Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 25 Yanvar 2018 00:00

UDİLƏRDƏ ƏNƏNƏVİ TOY MƏRASİMLƏRİ

Written by 

Georgi Keçaari

Udi yazarı Georgi Keçaari (Jora Avetisiğar Keçaari) Azərbaycanın Qəbələ rayonunun Nic kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Pedaqoji fəaliyyətlə yanaşı yaradıcılıqla da müntəzəm məşğul olur. Azərbaycan və Udi dillərində şerlər yazır.
Azərbaycan poeziyasının 150-dən artıq nümayəndəsinin bədii irsindən udi dilinə tərcümələr etmişdir. Udi dilində “Nana osba” (Azərnəşr - 1996), “Orayin” (Azərnəşr - 2001), “Buruxmux” (Gəncə “Agah” - 2003), Azərbaycan dilində Udi folklor nümunələrindən bəhs edən “Ocaq başında rəqs” (Gəncə “Agah” - 2002) kitablarının müəllifidir.insan, gözəl ziyalı, bütiın qəlbi ilə elinə, obasına bağlı vətənpərvər oğul olan Vladlen Keçaarinin əziz xatirəsinə.

 


Azərbaycanın qədim etnoslarından biri olan udilər həyatın bir çox başqa sahələrində olduğu kimi, ailə-məişət məsələlərində də bəzi qədim adət və ənənələri bizim günlərə qədər qoruyub saxlamışlar. Ailə həyatında həlledici rol oynayan elçilik, nişan və toy mərasimlərinin hazırlanıb keçirilməsində bunu aydm görmək olar.
Bəri başdan qeyd edək ki, bu mövzuya aid xüsusi sanballı tədqiqat əsəri olmasa da, bir çox müəlliflər udilər barədə danışarkən onların adət-ənənələrindən, o cümlədən nişan və toy mərasimlərindən də bəhs etmişlər.
Respublikamızın tanınmış tarixçi-etnoqrafı, tarix elmləri doktoru Qəmərşah Cavadov və tarix elmləri doktoru Rauf Hüseynovun yazdıqları, albanşiinaslıq sahəsində yeni mərhələ kimi qiymətləndirilən “Udilər’ (“Azərbaycan” nəşriyyatı 1996, “Elm” nəşriyyatı 1999) monoqrafiyaları bu sahədə xüsusilə təqdirəlayiqdir. Monoqrafiyanın “Ailə məişəti ilə bağlı adət-ənənələr” bölməsində (səh 139-150) udilərin nişan və toy adətləri barədə yığcam və əsaslı məlumat verilmişdir. Həmin məlumatdan yerli-yataqa olı faydalandığımıza, metodik istiqamət aldığımıza görə müəlliflərə səmimi təşəkkürümüzü və minnətdarlıq hisslərimizi bildirmək istərdik.
Təbiidir ki, adı çəkilən monoqrafiya ümumiyyətlə udilərə həsr olunduğuna görə müəlliflər burada onların nişan və toy mərasimlərinin bir sıra xırdalıqlarını bütün ge- nişlivı ilə əhatə edə bilməmişlər. Onu da nəzərə almaq lazımdır ki, bu monoqrafiya udilərin hər iki (Oğuz və Nic) icmasını əhatə edirsə, bizim yazı ancaq Nic icmasının ailə məişətini əhatə edir.
Udilərin ailə-məişət problemlərinə aid əsərlərdən danışarkən M.Bejanovun1. A.A.Arutniovun2 *, N.Q.Volqo- vanınU A.A.Allanın4 adlarını çəkmək olar. Qafqaz Albaniyası tarixinə dair qiymətli mənbə hesab edilən “Albaniya tarixi” əsərində5, udilər barədə ilk monoqrafiyanı yazmış A.A.Şifnerin əsərində6 də udilərin inam və inancları, ailə məişəti barədə maraqlı məlumatlar verilmişdir. Adlarını çəkdiyimiz və başqa bir sıra mənbələrin də işimizə xeyli kömək göstərdiyini də xüsusilə qeyd etmək istərdik.
/. Baх: M.Bejanov. Krutkiye svedaniya o Vartaşenli его jitelyax-SMO- MPK VIPVSK XIV;
2. Bax: Arutinov A. A. Edini. Russkiy Antropologiçeskiy jurnal, 1905
3. Bax: NXıA ohfova. üdini Qruzii. “Polevıye issledovaniya instituta etnoqrafti” M. 1977;
4. Bax: A.Alla.L dini l'oprosı eUıiçeskoy islorri i kultun. Avtoreferat;
5. Bax: Moisey Kalankatuklu “Albaniya tarixi ” Bakı, “Elm” 1993. Tər- ciimo edəni Z.M.Bünyadov.
6. Bax: A.A.Şifner. Versuch Vber die sprache der Vden. SPB 1863.

Bütün bunlarla yanaşı onu da deməliyik ki, bizim mümkün qədər populyar şəkildə oxucuya çatdırmaq istədiyimiz şərh ötən əsrin 40-cı illərindən üzü bəri iştirakçısı olduğumuz saysız-hesabsız nişan və toylardan alınmış təəssüratların, müəllifin şəxsi müşahidələrinin ümumiləşdirilmiş şərhidir.
Başqa qonşu xalqlarda olduğu kimi, udilərdə də yeni ailə qurmaq əsasən aşağıdakı mərhələlərə bölünür: qız seçmək. ad eləmək, kiçik nişan, böyük nişan, nəhayət toy. Bu silsilə adətlər bir neçə ay, çox zaman isə bir ilədək davam edir. Başqa hər hansı səbəb olduqda, daha uzun çəkir və ya sürətləndirilə bilir. Bəzən isə qeyd edilən mərhələlərdən məsələn, kiçik və ya böyük nişan ixtisara salınır.
Onu deyək ki, udilər bu məsələyə həmişə ciddi yanaşıblar, hər şeyi götür-qoy etmədən addım atmamışlar. İkinci mühüm cəhət odur ki, burada qarşılıqlı razılıq həlledici rol oynayıb. Ata və ana əsas rol oynasa da, həm oğlanın, həm də qızın rəyi nəzərə alınıb. Burada var-dövlət, vəzifə deyil, əxlaq, birgəyaşayış normalarına əməl olunması əsas rol oynayıb.
Təbiidir ki, bu vacib problemin həllində ilk mərhələ kifni, evin gələcək gəlminin kim olacağı məsələsini aydınlaşdırmaq lazım gəlirdi. Elə buna görə də qız seçməyin ilkin mərəhələsində əsasən qadmlar-oğlanın bacıları, bibi və xalaları iştirak edirlər. Onlar oğlanın fikrini öyrənməklə yanaşı, həm də gələcək gəlini, onun böyüdüyü ailənin mikromühitini araşdırıb öyrənərdilər. Öyrəndiklərini hələlik açıb-ağartmadan öz aralarında müzakirə edərdilər. Razılığa gələndən sonra fikirlərini yaxın qohumların arvadlarına bildirərdilər. “Xüyər zombaksun”, yəni “qız öyrənmək” adlanan bu mərhələdə həm oğlanın, həm də xüsusilə nişanlanacaq qızın şərəfini gözləmək, onları hər cür yersiz söz-söhbətdən qorumaq məsələsinə xüsusi diqqət yetirilərdi.
Udilər. xüsusilə Nic udiləri uzun müddət məhdud arealda yaşayıb bir-biri ilə sıx təsərrüfat, məişət, həm də mədəni əlaqələrdə olduqları üçün, bu problemi həll etməyin bəzi ənənəvi qaydaları daha geniş yayılmışdı. Məsələn, gələcək gəlini hələ beşikdə ikən ad eləmək-beşikkəsmə nigah el arasında çox dəb olmuşdur.
Ailələrin əksəri arasında qarşılıqlı gediş-gəliş müntəzəm davam etdiyinə görə, həm də qızların ad olunanadək adamlardan yayınmamaları gəlin seçməkdə işi xeyli asanlaşdırır, bu proses həm oğlan, həm də qız tərəfdən xeyli adamın iştirak etməsinə şərait yaradırdı. Qız tərəfinin yaşayış tərzi, uşaqları, ərdə qızları, evdə gəlinləri varsa, onların özlərini necə aparmaları, əməyə münasibət və şairənin oğlan adamları tərəfindən öyrənilməsini asanlaşdırırdı. İlk baxışdan sadə görünən bu tələblərin böyük mənəvi, ictimai mənası vardır. Ailəsində yetişmiş qızı olan böyüklər yaxşı bilirdilər ki, onların bütün həyat yolunu saf-çürük etmədən kimsə qızlarına elçi düşməyəcək, ailə həyatını dava-dalaşla keçirsələr, başqa qınanılmalı hərəkətləri ilə tanımasalar, oğul evləndirmək qız köçürmək onlar üçün çətin olacaq.

Elə buna görə də birgəyaşayış qaydalarına, etik normalara həmişə əməl etməyə çalışırdılar. Gəlin seçərkən əsas götürüləcək bır neçə tələbə qızlarının cavab verməsinə xüsusi diqqət yetirirdilər. O. hər şeydən qabaq ənənəvi udi təndir çörəyim, azı 5-6 əsas xörəyi bişirməyi, çay hazırlamağı, ca- mış sağıb ağartı hazırlamağı, barama qurdu bəsləməyi, fındıq yığıb təmizləməyi, paltar yumağı, onları yamamağı bacarmalı idi.
Qız seçərkən udilərin ciddi əməl etdikləri və əsrlərin sınağından çıxmış bir ənənəni də qeyd etmək lazım gəlir. Yaxın qohumlara qız vermək və ya onlardan qız almaq qadağandır. Hələ eramızın 488-ci ilində keçirilmiş Aluen məclisində müəyyən edilmiş bu tələbə udilər əsrlər boyu əməl etmiş və indi də əməl edirlər, təsadüfi hallarda bu tələbin pozulması müşahidə olunur və həmin hallara da pis münasibət bəslənilir. Hətta qabaqlarda, evlənən oğlanın anası (qaymana) kəndin hansı məhəllosindəndirsə, həmin məhəllədən qız almaq məsləhət görülmürdü. El arasında mövcud olan bir inama görə, qaymana və gəlin eyni bulağın suyundan içib böyümüş olmamalı idilər.
Onu da deyək ki. bəzi Şahdağ etnoslarından fərqli olaraq udilərdə nigahın levirat, yəni ölmüş qardaşın arvadını subay qardaşla evləndirmək və ya soran, yəni arvadı ölmüş kişinin öz baldızı ilə evlənməsi formaları keçmişdə də olmayıb, indi də yoxdur. Qız qaçırmaq və bəyin oğurlanması adətləri də udilərə yaddır.
Eyni sözləri qadını boşamaq və ya ərdən boşanmaq

barədə də demək olar. Arvadını və ya ərini atıb gedən, başqaları ilə mgahsız yaşayanlar lənətlənir, yaramaz adam hesab edilirlər. Belə sərt münasibətin köklərinin uzaq keçmişlərə gedib çıxdığını qeyd etmək yaxşı olardı. Yuxanda adını çəkdiyimiz “Albaniya tarixi” əsərindən gətirdiyimiz aşağıdakı misal bunu aydın göstərir:
“Kim öz arvadını səbəbsiz boşayıb ikinci arvadla kəbinsiz yaşayırsa, əl-qolları bağlanıb çar divanına gətirilməli və işgəncələrdən sonra ölüm cəzasına məhkum olunmalıdır”1
Belə son dərəcə sərt tələb kişilən məcbur edərdi ki, ailədə birgəyaşayış normalarına ciddi yanaşıb, onlara əməl etsinlər. Bu isə, nəticədə ailənin qorunub saxlanması üçün möhkəm zəmin yaratmış olurdu.
Yaxşı haldır ki, udilər ailə qurmaq və onu qoruyub saxlamaq sahəsində əsrlərin sınağından çıxmış belə bir çox yaxşı cəhətləri indiyədək qoruyub saxlamışlar. Məsələn, udi icmasının əsas etnik məskəni olan Nic kəndində əsaslı səbəblər olmadan boşanma halları demək olar ki, müşahidə olunmur.
Qadınların apardıqları araşdırmalardan sonra kişilərin iştirakı ilə qız seçməyin növbəti mərhələsi başlanır. Bu mərhələdə hər iki tərəfdən kişilər, oğlan tərəfdən xüsusilə kirvə qız tərəfdən onun dayısı fəal rol oynayırlar. Tərəflər görüşüb qarşılıqlı razılığa gəlirlər.
Qeyd etmək vacibdir ki, udilərdə kirvə-xaçbaba, yə-
/. Вах: M.Kalunkatule.. “Albaniya tarixi"

ni xaç atası institutu barədə ayrıca danışmaq lazım gəlir. Kirvəlik burada nəsildən-nəsilə keçir. Baba oğlanın babasının kirvəsi olubsa, ata onun atasının, nəvə də onun özünün kirvəsi olur. Evlənən oğlanın bütün ailə uğurları kirvənin adı ilə bağlı olur. Ailədə keçirilən bütün məclislərdə kirvə iştirak edir. O və onun ailəsi xüsusi hörmətə və şərəfə layiq görülür. Kirvəni nüfuzdan sala biləcək hər hansı hərəkətə yol verilmir. Ailə quran adama onun kirvəsinə, kirvə ailəsinə göstərdiyi hörmətə görə qiymət verilir. Kirvə ən etibarlı adam hesab edilir və evlənən oğlan atasından, əmilərindən gizlətdiyi bir çox sirləri “Kirvəsinə çəkinmədən deyə bilir". Hətta “Allahdan gizlətdiklərini”də kirvəsindən gizlətmir. Bunu el arasında məşhur olan bir deyim çox gözəl ifadə edir. “Allahdan gizlətdin, bəs kirvədən necə gizlədirsən?".
Kirvədən danışarkən bir qadağanı da unutmaq olmaz. Kirvəgilə qız vermək, kirvədən qız almaq olmaz. Kirvənin ayağı sayalı olanda, ona xüsusi hədiyyələr verilir.
Maraqlıdır ki, ən yaxşı nümunə kimi kənddə qarşılıqlı kirvəlik və bir ailənin bir neçə ailənin kirvəsi olmaq qaydası da vardır. Hər iki qrupa aid olanlarla kirvə mövcuddur. Qarşılıqlı kirvəliyə “Xaç xaçba” deyilir. Bütün bunlara görə də, kirvəni ancaq müstəsna hallarda dəyişmək olardı. Məsələn, gətirdiyi gəlindən uşaq olmayanda, yeni evlənənlər uğursuzluqlara düçar olanda kirvəni ağıravaqlı adam hesab edirlər və kirvəliyindən imtina edirlər.
Qeyd edək ki, kirvə oğlan evi üçün arxa, etibarlı adam hesab edildiyi kimi, qızın dayısı da qız evi üçün ən etibarlı adam hesab edilir. Dayı qızın nişanlanıb ailə həyatı qurması ilə bağlı bütün tədbirlərdə vacib sima hesab edilir. Keçmiş qocaların dediklərinə görə, udilər qızı ata evindən deyil, dayı evindən köçürürlərmiş. Bu qayda sonralar tədricən aradan qalxsa da, bü günün özündə də dayı qız və onun ailəsi üçün ən yaxın adam hesab edilir. Onun bu nüfuzundan oğlan tərəfi də yeri gəlmişkən faydalanır. Qız evinə aid bir çox məsələləri onun yaxından köməyi ilə həll etməyə çalışırlar.
Kişilərin xüsusilə fəal iştirak etdikləri bütün məsləhətləşmələr razılıqla başa çatandan sonra, ailə qurmağın ad eləmək mərhələsinə hazırlıq başlanır. Bu mərhələ “Xoza- mandluğ”, yəni “elçilik” adlanır. Buna “ad eləmək" kimi də anlam vermək olar. Bu tədbiri keçirmək üçün oğlan və qız tərəfləri arasında qarşılıqlı məsləhətləşmə keçirilir. Qızın atasına, dayısına qızın “hə”sini almaq üçün təşrif buyurmaq istədikləri bildirilir. Təbiidir ki, qızın böyükləri bütün hallarda əlüstü “buyurun” demirlər. Bu onlar üçün yüngüllük də ola bilərdi. Elə buna görə də “fikirləşib qərara gəlmək üçün ” vaxt tələb edirlər. Bu vaxt bir həftədən, yaxşı hallarda 3-4 gündən az olmur. Həmin vaxtdan sonra oğlan atasına razılıq barədə məlumat verilir və “Xozamand- luğ" tədbiri üçün gün müəyyən edilir. Bu əksər hallarda bazar günü olurdu. Bütün razılaşma və gün təyini barədə də kənar şəxslərə heç nə deyilmir, tərəflərin şərəf və ləyaqətini qorumaq üçün hələlik hər şeyi ancaq iki ailənin adamlari və yaxm qohum-qonşular bilirdi.
Ad eləmək mərasimi, qeyd etdiyimiz kimi, əsasən bazar gününün axşamı keçirilir. Axşam qaranlıq qarışandan sonra bir qayda olaraq oğlanın atası, kirvə, əmi yaxud dayılardan bir ağsaqqal qız evinə gəlirlər. Oğlan tərəfi bu tədbir (kozamandluğ) üçüıı elə bir hazırlıq görmür. O qız evinə gedənlər xurcunda bir bardaq çaxır, bir soyutma toyuq və bır alma aparırlar. Almanın qırmızı rəngdə olması vacibdir.
Qız tərəfdən məclisdə adətən onun valideynləri, dayısı. əmisi, əgər ərdə bacısı varsa, onun əri vo ya özü iştirak edir. Çay içib həyat-məişət barədə qısa dialoqdan sonra adətən kirvə gəlişlərinin məqsədini bir daha bəyan edir. Qız tərəfdən razılığı alınandan sonra xurcundakı bardaq, çolpa və alma meydana gəlir. Ənənəyə görə oğlan evindən gətirilmiş çaxır içilər, sonra ev sahiblərinin hazırladıqları yeməklərə əl uzadardılar. Badələrə çaxır süzülər, oğlan və qızın şərəfmə ilk birgə sağılq deyilər, onlara xeyir-dua verilərdi.


Burada qırmızı alma ilə bağlı ayin xüsusilə maraqlıdır. Almanı bir boşqaba qoyub gələcək gəlinə göndərərdilər. O, adətən almanı iki para bölüb yarısını yeyər, ikinci yarısını isə oğlana çatdırmaq üçün məclisə qaytarardı. Bu, razılıq əlaməti hesab olunardı. Əksinə, qız almanı yemədən biitöv, əl vurmadan geri qaytarsaydı, bu, sövdanın baş tut- maması hesab olunar və oğlan tərəfi yeməklərə əl uzatmaz, gətirdiklərini xurcuna qoyub geri qayıdardılar. Əlbəttə, belə hala demək olar ki, təsadüf edilməzdi. Çünki yuxarıda

qeyd etdiyimiz kimi, bu tədbirə əvvəlcədən ciddi hazılıq görülür, müvafiq razılıq əldə edilirdi. Bəzən xozamandluğ tədbirləri zamanı təzə gəlini məclisə dəvət edirlər. O. böyük bacısının, qardaşı arvadının yaxud gəlinlərdən birinin müşaiyyəti ilə məclisə gəlir, içərisində onun üçün oğlan tərəfdən gələnlərin qoyduqları hədiyyələr (əsasən pul) olan boşqabı götürür, atasının qarşısına qoyub məclisi tərk edir. Bu variant son illərdə daha tez-tez tədbiq olunur. Lakin qırmızı alma variantı bir ənənə kimi yaşamaqdadır. Bu ayin təkcə qədimliyi baxmıdan deyil, həm də mənəvi məzmununa görə də təqdirəlayiqdir. Çünki ailə həyatı qurmağa hazırlaşan iki gənc arasında səmimiyyət, etibar və birlik rəmzi rolunu oynayır.


Maraqlıdır ki, “Xozamandluğ” əvvələr el arasında ^ ”Fİ uğsun” yəni “Çaxır içmək” mərasimi adlanırdı. Son onilliklərdə çaxırı araq əvəz etdiyinə görə tədbir “Araqi ^ uğsun ” yon i “Araq içmək” adlanmağa başlayıb. Elə buna görə də ad olunmuş qızdan söhbət düşəndə deyirlər ki, “urağı içilib”. Arağı içilmiş qıza hamı hörmət göstərir, onun haqqında yüngül sözlər demək günah hesab olunur. Həmin gündən də “arağı içilmiş” qızın həyatında yeni mərhələ başlanır. O, indi adamlardan, xüsusilə oğlan tərəfinin adamlarından yaşınmağa başlayır, adamlar içərisində az-az, həm do bacılarının, rəfiqələrinin əhatəsində görünür. Oğlan tərəfinin yaşlı adamlarından gizlənməyə, onlarala da- nışmamağa çalışır.


“Xozamandluğ” tədbirindən bir neçə gün, bəzən bir həftə sonra qudalar arasında yeni bir məsləhətləşmə keçirilir. Məsələ burasındadır ki, elçilikdən sonra ənənyə görə kiçik nişan keçirilirdi. Lakin qız tərəfi bəzi hallarda ancaq böyük nişanla kifayfətlənməyi tələb edirdi. Bəzən isə əksinə olurdu. Oğlan tərəfi kiçik nişanı ixtisara salıb ancaq böyük nişana gəlməyi təklif edirdi. Qız evi buna razılıq vermirdi. Elə buna görə də məsləhətləşmək lazım gəlirdi. Bu məqsədlə oğlan atası kirvə ilə birlikdə qız evinə gələr, hər şeyi öyrənib, məsləhətləşib qarşıdakı mərasimlər və toy da daxil olmaqla onların hər birinin haçan keçirilməsi barədə razılığa gələrdilər. Kiçik nişanın keçiriləcəyi təqdirdə onun konkret vaxtı və oğlan tərəfdən iştirakçıların sayı müəyyən edilərdi.
“Xozamandluğ” dan sonra qudalığın daha köklü və daimi olmasına xidmət edən bir mərasim do keçirilir. Ona “Ev görmək” deyirlər. Əksər hallarda kiçik nişandan sonra keçirildiyinə görə biz də əvvəlcə kiçik nişan barədə danışmaq istəyirik.


Kiçik nişan “Baliga”- kiçik nişan qeyd etdiyimiz kimi. qarşılıqlı razılıq əsasında elçilikdən 10-15 gün, əksər hallarda 2-3 həftə sonra bir qayda olaraq bazar, yaxud ertəsi günləri axşam keçirilir. İştirakçılar da hər iki tərəfdən ən yaxın qohum-qonşular olur. Bu tədbirdə artıq hər iki tərəfdən qadınlar da iştirak edirlər. Oğlan tərəfdən kirvə və onun yoldaşının, qız tərəfdən dayı və onun yoldaşının iştirak etmələri vacib hesab edilir. Ümumiyyətlə, kiçik nişanda hər tərəfdən azı 10, çoxu 15-20 nəfər olur. Qadınlar təbiidir ki, xalça və hədiyyələrlə gəlirlər. Məclis qurulandan sonra onu kirvə idarə eləməyə başlayır. Hazırlanmış xörəklər, gətirilmiş xonçalar (ananın xonçası evə aparılır) stollara düzülür, əsasən parçalardan ibarət hədiyyələr isə, çox vaxt bır podnosa yığılıb evin gəlininə, yaxud dayı arvadına verilir ki. gəlinə çatdırsın. Gəlin isə. məclisə dəvət olunmur. Bu məqamın başqa bir variantı da tətbiq olunur. Oğlan tərəfindən gələnlər, gəlinin məclisə gətirilməsini tələb edirlər və bu tələbə mütləq əməl olunur. Çünki gəlinin sahibi onun “arağı içilmiş” gündən oğlan tərəfi hesab edilir. Gəlin 1-2 nəfərin müşaiyəti ilə məclisə, ilk növbədə qaynanasının qarşısına gətirilir. Elə buradaca oğlan tərəfdən gəlmiş qadınlar öz hədiyyələrini gəlinə təqdim edirlər. Müşaiyyətçi hədiyyələri toplayır. Oğlan tərəfdən gələn kişilər də pul qoyurlar. Pullar bir boşqaba qoyulur. Boşqaba həm də müqəddəs hesab edilən bir stəkan çaxır qoyulardı. Gəlin, boşqabı gələcək qayınatasının əlini öpəndən sonra götürüb, aparıb atasının qarşısına qoyur və məclisi tərk edir. Məclis öz axarı ilə davam edir. Burada qızın dayısı ilə əlaqədar olan maraqlı bir ənənə barədə qeyd etməmək olmaz.


Oğlan tərəfdən gələn qadınlar kiçik nişana xonça gətirdikləri haqqında danışdıq. Həmin xonçalarda əsasən şirniyyat, qazan xörəkləri və mütləq soyutma çolpa olur. Ananın hazırladığı xonçada əsasən qızardılmış hinduşqa olur. Buradakı boşqabların birində isə “Dayı halvası” adı ilə məşhur olan yerli halva olur. Bu halva çox zaman evdə,döyülmüş fındıq və qoz ləpəsindən hazırlanır. Xonçalar süfrəyə düzüləndə həmin halva boşqabı qızın dayısının qarşısına qoyulur. Ənənyə görə dayı halvanı məclis iştirakçılarının sayını nəzərə alaraq kiçik hissələrə bölüb paylamalıdır. Oğlan və qız üçün də pay saxlamağı unutmamalıdır. Yeri gəlmişkən deyək ki, oğlan bir qayda olaraq kiçik nişanda iştirak etmirdi. Razılıq olsa, iştirak edə bilərdi.


Halvanı bölməyə başlayan dayı adətən bir-iki dilim böldükdən sonra elan edir ki, “bıçaq kəsmir, korşalıb”. Oğlanın atası, yaxud kirvə dayıya hədiyyə verəndən sonra “bıçaq” kəsməyə başlayır. Kəsilmiş halva boşqabı məclis boyu gəzdirilir. Hərə bir dilim halva götürür, qıza və oğlana bəxtəvərlik, bütün iştirakçılara gözaydınlığı verilir. Kiçik nişanın bu məqamının da başqa bir variantı var. Qız tərəfi təklif etsə, “halva kəsmək” ayini keçirilmir. Onu böyük nişanda keçirirlər. Çünki böyük nişanda dayının halva kəsməsi bəzən vacib bir komponent kimi mütləq icra olunurdu. Lakin bu tədbirin hər iki nişanda keçirilməsinə də rast gəlmək olardı. Burada hər şey qarşılıqlı razılıqdan asılı olurdu.
Kiçik nişanı qeyd etdiyimiz kimi, əsasən kirvə idarə edir. Ümümiyyətlə qız evində keçirilən hər iki nişanı oğlan evindən gəlmiş adamlar, əksər hallarda ağsaqqallardan biri, yaxud oğlanın dayısı, əmisi idarə edir. Tamada seçmək lazım olmur. Vacib şərt budur ki. ilk badə gələcək bəylə gəlinin, onun ardınca kirvə və onun ailəsinin sağlığına qaldırılır. Maraqlıdır ki, kənddəki hələ ailə qurmamış gənclər də unudulmur, onların da şərəfinə sağlıq deyilir.
Yəqin ki, qız evinin kiçik nişan üçün hansı hazırlıq gördüyü də maraqlıdır. Burada əsasən aşağıdakı xörəklər hazırlanır: dolma, sous, müxtəlif salat və tumlar, soyutma ət. nəhayət hinduşqa fırlaması. Kiçik nişanda keçmişlərdə, udi mərasimlərində həmişə bişirilən düyü sıyığı hazırlanardı. Son on illiklərdə onu plov əvəz etmişdir. Bütün bu rəngarəngliklərlə yanaşı başlıca şərt ev sahibinin imkanlarının nəzərə alınmasıdır. Ənənəyə görə onun süfrəyə gətirdiklərindən artığına tamah salmaq günah hesab olunur və məclis barədə heç bir müzakirə açılmır.
Mərasimin iştirakçıları qız evini tərk edərkən ananın xonçası və hədiyyələri gətirilmiş xurcunu burada qoyub gedirlər. Adətə görə bir neçə gündən sonra qız tərəfdən 2 cavan (qızın qardaşı, əmisi oğlu və s.) xurcunu oğlan evinə qaytarır. Əlbəttə, onu boş qaytarmır. Qız anası xurcuna müxtəlif şirniyyat və hədiyyələr, məsələn, gələcək kürəkəninə köynək və s. qoyur. Bu tədbir “həvgə taştun” - “xurcun aparmaq” adlanır və daha dəbdəbəli şəkildə böyük nişandan sonra da təkrar olunardı. Xurcunda, qız evinə hədiyyələr gətirmiş qohum-qonşular üçün də hədiyyələr qoyulardı. Onları sahiblərinə çatdırmaq isə, oğlan evinin öhdəsinə düşürdü.


Beləliklə, kiçik nişan mərasimi başa çatır və qudalar böyük nişana hazırlaşırlar. Lakin böyük nişandan danışmazdan qabaq ənənəyə görə keçirilən bir neçə tədbir barədə də məlumat verməliyik.

Udilərdə mövcud olan ənənəyə görə oğlan evlənəndən sonra onu dərhal ayırmaq, taleyin ümidinə buraxmaq düzgün hesab edilmir. Evli qardaşlar çox zaman xeyli müddət atanın himayəsində onunla birlikdə yaşayırlar. Elə buna görə də keçmişdə udi ailələrinin xeyli hissəsi çoxsaylı olurdu. Onların hər birində 20-25, bəzən də 40-45 və daha çox adam olurdu. Əhalinin məşğuliyyəti də elə bunu tələb etdiyinə görə, ailələr birgə yaşamağa məcbur idilər. Çünki kənddə çoxsahəli və mürəkkəb təsərrüfat forması vardı. Qardaşlardan biri məsələn, ot tədarükü, ikincisi tərəvəz işləri ilə məşğul olduğu vaxtlarda, həm də baramaqurdla- rına, bağlara, payız əkinlərinə xidmət etmək, nəhayət mal- qara ilə məşğul olmaq lazım gəlirdi. Bunun öhdəsindən isə ancaq çoxsaylı ailələr gələ bilərdilər.


Bütün sadaladığımız işlərin görülməsi fonunda təzə gəlinin necə həyat quracağı, hansı işlərlə məşğul olacağı, bir sözlə onun gələcəkdə hansı yaşayış mühitinə düşəcəyi qız tərəfinin adamlarını düşündürməyə bilməzdi. Elə buna görə də “kiçik nişan”dan bir müddət sonra oğlan evində “qoy aqusun ” “ev görmək” adlanan bir mərasim keçirilirdi. Qızın qohum-qonşularından bir dəstə qadın, dayı və kirvə arvadları da daxil olmaqla oğlan evinə dəvət olunurdular. Onlar burada təzə kürəkənin evi-eşiyi, yaşayış şəraiti ilə tanış olurlar. Gəlinin ən çox hansı işlərlə məşğul olmasına ehtiyac olduğunu, məsələn, onun, hətta suyu hansı bulaqdan gətirəcəyini, paltar-palazı harada yuyacağını və s. öyrənirlər. Qız evinin şəraiti ilə müqayisə edirlər.


Udilərdə ənənəvi toy mərasimlərik darkən fikirlərini təzə gəlinə, onun böyüklərinə bildirirlər ki, onlar hər şeyi əvvəlcədən bilsinlər. Sonralar heç bir narazılıq, münaqişə yaranmasın. Elə buna görə də “ev görmək” mərasimi qohumluğun daha da möhkəmləndirilməsində vacib rol oynayan bir tədbir hesab olunardı. Burada bir incə məqamı da yada salsaq yaxşı olar. Oğlan evinə baxmağa gələnlər təkcə müşahidəçi deyildilər. Onlar ərə vercəkləri qızın gələcəkdə mümkün qədər yaxşı yaşayıb işləməsinə yönələn təkliflər də verirdilər ki, oğlan tərəfi toya qədər onları həyata keçirsin.


Gələcək gəlin üçün cehiz hazırlanması ilə əlaqədar qız evində keçirilən bir tədbir də maraqlıdır. Çox vaxt kiçik nişandan,bəzi hallarda böyük nişandan bir müddət sonra qız tərəfinin qohum-qonşuları olan qadınlar qız evinə yığışırlar. Qızın anası onları artıq hazırlanmış cehizlərlə tanış edir. İştirakçılar onları bir-bir gözdən keçirir, lazımi səliqəyə salırlar. Elə buradaca kəm-kəsirlər də müəyyən edilir. İştirakçıların hər biri hansı köməyi göstərəcəyini bildirir. “Xifo” - “cehiz” üçün döşlüklər, əlcəklər, qolçaqlar hazırlanıb səliqə ilə gəlin sandığına yığılır.


Həmin gün gəlin üçün gərdəyin hazırlanması da əsas işlərdən biri hesab olunurdu. Bu işi əsasən cavan gə- linlər, dayı arvadının, xala və ya bibilərdən birinin rəhbərliyi altında görərdilər.


Düzdür, son illərdə gəlin üçün gərdək düzəldilmir. Bunun səbəbini aşağıda izah etməyə çalışacağıq. Hələlik onu bilmək kifayətdir ki, indi bəylə gəlinin ilk görüşü və xeyli müddət birgə yaşamaları üçün oğlan evində ayrıca otaq hazırlanır və gərdəyə ehtiyac olmur. Lakin ərə gedən qıza cehiz hazırlanması ilə əlaqədar qız evində keçirilən tədbir bir-birinə kömək göstərmək, əl tutmaq mənasında dəyərli bir məişət ənənəsi kimi bizim günlərədək yaşamaqdadır.
Əksər hallarda kiçik nişandan sonra keçirilən tədbirlərdən biri də “Ya qəyit pesun” - “yol danışığı”dır. Bu tədbir do ikitərəfli razılıq əsasında keçirilir. Əgər qız tərəli təklif etsə, kiçik nişandan qabaq da keçirilə bilər. Bu təklifin də çox zaman bir səbəbi olurdu: qız evi maddi cəhətdən ehtiyac hiss edirdi. Yol danışığında öz tələb vo təkliflərini bildirirdi. Qız evinin kiçik nişanı keçirməyə hər cür imkanı olduqda, yol danışığını böyük nişan ərəfəsində keçirərdilər. Lakin bundan asılı olmayaraq oğlan evi kiçik nişan üçün bir qoyun göndərərdi.


Yol danışığı üçün razılaşdırılmış günün axşamı oğlan tərəfdən 2-3 nəfər təzə qudaların evinə gedir. Məsləhətdə qız tərəfdən də təxminən bir o qədər adam iştirak edirdi. Qudalar qarşıdakı kiçik (əgər ondan qabaq keçirilirsə) və böyük nişanda iştirak edəcək adamların sayını, keçiriləcək vaxtı, qız tərəfmə göstəriləcək köməyin həcmini və nələrdən ibarət olacağını müəyyənləşdirirlər.


Nic udilərində başlıq (qalım) pulu adəti olmadığına görə, bu kömək əsasən ərzaq məhsullarından və içkilərdən ibarət olurdu. Məsələn, ət, düyü, yağ, pendir, çay, çaxır (sonralar araq da verilməyə başlanıb) və s.

Başlıq pulu verilməsə də, qız tərəfi üçün bir sıra hədiyyələrin alınması vacib hesab edilir. Adətən qızın anasına yun şal, qardaşına kostyum, atasına ayaqqabı, bacılarına, dayısının arvadına, gəlinlərinə ipək yaylıqlar alınardı.


Qız evi üçün alınmış hədiyyələr toy ərəfəsində, yaxud toy başlanan axşam, ərzaq isə qız evinin tələb etdiyi vaxtlarda göndərilərdi. Bəzən elə olurdu ki, qız evi danışılmış ərzağın yarısının böyük nişanda, ikinci yarısının toyda verilməsini tələb edirdi. Başqa bir halda isə, təklif edirdilər ki, hamısını toyda verin, nişan üçün heç nə istəmirik. Bəzən də əksinə, ərzağın bütünlüklə böyük nişan ərəfəsində verilməsini tələb edərdilər. Bu qız evinə özünə şərəfli olan tələbi edə bilmək imkanı verirdi. Yol danışığnda nəzərdə tutulmuş ərzağın haçan verilməsindən asılı olmayaraq oğlan evinin ixtiyarı vardı ki, ərzağın bəzilərindən azacıq miqdarda “bəy payı ” saxlasın. Məsələn, əgər 65 litr çağır verilməsi nəzərdə tutulubsa, onun 5 litrini, 50 kq ət nəzərdə tutulubsa, onun 2 kq-ш “bəy payı” kimi saxlayırdılar. Vacib şərtlərdən biri bu idi ki, həm nişana, həm də toya qoyun mütləq verilməli idi.


Yol danışığı zamanı nişan və toyun bəzi başqa incəlikləri də mütləq götür-qoy edilirdi. Məsələn, toyu kimlər çalacaq, nişanda təxminən neçə xonçanın olacağı gözlənilir, gəlinin dalınca neçə nəfər gedəcək və s.


Aila qurmaqla əlaqədar keçirilən mərasimlər sırasında böyük nişan vacib rol oynayır. Bu mərasim keçmişlərdə əsasən payızda, təsərrüfat işləri başa çatandan, başlıcası isə “çaxır durulandan” sonra keçirilərdi. Bu isə, təqridən oktyabrın ikinci yarısına və ondan sonrakı vaxtlara təsadüf edir. Tək-tək hallarda toy-nişan ilin başqa vaxtlarında keçirilə bilərdi. Məsələn, qohumlardan birinin xəstəliyi, əmi- uşağı, qardaş, xalauşağı və s. hərbi xidmətdə olmaları və tərxis edilmələri ilə bağlı xeyir işlərin vaxtı dəyişdirilərdi. Böyk nişan ərəfəsində oğlan və qız tərəfləri cehiz, gəlinlik paltarı və s. tədarükünə də xüsusi diqqət yetirirlər. Nişandan 2-3 gün qabaq isə, hər iki ailədə nişan məsləhəti tədbiri keçirilir. Bu məsləhət zamanı xüsusilə qız tərəfi ciddi surətdə bir çox məsələləri həll etməlidir. Çünki nişan qız evində keçirilir. Deməli, oturacaq, qab-qacaq və başqa avadanlığı tapıb yığışdırmaq qaydası da onun öhdəsinə düşürdü.
Böyük nişana qohum-qonşuların, dostların demək olar ki, hamısı dəvət olunur. Əslində gələcəkdə toya dəvət olunacaq ailələrin demək olar ki, hamısı böyük nişana dəvət edilir. Vacib şərt adamların sayının qız evinin böyüklərinə məlum olmasıdır ki, bu barədə yol məsləhətindən danışarkən qeyd etdik.
Böyük nişan əsasən istirahət günlərində, yaxud da iş günləri axşamçağı keçirilir. Saat təxminən 4-5-də, bəzən bir qədər də tez hər iki tərəfin adamları qız evinin həyətinə toplaşırlar. Oğlan tərəfdən ailələrin əksəriyyəti nişana “tabaq"1а. yəni xonça ilə gəlirlər. Xonçalarda yeməli şeylərlə yanaşı gəlinə hədiyyələr də (parça, yaylıq, ipək corab) olur. Bütün bunları nəzərə alaraq, ev sahibləri məsləhət iştirakçıları qarşısında konkret vəzifələr qoymalı olurlar. Onlar məsləhətdən qabaq ərzağın tədarükü, nişana çağrı- lacaq adamların siyahısını tutmaq və s. həll edirlər. Kəm- kəsir, qab-qacaq, süfrə, stol, stul və s. haradan əldə ediləcəyini müəyyənləşdirirlər. Məsləhətin elə ilk mərhələsində bütün bunlar barədə iştirakçılara məlumat verilir.


Onu da əlavə edək ki, məsləhət toyunda bir qayda olaraq ev sahibləri hazırladıqları cehizlər (qız evində) və hədiyyələr (oğlan evində) barədə də çağırılmış adamlara məlumat verməyə borcludurlar. Nələrin çatışmadığı bilinməlidir ki, qohum-qonşular onları əldə etmək üçün toy sahiblərinə kömək göstərə bilsinlər. Məsləhətdə iştirak edənlərin sayı nişana dəvət olunacaq adamların ümumi sayından asılıdır. Bir qayda olaraq 10-15 nəfər qadın bir o qədər də kişinin iştirakı vacibdir. Nişanların çoxunda isə bu rəqəm 50-60-a çatır. Nəzərə alınmalıdır ki, hər iki tərəfin adamları qız həyətinə toplaşır və burada təxminən 2-3 saat müddətində onların hamısına xidmət edilməlidir. Oğlan evində bu problem olmur, sadəcə olaraq ailələr nəzərdə tutulan vaxtda qız həyətinə nişana dəvət edilir. Əgər çağ- rılan ailə qız evinə yaxın ərazidə yaşayırsa, bir başa oraya gəlir. Qalan camaat oğlan həyətinə toplaşır. Gedib-gəlmək üçün nəqliyyat məsələsini oğlan evinin böyükləri səhmana salırlar.


Nişana dəvət məsələsindən danışanda bəzi məqamları qeyd etməliyik. Nişan və ya toya dəvət ancaq evləri bir-bir gəzmək yolu ilə edilir. Heç bir dəvətnamə yazılmırdı. Yolda, iş yerində nişana, toya dəvət eləmək mədəniyyətsizlik hesab edilir. Burada bir məqama da xüsusi diqqət yetirilir. Əgər dəvət olunan ailələrdən yaşlı olanları varsa, onları miitləq hədiyyə ilə çağırardılar. Keçmişlərdə bu məqsədlə şirniyyat məhsullarından istifadə ediblərmiş. Son 50-60 ildə quru çaydan istifadə edirlər. Yaşlı ailələrin hərəsinə bir büküm (paçka) çay verilir. Həm do eamaatı qohum-qonşuların cavan oğlanları çağırsa da. yaşlı ailələri mümkün qədər toy sahiblərinin öz uşaqları, öz ailə üzvləri çağırır.


Sorğular və araşdırmalar göstərir ki, keçmişdə adamları nişana və toya dəvət edərkən çox vaxt çağrılan ailənin başçısına və ya arvadına bir alma verib deyərmişlər: “Sizi ailəvi toya (yaxud nişana) dəvət edirik”.


Ev sahibi almanı götürüb toy sahiblərinə gözaydınlığı, çağırış üçün bütün ailə adından minnətdarlığını bildirərdi. Sonralar almanı şirniyyat məhsulları əvəz edib. Bu qaydadan çox zaman indi də istifadə edilməkdədir.


Əlbəttə, adamları nişan və toya dəvət etmək məsələsində Nic və Oğuz udilərində müəyyən fərqlər də vardır. Belə ki, Oğuzuda bu işi əsasən bir nəfərə, hətta, bəzən evlənən oğlanın özünə həvalə edirdilər1.


Nic şəraitində bu sadəcə olaraq mümkün də deyil. Kənd böyük bir əraziyə səpələnmiş 14 məhəllədən ibarətdir və onların hər birindən təbiidir ki. neçə-neçə ailə çağırmaq lazım gəlir. Aydın məsələdir ki, bu işi 1-2 nəfərin
/. Bax: M.Bejanovun göstmbvı maqafosi./

öhdəsinə buraxmaq olmaz. Ona görə də nişan, xüsusilə toy məsləhətində adamları çağırmaq üçün 7-8 nəfər, bəzən daha çox gəncin iştirak etməsi vacibdir.
Qız həyətində keçirilən məsləhət zamanı bir çox başqa problemlər də həll olunmalıdır. Məsələn, nəzərdə tutulmuş sayda adamların oturmaları üçün yerlərin hazırlanması: bu zaman nəzərdə tutulmalıdır ki. nişan məclisində oturmağın da öz qaydası var. Bu məqsədlə adətən 2 sırada yerlər düzəldilir. Biri oğlan evi tərəfdən gələnlər, digəri qız tərəfinin adamları üçün. Həm də hər iki tərəfin kişiləri ayrı, qadınları ayrı otururlar. Oğlan tərəfindən olanlar üçün yerlər elə düzəldilməlidir ki, gediş-gəliş rahat olsun, çünki nişanla bağlı bütün “əməliyyatlar ” bu sırada icra ediləcəkdir.


Nişana xeyli sayda, bəzən 50-dən artıq xonçanın gətiriləcəyini nəzərə alıb onların düzəldilməsi qayğısına da elə məsləhət toyunda qalmaq lazım gəlir. Çünki oğlan evinin qadınları xonça düzəldiləcək məhsulları zənbildə, xurcunda, çamadanda və s. gətirirlər. Onlardan xonça düzəltmək üçün hər qadına bir iri tabaq, yaxud məcməyi, ən azı 10-15 boşqab-nəlbəki lazım gələcəkdir. Deməli, bu məqsədlə 50-55 tabaq, məcməyi, heç olmazsa 450-500 ədəd boşqab-nəlbəki tədarük görmək lazım gəlir. Ən azı 35-40 qrafın.yaxud, bardaq, araq üçün kifayət qədər butulka tədarükünü də unutmaq olmaz.


Ümumiyyətlə, nişan zamanı qız həyətində hazırlanmalı olan qab-qacaq və avadanlıq əksər hallarda toydakından xeyli çox olur. Çünki toy zamanı hər tərəf öz tədarükünü görür. Burada isə. ağırlıq bir tərəfin - qız evinin üzərmə düşür. Elə buna görə də məsləhətə xeyli adam çağırmaq lazım gəlir, dəqiq vəzifə bölgüsü aparılır. Gələcəkdə, toy məsləhətində görəcəyimiz kimi, burada da nişana rəhbərlik üçün başçı, ona köməkçilər, cavanlardan ibarət qulluqçular dəstəsi seçilir, ağsaqqallardan biri otaqçı təyin edilir, aşbazlar müəyyən olunur, onlara lazımi tapşırıqlar verilir. Adamları nişana çağırmaqla əlaqədar olan bütün məsələlər həll edilir, çörək bişirməklə əlaqədar qadınlar konkret göstəriş alırlar. Növbəti və mşanqabağı günün axırında hansı işlərin necə görüldüyü barədə nişanın divan- bəyisinə mütləq məlumat vermək tələb olunurdu ki, çatış- mamazlıqlar əlüstü həll edilsin. Nişan məsləhətinin gedişində ev sahibləri bir məqamı da unutmamalıdırlar: siyahılarda qeyd olunmuş yaşlı ailələrə veriləcək qənd və ya çay bükümü elə buradaca çağıracaq adamlara təqdim olunmalı idi ki, sonra çətinlik yaranmasın. Bütün bu və buna bəıızər xırdalıqlar sahmana düşəndən sonra məsləhətin yemək-içmək mərhələsi başlanır. Buradaca bir məsələni qeyd etmək yaxşı olardı. Ümumiyyətlə, ailə qurmaqla əlaqədar məclislərin hamısında birinci bəylə gəlinin şərəfinə, ardınca ata- ana və kirvənin şərəfmə sağlıq deyilir. Oğlan evində məsləhət zamanı nişanın gedişinə rəhbərlik etmək üçün adam seçilir. Xonçalar, yemək-içmək, qız tərəfdən seçilmiş di- vanbəyıyə həvalə olunsa da, oğlan tərəfindən də bu işə rəhbərlik etmək, tərəfkirlik hallarına yol verməmək üçün xüsusi nümayəndənin olması vacib hesab edilir.


Bütün bu hazırlıqlardan sonra böyük nişan mərasiminin əməli icrası başlanır. Qeyd etdiyimiz kimi, bü tədbir əsasən bazar günləri keçirilir. Əgər həmin gün mümkün olmasa, adma günü ən münasib gün hesab edilir. Qız evindən yığılan adamlar bildiyimiz kimi, iki qrupa bölünüb otururlar: oğlan tərəfdən gələnlər ayrı, qız tərəfdən gələnlər ayrı. Fərq də burasındadır ki, qız tərəfdən gələnlər nişana heç bir şey gətirmirlər. Lakin xidmətdə hər hansı tərəfə üstünlük verilmir. Məsələn, adətə görə qadın iştirakçılarının hamısına çay verilir. Kişilərə isə bunu tələb edənlər müstəsna olmaqla çay verilmir. Çay süfrəsindən və quru yeməklər yeyiləndən sonra nişanın başlıca məqamı başlayır. Gəlini nişan qəbul etmək üçün məclisə gətirirlər. Əvvəllər, elçilik və kiçik nişan mərasimlərində iştirak etməmiş oğlan məhz qıza nişan üzüyü təqdim etmək üçün kirvənin rəhbərliyi ilə məclisə gəlmişdir.


Gəlini məclisə böyük bacısı (bacıları) qardaşı arvadı, dayısı arvadı, yaxın rəfiqələri gətirirlər. Burada bir şərtə əməl etmək vacibdir. Ənənəyə görə ərdən boşanmış, əri vəfat etmiş, ailə həyatı hər hansı səbəbdən pozulmuş qadınlar gəlini müşaiyyət etməməlidirlər.
Gəlini əvvəlcə nişan qəbul etmək üçün kirvə ilə yanaşı dayanmış oğlanın qarşısına gətirirlər. Oğlan onun barmağına üzüyü taxır. Sonra isə kirvə öz hədiyyəsini təqdim edir. Onun hədiyyəsi əksər hallarda qol saatı olur və gəlinin qoluna bağlayır. Bu məqam başa çatdıqdan sonra gəlini

oğlan tərofmdə əvvəl kişilər oturmuş stollar boyu gəzdirirlər. İlk öncə oğlanın atası, sonra əmisi, dayısı, ardınca da qalan qonum-qonşuları növbə ilə hədiyyələrini təqdim edirlər. Bu hədiyyələr əsasən qızıl üzüklərdən, qızıl və adi qol saatlarından ibarət olur. Gəlin adətə görə hədiyyə qəbul edərkən iki nəfərin - kirvənin və gələcək qayınatasının əlindən öpür. Qalanlarına sadəcə başını əyməklə hörmətini bildirir.
Qiymətli hədiyyələrin təqdim olunmasında bir şərtə də əməl olunmalıdır. Qızın barmağına üzüyü ancaq oğlan taxır, saatı isə. kirvə və oğlanın atası, yaxud qardaşı bağlayır. Sual oluna bilər ki, bəs qalan saat və üzüklər necə təqdim olunur? Axı, nişana 15-20, bəzən daha çox üzük və saat gətirilir. Qalan üzük və saatlar müşaiyyətçilərdon biri tərəfindən bir mücrü, yaxud qutuya yığılır və dəqiq siyahıya alınır. Bu siyahı üzrə qız tərəfi də hədiyyələr (parça, dəsmal və s.) hazırlayar və toy ərəfəsində oğlan evinə çatdırardı ki, sahiblərinə göndərsin.


Yadda saxlayaq ki, adını çəkdiyimiz qiymətli hədiyyələrin demək olar ki, hamısını kişilər təqdim edir. Hədiyyə təqdimatı isə, bununla başa çatmır. Kişilər qurtardıqdan sonra gəlini oğlan tərəfindən gəlmiş qadınların qarşısına gətirirlər. Əvvəlcə oğlanın anası, sonra başqa qadınlar gətirdikləri hədiyyələri - parçanı, yaylığı, tirmə şalı gəlinin basına salırlar. Müşaiyyətçilər kimin nə saldığını izləsələr də, ancaq razılıqlarını bildirirlər. Onlardan biri isə qadınların saldıqları parça, yaylıq və şalları gə'linin başından götürüb bir yaylığa yığır. Qız tərəfinin qız-gəlini həmin axşam gəlmin başına yığılmış hədiyyələri bir daha gözdən keçirir, deyib-gülür, şənlənirlər.


Gəlini məclisdən aparandan sonra oğlan tərəfindən gəlmiş qadınların düzəltdikləri xonçaların paylanması başlanır. Bu məqam bütün iştirakçıların diqqət verdikləri məsələdir. Çünki burada ədalətsiz hərəkət etmək ehtimalı xardır.


Qavda belədir ki. qadınlar düzəltdikləri xonçaları di- vanbəyiyə təqdim edir, o, isə camaatın sayını nəzərə alıb onların necə bölüşdürülməsi barədə sərəncam verir. Ananın. yəni oğlan anasının çox vaxt qızardılmış, bəzən də çiy hinduşqa olan xonçası da, kirvənin yoldaşının və ya anasının düzəltdiyi xonça da əksər hallarda ev üçün götürülür. Bundan başqa bir xonça otaqçıya, bir xonça çalğıçılara, bir- iki xonça qulluqçulara, bir xonça aşbazlara verilir. Onların hər birinə toplanmış çalma, yaxud dəsmallardan xələt də verilir. Qalan xonçalar isə bərabər şəkildə süfrədə əyləşmiş iştirakçılara verilir. Onların paylanmasının zəhməti isə iştirakçıların özlərinin öhdəsinə düşür. Xonçalarda, qeyd etdiyimiz kimi, müxtəlif konfetlər, evdə bişirilmiş müxtəlif növ şirniyyat, bir neçə növ halva, o cümlədən məşhur Şəki halvaları, bir bardaq, qrafin, yaxud şüşə çaxır. Son dövrlərdə həm do araq, kətələr və soyutma toyuq, ya da hinduşqa fırlaması olur. Ananın xonçasındakı hinduşqanın çiy olmasının da öz mənası var. Nişandan 1 -2 gün sonra adətən kürəkəni qonaq çağırırlar. Oğlan və qız tərəfinin cavanla-

rmdan, qohum-qonşu qızlarından bir qrup (20-25 nəfər) onun başına yığılır. Qeyd etdiyimiz hinduşqanı da həmin axşam onlar üçün qızardırlar. Nişan yeməklərinin nələrdən ibarət olması da az əhəmiyyət daşımır. Xonça yeməklərindən asılı olmayaraq qız evi əsasən aşağıdakı yeməkləri hazırlayır: ənənəvi udi təndir çörəyi, pendir, meyvə salatı (nübar meyvə mütləq olmaqla) ənənəvi udi xiyar, pamidor və s. tutmaları, soyutma quş əti, quru bişirilmiş yumurta salatı, suda bişirilmiş şabalıd dolma, əsasən qoyun, bəzən isə mal ətindən hazırlanmış jəni (suda bişirilmiş ət) və ətli düyü sıyığı.
Dolmanı, salatı qadınlar, jəxnini, sıyığı kişilər hazırlayırlar. Bu işləri görmək üçün hər mərhələnin öz adamları olur. Başqa məhəllədən aşbaz dəvət eləmək, yaxşı hal hesab olunmur. Onu da deyək ki, sıyığı iri mis qazanlarda bişirirlər. Bu qazanlar el arasında “laşqoyin levet” - “toy qazam” adlanır və hər biri 45-60 litr su tutur.


Qeyd etmək lazımdır ki, udilərdə bu və ya digər münasibətlə qurban kəsmək son dərəcə geniş yayılıb. Bu qurbanların əksəriyyəti camaatın son dərəcə müqəddəs hesab elədiyi «Ocağ» adlanan pirlərdə kəsilir. Bu pirlərin sayı isə yüzlərlədir. Onlar ümumi kəndə xidmət edən pirlər, məhəlləyə xidmət edən pirlər, bir nəslə xidmət edən pirlər və nəhayət bir ailəyə xidmət edən pirlər kimi bir neçə qrupa bölünür. Bəzi ailələrin, nəsillərin bir neçə piri olur. Hətta, 7 piri olan nəsillər də vardır ki, onlar xüsusi hörmət və nüfuza sahib olurlar.

Əlbəttə, pirlərdə qurbanlar müəyyən vaxtlarda kəsilir. Adi hallarda toyuq, xoruzdan, bəzən isə qoyundan ibarət olur.
Məsələnin mövzumuza dəxli ondadır ki, udi ailələrinin bir çoxu övladlarının nişan və toy günlərində qurban kəsəcəklərini niyyət edirlər və bu qurbanlar mütləq qoyundan ibarət olur.


Qurban əti nişan yaxud toylarda adamlara məlumat verilərək süfrəyə ayrıca gətirilir. Bu qayda həm oğlan, həm də qız tərəfinə aiddir. Əlbəttə, qurbanlıq heyvanın kəsilməsi. bişirilib hazırlanması, camaata çatdırılması əlavə qayğılar yaratsa da, toy sahibi, aşbazlar, qulluqçular bu missiyanı yerinə yetirməyi özləri üçün şərəf hesab edirlər və çalışırlar ki, qurban ətindən hamıya pay çatsın.


Yeri gəlmişkən, bir incə məqamı da qeyd etmək yerinə düşərdi. Dini inama görə xristian olan udilər keçmişdə olmasa da indi donuz saxlayırlar və onun ətini yiyirlər. Lakin uzun əsrlər boyu azərbaycanlılar və ləzgilərlə qarşılıqlı ünsiyyət mühitində yaşadıqlarından, kütləvi məclis və mərasimlərin heç birində - nə nişanda, nə toyda, nə də xüsusilə yaşda donuz ətindən qətiyyən istifadə etmirlər. Çünki bu məclis və mərasimlərdə həmişə iştirakçıların bir hissəsi islam dininə mənsub olan adamlar olur və donuz ətindən istifadə etmək onlara qarşı hörmətsizlik hesab edilərdi. Elə buna görə də udi məclislərində iştirak edən bütün adamlar ət xörəklərindən arxayın istifadə edirlər. Əvvəllər hətta heyvanları da kənddəki azərbaycanlı qəssabların biri-
nə, yaxud bu işi bacaran başqa bir azərbaycanlıya, yaxud ləzgiyə kəsdirirlər ki, hər hansı söz-söhbət üçün yer qalmasın. Bu, əsrlərin sınağından çıxmış qarşılıqlı hörmət və ehtirama gözəl bir nümunədir.


Nişanın gedişində əsas yeməklər veriləndən sonra ağsaqqallardan biri süfrə iştirakçıları üzərində rəhbərliyi öz əlinə alır. Adi qonaqlıqlardan fərqli olaraq nişanda, toyda tamada seçilmir. Rəhbərlik edən ağsaqqal təbiidir ki, ilk sağlığı bəylə gəlinin şərəfmə deyir. Razılığı da oğlan almalı olur. Həm də o, qızın adını çəkmədən onun adından da razılıq edir. İkinci badə ata-analarm, üçüncü badə kirvə və onun ailəsinin, sonra məclis iştirakçılarının, üzürlü səbəbdən gələ bilməmişlərin sağlığına badələr qaldırılır. İştirakçı qadınların sağlığına badənin qaldırılması isə vacib şərtdir. Ümumiyyətlə, udi məclislərində iştirak edən qadınların şərəfinə sağlıq deyilməsi çoxdan onənə şəklini almışdır. Axıra yaxın deyilən vacib sağlıqlardan biri də məclis üçün zəhmət çəkmiş şəxslərin sağlığıdır. Burada bir məqamı da qeyd etmək lazımdır. Valideynləriin sağlığı deyiləndə atalar kişilərlə, analar da qadınlarla mütləq badə-badəyə vururlar.
Elə zənn edilməsin ki, bu qədər badənin qaldırılması məclis iştirakçılarının keflənmələrinə səbəb ola bilər. Lakin belə hallara heç vaxt təsadüf olunmur. Çünki udilər- də belə bir qəti qayda var: heç kos. heç bir yerdə içkiyə məcbur edilmir. Həm də adamların hər biri öz içki normasını bilir və ondan artıq spirtli içki qəbul etmir. Hər birində onlarla, yüzlərlə litr spirtli içki istifadə edilən udi nişan və toylarında heç bir dava-dalaşın olmamasının, adamların evlərinə şən ovqatla qayıtmalarının sirri də yəqin ki, elə bundadır. Hər kəs bilir ki, xeyir-şər süfrəsində şuluqluq salarsa, el-oba və ailə üzvləri içərisində rüsvay olacaqdır. Elə buna görə də birdəfəlik qoyulmuş normalara ciddi əməl etməyə məcburdur. Keçmişlərdə nişan və toylarda keflənib şuluqluq, dava-dalaş salanlara çox qəribə bır cəza verirlərmiş. Onları yaxalayıb ev sahibinin mal tövləsinə salıb çöldən qılıllayardılar. Bu, təhqiramiz, etik normalardan kənar bir cəza üsulu olsa da adamları keflənməkdən daşındırmaq üçün çox güclü təsir qüvvəsinə malik idi. Ümumi-ictimai yerlərdə şuluqluq salmaq istəyənlərə belə bir xəbərdarlıq deyimi də vardır: “Deyəsən tövləyə salmasalar, ağlın başına gəlməyəcək”.


Qeyd etməliyik ki, udilər xeyir-şər məclislərində ancaq özləri hazırladıqları spirtli içkilərdən istifadə edirlər. Arağı cır meyvələrdən (əsasən cır alçadan, bəzən tutdan, üzüm cecəsindən, gavalıdan, zoğaldan və s.) hazırlayırlar. Çaxırı isə yerli “şalo” “vigombal” və s. üzüm sortla- nndan və satın alınmış üzümdən heç bir şey əlavə etmədən hazırlayırlar. Araq və çaxır əsasən həmin ilin məhsulu olsa da çox zaman bu məqsəd üçün bir neçə il qabaq hazırlanmış içkilərdən də istifadə olunur. Bəzi ailələr 2-3. hətta 5- 6 il qabaq gələcəkdə ailə quracaq övladlarının toyunda açmaq niyyəti ilə 120-150 litr, bəzən daha çox çaxırtutan saxsı küplərdə çaxır basdırırlar. Bu küplər ancaq nişan və toy günləri camaatın gözü qabağında açılır.
Qayda belədir ki, nişan və toylarda bütün yemək- 1 ərdən sonra ət sıyığı verilir. Onun paylanıb yeyilməsindən sonra iştirakçılar süfrə arxasından qalxa bilərlər.
Nişandan danışarkən onu da əlavə etmək pis olmaz ki, bu mərasimdə bir qayda olaraq musiqi iştirak etmir, belə hesab olunur ki, musiqi, rəqs, nişanda mövcud və məcburi olan qaydalara əməl olunmasına maneçilik törədə bilər, iştirakçıların diqqətini əsas tədbirlərdən yayındırar. Son illərdə nişana çalğıçılar dəvət olunur.


Nişanla əlaqədar olaraq ümumən kütləvi mərasimlərdə (yaşdan başqa) udilərin əməl etdikləri bir ənənə də maraqlıdır. Təbiidir ki, nişan, yaxud toy keçirilən günlərdə qohum-qonşulardan xəstə yatanlar, qırxı çıxmamış uşağı olanlar, başqa hansı səbəbdənsə mərasimdə iştirak edə bilməyənlər də olur. Qaydaya görə, oğlan, yaxud qız evinin sahibləri bu məsələni araşdırmalı, təxminən kimlərin məclisə gələ bilməyəcəklərini müəyyən etməlidirlər. Nişan, yaxud toy yeməklərindən, xüsusilə düyü sıyığmdan onlara mütləq pay çatdırılması üçün tədbir görməlidirlər. Çünki, xəstəliyinə, hamiləliyinə, qırxı çıxmamış uşağı olmasına görə məclisə gələ bilməyənlərə pay çatdırmamaq ciddi qəbahət hesab olunur. Bu paylar əsasən qazançalarda, bəzən üstü örtülmək şərti ilə dərin boşqablarda çatdırılır. Payı aparmalı olan adamlar da əvvəlcədən müəyyən edilir. Qablar da tədarük edilir. Onları pay göndərilməli olan ailələrdən gətirmək sərfəli hesab edilir. Çünki qabları geri qaytarmağa ehtiyac qalmır.


Böyük nişan məclisi keçiriləndən bir müddət sonra ailə qurmaq silsiləsindən növbəti bir tədbir də keçirilir. Qız evində keçirilən bu tədbir “parça bostum” “parça kəsmək” adlanır. Oğlanın qadın qohumlarından və qonşularından ibarət bir dəstə 10-15 nəfər kirvə arvadı ilə birlikdə razılaşdırılmış gün qız evinə gəlirlər. Özləri ilə peşəkar qadın dərzilərindən bir nəfəri, yaxud gəlin paltarı tikməyi bacaran qadınlardan birini də gətirirlər. Onları qız evində gələcək qudalardan ibarət bir qrup qadın qarşılayır. Süfrə arxasında ayın-oyundan xeyli söhbətləşib çay içəndən sonra gəlini məclisə gətirirlər. Nişanda təqdim olunmuş gəlinlik parçalarından başqa, oğlan anası bu məclis üçün də parça kəsiyi (otrezi) gətirir. Dərzi bu parçaların birindən gəlin üçün don biçir. Son zamanlar toylarda gəlinlərin geydikləri fata udilərdə dəb deyildi. Əksinə, “dingə” adlanan qadın geyimi çox dəb idi. Dingəni tikmək çox vaxt aparırdı. Həm də parçadan əlavə bir neçə növ metal bəzəklər tələb olunurdu. Parçanın özü də bir neçə cür, həm də bir neçə rəngdə olmalı idi. Hər iki halda gəlin paltarı evdə tikilirdi. Bazardan, mağazadan ancaq baş örtüyü, bədən örtüyü və ayaqqabı alardılar. Ayaqqabı dəri çust, yaxud tuflidən ibarət olardı. Birincidən daha çox istifadə olunardı.
Haqqında danışdığımız “parça bostum” tədbirində gəlinin məhz hansı geyimdə olacağı məsələsi də həll olunardı. Yaşlı qadınların təklifləri burada həlledici hesab olunurdu.

Nişan barədə danışarkən demişdik ki, bu tədbir bir qayda olaraq pavız-erkən qış aylarında keçirilir. Eyni sözləri toy barədə də demək olar.

Ətraf xalqlarda olduğu kimi udilərdə də toy, ailə həyatı üçün müstəsna əhəmiyyəti bir hadisə hesab edilir. Buna görə də oğul evləndirən, qız köçürən ailələr bu tədbirə çox ciddi hazırlaşırlar. Onu əsil el şənliyi kimi keçirməyə çalışır və ənənəvi olaraq toy mərasiminə hər hansı bir qazanc mənbəyi kimi baxmırlar.
Toya hazırlıq mərhələsində əsasən aşağıdakıların həll edilməsi təmin olunmalı idi: ərzaq, avadanlıq, çalğıçılar kollektivi və nəhayət toya çağrılacaq ailələrin siyahısı. Birinci iki məsələ məhz bu siyahıdan asılı olurdu. Elə buna görə də toy siyahısı qabaqcadan hazırlanır və ailədə dönə-dönə müzakirə olunur. Bundan sonra məhəllələr üzrə ayrı-ayrı vərəqlərə köçürülür.


Ailə daxilində hazırlıq işləri görülməkdə ikən hər iki tərəfin qohumları da toy sahiblərinə baş çəkir, nəyə ehtiyac olduğunu, nəyin çatışmadığını öz aralarında götür- qoy edirlər, hansı köməyi göstərə bildiklərini bəyan eyləyirlər. Ümumən xeyir-şər məclislərində adamlara kömək göstərməyi udilər özləri üçün ən savablı əməllərdən biri hesab eləyirlər. El arasında təsadüfən deyilməyib ki, “Xeyirdə kömək elə ki, şərdən qorunasan, şərdə kömək elə ki, qarşına xeyir çıxsın”.

Bəzən elə olur ki, haqqında danışdığımız yol məsləhətindən sonra ortaya problemlər çıxır, qız evinə verilməli olan ərzağın artırılması zərurəti, ya da əlavə daha nəyinsə verilməsinə ehtiyac meydana çıxır. Belə hallarda toya bir müddət qalmış oğlan atası məsləhət gördüyü bir adamla qız evinə gedir və kəm-kəsirləri birgə həll edirlər ki. toyun gedişində heç bir narazılıq yaranmasın. Çünki udi ənənəsinə görə oğlan tərəfinin borcu odur ki. qız evində toyun yaxşı keçməsinə imkanı daxilində kömək göstərsin.


Bütün hazırlıq işləri görülüb qurtarandan sonra toya 2-3, bəzən 4-5 gün qalmış həm oğlan, həm də qız evində “toy məsləhəti” adlanan tədbir keçirilir. Bu mərasimə toy sahibinin qonşuları, qohumları, kirvənin ailəsi, oğlanın dostları, qızın yaxın rəfiqələri, aşbazlar, qulluqçular, çörək yapacaq qadınlar dəvət olunurlar. Toy məsləhəti adətən axşamlar, əgər işə maneçilik etmirsə, axşamüstü keçirilir. Adətə görə qız tərəfi məsləhət toyunu oğlan tərəfindən qabaq keçirmir. Məsləhət zamanı ilk əvvəl toya çağrılacaq ailələrin qeyd olunduğu siyahılar iştirakçılara elan edilir. Kənardan kimlərin dəvət olunacağı konkretləşdirilir. Siyahılara məsləhət görülən əlavələr edilir. Son say bilinəndən sonra toyda nə qədər çörək, içki, ət, düyü, yağ, soğan, pendir. salatlar üçün meyvə (nübar meyvə mütləq olur) tutma xiyar, göyrəti və pomidor, qab-qacaq, oturmaq və süfrə açmaq üçün avadanlıq lazım gələcəyi müəyyənləşdirilir.
Bütün bunlar qismən böyük nişan məsləhtində gördüklərimizin təkrarı kimidir. Lakin toyda daha geniş həcmli olur.

Elə buradaca məsləhətə gəlmiş adamlar arasında vəzifə bölgüsü aparılır. Bu vəzifələr bir qayda olaraq aşağıdakılardan ibarətdir: Divanbəyi. onun 1-2 köməkçisi, aş- bazlar, çörək yapanlar, ərzağın hesabını aparıb ədaləılə paylanmasına nəzarət edəcək "otaqçı”, toya carnaati çağıracaq adamları və musiqi məsələsinə rəhbərlik edəcək 1-2 nəfər gənc və qulluqçular elə burada da, toyda kimlərin çalacağı müəyyən edilir. Udi toylarında ənənəvi olaraq zurnaçılar çalıblar və ancaq Azərbaycan və Udi havaları çalınıb. Toylarda mahnı oxumaq, aşıq söhbətlərinə qulaq asmaq dəb olmayıb. Tək- tək hallarda adlı-sanlı kənardan xanəndələr, yaxud aşıqlar dəvət ediblər. Qalan bütün hallarda kənddəki toylarda yerli zurnaçılar çalmışlar. Düzdür, son illərdə mahnılar da toylara geniş yol açıb, lakin rəqs udi toylarında yenə də aparıcı rol oynayır. Çalman da əsasən Azərbaycan havacatıdır. Çalğıçılarla bağlı bir ənənə də maraqlıdır: əgər bir vaxt ata- ananın toyunu çalmış zurnaçı sağdırsa, sənətini davam etdirirsə, oğlan yaxud qızın toyunu çalmaq üçün də mütləq onu dəvət edirlər. Bu dəvət zurnaçının özü üçün də. ev sahibi üçün də böyük şərəf hesab olunur. Keçmişlərdə təkcə ata və oğlunu deyil, hətta babanın, atanın və oğlunun və - 3 nəslin toyunu çalmış Mərkəzə, Müşiirüf Manas adlı çalğıçılar olub.


Bir incəliyi də unutmaq olmaz ki. məsləhətə çağırılmış adamlar sadəcə iştirakçı deyillər. Onlar toyun daha yaxşı keçməsi üçün öz məsləhətlərini də verməlidirlər.

Məsələn, siyahılar elan olunanda daha kimlərin siyahıya daxil edilməsi barədə fikirlərini bildirmələri vacib hesab edilir. Çünki, belə olmasa, toydan kimsə narazı olar, lazım olan ailələrin bir çoxu toydan kənarda qala bilər. Bu isə toy sahibini hörmətdən salar.
Haqqında danışdığımız siyahı dəqiqləşdirildikdən sonra məsləhətdə iştirak edən əsasən cavanlardan ibarət qrupa paylanır. Çağırılma asan olsun deyə hər gəncə əsasən yaşadığı, yaxud qonşu məhəllənin siyahısı verilir. Toy hansı məhəllədə keçirilrsə, o məhəllənin camaatı ucdantutma dəvət olunur. Elə buna görə də məhəlləni toya çağıracaq şəxsə hər hansı siyahı verilmir və buna heç bır ehtiyac da olmur.


Nişanda olduğu kimi, toyda da yaşlı ailələr hədiyyələrlə çağırılır. Keçmişdə burada da qənddən, halvadan, başqa şirniyyatlardan istifadə olunub. İndi nişandakı kimi, çay bükümlərindən istifadə olunur, kimlərə veriləcəyi barədə elə məsləhət zamanı siyahılarda qeydlər aparılır.
Onu da deyək ki, udi toylarına camaat ailəliklə çağırılır. Heç bir ayrı seçiciliyə yol verilmir. “Sizi ailəliklə toya dəvət edirik ”.
Nəzərə almaq lazımdır ki, keçirilən toylar özü də hər bir ailənin bütün üzvlərinin iştirak etmələrinə geniş imkan yaradır. Hər bir ailənin başçıları toyda necə iştirak etmələrini isə özləri müəyyən edirlər. Məsələn kiçik uşaqlar adətən birinci günün axşamı toyun rəqs hissəsində iştirak edirlər. Lakin ertəsi gün də toyda xeyli uşaq iştirak edir.

Gəlinlə bağlı bütün məqamlarda toydakı cavan qızlar, bəylə bağlı bütün məqamlarda cavan oğlanlar, hədiyyələrin və xonçaların təqdim edilməsi ilə bağlı bütün məqamlarda qadınlar mütləq iştirak edirlər. Beləliklə də toya dəvət olunmuş ailələrin demək olar ki. bütün üzvlərinin toyun gedişində şəxsən iştirak etməsi təmin olunurdu. Onlar bu imkandan lazımınca istifadə edirlər. Elə buna görə də udilərdə hər bir toy əvvəldən axıradək əsl el şənliyi kimi keçirilirdi.
Artıq dediyimiz kimi toylarda ancaq evdə, təndirdə bişirilən ənənəvi udi çörəklərindən istifadə olunur. Həmin çörəkləri bişirəcək qadınlar məsləhət toylarında mütləq iştirak etməli olurlar. Çünki çağrılacaq ailələrin sayından asılı olaraq toy üçün nə qədər çörək yapılacağı burada müəyyən edilir. Həmin qadınların məsləhətdə iştirakı ilə əlaqədar keçirilən bir ayin də maraqlıdır. Məsləhətin gedişində qadınlar toy çörəyi üçün un ələdikləri ələyi məclisə gətirir və ilkin olaraq oğlanın (qız evində qızın) atasının qarşısına qoyurlar. Ata ələyə pul hədiyyəsi qoyandan sonra onu məclis boyu gəzdirirlər. İştirak edən kişilərdən hər biri, həm də əri hansı səbəbdənsə iştirak etməyən qadınlar “Xııcustane” - “mübarəkdir” sözünü deyərək ələyə pul qoyur. “Gul tarastun” - “ələk gəzdirmək” adlanan bu mübarəkbadlıq ertəsi gün çörək yapılan təndirin başında da icra edilir. Məsləhətdə olmamış ağsaqqallar, ağbirçəklər təndir başına gələrək xoş arzularını bildirir, çörək yapanlara pul hədiyyəsi verirlər.


Məsləhət toyunda uzaq yerlərdən, ətraf kəndlərdən, rayon mərkəzindən, uzaq-yaxın şəhərlərdən çağrılacaq ailələr də müəyyən edilir. Uzaq şəhərlərdə yaşayan və artıq toya çağrılmış olan ailələr barədə də iştirakçılara məlumat verilir. Həm də adamları toya çağırarkən onların adı- sanı, vəzifəsi, var-dövləti nəzərə alınmır.


Bütün “məsləhət” problemləri həll olunduqdan sonra məsləhət toyu adi şənlik süfrəsi kimi davam edir. İlk növbədə bəylə gəlinin, ardınca kirvə və onun ailəsinin və s. sağlıqlar deyilir. Divanbəyi məclisin axırında toyun hazırlanıb keçirilməsi barədə iştirakçılara konkret tapşırıqlarını verir.
Onu da əlavə edək ki, bəzən məsləhət toyunda ənənəvi “iizqırxma” mərasimində (bu barədə aşağıda bəhs ediləcəkdir) iştirak edəcək dəllək də müəyyən edilir. Toy məsləhətinin başa çatması ilə toy mərasiminin həlledici, əməli mərhələsi başlanır.


Məsləhətin ertəsi gününün birinci yarısında siyahı verilmiş gənclər ailələri bir-bir gəzməklə camaatı toya çağırırlar. Toyun gününü, vaxtını və s. təfsilatını onlara bildirirlər. Çağırmada telefondan, kimlərinsə vasitəsilə, sifarişdən. dəvətnamə göndərməkdən kənddaxili üçün istifadə olunmur. Vacib şərtlərdən biri budur ki, camaatı toya çağıranlar hər biri tapşırığı yerinə yetirəndən sonra mütləq toy həyətinə gəlməli, toy sahibinə, divanbəyiyə siyahıda olan bütün adamların artıq toya çağrıldığı barədə məlumat verməlidirlər.


Burada udi toyları üçün səciyyəvi olan bir məsələni mütləq qeyd etmək lazım gəlir. Başqa bir çox xalqlardan fərqli olaraq burada oğlan və qız tərəfinin toy quruluşunda, onların keçirilməsində elə bir fərq yoxdur. Toy məsləhəti də hər iki tərəfdə eyni qaydada, əksərən eyni gün keçirilir. Bəzən oğlan tərəfi bu tədbiri 1-2 gün qız tərəfdən qabaq keçirir. Oğlan tərəfini qabaqlamaq isə qız tərəfi üçün düzgün hesab olunmur.
Yəqin ki, toylara neçə ailənin çağrılması da maraqlıdır. Toylara ən azı 120-130, əksər hallarda 200-250 ailə dəvət olunur. Toya 350-400 ailənin çağrılması halları da az olmur. Bu müxtəliflik toy sahiblərinin qohum-əqrabaları- nın az və ya çox olmasından asılıdır. Məsələn, əgər cv sahibinin çoxlu qardaş-bacıları varsa, əvvəllər bir neçə uşağını evləndirib, yaxud ərə veribsə, deməli, toya çoxlu da ailə dəvət etməlidir. Maraqlıdır ki, toyların bir çoxunda qız tərəfdə daha çox ailə toya dəvət olunur.


Toya camaatın dəvət edildiyi, lazım olan avadanlığın toplanmaqda olduğu bir vaxt, deməli, toy ərəfəsində ənənəyə görə həyata keçirilən bir ayini də yada salmaq lazımdır. Adətən, evlənən oğlan səhər bir neçə nəfərin - qardaşının, dostlarının, 1-2 nəfərin müşaiyyəti ilə ailələrinin tarixən qulluq eldiyi pirə gəlir və özü ilə gətirdiyi şamlardan birini burada yandırır, sonra isə nənə-babasmın (əgər onlar vəfat etmiş olsalar), yaxud vəfat etmiş başqa əzizlərinin qəbirlərini zivarət edib, hər qəbir daşı üzərində bir şam yandırır, dünyasını dəvişmişlərin ruhunu şad edir, onlardan bir növ ənənəvi xeyir-dua almış olur. Bir çox hal
larda bu ayın əvvəlcə qəbirləri, sonra isə piri ziyarət etməklə keçiirir ki, bu variant daha yaxşı hesab edilir. Məsləhət toyu ərəfəsində həm qız, həm də oğlan evində bilavasitə toy üçün lazım olacaq hədiyyələr, tikiləcək, toxunacaq hər şey artıq hazır olur. Burada da bir cəhəti qeyd etmək lazımdır: celıiz qız tərəfinin imkanları həddində olur və heç kəs əlavə tələblər irəli sürmür. “Xilə” - adlanan cehiz çox vaxt bəzəkli bir sandıqdan, bir qat yorğan-döşəkdən, müəyyən qədər qab-qacaqdan ibarət olur. Əhalinin məşğuliyyəti ilə əlaqədar məsələn cehiz kimi bir baş camış düyəsi, kiçik əl dəyirmanı və s. verilməsi do keçmişlərdə dəbdə olub. Hətta çörək bişirmək gəlinin gələcəkdə başlıca işlərindən biri hesab edildiyindən qıza cehiz kimi “Äüp” adlanan ağac xəmir təknəsi verilməsinə də çox təsadüf olunardı. Bir məsələ maraqlıdır ki, gətirdiyi cehizin azlığını gələcəkdə gəlinin üzünə vurmaq, onun valideynlərinə bu barədə söz demək udilərdə yüngüllük və şərəfsizlik hesab edilir.


Yuxanda qeyd etdiyimiz kimi, oğlan evi toy üçün qız evinə müəyyən, həm də razılaşdırılmış qədər ərzaq məhsulları verir. Əgər həmin məhsulun bütövlüklə toyda verilməsi təklif edilibsə, onları məsləhət toyunun ertəsi günü, yaxud toyun başlandığı axşam çatdırılmalıdır. Qudaların razılaşmalarından asılı olmayaraq oğlan evi həmişə nişan və toyun hərəsinə bir qoyun verərdi. Qızın anasına və başqa qudalara veriləcək hədiyyələrdə toy ərəfəsində çatdırılır. Bununla bir zamanda qız evi də bəy üçün hazırladığı hədiyyəni oğlan evinə çatdırır (bu barədə aşağıda qeyd ediləcəkdir).

Udilərdə toy bir qayda olaraq iki gün davanı edir. Bu məqsədlə əvvəllər əsasən bazar və bazar ertəsi günlərindən istifadə olunardı. Toy hər iki tərəfdə təxminən eyni vaxtda bazar günü axşam saat 4-5-də başlanardı. Ənənəyə görə qız evi üçün çalğıçıları oğlan tərəfi tapmalı idi. Lakin belə hesab edərdilər ki, “zurna səsi əvvəlcə oğlan həyətindən, sonra qız həyətindən eşidilməlidir”. Əksinə, oğlan həyətindən qabaq toy çaldırmaq qız tərəfi üçün yaxşı hal hesab olunmur.
Hər iki tərəfdən çalğıçılar iştirakçıların verəcəkləri şabaşa bağlı idilər. Bu və ya digər çalğıçılar dəstəsini müəyyən məbləğ pul verərək toya gətirmək udi toylarına yaddır. Çalğıçılar da bütün hallarda 4 nəfərdən ibarət olurdu: zurnaçı, dəmtutan, nağaraçı və kosçu. Təbiidir ki, belə bir dəstənin çalğısının səsi kəndin demək olar ki, hər yerindən eşidilərdi.


Çalğıçılara adətən toydan xeyli qabaq xəbər verilərdi. Əks halda dəvət olunacaq dəstə həmin gün üçün məsələn, qonşu kəndlərin birindən toy sifarişi qəbul edə bilərdi. Bir məsələ var ki, toya dəvət eləmək üçün çalğıçıların dördünə də xəbər çatdırmağa ehtiyac yox idi. Elə dəstənin başçısı olan zurnaçıya xəbər çatdırmaq kifayət edərdi. Əksər hallarda çalğıçılar dördlüyü sabit tərkibdə olurdu.

L akın hər dəstənin bir növ dublyor çalğıçıları da olardı. Məsələn, nağaraçı hər hansı səbəbdən toyda iştirak edə bilməvəndə onu başqa bir nəfər əvəz edə bilərdi. Həmin dublyorlar əsasən çalğıçıların balaca qardaşlarından, uşaqlarından, kürəkənlərindən ibarət olardı və gələcəkdə onların əvəz cdiciləri olardılar. Toy sahiblərinin əksəriyyətinin nəslinin bir növ öz musiqi dəstəsi olardı və həmin nəslin bütün tovlarını bu dəstə çalardı. Bu nəslin yas mərasimlərində də həmin dəstədən istifadə edərdilər.


Qayda belədir ki, həm qız, həm də oğlan həyətinə gələn çalğıçılara çay, çörək verilir. Əlbəttə, onlar həyətə çala-çala daxıl olmalı və camaat üçün 5-10 dəqiqə çalmalıdırlar. İlk şabaşı cv sahibindən, yaxın qohumlardan alıb bir qədər çal-çağır keçirməlidirlər. Sonra onlara oturduqları stolların arxasmdaca çay-çörək verilərdi. Toy sahibləri süfrəyə spirtli içkilər qoysalar da, dəstənin üzvləri axşam toyu başa çatdıranadək onlardan istifadə edə bilməzlər. Ev sahibi və kirvə onlarla bir süfrəyə əyləşir, hər hansı bir məsələdə məsləhətə ehtiyacı olanda onlardan məsləhətlər alardılar. Toyun musiqi hissəsini idarə edəcək cavanlar da süfrədə olardılar. Onlar çalğıçılarla xeyli söhbət edib hər şeyin qaydasında getməsini təmin edərdilər. Çox vaxt elə buradaca çalğıçıların hərəsinə bir hədiyyə də verərdilər. Əsasən gözaydınlığı rəmzi olan bu hədiyyələr corabdan, dəsmaldan ibarət olardı. Onu da deyək ki, çalğıçılar üçün yerlər, iştirakçılar üçün isə onun qarşısında mümkün qədər böyük meydan, meydanın ətrafında isə əsasən taxtalardan ibarət oturacaqlar, qulluqçular tərəfindən əvvəlcədən hazırlanır. Ənənəyə görə çalğıçılar mümkün qədər üzü gündoğana düzəldilmiş yerlərdə oturardılar. İnama görə gündoğan həyat, sevinc, şadlıq rəmzidir. Günbatan tərəf isə nəhs, uğursuz hesab edilir.


Çox da çəkməyən çay. çörək süfrəsindən sonra çalğıçılar öz əsas işlərinə başayırlar. Oğlan və ya qızın atası, anası, bacıları, qardaşları, dayı və əmiləri rəqs edir, çalğıçılara şabaş verirdilər. Bu kollektiv rəqslə toya bır növ ictimai məna verirlər. Toy iştirakçıları üçün yol açılardı. Yen gəlmişkən deyək kı. udi toylarında rəqslər uzaq keçmişlərdən üzü bəri əksərən kollektiv şəkildə olub. Tək-tək adamların rəqsi sonrakı dövrlərin dəbi hesab edilir. Deməli, adamların tək-tək rəqs etməsi uzaq keçmişlərdə az olub. Hər bir rəqsdə 10-15, bəzən daha çox adam iştirak edir. Hər dəstə qohıım-qonşulardan. yaxın dost və rəfiqələrdən ibarət olur. Yaxşı cəhət bir də budur ki, rəqs edənlər çox zaman müxtəlif yaşda olurdular. Bu iso nisbətən kiçiklər üçün bir növ tərbiyə məktəbi olurdu. Rəqsdə eyni vaxtda çox adamın iştirak etməsinin başqa bir üstünlüyü də var: tovda daha çox adamın rəqs etməsinə imkan yaranır. Kütləvi rəqslər üçün bir qayda olaraq “Uzundərə” adlanan havanın çalındığını ağsaqqallar yaxşı xatırlayırlar. Xalq arasında qalmış xatirələrdə, keçmişlərdə toyun bır neçə gün davam etdiyi, müxtəlif musiqi alətlərindən istifadə olunduğu söylənilir. Görünür, zaman keçdikcə toyun ancaq 2 gün davam etməsi və burada zurnaçılar dördlüyüniin aparıcı mövqeyi formalaşıb.


İstərsə kollektivin rəqs, istərsə 1-2 nəfərin rəqsi olsun. toyda bütün rəqslər ardıcıl sifariş əsasında toybaşı tərəfindən idarə olunur. Çalğıçılar onun təkliflərinə əsasən hərəkət edirlər. Rəqsdə hansı havanın ifa olunacağı məsələsini isə sifarişçilər özləri həll edirlər.


Keçmişlərdə rəqs edənlərə rəqsin gedişində şabaş vermək qaydası əsas idi. Oynayanların hər birinə müxtəlif adamlar şabaş verərdilər. Lakin bu şabaşın hamısı çalğıçılara çatmırdı. Rəqsin sonunda toplanmış xırda pullar onlara verilir, iri pullar iso xırdalanıb onların cüzi bir hissəsi çalğıçılara verilərdi. Llə buna görə də bəzən toyun gedişində narazılıqlar yaranardı. Mərasimdə şuluq salmağa marağı olan toktək adamlar yalandan iri pul şabaşı verdiklərini bildirər və ustalara çatan payı götürüb qalan pulu geri qaytarmağı tələb edərdilər. Bu da toyun ahəngini pozur, adamlarda inciklik yaradırdı. Elə buna görə də rəqsin gedişində adamlara iri pul şabaşı vermək qaydası demək olar ki, aradan qalxıb. Şabaşı sifariş zamanı vermək və geriyə heç bir şey tələb etməmək qaydasına keçilib.


Qeyd etmişdik ki. toy axşamüstü başlanır və fasiləsiz olaraq təxminən 7-8 saat davam edir. Bu miiddət ərzində camaata yemək verilmir. Məsləhətə çağrılmış qulluqçulara, uzaq yerlərdən gələnlərə və ertəsi giin gələ bilmə- vocovinı bildirənlərə isə axsam yemək verilir Flə buna görə də. müəyyən qədər ə! xörəyi salatlar, içkilər əvvəlcədən hazırlanır. Əgər imkan varsa, otaqların birində, yoxdursa, həyətdə ətrafı pərdələnmiş yemək yeri hazırlanır. Qulluqçulardan 1-2 nəfərə qonaqlara xidmət işi tapşırılır.


Toyun birinci günündən danışarkən bir neçə məqamı da qeyd etməliyik. Birinci məqam qız həyətində qızm. oğlan həyətində oğlanın rəqslərdə fəal iştirak etmələridir. İkinci vacib məqam da budur ki, toy hər iki həyətdə eyni qaydada başlanır və çox zaman qız həyətində daha yüksək pafoslu davam edir. Üçüncü, udi tovlarına xas olan bir məqam xüsusilə maraqlıdır. Axşam toyun başa çatmasına bir qədər qalmış (1-2 saat) oğlan, onun yaxın tay-tuşlarındaıı bir dəstə, qohum-qonşu qızları ilə birlikdə qız həyətinə gedirlər.


“Bin əçidalxo” - “gəlin oynadanlar” adlanan bu dəstə çox vaxt 15-20 nəfərdən ibarət olur. Səfərin məqsədi də məhz bəylə gəlinin birgə rəqsini təşkil etməkdir. Bu dəstə yola düşəndən sonra oğlan həyətində toy bir xeyli davam edir, rəqs arzusunda olanların hamısının sifarişi yerinə yetirildikdən sonra isə başa çatır. Lakin qız həyətində cavanlar gəlib gəlini oynadanadək toy sona çata bilməz. Elə buna görə də qız həyətində axşam toy daha gec başa çatır. Oğlan həyətində isə həmişə çalışırlar ki. cavanları gəlin oynatmağa daha gec yola salsınlar. Çünki, onlar gedəndən sonra oğlan həyətində toy bir qədər sönük səviyyədə olur.
Gəlini oynatmağın da qaydası adətən belədir: cavanlar dəstəsi həyətə gəlib tovbaşıya məqsədlərini bildirir, lazım olan şabaşı verir və aramla çalman bir rəqs havası sifariş edirlər. Qızlardan, çox vaxt oğlanlardan biri rəqsə başlayır, ardınca yoldaşlarını və rəfiqələrini də meydana dəvət edirlər. Bundan sonra isə gəlini rəqsə dəvət edirlər. O, adətən rəfiqələrindən bir neçə nəfərin müşaiyəti ilə həyətə düşür və rəqs edənlərə qoşulur. Cavanlar dairə qurub bəyi və gəlini dairənin ortasına dəvət edirlər. Bu rəqs zamanı adətən gəlinə və bəyə şabaş verilir və onlar rəqs qurtaranda şabaşı çalğıçılara təqdim edirlər.


Toy axşamından danışarkən bir məsələni də qeyd etməliyik. Oğlan tərəfdən vəd edilmiş ərzaq və hədiyyələr həmin axşam qız evinə çatdırılır. Bəzən isə, məsələn, gəlinlik paltarını qadınlar toyun ikinci günü gəlinin dalınca gedəndə və qız tərəfə “həvgə” - “xurcun ” yaxud zənbildə əlavə heç bir tədbir icra etmədən qızın anasına ya da dayısı arvadına təqdim edərdilər. Oğuz udilərində isə bu təqdimat musiqi və rəqslə müşaiyət olunur. Oğlan tərəfindən gəlmiş qızlar gəlinlik paltarı qoyulmuş xonça əllərində rəqsə girir, bir neçə dövrə vurandan sonra qız tərəfinin qızlarını dəvət edirlər. Onlar rəqsə qatılır və oynaya-oynaya xonçanı qəbul edirlər. Bununla da rəqs qurtarır, oğlan tərəfinin qızları öz yerlərinə qayıdır, qız tərəfinin qızları isə xonçanı gəlin olan otağa aparırlar1. Bu ayin Nic toyları üçün xarakterik olmayıb. Əksinə gəlin üçün alınmış geyim və bəzək şeylərinin açıq-saçıq nümayiş etdirilməsi yüngüllük hesab edilib. Onları xurcuna, sonralar zənbilə yığıb qız tərəfinə çatdırıblar. Əgər gəlinlik paltarı axşamdan göndərilirdisə, bu
/. Вал : W.Bejunovun göstarihm maqabsi.

işi qulluqçulardan, həm də öz adamlarından iki nəfər həvalə edərdilər. Onlar - “Həvgə taşalxo” hörmətlə qəbul olunur, onlara çay-çörək, xələt verilirdi. Eyni vaxtda qız evindən də oğlan evinə “bəylik” hədiyyələri aparılır. Onları aparanlar da eyni qaydada qarşılanır və hörmətlə yada salınır.
Toy üçün lazım olacaq bütün avadanlığın hazır olub- olmaması da axşamdan həll edilir. Kəm-kəsirin səhər tezdən əldə edilməsi üçün tədbirlər görülür. Bu məqsədlə qulluqçular axşam mütləq toplanır, otaqçmın, aşbazın, çörək yapmış, dolma və quş ətindən yəxni hazırlayacaq qadınların məlumatları dinlənir. Toy üçün lazım olacaq çörəyin nə qədərinin artıq hazır olduğu müəyyən edilir. Sonuncu məsələ xüsusilə maraqlıdır. Çünki toylarda artıq bildiyimiz kimi, ancaq evdə, təndirdə bişirilmiş çörəklərdən istifadə edilir, uzunsov oval formalı, lavaşa bənzəyən, məhz bu icmaya məxsus olan bu çörək əsasən toyun birinci günü yapılır, az bir hissəsi ertəsi günü üçün saxlanıla bilər. Nəzərə alsaq ki, toyların hər birində 250-300, iri toylarda 400-450 çörək bişirmək lazım gəlir, deməli, bu qədər çörəyi yapmaq üçün 4-5, çox vaxt 7-8 dəfə xəmir yoğurmaq bir o qədər dəfə də təndir yandırmaq lazım gəlir. Elə buna görə də toyda-nişanda çörək bişirən qadınlara xüsusi hörmət göstərilir. Həm nişan, həm də toyda keçirilən məsləşhət tədbirlərində onlara pul verərdilər. Məsləhət toylarında iştirak etməmiş qohum-qonşu, tanışlar bu qadınlara təndir başında hörmət edərdilər ki, bu barədə artıq danışılıb.

Qadınların hazırladıqları çörəklər soyuduqdan sonra sayılıb otaqçıya təhvil verilir. Otaqçı onları hər birində 25- 30 çörək olan topalara yığır, üstünü “mayzar” adlanan və ancaq çörək üçün istifadə edilən süfrə ilə örtür və siyahıya qeyd edir.


Toy üçün lazım olacaq stəkan, nəlbəki, boşqab, qaşıq, çəngəl-bıçaq, qrafin, butulka, duz qabları və s. də adətən axşamdan gəlinlər, qızlar tərəfindən yuyulub, təmizlənib otaqçıya təhvil verilir. Otaqçı onların hər birinin dəqiq hesabını aparır və ancaq divanbəyinin sərəncamı ilə ertəsi gün istifadə edilmək üçün hissə-hissə qulluqçulara verilir.


Yuxarıda axşamlar, yəni toyun birinci günü əsasən rəqslə səciyyəvi olan bu mərasimin müddətini qeyd etmişdik. Təbiidir ki, bu müddətin birinci hissəsi - uzağı 2-3 saatı gündüzə, günün işıqlı vaxtına düşür. Yarıdan xeyli çox hissəsi isə qaranlıq düşəndən sonra keçir. İstər-istəməz belə bir sual meydana çıxa bilər: bəs bir neçə yüz nəfərdən ibarət olan toy iştirakçıları bu zaman işıqla necə təmin olunurdu? Aydın məsələdir ki, bizim günlərdə bu sahədə heç bir problem yoxdur. Keçmişlərdə isə toy həyətinin işıqlandırılması böyük çətinliklər yaradırdı.


Araşdırmalar göstərir ki, əvvəllər uzun müddət rəqs meydanının ortasında böyük bir tonqal qalamışlar. Qulluqçulardan 1-2 nəfəri tonqalın fasiləsiz yanmasına nəzarət edərdi. Daha sonralar “püsüs” adlanan yağ tökülmüş çıraqlardan. sonra isə şüşəli asma lampalardan istifadə edərdilər. Bu məqsədlə rəqs meydanının üstündən 2,5-3 metr hündürlükdə məftil, yaxud kəndir çəkilərdi. Lampaları onlardan asardılar. Bununla da bütün meydan işıqlanmış olardı. Elektrik işığı çəkiləndən sonra bu problem aradan qalxmış olsa da, işığın qəflətən sönə bilməsi ehtimalını nəzərə alaraq toy sahibləri kifayət qədər lampa ehtiyatı saxlayırlar ki, camaat heç bir halda qaranlıqda qalmasın, toyun ritmi pozulmasın.
Axşam toyu başa çatanda çalğıçılar “Taraxmoy” adlanan havanı çalmaqla camaatı yola salandan sonra qulluqçular da öz məsləhətlərini qurtarıb dağılışırlar. Ertəsi gün. daha yaxşı işləyə bilmək üçün istirahət edirlər.


Ertəsi gün isə, səhər lap tezdən aşbaz, onun köməkçisi, yaxud köməkçiləri, heyvanları kəsib doğrayacaq adamlar toy həyətinə gəlirlər. Çox vaxt aşbaz, heyvan kəsməyi yaxşı bildiyi üçün bu işi o, özü görür, əlavə adam dəvət eləməyə ehtiyac qalmır. Onu da deyək ki, soyuq havalarda cöngəni, qoyunu axşamdan da kəsmək mümkün hesab edilir. Kəsilmiş heyvanın əti 3 hissəyə bölünür: dolma üçün, sıyıq üçün və yəxni üçün. Toyların əksərində sıyıq üçün toyuq ətindən istifadə edilir. Çünki qoyun əti daha yumuşaq və yağlı olduğundan, sıyığı daha da dadlı olur. Mal ətindən isə dolma və yəxni üçün istifadə edilir.
Qeyd etdiyimiz kimi, toyda da donuz ətindən istifadə olunmasına yol verilmir. Toy yeməklərinin çeşnisi də demək olar ki, nişandakı kimidir. Onların da demək olar ı. hamısı yerli istehsal məhsuludur. Yeri gəlmişkən deyək kı, kənardan gətirilmiş kolbasadan, başqa emal məhsularından, balıqdan istifadə olunması udi toyları üçün dəb deyil.


Yeməklərin bir neçəsi “pəjəng” “müqəddəs” hesab edilir: çörək, duz. çaxır və s. araq keçmişlərdə udi mərasimlərində iştirak etməyib. Sonralar nişana, toya ayaq açsa da indinin özündə də mərasimlərdə çaxır əsas aparıcı içki hesab edilir. Maraqlıdır ki, onun istehsalının bütün mərhələlərində ancaq kişilər iştirak edirlər. Üzümü yığanda, sıxanda. şərabı süzəndə, qablaşdıranda, hardasa yerləşdirəndə hər işi kişilər görür, qadınları yaxın buraxmırlar. Tarixi əsrlərin dərinliklərinə gedib çıxan bu ənənəyə indiyədək ciddi əməl olunur. Maraqlıdır ki, araq istehsalında qadınların iştirakı üzərində belə qadağa yoxdur. Onlararaq istehsalının demək olar ki, bütün mərhələlərində iştirak edirlər (içilməsindən başqa).
Toy mərasiminə bütün hazırlıq işləri ikinci gün səhər təxminən 10-11 -də başa çatır. Gəlinin dalınca getmək tədbirinə hazırlıq başlanır. Gəlin həyətinə getmək vaxtı qudalar arasında əvvəlcədən razılaşdırılır, bu əsasən gündüz saat 1 -2 arasında olur. Lakin ona qədər xüsusilə oğlan evində hələ xeyli iş görmək lazım gəlir.


Səhər təxminən saat 10-11 -də çalğıçılar oğlan və qız həyətinə gəlib öz işlərini davam etdirirlər. Bu zaman rəqs edən əsasən qohum-qonşular olur. Həmin vaxt oğlan ev ində udilərdə ənənəvi olan “bəybesoıt" - “bdyhazırla- maq'’ adlanan ayinə hazırlıq görünür. Hər şeydən qabaq evlənən cavanı “bəyə” çevirmək lazım gəlirdi. Bunun üçün tay-tuşları bəyi bal qatılmış suda çimizdirərdilər. Adət belədir ki, bəyin üstünə suyu ancaq ata-anası sağ olan oğlan tökə bilərdi. Kənddəki cavanlar ətrafdakı ağaclardan birinin başından bir heyvan kəlləsi asırlar. İnama görə nəhs ruhlar evlənən oğlana mane olmaq üçün əjdahadan istifadə edərək onun xeyir işini pozmaq istəyirlər. Həmin kəllə də əjdahanın rəmzidir və elə belə də adlanır. Saat təxminən 11-12-də qohum-qonşular, oğlanın tay-tuşlan həyətə toplaşırlar. Əvvəlcədən dəvət olunmuş dəllək də gəlir. Həyətdə üzü gündoğana bir stol qoyulur (artıq deyildiyi kimi, toylarda çalğıçılar da, bəy-gəlin də mümkün qədər üzü gündoğana oturmalıdırlar, günbatan inama görə nəhs istiqamətdir).


Beləliklə, həyətdə qoyulmuş stolun arxasında bəyi oturdurlar. Dəllək onun üzünü qırxmağa başlayır. Bu əslində evlənən oğlanların bir çoxu üçün ilk üzqırxma olurdu. Çünki udilər oğlanları erkən, artıq 16 yaşında ikən evləndirərdilər. Lakin onların əvvəllər üzlərini qırxdırıb qırxdırmadıqlarından asılı olmayaraq, toy günü üzqırxma ayini mütləq keçirilərdi və indi də keçirilir. Çünki bu ayinin xüsusi rəmzi mənası vardır: evlənən oğlan bununla uşaqlıq dövrü ilə vidalaşır, kişilik mərhələsinə qədəm qoyur. İnama görə nəhs ruhlar ona bu sahədə maneçilik törətməyə çalışırlar. Elə buna görə də kəndin tüfəng atmağı bacaran cavanlarından bir qrupu “əjdahaya” növbə ilə atəş açırlar. Kəlləni sərrast atəşi ilə yerə salan, yaxud dağıdıb tökən qalib hesab olunur. O, öz tüfəngini bəyin boynundan asır, bəy anası tüfəngə qırmızı yaylıq bağlayandan sonra tüfəngini bəyin boynundan çıxarır. İnama görə “əjdahanın” məhv edilməsi ilə bəy üçün uğurlu yol açılır və o artıq şər qüvvələrin əlindən xilas olur.


Bəyin üzünün bir hissəsi qırxılandaıı sonra dəlləyin ülgücü “kütləşir” və əməliyyatı qurtarmaq üçün iştirakçılar “qulpundan çıxanı” verirlər, ülgüc yenidən “kəsməyə” başlayır.


Maraqlıdır ki, 1951-ci ilin fevral ayında böyük şair Səməd Vurğun kənddəki toyların birində iştirak etmiş, sərrast atəşi ilə ağacdakı kəlləni tikə-parça etmişdir. Toyun bu məqamı şairin xüsusilə xoşuna gəlmiş, mərasimi Bamsı Beyrəyin toyuna bənzətmiş, qədim ənənələri qoruyub saxladıqlarına görə udilərə təşəkkürünü bildirmişdir1.


“Əjdaha” əhvalatı başa çatdıqdan sonra oğlan anası həyətə içərisində bol şirniyyat, bişinti məhsulları, həm də soyutma ət və mütləq hinduşqa fırlaması olan xonça gətirir. Üzqırxma mərasiminin sonunda gətirilən bu xonçada qırmızı yaylıqlar da olur. Artıq kirvəsinin rəhbərliyi ilə bəylik paltarını geyib həyətə düşən bəy öz stolu arxasına keçir. Ana adı çəkilən xonçanı gətirir. İştirakçılar xonça- dakı yeyinti məhsullarını öz aralarında bölüşdürürlər. Xonçanın üstünü bəzəmiş qırmızı yaylıqların birini ana oğlunun boynuna salır. İkinci yaylıq isə kirvənin qoluna bağlanır.


M.Bejanovun verdiyi məlumata görə2 bəy toy paltarlarını  geyəndən sonra kirvəsi və tay-tuşları ilə birlikdə Ger- gesə (kilsəyə) ibadətə gedərdi. Aparılmış sorğular göstərir ki, bu ayin keçmişlərdə Nic udilərinin toy mərasimlərində də icra edilib. Lakin bir qədər fərqli şəkildə. Əvvələn, Nic- də kilsələr xeyli uzaq (bəzən 2-3 km aralıqda) olduğundan bəyi ibadətə toy paltarını geyəndən sonra aparmaq çox vaxt mümkün deyildi. Elə buna görə də kilsəyə bır gün qabaq, yaxudda həmin günki “üzqırxma” tədbirindən qabaq cetməli olurdular.


/. Вах: Şəmistan Nəzirli. “Vurğun keçib bu yerlərdən”. Bakı, 1978. səh.38-39.
2. Bax: M.Bejanovun göstərilən məqaləsi, səh.234


İkinci fərq də burasındadır ki, Nicdə bəylə ibadətə gedənlər, özləri ilə heç bir silah götürməzdilər. Ümumiyyətlə artıq haqqında söhbət açdığımız “əjdaha” əhvalatı istisna olmaqla Nic toylarının heç bir məqamında hər hansı silah iştirak etmirdi. Hətta belə bir el deyimi də vardır ki, “Ovdan qayıdarkən bir başa toy həyətinə gəlməzlər”. Yəni, silahı evdə qoyub sonra toya gələrlər. Bu tələb təkcə toya yox, başqa kütləvi mərasimlərə də aiddir. Onların heç birində silahla bağlı hər hansı ayin icra olunmur.
Yeri gəlmişkən deyək ki, udilərdə bəyin sağdışı və solduşu olmur. Onların vəzifəlrini kirvə yerinə yetirir.
“Üzqırxma” və ibadət ayinlərinin bütün gedişi boyu ev sahibləri gəlin gətirməyə gedəcək adamları konkret müəyyən edir, nəqliyyat vasitələrini bəzəyirlər.
Keçmişlərdə gəlini araba ile, sonralar kirayə edilmiş favtonla, maşınlar meydana gələndən sonra isə təbiidir ki, maşınla gətirirlər. Hər üç halda nəqliyyat vasitələri zövqlə bəzədilir.

Nəqliyyatın sahibinə, xüsusilə gəlini gətirməyə gedəcək adama əvvəlcədən xəbərdarlıq edərdilər ki, xeyirxah missiyasını yerinə yetirib qurtarana qədər araq-çaxır içməsin. Ütnumən udi toylarında iştirak edən nəqliyyat vasitələrinin sürücüləri toy qurtaranadək spirtli içkilər içmirlər. Belə hal müşahidə olunan kimi sürücü adamlara xidmətdən kənar edilir.


Deyilənə görə keçmişlərdə belə sürücülər də tövləyə salınardı. Bu cür sərt, bəlkə də kobud görünən tələbin nəticəsidir ki, uzun illər boyu kənddə keçirilmiş toylarda adamlara xidmət edən nəqliyyat vasitələri tərəfindən hər hansı qoza hadisəsinin törədildiyi müşahidə olunmayıb. Gəlin daınca adətən bəy, kirvə, bəyin atası, əmiləri, dayı və divanbəyi gedir. Bu dəstəyə bəyin tay-tuşlarından bir qrup, cavan qızlardan bir dəstə də qoşulur. Bu səfərdə aparıcı şəxs isə heç şübhəsiz kirvə hesab olunur. Bir cəhətə də fikir vermək tələb olunur. Gəlin dalınca gedəndə işi elə təşkil etmək lazım gəlir ki, oğlan həyəti də başsız qalmasın. Toya gəlmiş və gələcək adamlar yerloşdiriİsin, son hazırlıq işləri başa çatdırılsın, yeməklər paylanmağa tam hazır vəziyyətdə olsun.
Oğlan tərəfinin adamları gəlin dalınca gedərkən çalğıçılar adətən onları darvazaya qədər çala-çala ötürürlər. Oğlanın ana-bacıları, bəzən isə əmi arvadları adamlar yola diişətıdə onların dalınca su atırlar. Bu qayda qız evində də icra olunur. Golin ata evinin həyətindən çıxıb yola düşəndə dalınca mütləq təmiz su atırlar. Həm də hər iki halda göz qoyurlar ki, kənar, xüsusilə toy sahibləri ilə soyuq münasibətdə olan adamların bəy, yaxud gəlinin yola düşməsi məqamında iştirak etmələrinə yol verilməsin, çünki onlar bəyin və ya gəlinin dalınca daş ata bilərlər. Bu isə uğursuzluq və bədbəxtlik gətirə bilər.


Onu da deyək ki, gəlin dalınca gedənlərin yolunu hər hansı hərəkətlə kəsmək, onlara yol verməmək, günah hesab edilir. Onların rast gəldikdəri maşın və piyadalar kənara çəkilib toy dəstəsinə yol verməlidirlər. Adamların bir dəstəsi gəlin dalınca gedəndən sonra oğlan həyətində toy öz axarmca davam edir. Adamlar rəqs edir, şənlənirlər. Qulluqçular da öz işlərində olurlar, yeməkləri, qab-qacağı hazırlayırlar. Udi toylarında adəti üzrə toyxana düzəldilmir. Toy həyətdə, açıq meydançada keçirilir. Bu da bəzi hallarda, xüsusilə yağmurlu günlərdə toy sahiblərini pis vəziyyətdə qoyur. Xüsusən toyun 2-ci günü yağmurlu olanda, çətinlik çox olur. Camaata eyvanlarda, təndirxana altında, hətta evin damında xidmət göstərməli olurlar ki, bu da toyun ahəngini pozur, ərzağın xeyli hissəsinin istifadəsiz qalmasına, tökülüb korlanmasına səbəb olur. Həyətlərin bir çoxunda tikilmiş olan talvarlar məhz bu çətinliyin qarşısını almağa xidmət edir.
Gəlin dalınca gedənlər qız həyətinə çatanda yerli uşaqlara “doqqaz haqqı” verməli olurlar. Onları qızın ata- anası, dayısı, dayısı arvadı qarşılayır və həyətə dəvət edirlər. Burada qudalar onlar üçün hazırlanmış yerlərdə otururlar. Ənənəyə görə ancaq bundan sonra qız evinin adamlarına xidmət eləməyə başlayırlar. Xidmət təbiidir, çörəklə başlayır və burada ən azı iki şərtə danışıqsız əməl olunması tələb olunur. Birincisi toy (həm də nişan) süfrəsinə çörək ancaq cüt (2-4-6) qoyulmalıdır. İkincisi isə, toy, ümumiyyətlə xeyir məclislərində çörəklər mütləq baş tərəfi gündoğana qoyulmalıdır. Udilərin gündoğanı uğurlu səmt hesab etdiklərini qeyd etmişik. Əlavə olaraq deyək ki, təkcə çörəyi deyil, bəyi, gəlini, çalğıçıları, mümkün qədər camaatı da üzü gündoğana yerləşdirirlər. İnama görə günbatan tərəfə gedənlər geri qayıtmırlar, günbatan gedər-gəlməz səmtdir. Çünki Günəş də. Ay da o tərəfdə batırlar. Şər süfrələrində isə, əksinə, hər şeyi üzü günbatana istiqamətləndirmək olar. Bu süfrələrdə çörəyi ancaq tək (1-3-5-7) qoyurlar, baş tərəfi də günbatana. Çünki insan dünyadan tək gedir, kimisə ona yoldaş qoşmaq olmaz. Fikir daha aydın olsun deyə, onu da əlavə edək ki, udilər çörəyi təndirə yaparkən çörək təndir divarından asılı vəziyyətdə olur, onun yuxarı tərəfi laş tərəf hesab edilir.


Çörəyin arxasınca birinci duz, ondan sonra pendir qoyulur. Ancaq bunlardan sonra quru yeməklər düzülür. Daha sonra stəkanlar, çaxır (araq ancaq ondan sonra süfrəyə verilə bilərdi) və məzə üçün soyutma ət. Bu çox zaman toyuq, hinduşqa, bunlar olmayanda mal ətindən ibarət olur. Məzə üçün verilən əti sonralar süfrəyə veriləcək yəxni ilə qarışdırmaq olmaz. Birincisi qadınlar tərəfindən hazırlanır və otaqçı vasitəsilə ancaq çaxır məzəsi kimi süfrəyə verilir və belə də adlanır- “məziyeq” - “məzə əti”. İkincisi ancaq aşbaz tərəfindən iri qazanda (qazanlarda) hazırlanır və ancaq divanbəyinin sərəncamı ilə aşbaz tərəfindən buraxılır. Yəxni adamların sayı nəzərə alınmaqla 1 yaxud, 2-3 qazanda hazırlanır, azı 20, çoxu 80-90 kq ət bu məqsədə sərf olunur. Özü də spirtli içkilər süfrəyə verilib qurtarandan sonra paylanır.


Qeyd etdiyimiz kimi, Nic toylarında bir qayda olaraq kolbasadan, balıqdan və s. kənardan gələn emal məhsullarından istifadə olunmamışdır.
Beləliklə, udi toylarında yeməklər iştirakçıların hamsma eyni vaxtda verilir. Bu isə bəzən bir çox çətinliklər törədir. Eyni vaxtda 300-350 nəfərə ən azı 10-12 növ yemək-içməyi çatdırmaq üçün qulluqçular fasiləsiz və gərgin işləməli olurlar. Onlar bir şərtə də danışıqsız əməl etməlidirlər. Bu da ondan ibarətdir ki, toylarda adamların hamısına eyni gözlə baxılmalı, kiməsə xüsusi qayğı göstərib başqasını diqqətdən kənarda qoymaq halı olmamalıdır. Burada adamların oturmalarında da ardıcıllıq qaydasına əməl edilir. İlk gələnlər başda otururlar, sonra gələnlər isə ardıcıl olaraq boş yerləri tuturlar. Toy süfrəsinə yeməklər veriləndən sonra qalan hər şey iştirakçıların özlərinin öhdəsinə düşür.


Udi toylarında bir qayda olaraq pul yazdırmaq olmayıb. Toya çağırılan ailələr həm qız, həm də oğlan evinə “tabaq” (xonça) aparmışlar. Nişan mərasimindən danışarkən xonça barədə də qeyd etmişdik. Fərq burasındadır ki, əgər nişanda 20-25 xonça olurdusa, toyda onların sayı bə-

zən 50-60 və daha çox olurdu. Bu isə əlavə tələblər meydana çıxarırdı. Xonçaları hazırlamaq üçün kifayət qədər tabaq, məcməyi və s. tədarük olunmalı idi. Xonçalar hazır olandan sonra iştirakçılara son dərəcə ədalətlə paylanmalı idi. Qayda belə idi ki, nişanda olan kimi, toyda da xonçaların bir neçəsi ev üçün götürülərdi. 1-2 xonça kirvəyə ayrılardı. 1 xonça çalğıçılara, I xonça aşbaza, 1 xonça otaq- çıya. 1 xonça gəlinlə gəlmiş qardaşa verilərdi. Bir neçə xonça isə qulluqçular üçün saxlanardı. Xonçalar mütləq divanbəyinin sərəncamı ilə paylanardı. Divanbəyi öz işini asanlaşdırmaq üçün qulluqçuların, toy sahiblərinin köməyi ilə toya neçə xonça gətirildiyini öyrənər, onların necə paylanacağını planlaşdırardı. Yuxarıda qeyd etdiyimiz “məcburi” xonçaları çıxandan sonra iştirakçılara, konkret hər sıraya kişi və qadın cərgəsinə neçə xonça veriləcəyini müəyyən edər, onların düzgün paylanmasına şəxsən nəzarət edərdi.
Əlbəttə, toya çağrılan ailələrin hamısı istəyərdi ki, toya xonça ilə getsin. Lakin onların hamısı üçün məcburi norma deyildir. Bu və ya digər səbəbdən, məsələn, əgər evdəki qadınlardan heç biri toya gedə bilmirdisə, ailə xonça hazırlamır.

Çünki xonçanı ancaq qadın hazırlayıb təqdim etməlidir. Belə hallarda ev sahibi gəlinə, yaxud bəyə qiymətli hədiyyə (ipək parça, köynək, yun şal, yaylıq, don və s.) alardı. Hər şey toya çağrılan ailələrin öz imkanları daxilində həll olunardı. Burada heç bir məcburiyyət yox idi, heç kəsi xonça gətirmədiyinə görə qınamazdılar. Əgər faiz nisbətini götürsək, xonça gətirən ailələr toya çağnlanlann təqribən 50-60 faizi qədər, bəzən bir qədər də çox olardı. Tək-tək hallarda ailələrin əksəriyyəti xonçalı gəlirdi. Məsələn, ev sahibinin oğlu yeganə olsa belə edərdilər. Burada bir məsələni də qeyd etmək lazım gəlir. Xonçalar hazırlanarkən onların üstü bəzəkli, kələğayı, çalma və s. ilə bəzədilir. Sonra isə həmin yaylıqlar qız evində bəyin boynuna, oğlan evində gəlinin başına salınır. Parçalar salındıqca kirvə bəyin boynundan, yengə də gəlinin başından götürüb bir yaylığa yığırlar.
Toya adətən qiymətli, bahalı, hədiyyələr gətirilmir. Çünki onlar böyük nişanda təqdim olunub. Müəyyən səbəblərə görə nişana gələ bilməmiş iştirakçılar öz bahalı hədiyyələrini toy günü də təqdim edə bilərlər.


Toy iştirakçılarına əsas yeməklər paylandıqdan sonra qızın, oğlan həyətində isə oğlanın atası, babası, əmisi, dayısı, anası, bibisi badələrə çaxır doldurub qadınlar qadın iştirakçıların, kişilər də kişi iştirkçıların hamısı ilə badə- badəyə vururlar. Qeyd edirlər ki, toylarda qadınlar süfrəsinə də içki qoyurlar, lakin onlar adətən içmir, sağlıqlar deyiləndə sadəcə olaraq badə-badəyə vururlar.
Toyda hərc-mərclik olmasın deyə, süfrədəki ağsaqqallardan biri rəhbərliyi öhdəsinə götürür. Keçmişlərdə də nişan və toylarda tamada seçilməyib onu ağsaqqallardan biri əvəz edib. Düzdür, iri toylarda camaat bəzən 4-5 cərgəyə bölünür və məclisi idarə eləmək çətin olur. Belə hallarda tamadalığı boynuna götürmüş ağsaqqal cərgələrin hər birindən özünə köməkçilər - müavinlər ayırır. Sağlıqlara gəldikdə isə, ilk badəni heç şübhəsiz bəy və gəlinin, sonrakı badəni onları böyüdənlərin sağlığına qaldırırlar. Toydakı, məsələn cərgələrin hər birində oturanların sağlığına, məclisdə iştirak edən başqa xalqların nümayəndələrinin sağlığına, qadınların sağlığına, toy üçün zəhmət çəkmiş adamların sağlığına ayrıca badələr qaldırılır. İçib-içməmək məsələsi isə artıq məlum olduğu kimi, iştirakçıların özlərinin öhdəsinə buraxılır.


Qayda belədir ki, yemək-içmək başlayandan sonra ev sahibləri, divanbəyi, onun köməkçisi stollar boyu gəzir, harada nəyin, çatışmadığını müəyyən edib, hər şeyi əlüstü qaydaya qoyurlar.


Nişanda olduğu kimi, toyda da ət sıyığı bütün hallarda süfrəyə axırıncı gətirilir. Sıyıq “laşqoyin levet” “toy qazanı” adlanan iri mis qazanlarda bişirilir. Yoxni qazanı kimi, sıyıq qazanı da elə-belə açılmır, bunun üçün də aşpaza hədiyyə vermək lazım gəlir. Toy sahibi qazanları “açdırmalıdır”. Maraqlısı budur ki, həm nişan, həm də toy mərasimlərində qız evi də daxil olmaqla bütün qazanları oğlan tərəfinin böyükləri “açdırmalıdır”.


Onu yada salmaq pis olmazdı ki, udi toylarına gətirilən xonçaların, hədiyyələrin böyük-kiçikliyi, ucuz-baha- lığı barədə söz-söhbət olmamalıdır. Hədiyyə, yaxud xonça gətirənlərin hamısına eyni səviyyədə təşəkkür edilməlidir. Hədiyyələrin (parça, don, corab və s.) rənginə gəldikdə isə onlar qırmızı, mavi, ağ rənglərdə olması yaxşı hesab edilir.

San, xüsusilə qara rəng hədiyyə üçün yoi verilməzdir. Bürün bunları şərh etməklə yanaşı, gəlin bir qədər də toyun əməli gedişini izləyək.
Qız həyətində haqqında artıq danışdığımız parça- salma və xonça ayinləri başa çatandan sonra gəlinin bəzə- dilməsinə hazırlıq başlanır. Bu işdə kirvə başlıca rol oynayır. O, hələ yemək-içmək təzəcə başlayanda ev sahibinə gəliııi hazırlamağı təklif edir. Onu hazırlayacaq rəfiqələrinə pul hədiyyəsi göndərir. Oğlan tərəfindən gəlmiş dəstə gəlini mümkün qədər tez çıxarmağa çalışır. Bunun qız tərəfdən toya gələnlərə aidiyyatı yoxdur. Onlar adi qaydada yemək-içməklərini davam etdirirlər. Oğlan tərəfdən gəl- mişlərin tələsmələrinin də bir səbəbi vardır. Adətə görə oğlan evinə toya gəlmiş adamlara gəlin həyətə girənədək yemək verilməzdi. Deməli, gəlin nə qədər tez ata həyətindən çıxarılsa, oğlan tərəfinə şərəfli idi. Əks halda oğlan həyətində toy qaranlığa düşə bilərdi. Lakin bir ciddi şərt də vardı ki, oğlan tərəfindən qız həyətinə gəlin dalınca gəlmiş adamların sıyıq verilənədək süfrədən qalxmağa haqqı yox idi. Bu qız tərəfmə böyük hörmətsizlik hesab edilə bilərdi.


Gəlini çıxartmaq üçün kirvə bəylə bərabər həm də gəlin dalınca gəlmiş adamların müşaiyyəti ilə gəlinin olduğu otağın qapısı önünə gəlirlər. Lakin onlar hələlik gəlini otaqdan çıxara bilməzlər. Adamlarla bərabər otağın qarşısına gəlmiş çalğıçılar el arasında “bin çevqsun” - “gəlin çıxartmaq” adlanan havanı çalırlar. Bunun da işə köməyi yoxdur. Gəlini çıxartmaq üçün mütləq onun atasına, atası yoxdursa, dayısını qapı ağzına dəvət etmək lazım gəlir. Əgər kirvə, yaxud divanbəyi əvvəlcədən gəlini bəzəyənlərə haqq verməyibsə, onu da elə qapı ağzında verməli idilər.
Ata, yaxud dayı musiqi sədaları altında qapını açar, qapı ağzında durmuş gəlinin əlindən tutub bayıra çıxarar, onun əlini bəyə verib bu sözləri deyərdi: “Qızımı sənə tapşırıram, səni də Allaha!'’ Toyun ən təmtəraqlı məqamı olan bu ayin sevincli səs-küy və ura səsləri ilə xüsusilə fərqlənir.
Bəy gəlinin əlindən tutub kirvəsi və adamlarla bərabər eyvandan həyətə düşür. El adətinə görə pilləkəndə onun ayağı altında stəkan sındırardılar. İnama görə bu, gəlinin ata evindən tamahını sındırıb onu yeni ailəyə qovuşdurmaq rəmzi idi.
Əlbəttə, gəlini eyvandan düşən kimi həyətdən çıxartmaq olmazdı. Çalğıçılar eyvanın qarşısındakı meydanda çevik bir oyun havası çalar, oğlan tərəfindən gələn cavanlar gelinlə bəyin qarşısında qaliblər sayağı rəqs edərdilər. Qız tərəfinin adamları bu rəqsdə heç vaxt iştirak etməzdilər. Onların rəqs etmələri yüngül hərəkət hesab edilə bilərdi. Oğuz udilərindən fərqli olaraq1 Nic udilə- rində gəlini çıxaranda tüfəng atmaq adəti olmayıb və yoxdur. Burada gəlin dalınca gedərkən hər hansı silahı götürmək özü yolverilməz hesab edilir. Silah ancaq oğlan həyətində, artıq bizə tanış olan “əjdahanın” öldürülməsində işti-
/. bax: M.IUjunovıın giisvmhn mtquldsi, sth.236.

rak edir ki, bu barədə yuxarıda danışılıb. Adamlar rəqslə məşğul ikən gəlinin cehizləri həyətə düşürülür. Adətə görə hər cehizin üstündə bir körpə uşaq oturdurlar. Divanbəyi, yaxud da kirvə onlara “haqq” verib cehiz şeylərini apart- dırırlar.


Ancaq bundan sonra gəlini yengəsi ilə birlikdə arabaya (faytona, maşına) mindirirlər. Gəlinin balaca qardaşı, yoxsa dayısının balaca oğlu, yaxud əmi uşaqlarının balacalarından biri qardaş qismində ona qoşulur. Qardaş kimi gəlini müşaiyyət eləyən uşaq əsasən 10-14 yaşında olur. Yengə gəlinin qardaşı arvadı, əmisi arvadı, yaxud yaxın qohumlarından birinin arvadı olur. Bəzən elə olurdu ki, qız hələ balacaikən qohumlardan hansı bir qadınsa onun yengəsi olacağını niyyət edərdi və fikrini qızın valideynlərinə bildirərdi. İnama görə belə bir xeyirxah niyyəti yerinə yetirməmək günah sayılır və həmin qadın qızın yengəsi olur. Yengənin əlində mütləq yanan çıraq (lampa) olmalı idi. Rəmzi mənası da belədir ki, gəlin ata evindən yeni qovuşacağı ailəyə işıq həm də istilik apanr. Elə buna görə də yengə çalışmalı idi ki, mərasim boyu işıq sönməsin. Xüsusilə gəlin oğlan evində öz yerini tutana qədər lampa yanmalı idi. Gəlinin öz gəlişi ilə yeni ailəsinə isti ovqat və işıq gətirdiyini camaat görməli idi.


Beləliklə, gəlini bəy, yengə və kirvədən başqa həm də qardaş müşaiyyət edirdi.
Adətə görə, bəy ortada, onun solunda kirvə, sağında gəlin, gəlinin sağında yengə, onun böyründə də qardaş
olur. Bu qaydada sıralanma bəy evinə çatıb, bəy və gəlin öz yerlərini tutanadək, hətta parçasalmanm gedişində də pozula bilməz. Keçmişlərdə gəlini arabada, sonralar faytonda, hazırda maşında aparanda da bu qaydaya əməl olunub və olunur.


Gəlini müşaiyyət edənlər bir şeyi unutmalı deyillər. Bütün səfər boyu bəylə gəlinin arasından, kirvə ilə bəyin arasından kimsənin keçməsinə yol verilməməlidir. Bəd niyyətli, qudalarla hər hansı ədavəti olan adamlar məqam düşəndə xüsusilə bəylə gəlinin arasından keçməyə cəhd göstərə bilərlər. Buna heç bir halda yol verilməli deyil. Müşaıyyətçilərin vacib vəzifələrindən biri də budur: gəlin dəstəsi hələ həyətdən çıxmamış oğlan tərəfinin cavanlarından biri yüngül cehizlərdən (çox vaxt balınc) birini götürüb camaatı gözləmədən həyətdən çıxır və mümkün qədər tez özünü oğlan evinə çatdırır, gətirdiyi hədiyyəni xoş xəbər kimi oğlanın anasına çatdırır və ondan muştuluq alır.


Gəlin dəstəsi həyətdən çıxanda dəstənin rəhbəri süfrədən, yaxud qulluqçuların birindən götürdüyü çaxır qpafınini, yaxud şüşəsini qız evinin böyüklərindən birinə verməklə camaatı oğlan evinə toya dəvət etməlidir. Dəvət eləməmək qız tərəfinə qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər.
Gəlini aparan dəstənin arabasını, faytonunu, maşınını yolda saxlayıb muştuluq almaq da çox yayılıb və indi də davam edir.

Qız həyətinə toya gəlmiş adamlar gəlini yola salandan sonra, əgər onlara xidmət başa çatıbsa, dağlışırlar. Xidmətin başa çatması da artıq dediyimiz kimi, düyü xörəyinin - sıyığm verilməsindən asılıdır. Çünki sıyıq həmişə axırda, həm də birinci qadınlara verilir. Qız həyətində isə qadınlardan sonra qız tərəfinin kişilərinə verilir.


Qız evinin qulluqçuları camaatı yola salandan sonra ərzağı, qab-qacağı, avadanlığı yığıb-yığışdırır, sonra süfrə başına yığılırlar. Artıq yeyib-içmiş cavanlardan bir neçəsi onlara xidmət edir. Divanbəyi, otaqçı, aşbaz qulluqçulara saxlanmış yeməklərin süfrəyə gətirilməsini təmin edirlər. Əksər hallarda sıyıq qazanlarından biri, 2-3 xonça, kifayət qədər salat məhsulları, toyuq və mal əti saxlanılır. Toy sahibləri hər vəchlə səy edirlər ki, qulluqçular onlara göstərilən qulluqdan hərtərəfli razı qalsınlar. Çünki, onlar toyun yaxşı keçməsi üçün bir neçə gün zəhmət çəkiblər. Çox zaman ev sahibləri küncdə-bucaqda saxladıqları ən yaxşı içkini, şirniyyatı və s. onların süfrəsinə gətirirlər. Onların yerinə yetirməli olduqları bir vəzifələri də qalırdı: toy sıyı- ğından xəstə, hamilə, zahı və s. pay çatdırmaq. Bunu da təfsilatı ilə yuxarıda qeyd etmişik.


Gəlin gətirən dəstə oğlan həyətinə daxil olanda çalğıçılar onların qarşısına çıxırlar. Gəlinin qabağına hamıdan tez oğlan anası və başqa qadınlar çıxırlar. Onu məxsusi bu məqsədlə düzəldilmiş stolların arxasına aparıb qucağına da balaca bir oğlan uşağı verirlər. “Binestol” - “Gəlinstolu adlanan həmin süfrədə gəlin, bəy, kirvə, yengə, qardaş və qız tərəfdən gəlinin ardınca gəlmiş rəfiqələri otururlar. Bununla da oğlan həyətində toyun mühüm mərhələlərindən biri başlanır. Camaata xidmət məsələsində qız və oğlan həyətləri arasında elə bir fərq olmur. Hər iki halda vacib şərt adamlara tam ədalətli xidmət göstərməkdir. Hamı səy edir ki, adamlara hər şeydən lazımi qədər pay düşsün. Spirtli içkilərə münasibət də hər iki halda eynidir. Hər kəsə tələb etdiy qədər içki gətirilir və bilirlər ki, heç kəs keflənməyəcək, heç bir münaqişə, mübahisə olmayacaqdır.


Gəlin gələndən, adamlar yerbəyer olandan sonra çalğıçılar el arasında “tapaq eçtun” - “xonça gətirmək” adlanan havanı çalırlar. Qadınlar toya gətirdikləri xonçaları bəy stolunun qarşısında düzüb parça və yaylıqları gəlinin başına salırlar. Xonçaların bölgüsü isə qız həyətindəki kimidir. Burada bir məsələni də yada salsaq, yaxşı olar. Oğlan tərəfi qız həyətindən toya gələcək camaatı da nəqliyyatla təmin etməlidir. Elə buna görə də oğlan evinin camaatı qız evindən gəlib çatan kimi, istifadə etdikləri nəqliyyatı qudaların dalınca göndərirlər. Qız evindən qudalığa gələcək adamların sayı ilə əlaqədar heç bir söhbət olmasa da, adətən gəlinin dalınca qız evinə neçə nəfər gedibsə, qudalığa gələnlərin sayı da təxminən o qədər olur. Əlbəttə, oğlan toyuna dəvət olunmuş qız qohumları nəzərə alınmır.


Ənənəyə görə təzə gəlin anasının, yaxud onu əvəz edən qadının oğlan evinə gəlişinə qədər camaatın içində dayanır. Sonra onu yengəsi ilə bərabər gəlin otağına aparırlar.

Bəylə gəlin həyətə gəlib yemək-içmək başlayanadək həyata keçirilən bir ayin də çox maraqlıdır. Buna “qoye xaypsun ” - “küpaçma ” deyirlər.
Parçasalma başa çatandan sonra bəy və gəlin musiqiçilərin müşaiyyəti ilə toy sahibinin bu xeyir iş üçün basdırdığı küp olan yerə gəlirlər. Əvvəlcə bəy, onun ardınca gəlin küpün torpağına ayaq basırlar. Qulluqçular (çox vaxt bəy) küpü açır. Qulluqçular çaxırı qablara doldurur, camaata paylayırlar.
Bu da maraqlıdır ki, bəy və gəlin təkcə oğlan həyətində deyil, buradakından sonra çox vaxt yaxınlıqdakı qohum-qonşunun həyətinə də küp açmaya dəvət olunurlar. Bu oğlan evinə, bəyin özünə göstərilən qayğının, hönnətin nümunəsidir. Bu ayinin icrasında bəzi tələblərə də əməl edilməlidir. Məsələn, ənənəyə görə gəlin öz yeni həyətinə ayaq basmamış, yolüstü başqa heç bir həyətə girməməlidir. O, əvvəlcə oğlan həyətində onunçün ayrılmış yerə gəlməli, parçasalma, hədiyyələrin təqdimi başa çatdıqdan sonra kənar, həm də yaxın həyətlərə aparıla bilər. Oğuz udilərində qayda bir qədər fərqlidir. Gəlini oğlan evinə gətirəndə evləri yola yaxm olan tanış və qohumlar bəylə gəlini öz həyətlərinə küp açmağa dəvət edirlər1. Əslində Nicdə belə bir qaydaya əməl etmək mümkün də deyil. Çünki Oğuzda evlər, küçələr, yollar boyu sıralanıb. Nicdə isə onların əksəriyyəti biri digərindən xeyli aralıdadır. Bu evlərə gedib gəlmək xeyli vaxt aparar. Bir şeyi də unutmaq olmaz. Nic /. Bax: M.Bcjanovun göstərilən məqaləsi, səh.234./ oğlan evində yeməyi gəlin gələndən sonra verirlər. Deməli, onun həyətə gəlişini ləngitmək adamları bir növ ac qoymaq deməkdir.


Oğlanın qohum-qonşularının ona hörmət qoyması ilə yanaşı deyilməlidir ki, qız tərəfi də bu işdə özünü kənara çəkmir. Qızın qohum-qonşuları ona hörmət nümunəsi kimi, məsələn ona cehiz şeyləri - odeyal, boşqab dəsti, stul dəsti və s. alır ev sahiblərinin işlərini yüngülləşdirirlər. Bəyin şərəifnə küp də açırlar. Evlənən oğlanın toyun gedişində özünü aparması məsələsində də bir çox adətlər mövcuddur və onlara bütün bəylər əməl etməlidirlər. Məsələn, boy bütün toy boyu spirtli içkilərdən istifadə etməməlidir. Hətta onun yeməyi üstündə də qadağalar vardır. Məsələn, o qız həyətində əvvəlcə yemək də yemir. Qızın atası, yaxud anası ona “Diş kirəsi” adlanan haqqı verəndən sonra əlini çörəyə uzadır. Həmin hədiyyə çox vaxt puldan ibarət olur, keçmişdə 50 qəpik, sonralar 3-5 manat, indi 5000- 10000 manat həddində olur. “Diş kirəsi” verilənədək bəyin əlini çörəyə uzatması arsızlıq hesab edilir və oğlanlar buna heç vaxt yol vermirlər.
Qeyd etdiyimiz kimi, gəlini gətirəndən sonra qudaların gəlməsi də təmin olunmalıdır. Bu sahədə həyata keçirilən bir ayin xüsusilə böyük əhəmiyyətə malikdir. Qudaların süfrəsinə hər şey verilib, onlar yeməyə başlayandan sonra, oğlanın atası, anası, yaxın qohumlarından 1-2 nəfər hərəsi qucağına 2-4 çörək götürüb onların yanma gəlirlər. Kişilər kişilərin, qadınlar qadınların süfrədə iştirak eləyən nümayəndələrinin hamısı ilə çörək bölürlər. Onlar əllərindəki çörək tabağlannın bir ucundan yapışıb əvvəlcə qızm atasına, ana isə anasına uzadır, quda çörəyi öz tərəfinə çəkərək onlardan bir parça qoparıb yemək üçün qarşısına qoyur. Qudalar bu yolla əllərindəki çörəkləri axıra qədər qız evindən gəlmiş kişilər və qadınlarla bölüşdürürlər. Beləliklə də qohumluğu hamı üçün müqəddəs olan çörək bölməklə daha da möhkəmləndirir, çörəklə başlanan qu- dalığın daimi olması üçün zəmin yaratmış olurlar. Bu ayin meydanda, camaatın qarşısında keçirildiyi üçün, xüsusi məna daşıyır və qudaların gələcək məsuliyyətini daha da artırır.


Ümumiyyətlə, udi toylarında hər şey kütlə qarşısında, açıq, hər kəsin razılığı ilə görülür. Bu da qarşılıqlı məsuliyyəti daha da yüksəldir. Xüsusilə bəy və gəlin müstəsna məsuliyyət hiss edirlər. Gələckdə möhkəm ailə qurmağa səy edirlər. Yaxşı bilirlər ki, onlarm ailə qurmalarına yüzlərlə adam şahiddir, el-oba qarşısında evləniblər və gələcəkdə pis hərəkətlərə yol versələr, el-obanm nifrətini qazanacaqlar. Udilər arasında tarixən boşanmaya nadir hallarda təsadüf edilməsinin bir səbəbi də yəqin ki, elə budur. Kənddə son 10-12 ildə boşanma halına demək olar ki, təsadüf olunmayıb. Kəndi tərk edib udi ailə məişəti mühitindən kənarda yaşayanlar arasında isə buna tez-tez təsadüf olunur.
Boşanmanın az olmasının başqa bir səbəbi də budur ki, udilər evlənəndən sonra 5-6, bəzən daha çox illər atalari, anaları ilə birgə yaşayırlar. Bu müddətdə gənc ailə hər cür sınaqdan çıxır, birgə yaşamağın incəliklərinə alışırlar, uşaqları olur, onlar böyüyüb artıq məktəb yaşma çatırlar, uşaqlara qulluğun ən çətin illəri arxada qalır. Deməli, yeni ailə gələcəkdə sərbəst yaşaya bilməyə hazır olur, sərbəst yaşayarkən ciddi çətinliklər yaranmır. Bir sözlə, udi icmasında ailənin möhkəmliyinə xüsusi fikir verilir.


Bununla bağlı bir məsələni də qeyd etmək yerinə düşərdi. Udilərdə keçmişdən qız qaçırma adəti olmayıb və belə hərəkət yolverilməz hesab olunub. Belə hesab edilirdi ki, qız qaçıran oğlan və qaçırılan qız öz hərəkətləri ilə təkcə valideynləri deyil, bütün camaatı təhqir edirlər. Bu yolla yaranan ailənin möhkəmliyinə etibar yoxdur.


Qudalar arasında çörək bölməkdən danışdıq. Bəylə əlaqədar olan bir ayin də nəzərdən qaçırılmamalıdır. Qudalar yeyib-içməyə başlayandan sonra təkcə qulluqçular deyil, bəy özü də qayınatasına, qayınanasına, qızın dayısına xidmət eləməyə borcludur. O, bu məqsədlə iri boşqablardan bir neçəsini götürür, aşbazın yanına gedir, boşqablara yəxni qoyulmasını xahiş edir, yoxni dolu boşqabları əvvəl qayınatasına, sonra qayınanasına, sonra da qızın dayısı üçün aparır.


Qayda belədir ki, camaat yeyib-içəndən sonra növbəti, toy üçün sonuncu olan rəqs mərhələsi başlanır. Hər iki tərəfdən olan qudalar xeyli müddət növbə ilə, yaxud birlikdə rəqs edirlər. Sonra qız tərəfdən gəlmiş qudalar oğlan tərəfinin adamları ilə görüşüb salamatlaşır, toy sahibinin
təklif etdiyi nəqliyyatla evlərinə qayıdırlar. Əgər qız evi yaxmdadırsa, heç bir nəqliyyat vasitəsindən istifadə olunmur. Lakin qadın qudalar həyətdən çıxmamış bir vacib missiyanı da yerinə yetirməlidirlər.


Qayda belədir ki, qız tərəfdən gəlmiş qadınlar süfrədən qalxandan sonra gəlinin anası, dayısı arvadı, bibisi ilə birlikdə mütləq gəlin olan otağa getməli, onunla görüşəndən sonra həyəti tərk etməlidirlər. Gəlinin yengəsi isə burada qalır və toy qurtaran axşam bəyin evində gecələyir.
Əlbəttə, bunun da öz səbəbi vardır. Məsələ bundadır ki, udilərdə birdəfəlik qəbul olunmuş qaydaya görə gə- lini bəyə toy qurtaran axşam deyil, ertəsi günün axşamı '‘tapşırırlar”. Toy qurtarandan sonra kirvə bəyi özü ilə evlərinə aparır və bəy gecəni kirvəsigildə keçirir.
Toy axşamı bəyin evində gecələyən yengə də bir neçə işi görməyə borcludur. O, oğlan tərəfinin gəlinlərinin köməyi ilə bəy otağını lazımi səliqəyə salmalı, gəlinin “xi- fosini” - “cehizini” yerbəyer etməlidir.


Mənbədə1 qeyd olunur ki, gəlin oğlan evinin həyətindən yeni mənzilinə aparılaraq yengəsi tərəfindən “gərdək” adlanan pərdənin arxasında yerləşdirilir. Keçmişdə Nic toylarında da belə bir qaydaya əməl edilib. Gəlin üçün hazırlanmış cehizlərin içərisində, yuxarıda qeyd etdiyimiz kimi gərdək də olub və bunun da səbəbi vardı.
Artıq qeyd etdiyimiz kimi, keçmişlərdə udilər bir qayda olaraq iki ailələrdə yaşayırdılar. Ata-ana və bəzən 2-
I. Bax: M.Bejanovutı göstərilən məqaləsi, səh. 242.

3 qardaş ailəsi bir damın - çox vaxt 2 otaqlı, döşəməsi torpaqdan olan bir damın altında yaşamalı olurdular. Belə ailələrin hər birində 20-25, bəzən daha çox adam olurdu. Belə bir şəraitdə gətirdikləri gəlin üçün xüsusi otaq ayırmaq əslində mümkün deyildi. Yəqin ki, elə buna görə də təzə gəlin üçün ayrıca bir guşə - gərdək düzəltmək ehtiyacı yaranıb. Bu məqsədlə də təxminən ötən əsrin əvvəllə- rinədək ərə gedən udi qızları üçün gərdək hazırlanır və o, məcburi cehiz elementi hesab olunurdu. Qeyd etdiyimiz kimi onu toydan xeyli qabaq hazırlayırlar və səliqə ilə büküb gəlin sandığına qoyardılar.


Sonralar, azsaylı ailələrin meydana gəlməsi və yaşayış evlərində daha geniş imkanların yaranması ilə əlaqədar olaraq gərdəklərə ehtiyac qalmayıb. Çünki cəmi 4-5 nəfərdən ibarət ailə üçün gəlinə xüsusi otaq ayırmaq elə çətin problem deyildi. Otağın bir hissəsini gərdəklə ayırmaq lazım gəlmirdi. Elə buna görə də gəlin üçün gərdək hazırlamaq adəti tədricən aradan çıxıb.


Burada bir məqam da maraqlıdır. Gəlinin cehiz sandığında başqa hədiyyələrlə yanaşı xeyli sayda əsasən güllü çit, yaxud satin parçadan tikilmiş döşlüklər olur. Onlar oğlan tərəfinin qadınlarına hədiyyə kimi verilir. Kimlərə verilməli olmasını da yengədən öyrənirlər. Həmin axşam bəy evində olan qadınlara hədiyyələr əlüstü təqdim olunur, qalan qadınlar hədiyyələrini sonrakı günlərdə alırlar. Qadınların əsas işi fındıq və s. yığmaq, tərəvəzə qulluq etməklə bağlı olduğu üçün bu döşlükləri çox qiymətli hədiyyə kimi qəbul edirlər. Gəlinin özü ilə 20-25 və daha çox döşlük gətirdiyini də qeyd etsək, fikir tam aydın olar.
Toydan sonra kirvə evinə gedən bəy də orada tək qalmır, tay-tuşlarmdan böyük bir qrup - bəzən 20-25 cavan onun başına toplanır, deyib-gülür, şənlənirlər. Bu məclisdə də bəyin qarşısında bir tələb durur: Heç bir halda spirtli içkilərə əl uzatmamalıdır. Onun başma toplanmış cavanlar isə həddini aşmamaq şərti ilə içkilərdən istifadə edə bilərlər. Cavanlar bir xeyli zarafatlaşıb yeyib-içəndən sonra dağılışırlar. Kirvənin evində gecələyən bəy isə ertəsi günü də axşama qədər onunla olur, ona kömək edir, birgə oturub- dururlar. El arasında deyilənə görə, bu gün bəy üçün ömrün “ən uzun günü” olur. Zarafatla deyirlər ki, ağaca pişik bağlanıb, ona görə də axşam gec düşəcək.


Oğlan evində gecələmiş yengə ertəsi gün təqribən axşam üstünə qədər burada olur. Qadınlar onun başına yığılır. Yengə üçün aş bişirilir, ona xüsusi hörmət edilir, hədiyyə verilib yola salınır. Əgər evi uzaqdırsa maşın tutulur, evi yaxındırsa uşaqların biri ilə yola salınır.


Axşam düşəndə isə kirvə bəyi öz evinə gətirir. Ənənəyə görə kirvə gəlin üçün bir boşqab aş və bir qədər də soyutma ət və şirin bişinti gətirərdi. Onun gətirdiyi bu ye- məklər bəylə gəlinin görüşündən qabaq, yeməkləri, həm də ilk birgə yeməkləri hesab olunardı. Kirvə isə bir qədər süfrə başında əyləşib cavanlara bəxtəvərlik arzulayandan sonra bəy həyətini tərk edərdi. Əlbəttə, onu mütləq hədiyyələrlə yola salardılar.

Bəy öz evinə gələndən bir müddət keçəndən, yəni hərə öz yerlərinə çəkiləndən sonra anası onu gəlin otağına yola salıb xeyir-dua verib qayıdardı. Bununla da toy mərasimi başa çatsa da ertəsi günü icra edilən bir ayin barədə mütləq deyilməlidir.


Bəylə gəlinin, “görüşünün” səhəri ev qadınlarından biri, əsasən ana gəlinin bakirəliyini öyrənib qızın vali-de- ynlərinə xəbər çatdırmağa borcludur. Bu ayin belə icra edilir. Bir şüşəyə çaxır, (sonralar araq) doldurulub boğazına qırmızı lent bağlanır və bir nəfərlə səhər tezdən qız evinə göndərilir. Orada çaxır şüşəsini qəbul edib oğlanın valideynlərinə də gözaydınlığı çatdırmağı xahiş edirlər. “Görüşdən” sonrakı gün səhər, lap erkən bəy adətə görə evi tərk etməli idi. O, əvvəlcədən əldə edilmiş razılığa görə dostlarından birinin evinə gedib bütün günü orada keçirirdi, heç kəsə görünməli deyildi. Ancaq axşam qaranlığı düşəndən sonra öz evinə qayıdardı.


Bununla da toy mərasimi başa çatmış olur. Lakin toydan sonra onunla bağlı olan daha iki tədbir də keçirilir ki, onların hər ikisi barədə qısaca da olsa qeyd etməliyik.


Bəylə gəlinin görüşündən əsasən bir həftə sonra oğlan evində “Bul osqsıtn” adlanan bir məclis keçirilir ki, bunun da mənası “başyumaq” deməkdir. Məclisdə hər iki tərəfin cavan qız gəlinləri və bir neçə də yaşlı qadın iştirak edir. Gəlinin görüşü axşamı “çirklənmiş” alt paltarları nümayiş etdirilir, onlar qız tərəfdən gəlmiş qadınlar tərəfindən “yuyulur”, həm do gəlinin özü də onların “köməyi” ilə yuyunub təmizlənir. Tədbirin adı da elə buradan götürülüb. Qız-gəlinlər “yuyub-təmizləmə” işlərini qurtarandan sonra süfrə açılır. Bu tədbirin çox böyük tərbiyəvi və mənəvi əhəmiyyəti vardır. Çünki gəlinin bakirətqız kimi ər evinə köçdüyünü hər iki tərəfin nümayəndələrinə nümayiş etdirir.


“Baş yumaq” tədbirindən təxminən bır həftə sonra təzə yeznəni gəlmlə bərabər onun atası evinə qonaq çağırırlar. Axşam qız evinə oğlan və qızın qohum-qonşularının oğlan və qızlarından bir dəstə də toplaşır. Hamı gəlini ata evinə ilk gəlişi münasibətilə qarşılayır. Yeyib-içib onu ata evində qoyub dağılışırlar. Bəy özü də qayınatası gildə yox, qayıdıb öz evlərində gecələyir. Lakin bir çox hallarda bəy birinci gün qız atasının evində gecələyir, ertəsi gün gəlini qovub özünün evinə qayıdardı. Gəlinin isə daha bir gün ata evində qalmağa ixtiyarı vardır. Deməli, təzə gəlin ata evində 2 gün qalardı vo sonra bir dəstə qadınla birlikdə evinə qayıdardı. Qayınanası sonrakı həftədən başlayaraq gəlini hər iki tərəfdən olan yaxın qohumlarının evlərinə qonaq aparardı. “Bin tarastun” - “gəlin gəzdirmək” adlanan bu tədbir xeyli müddət davam edir. Qavınana çalışır ki. gəlini öz evində görmək istəyən qohumların heç biri narazı qalmasın. Əlbəttə, qonaq qaldığı evlərin hamısında ona hədiyyələr verilərdi. Həmin qohumların hər birinin evində gəlin adətən 2 gün qalır. Bu günlərin birində axşam təzə veznə də qonaq çağrılır. Lakin qonaqlır başa çatandan sonra o mütləq öz evinə qayıdır.


Nəhayət, toydan bir müddət sonra keçirilən bir tədbir barədə də ötəri də olsa qeyd etmək lazım gəlir. Toydan 1-2 ay sonra hər iki tərəfin qohum-qonşuları axşam oğlan evinə yığılırlar. Bu qudaların oğlan evinə ilk rəsmi dəvət "olunmasıdır. Onların bu ilk görüşündə kimlərin iştirak ct- məloti əvvəlcədən razılaşdırılır. Bir qayda olaraq bu təd- biıdə hər tərəfdən 15-20, bəzən daha artıq adanı iştirak edir. Məclisin maraqlı məqamlarından biri gəlinin qız tərəfdən gəlmiş qudalar tərəfindən, bütövlükdə isə hər iki tərəfdən olan iştirakçılar tərəfindən “iiza çıxarılmasıdır”. Bu məqsədlə onu məclisə dəvət edir və hədiyyələr verir- ləı. Məclisdə 2 nəfər - qızın dayısı vo oğlanın kirvəsi əsas sima hesab olunurlar vo onlara xüsusi hörmət göstərirlər.


“Qudoğoy qonaqluğ” - adlanan bu tədbirdən sonra ailə qurmaq silsiləsindən olan bütün tədbirlər əsasən başa çatmış olur, qohumluq münasibətləri öz normal axarı ilə davam etməyə başlayır

 

.UDİLƏRDƏ ƏNƏNƏVİ TOY MƏRASİMLƏRİ
AGAH - 2003, Gəncə

Azorbaycərı Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI

 

Read 124 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR