Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 01 May 2015 05:25

Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurası Azərbaycana səfəri barədə

Written by 

Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının internet saytında qurumun prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərindən bəhs edən məqalə yerləşdirilib.

Səfər çərçivəsində nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunduğu, dövlətimizin başçısının Azərbaycanın dünyəvi dövlət olduğu, İsraillə sıx dostluq əlaqələrini xatırlatdığı, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik yeddi rayonumuzun zəbt edildiyi barədə qonaqlara verdiyi məlumatlar məqalədə yer alıb.

Yazıda, həmçinin nümayəndə heyətinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Fransanın və İsrailin ölkəmizdəki səfirləri Paskal Mönye və Rafael Harpaz, habelə katoliklərin yepiskopu, yəhudi icmasının rəhbərləri ilə keçirdiyi görüşlərdən də bəhs olunub. Qonaqların yəhudi məktəbinə və bir neçə sinaqoqa baş çəkdiyi, 20 mindən artıq yəhudini sıralarında birləşdirən icmanın təmsilçiləri ilə görüşdükləri də məqalədə qeyd edilib.

Nümayəndə heyətinin Azərbaycanda müxtəlif dinlərin təmsilçiləri arasında dostluq münasibətlərinin mövcudluğunu və Prezident İlham Əliyevin etnik və dini azlıqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirməsi məqalədə xüsusi vurğulanıb.

Yazının tam mətni ilə www.crif.org saytından tanış olmaq mümkündür.

azərtac

Read 843 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR