Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 29 Oktyabr 2018 06:57

Aİİ "Qafqazda yəhudilərin həyat tərzi”mövzusunda seminar keçirib

Written by 

Aİİ İctimaiyyətlə əlaqələ şöbəsindən ethnoglobus.az  saytına verilən məlumata görə , İnstitutda "Qafqazda yəhudilərin həyat tərzi”mövzusunda seminar keçirilib.

Tədbirdə İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov idarə edib. Aİİ-nin maarifləndirmə işinə xüsusi önəm verdiyini, bu məqsədlə müxtəlif seminarların təşkil edildiyini söyləyən A.Şirinov mövzunun din tariximiz baxımından vacib olduğunu vurğulayıb.A.Şirinov yəhudiliyin Azərbaycanda qədim tarixə malik olduğunu bildirərək, tarixən ölkə ərazisində müxtəlif yəhudi icmalarının digər dinlərin nümayəndələri ilə birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadığını söyləyib. Azərbaycanda Dağ, Avropa və gürcü yəhudi icmalarının fəaliyyət göstərdiyini qeyd edən A.Şirinov ölkəmizdə anti-semitizminheç vaxt mövcud olmadığını bildirib. A.Şirinov, həmçinin Aİİ-də yəhudiliyin tarixi və teoloji əsasları ilə əlaqəli fənlərin, eləcə də ibri dilinin tədris olunduğunu nəzərə çatdırıb.
Sonra tarix üzrə fəlsəfə doktoru Liya Mikdaşeva "Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda məruzə ilə çıxış edib. L.Mikdaşeva Qafqazda yəhudilərin məskunlaşma tarixinə toxunub. Qeyd olunub ki, Dağ yəhudiləri adlanan cühurilər, əsasən, Şərqi və Şimali Qafqazda yaşayıblar. Tarixçi bildirib ki, Dağ yəhudiləri bu bölgəyə eramızın V əsrində İrandan köçüb, İrana isə e.ə. VII əsrdə gəliblər.
Məruzədə cühuri dilinin İran dilləri qrupunun cənub-qərbi qanadına mənsub olduğu vurğulanıb. Bildirilib ki, Dağ yəhudiləri Azərbaycanda, əsasən, Qubada – Qırmızı qəsəbədə, Xaçmaz, Göyçay, Oğuz, Şamaxı, Gəncə və Qusarda, Şimali Qafqazda isə Dağıstan, Çeçenistan, Stavropol diyarı və Kabardin-Balkarda yaşayırlar.
L.Mikdaşeva XVIII əsrin ikinci yarısında Quba xanının qəyyumluğunda Dağ yəhudilərinə sığınacaq verildiyini bildirərək, MDB ölkələrində onların ən yaxşı demoqrafik vəziyyətinin Azərbaycanda olduğunu qeyd edib. Məruzədə 1990-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Bakı ətrafında və Quba şəhərinin 25 kilometrliyində VII əsrə aid yəhudi yaşayış məntəqəsinin qalıqlarının tapıldığı haqqında məlumat verilib. Daha sonra qeyd olunub ki, Azərbaycanda yaşayan Dağ yəhudiləri adət-ənənələrinə bu gün də riayət edirlər. Qırmızı qəsəbədə fəaliyyət göstərən dini məktəbləri bitirmiş yəhudi gənclər isə Rusiyanın müxtəlif sinaqoqlarında çalışırlar.
Seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.

Read 98 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR