Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 17 May 2016 07:12

Vətən nisgilli şairin 80 illik yubileyi qeyd edilib

Written by 

Firidun bəy Köçərli adına Respublika uşaq kitabxanasında görkəmli şair, ictimai xadim, ziyalı Simax Şeydanın 80 illik yubileyinə həsr olunmuş “Vətən nisgilli şair” adlı ədəbi-bədii gecəkeçirilib. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açıb. O şairi Azərbaycanda görməkdən məmnunluğunu bildirib.
Tədbirdə şairin dostları Elçin Məmmədli, Yusif Günaydın, Yusif Həsənbəy, Reyhan Mirzəzadə də çıxış ediblər. Həmçinin qonaqlar da şairin həyat yolundan, Azərbaycan uşaq ədəbiyyatında gördüyü işlərdən söz açıblar. Tədbirdə şairin həyat yoluna həsr olunmuş slayd nümayiş etdirilib. Kitabxananın az yaşlı oxucuları şairin şeirlərindən hazırladıqları ədəbi-bədii kompazisiyanı təqdim ediblər.

Simax Şeyda 80 illik ömrünün 60 ildən çoxunu Azərbaycan ədəbiyyatına həsr edib. Şairin indiyə kimi 24 kitabı nəşr olunub. Bu kitablardan on biri sırf uşaqlarla bağlı əsərlərdən ibarətdir. Həmçinin ədibin pyesləri dəfələrlə teatrlarda səhnələşdirilib.
Bu yaxınlarda onun “Tülkü, tülkü, tünbəki” adlı pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında səhnəyə qoyulmaq üçün hazırlanır.

Qocaman şair artıq səhhəti ilə bağlı 20 ildən çoxdur ki, Almaniyada yaşayır. O yaşının çoxluğuna baxmayaraq xaricdə də Azərbaycan üçün əlindən gələni edir. Beləki o, Almaniyada və İsraildə Azərbaycan klassik ədəbiyyatı nümunələrini yəhudi dilinə tərcümə etdirib nəşr olunmasında əvəzsiz xidmətlər göstərir.

Tədbirin sonunda Simax Şeydanın 5 cildlik yeni nəşr olunmuş kitablarının 3 cildi kitabxanaya hədiyyə olunub və şairlə xatirə şəkli çəkdirilib.



Elvin Səlimov/inform.az

Read 373 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR