yəni 2009-cu ildə hicaba əməl olunması qaydaları və cəzaları haqqında qanun qəbul edilsə də, aidiyyati qurumlar onu icra etmək məsuliyyətini öz üzərlərinə götürməkdən çəkinmişlər.Nəhayət vurğulanır ki, belə bir şəraitdə hicab barədə hər hansı qəti addım atmaq çox çətindir.Xüsusən də ictimai, iqtisadi, siyasi, mədəni, tarixi parametrlər və iranlıların təfəkkür və baxışlarında baş verən dəyişiklikləri nəzərə almadan tədbir görülməsi bir nəticə vermir və bunu artıq təcrübə də göstərir.Real vəziyyəti nəzərə alan qurum və siyasilərin irəli sürdükləri həll yoluna etina edilməməsi gözlənilməz nəticələr verə bilər.


Buradan belə nəticəyə gəlmək olur ki İranda realist mövqedə duran dairələr mövcud vəziyyəti aydın dərk edir və ondan çıxış yolunu da görür hətta həmin istiqamətdə hərəkət etməyə çalışırlar.Bununla yanaşı İranda həmçinin hələlik güclü mühafizəkar dairələr də mövcuddur və onlar qrup və ya korporativ maraqlarını milli maraqlardan üstün tuturlar.Bunun nəticəsi nə ola bilər?.İranın prezidenti Ruhani aydın şəkildə deyir:Şah rejimi xalqın tələblərinə qulaq asmadı, hər şeyini itirdi.

Read 131 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR