Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 24 Yanvar 2018 07:31

SAXUR XALQININ TARIXƏN SÖNMÜŞ ÇIRAĞININ YENIDƏN İŞIQLANMASI

Written by 

Coğrafi mövqeyinə görə saxurların yaşayış məskənləri Böyük Qafqaz ərazisinin (Samurun və Muxaxçayın, Talaçayın orta və yuxarı, Süskənçay və Kürmükçayın yuxarı sutoplayıcı sahələri) dağlıq və dağ ətəyi sahələrini təşkil edir.


Saxur dili mənşəyi etibarilə Dağıstan xalqları sırasına daxildir. Müasir dövrdə Dağıstan MR və Azərbaycan Respublikasının bir sıra kəndlərinin əhalisi bu dildə danışır. Dağıstan MR-da - Qurtul, Qilmez, Mikek, Xiyaq, Saxur, Xoyik, Muslaq, Mişleş, Korş, Cınıq, Attal, Baş Kalel, Baş Muxax (qismən Mahacqala ş., Rutul rayon mərkəzi), Azərbaycan Pespublikasında - Zaqatala rayonunun Ağdam Kalel, Mişleş, Gözbarax (Qudbarağ), Ələsgər (Harasqal), Sabunçu, Suvagil, Yeni Suvagil, Qas, Qarqay, Qalal, Əzgilli, Mamrux, Lahıc, Əli Bayramlı, Çincar, qismən (Cimcimax, Muxax, Çobankol, Yuxarı Tala, Qımır, Yuxarı Çardaxlar və Zaqatala ş.) və Qax rayonunun - Ləkit-Kötüklü, Qum, Çinarlı, Üzümlü, (qismən Güllük, İlisu, Sarıbaş, Zərnə, Ağçay, Qaşqaçay və Qax ş.) yaşayış məntəqələrinin sakinləri qismən və ya tam şəkildə saxurlardan ibarətdir.


Qeyd edək ki, qismən adlandırdığımız əksər yaşayış məntəqələrinin əhalisi keçmişdə saxurlar olmuş və o dildə də danışmışlar (prof. A.Qenko, Saxskiy Alfavit, 1934). Başqa bir tədqiqatçının fikrincə, saxurların sayı əvvəllər daha çox olmuşdur (A.M.Dirr, 1913). Bunun səbəblərindən biri odur ki, SSRİ dövründə və indi Azərbaycan Respublikasında yaşayan saxurların təxminən 90%-nin milliyyəti rəsmi sənədlərdə onların öz istəkləri ilə azərbaycanlı kimi göstərilmişdir.


Saxur dilinə olan diqqətə bir sıra tədqiqatçıların əsərlərində rast gəlirik [N.Trubetzkov, 1931; E.F.Djeyranaşvili, 1953; E.A.Bokarev, 1961; B.B.Talıbov, 1961; S.Ulman, 1962; A.M.As-lanov, 1965 və s.].


Böyük xalqların folkloru ilə yanaşı, azsaylı xalqların folklorunu da öyrənmək tələb olunur. Bu barədə Azərbaycan
9
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanması azsaylı xalqları çox sevindirmişdir.
Respublika Prezidentinin bu etimadına digər azsaylı xalqlar kimi saxur xalqı da çox sevinir və ona minnətdarlığımızı bildiririk. Prezidentimizin hərtərəfli siyasəti bizə böyük ruh yüksəkliyi verir və Azərbaycanda yaşayan xalqları bir-birinə bağlayan dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirir.


Şübhəsiz ki, Yer kürəsidə təbiətin gözəlliyi onun müxtəlif relyefə, torpağa, suya və iqlimə malik olması ilə müəyyən olunduğu halda, cəmiyyətdə bu gözəllik xalqların dil müxtəlifliyi, onların folkloru, adət-ənənələri və mədəniyyəti ilə təmsil olunur. Azsaylı xalqların folklorunun böyük xalqların mədəniyyətinə inteqrasiya etməsi onların daha böyük mədəniyyətin kulminasiya zirvəsinə ucalmasına səbəb olur.


Bununla yanaşı, saxur xalqının folklorunun, dil və adət-ənənələrinin öyrənilməsi onun mədəniyyətinin qorunub saxlanıl-masına səbəb olacaqdır. Şübhəsiz ki, saxur xalqının folkloru və dilinin öyrənilməsi, saxur xalqına məxsus yaradıcılıq nümunələrinin gələcək nəsillərə çatdırılmasında və qorunmasında böyük rol oynayacaqdır. Bunun da əhəmiyyəti əvəzsizdir.
Azərbaycanın böyük mədəniyyətə malik olmasında və çiçəklənməsində saxur xalqının da övladları daima iştirak etmiş və indi də bu fəaliyyətlərini davam etdirirlər. Onlar sənaye sahələrində, kənd təsərrüfatında, hərb işinidə, səhiyyədə, elm və təhsil sahələrində çalışmaqla daima respublikanın tərəqqisində digər millətlərlə çiyin-çiyinə çalışmağı davam etdirirlər.
Saxur xalqının tanınmış ziyalılarından biri Azərbaycanda dilçilik sahəsində çalışan və özünəməxsus yer tutan filologiya elmləri doktoru, professor Səlim Abdullətif oğlu Cəfərovdur. Onun bu sahədə göstərdiyi xidmətlərindən bəzi məqamları Bakı Dövlət Universitetinin əməkdaşı f.e.d. prof. M.Qiyasbəylinin 24 may 1997-ci ildə «Naxçıvan» qəzetində Azərbaycan SSR Dövlət mükafatı laureatı, fililogiya elmləri doktoru, professor Səlim Əbdüllətif oğlu Cəfərova həsr etdiyi məqaləsində öz əksini tapmışdır. «O da dilimizin fədaisi idi ...» adlı məqaləsində M.Qiyasbəyli bundan geniş şəkildə bəhs edir.

Azərbaycan dilçiliyindəki uğurları ilə yanaşı, alim öz doğma dilini də unutmamış, 1934-1941-ci illərdə saxur dilinin əlifbasını yaratmış və bu dilin qrammatikasına və fonetikasına aid bir neçə kitab nəşr etdirmişdir. Sonradan f.e.n. Abdulla Qarayev, f.e.n. Əhməd Qurbanov, f.e.d., prof. Əhməd Aslanov tərəfindən inkişaf etdirilmişdir. Dağıstan MR f.e.d. prof. Rusiya EA akademiki Harun İbrahimov tərəfindən saxur xalq dilinin fonetikası yazılmışdır.


Bununla yanaşı, Azərbaycan Pespublikasında elm, təhsil, səhiyyə və memarlıq sahələrində çalışmış və çalışan saxur xalqının nümayəndələrindən bəzilərinin, o cümlədən f.r.e.d., AMEA–nın müxbir üzvü Prezident təqaüdçüsü Abdulla Muxtarovun, b.e.d. AMEA-nın müxbir üzvü İbrahim Əzizovun, tibb.e.d., prof. Bəhram Aşurovun, tibb e.ü.f.d. Arif Yusibovun, c.e.ü.f.d. professor Mamed Çobanzadənin, c.e.ü.f.d. Cuma Məmmədovun, f.r.e.f.d. İsmayıl Yusibovun, f.r.e.ü.f.d. Bəhram Mehdiyevin, f.r.e.ü.f.d. Elmira Muxtarovanın, f.r.e.ü.f.d. Murad Muxtarovun, f.r.e.ü.f.d. Əkrəm Aslanovun, f.r.e.ü.f.d. Kamran Rəhimovun, t.e.ü.f.d. Eldar Mehdiyevin, t.e. ü.f.d. Aidə Cəfərovanın, f.e.ü.f.d. Afət Cəfərovanın, t.e.ü.f.d. prof. Xalıq Yahudovun, t.e.ü.f.d. Aslan Əhmədovun, f.e.ü.f.d. Ramazan Məmmədovun adlarını çəkmək olar.


Qeyd etmək lazımdır ki, saxur xalqı az saylı olmasına baxma-yaraq, dil, danışıq, davranış, müraciət qaydalarına görə də, özünə-məxsus mədəniyyəti ilə digərlərindən fərqlənir. Xalqın qədimliyi, onun dilində çörək, su və hərəkətin dinamikasında müxtəlif cinslərə müraciət qaydalarının sadəliyi ilə digər xalqlara bənzəməməsi və sırf özünəməxsus olması ilə müəyyən olunur. Belə ki, qadının gəlişi k e r a, kişinin gəlişi k o r a, qadının getməsi h e r a, kişinin getməsi isə h o r a sözləri ilə çox incəliklə ifadə olunur.
Rus və ya başqa dillərdə çörək anlayışında qeyri-müəyyənlik müşahidə olunur. Belə ki, çörəyin buğda unundan və ya başqa undan bişirilməsi məlum deyil. Saxur dilində çörək sözündə onun hansı undan bişirilməsinə də işarə vardır. Məsələn, q ı k - qarğıdalı unundan, q n e y - buğda unundan, ş ı l ğ ı d i y - arpa unundan bişirilmiş çörək deməkdir. Yəni bu kimi məqamlarda ikinci sözün işlənməsinə lüzum qalmır.

Adət-ənənə baxımından toy şənliyində gəlinin ər evinə qədəm qoyma anında bəy tərəfindən tüfənglə havaya güllə atılması da digər xalqlardan fərqli olan gəlinə xüsusi xəbərdarlıq işarəsidir.
Qaxac ətindən plov və xəmir xörəklərin bişirilməsində istifadə edilməsi də çox maraqlıdır.
Mətbəx işlərinin aparılması xörək bişirmə mədəniyyətinə xidmət etdiyi kimi, eyni zamanda dilin də püxtələşməsinə, dildə yeni sözlərin və qaydaların yaranmasına və öyrənilməsinə xidmət edir.
Saxur xalqının müasr dövrə kimi öyrənilməmiş və öyrənil-məsini tələb edən dil müraciət qaydaları və maraqlı adət-ənənələri çoxdur. Onların öyrənilməsi dilin və folklorun inkişafına xidmət edir. Son dövrdə fransız tədqiqatçılarının saxur dilinə və folkloruna olan marağı da yəqin ki, bu baxımdandır.


Hesab edirik ki, xalqlar azsaylı da olsa onların da dilində digər dillərin püxtələşməsi üçün müəyyən sirli məqamlar ola bilər. Müasir dövrdə həmin sirlərin açılması gənclərin payına düşür. Belə də deyirlər ki, hədiyyənin böyüyü, kiçiyi olmaz. Yəqin ki, bu cür yanaşmanı dillərə də şamil etmək olar.
Bu baxımdan saxur xalqının nümayəndəsi kimi xalqımızın folkloru ilə bağlı aparılan belə tədqiqatları bəyənir və alqışlayırıq. Belə hesab edirik ki, tamamlanmış bu tədqiqatla kifayətlənmək lazım deyil. Daha yeni tədqiqatların aparılmasına ehtiyac vardır.
Günəşli Azərbaycanda saxur xalqının tarixən sönmüş çırağının yenidən işıqlanmasına şərait yaradan Azərbaycan Ras-publikasının Prezidenti İlham Əliyevə, Şəki-Zaqatala bölgəsində yaşayan azsaylı xalqların folklorunu toplayıb nəşr etdirmək işində əməyi olan hər kəsə, o cümlədən AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanova, xüsusilə də bu kitabın müəllifi və tərtibçisi kimi bütün əziyyətini çəkən Mətanət xanım Yaqubqızına saxur xalqı adından dərin minnətdarlığımızı bildiririk və ona yeni yaradıcılıq uğurları arzu edirik.


Cuma Məmmədov

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
____________________________________________
AZSAYLI XALQLARIN
FOLKLORU
 2014

Read 109 times

Related items



XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR