Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 23 Yanvar 2018 07:39

Görəsən İRANDA bəzi ALİMLƏRİN mollalardan fərqi varmı?

Written by 

Vidadi Mustafayev


Tabrizebidar(oyaq, yoxsa yatmış Təbriz) saytı bu günkü-30 dey 1396\20 yanvar 2018 materialları sırasında Təbriz universitetinin Hüquq və ictimai elmlr fakültəsinin dekanı və Siyasi elmlər kafedrasının müdiri D O K T O R Rəcəb İzədinin AZAD islam universitetinin Ş ƏH R İ Y A R salonunda 19 yanvar axşamı keçirilmiş mərasimdə çxışının geniş icmalını vermişdir.Çıxışdan belə məlum olur ki, mərasim 19 YANVAR Dünya MÜSƏLMAN A Z Ə R İ LƏRİ günü münasibəti ilə keçirilir.Sən demə, İranda da dünya azərbaycalıları günü qeyd olunur, amma müsəlman azərbaycanlılar, həm də azərbaycanlılar yox azərilər günü.Yəni həmin günün Şimali azərbaycanlılara dəxli yoxdur, əgər varsa, bir şərtlə ki, onlar müsəlman olmalı və özlərini azərii adlandırmalıdırlar.Natiq bu barədə bir söz deməsə də, eşidilənlərə görə həmin günün, yəni 19 yanvarı dünya müsəlman azəriləri günü kimi qeyd etmək ideyasının müəllifi Ərdəbil ostanında Vəliye fəqihin\İran Ali Rəhbərinin nümayəndəsi, Ərdəbil imam cüməsi Seyid Həsən Amilidir.İmam cümə göründüyü kimi, çox incə bir gediş edərək 19 yanvar günü hansı mövzuda danışmaq problemini həll edə bilib.

Yəni çökməkdə olan Sovet dövlətininbaş Şimalda törətdiyi v tarixi cinayət və Azərbaycan xalqıın öz azadlığı uğrunda qəhramanlığından yox Azərbaycan Respublikasında dindarların guya yazıq vəziyyətindən danışmaq.Amma sözümüz həmin günə həsr olunmuş mərasimdə DOKTORUN çıxışı ilə bağlıdır.Əlbəttə maraqlananlar həmin saytda həmin çıxışın icmalı ilə tanış ola bilərlər, ona görə bir neçə məqama toxunmaqla kifayərlənmək olar.Doktor "üstüörtülü" açıq şəkildə bizləri öz tariximizi saxtalaşdırmaqda, özümüzə kimlik yaratmaqda suçlayır.Bizlərə xatırladır ki, 1813 və 1828- ci ilə kimi Arazdan şimalda yerləşən torpaqlar İran(?) torpaqları olub, həm də yalnız İran dövlətinin tərkibində(?) olduğuna görə yox, həm də ona görə ki, oranın(Şimali Azərbaycanın) mədəniyyəti İRAN MƏDƏNİYYƏTİ idi.Natiqin çox güclü dəlilləri də var. "Oradakı yazılı ədəbiyyat, orada yazılan kitablar, deyilən şerlər F A R S C A idi."Misal da gətirir;Nizami (Gəncəvisini qeyd etmir) Sən demə Rusiya hələ Səfəvilər(?) dövründən başlayaraq Şimali Azərbaycanda xalqı İran mədəniyyətindən uzaqlaşdırmaqla məşğul olubdur.Həmin iş Sovet dövründə daha da genişlənib.Xüsusən ikinci dünya müharibəsi illərində Sovet qoşunları İranı işğal edərkən Azərbaycan KP sədri BAĞIR(?) Bağırov İrana, xüsusən də mədəniyyət sahəsində, böyük "xəyanət" edib Xəyanət də ondan ibarətdir ki,o zaman deyirdi ki, İran AZƏRİləri və Azərbaycan Respublikasıın xalqı vahid millətdir.Həm də həsrət ədəbiyyatı və "qondarma" Cənubi Azərbaycan adı yaratdılar.


Natiq 19 yanvar hadisələri zamanı Naxçıvanlıların İran sərhəddinə tərəf gəlməsini onların islama, məzhəbə, İran mədəniyyətinə, sivilazisiyasına qayıdış kimi dəyərləndirir.Həmin hadisədən çıxış edərək bizim dinimizi, məzhbimizi, iranlılığımızı müdafiə etmək fikrinə düşür.O deyir:"Biz gözləyirik ki, Azərbaycan dövləti Azərbaycan Respublikasının müsəlman(!) əhalisinin maraqlarına diqqət yetirəcək ,elə olmasın ki, dini və aşura mərasimini keçirmək istəyən və ya bir şiyə ölkəsi olan İrana maraq göstərən xalqa divan tutulsun, tuthatutlar başlasın. Natiq yenidən 1828-ci ilə qaydaraq deyir ki, onlar(İran) son nəticədə Qafqazın 17 ŞƏHƏRİnin İrandan AYRILMASINI qəbul etdilər, lakin bütün hallarda onlar(17 şəhər)İran DÜNYASInın(?) bir hissəsi sayılır və İran-İslam mədəniyyəti və SİVİLİZASİYA sıyasının bir parçasıdır.Azərbaycan özü İRAN mədəniyyəti və sivilizasiyasının beşiyidir.


Natiq özünün nəhayət etnik mənsubiyyətindən asılı olmayaraq, iranlılığın\farslılğın çox mühüm bir xüsusiyyətini bir daha vurğulamış olur.O, İranı Azərbaycan Respublikasının xeyirxahı və dostu sayır, lakin bizim rəsmilərə xatırlatmağı da unutmur.O deyir:"Azərbaycan Respublikasının xalqı \əhalisi İrana, İran MƏDƏNİYYƏTİnə, İran SİVİLİZASİYAsına, əhl-beyt məktəbinə maraq göstərir, ona görə biz də Azərbaycan hökumətindən İrana yaxınlaşmağı gözlıyirik."
Müşahidə edildiyi kimi, bu DOKTOR özünü və ya dinləyicilərini, oxucuları bilməməzliyə qoyub guya nə beynəlxalq hüquqdan, nə xalqların, nə də fərdlərin hüquqlarından xəbəri olmadığını göstərməyə çalışır.Bu alim elm sahəsində də özünü savadsızlığa vurub, elementar tarixi həqiqətləri inkar etməkdən çəkinmir.Əmini ki, sayt onun dediklərini yəqin ki, bir az ixtisar edib, yoxsa çox müzəxrəfat oxumalı olacaqdıq.Bu DOKTOR bizlərə hansı əsasda yanaşmaq istəyir.Ruhanilər deyir ki, hə müsəlmansınız, bizim dediklərimizə qulaq asın, bizim maraqlarımıza xidmət edin, onlar bizə türk də deməkdən çəkinmirlər.Bu doktor isə iran rejimi kimi malı-mala qatır.İslam dinininə aid olduğumuzu etiraf edir, amma ayrıca xalq olduğumuzu inkar edir.İzədi kimi alimlərin ağlını deyəsən İZƏD özü alıb ki, bunlar iranlılq\əslində FARSLIQ bəlasından, qonşularını da fars kimi görmək və ya görmək istəmək bəlasından xilas ola bilmirlər.İnsan bəzən mollaları qınaya bilmir, çünki onların təqvimində 1396- cı ildir.İndi gərək mollalara şükür edək, çünki PANFARSİSTLƏRin təqvimində 651 ci ildir.Sasanilərin süqutu, İran sivilizasiyasının sonu olan il.

Bunlar İslam mədəniyyətini qəbul edib onu İran mədəniyyəti adlandırmaqla özlərinə təskinlik verirlər.Bunların 70 illik(Pəhləvil sülaləsi) ciddi cəhdinə baxmayaraq yenə də İslam mədəniyyətinə məğlub odular(1979) İndi utanmadan başqa xalqların müstəqilliyi, kimliyi və mədəniyyətini inkar edir, onları mövcud olmayan İran mədəniyyətinin tərkib hissəsi hesab edirlər.Mollalar belə alimlərə ağıl duası yazsalar, savab iş görmüş olarlar.

2 bəhmən 1396\22 yanvar 2018-ci il tarixində İranın panfarsist və mühafizəkar dairələrini təmsil edən KEYHAN qəzetində eyni məzmunda yazı dərc edilib.Orada qeyd edilir ki, İranda nəhayət 2014- cü ildə(27 dey 1392\17 yanvar 2014) 31dekabr "Düya azərbaycanlılarının həmrəyliyi günü"nün təsirini zəiflətmək məqsədi ilə Ərdəbil ostanında Ali Rəhbərin nümayəndəsi, Ərdəbil imam cüməsi ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə 19 yanvar" Dünya müsəlman azəriləri günü" elan edildi.Həmin yazıda da guya azərbaycanlıların İrana və dinə qayıtmaq "eşqindən" dəm vurulur, Azərbaycan Respublikasında buna ciddi mane yaradılmasından danışılır və həmin maneənin aradan qaldırılması tələb olunur.

Yazıdan bir şey qəti aydın olur ki, İranda panfarsist və mühafizəkar dairələrin Azərbaycana və azərbaycanlılara münasibətdə təbliğat aparmaq üçün heç bir müsbət ideyaları yoxdur.İrana qayıdış ideyası barmaqdan sorulmuş ideyadır.İran Cənubi azərbaycanlıların heç bir hüquqlarını təmin etmir, deməli, başqalarına da kölə olmağı təklif edir.Dinə qayıddış;.azərbaycanlılar heç vaxt dindən uzaqlaşmamışdılar ki, onları yenidən dinə qaytarasan. Yox, əgər dini hakimiyyətdən söhbət gedirsə, İranın 40 illik dinin və xüsusən ruhanilərin hakimiyyəti təcrübəsi əyani şəkildə göstərdi ki, həmin hakimiyyət sərvətlərin məhdud bir qrupun əlində cəmləşməsindən savayı müsbət bir nəticə göstərməmişdir.İranlıların mütərəqqi dairəlri dini və ruhani hakimiyyətinə son qoymaq uğrunda mübarizə apardıqları bir zamanda, bunlar başqalarını dini hakimiyyət bərqərar etməyə dəvət edirlər.İranda son iğtişaşlar zamanı əsas şüarlardan biri "İRAN RESPUBLİKASI" şüarı idi.Bütün bunlar İran siyasi sistminin, həmin sistemin ideologiyası və ideoloqlarının dərin böhran içərisində olduğunu göstərir Öz problemlərini həll etməyə qadir olmayan bir sistem və onun ideologiyası başqaları üçün cəlbedici ola bilməz.

ONA GÖRƏ DƏ BOŞ-BOŞUNA ÖZÜNÜ YORMAĞA DƏYMƏZ

Read 50 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR