Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 24 İyul 2017 07:48

Cek kən­di və cek­li­lər azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın da­şı­yı­cı­la­rı ki­mi... (I)

Written by 

Azər­bay­can tor­pa­ğı zən­gin­dir. Bu zən­gin­lik yur­du­mu­zun hər qa­rı­şın­da nə­zə­rə çar­pır. Öl­kə­miz həm ye­ral­tı və ye­rüs­tü sər­vət­lə­ri­nə, mad­di-mə­nə­vi abi­də­lə­ri­nə, həm də zə­ka­lı, in­tel­lektli, sa­vad­lı şəx­siy­yət­lə­ri­nə, mil­li tər­ki­bi­nə gö­rə zən­gin­dir. Də­qiq­ləş­di­ril­mə­miş mə­lu­mat­la­ra gö­rə, bu­ra­da 70-dən yu­xa­rı xal­qın nü­ma­yən­də­si ya­şa­yır, özü də qar­daş­ca­sı­na, dostca­sı­na.

Azər­bay­can ta­ri­xən mil­li və mə­də­ni müx­tə­lif­lik sa­hə­sin­də se­çi­lib. Yə­qin ta­le­yin işi­dir ki, öz yur­dun­dan qa­çaq dü­şən­lər, ya­xud qo­vu­lan­lar və­tə­ni­miz­də sı­ğı­na­caq ta­pıb­lar. Bu xalqlar Azər­bay­can­da heç bir ay­rı­seç­ki­li­yin, diskri­mi­na­si­ya­nın şa­hi­di ol­ma­yıb.

Bu gün Azər­bay­can çox­mə­də­niy­yət­li bir di­yar­dır. Bu­ra­da bir sı­ra din­lə­rin və xalqla­rın nü­ma­yən­də­si ya­şa­yır. Bu xalqlar­dan bi­ri də cek­li­lər­dir.

Çox­dan­dır qə­dim xalqlar­dan olan cek­li­lər haq­qın­da yaz­maq, on­la­rın ta­ri­xi, hə­yat tər­zi, mə­i­şə­ti haq­qın­da söh­bət aç­maq is­tə­yir­dim. Söz­süz ki, Azər­bay­can­da ya­şa­yan az­say­lı xalqla­rın hər bi­ri haq­qın­da ge­niş, əha­tə­li, sırf faktla­ra söy­kə­nən araş­dır­ma ya­zı­la­rı­nın ha­zır­lan­ma­sı­na eh­ti­yac var. Bu sa­hə­də "Ba­kı-Xə­bər" qə­ze­ti da­vam­lı ola­raq araş­dır­ma xa­rak­ter­li mə­qa­lə­lər çap edir.

Cek­li­lər haq­qın­da "Vi­ki­pe­di­ya" Açıq En­sik­lo­pe­di­ya­sı­na yer­ləş­di­ri­lən mə­qa­lə­də qeyd edi­lir ki, cek­li­lər və ya cek­lər Azər­bay­can Res­pub­li­ka­sın­da Şah­dağ xalqla­rı­nın nü­ma­yən­də­lə­rin­dən bi­ri olan abo­ri­gen azər­bay­can­lı­lar­dır. Söz yox ki, Azər­bay­can­da ya­şa­yan hər bir xal­qın nü­ma­yən­də­si azər­bay­can­lı­dır və azər­bay­can­çı­lıq məf­ku­rə­si­nə, azər­bay­can­çı­lıq ide­ya­sı­na xid­mət edir.

Azər­bay­can Res­pub­li­ka­sı­nın sa­biq pre­zi­den­ti mər­hum Hey­dər Əli­yev Azər­bay­can­da ya­şa­yan az­say­lı xalqlar haq­qın­da də­yər­li fi­kir­lər mi­ras qo­yub. Hey­dər Əli­yev mil­li az­lıq­la­rın nü­ma­yən­də­lə­ri ilə ke­çir­di­yi gö­rüş­lə­ri­nin bi­rin­də de­yib: "Biz Azər­bay­can de­yən­də onun sər­və­ti­ni, onun gö­zəl tə­bi­ə­ti­ni nə­zər­də tu­tu­ruq. La­kin bü­tün bun­lar­la ya­na­şı, res­pub­li­ka­nın ən baş­lı­ca sər­və­ti əsrlər­dən bu tor­paq­da ya­şa­yan, öz ta­le­yi­ni, öz hə­ya­tı­nı bu tor­pa­ğa bağ­la­yan, müx­tə­lif mil­lət­lər­dən olan, müx­tə­lif din­lə­rə eti­qad edən adam­lar­dır. Öl­kə nə qə­dər çox xal­qı bir­ləş­dir­sə, bir o qə­dər də zən­gin olar".

Hey­dər Əli­ye­vin nə­sil­lə­rə ör­nək olan fik­ri təs­diq­lə­yir ki, bu­ra­da ya­şa­yan qey­ri-türklər də bi­zim­lə ey­ni məf­ku­rə­yə, məq­sə­də, mə­ra­ma qul­luq edir.

Mə­lum­dur ki, res­pub­li­ka­mı­zın şi­mal-şərq his­sə­sin­də, Bö­yük Qaf­qa­zın Şah­dağ pla­to­su bo­yun­ca məs­kən sal­dıq­la­rı üçün Şah­dağ qru­pu ki­mi fərqlən­di­ri­lən, say­ca az­lıq təş­kil edən mil­li et­nik qrup­lar­dan bi­ri cek­li­lər­dir.

Ta­rix­də özü­nə­məx­sus ye­ri olan cek­li­lər haq­qın­da araş­dır­ma apar­maq ol­duq­ca ma­raq­lı ol­du. Bu iş­də bə­ləd­çim Sum­qa­yıt Təh­sil İda­rə­si­nin me­to­dis­ti, "Cek Cə­miy­yə­ti" İc­ti­mai Bir­li­yi­nin səd­ri Əl­həd­din Cek­li Pa­şa­yev ol­du. Əl­həd­din mü­əl­lim­lə Sum­qa­yıt şə­hə­rin­də gö­rüş­dük. Onu da vur­ğu­la­yım ki, Əl­həd­din mü­əl­lim hə­ya­tı­nın bö­yük his­sə­si­ni pe­da­qo­ji fə­a­liy­yə­tə həsr edib. Sum­qa­yıt ic­ti­ma­iy­yə­ti­nin çox də­rin hör­mət bəs­lə­di­yi Əl­həd­din Cek­li cek­li­lər haq­qın­da ol­duq­ca ma­raq­lı fi­kir­lər söy­lə­di. Əv­vəl­cə onu bil­dir­di ki, cek­li­lər hə­mi­şə döv­lə­tə, döv­lət­çi­li­yə sa­diq olub. Azər­bay­ca­nı ca­nı, qa­nı ilə se­vən cek­li­lər azər­bay­can­çı­lıq ide­ya­sı­na bağ­lı­dır.

Əl­həd­din Cek­li Pa­şa­yev cek­li­lər haq­qın­da da­nı­şar­kən ta­ri­xi faktlar­dan si­tat­lar gə­tir­di.

Ə.Cek­li bil­dir­di ki, 1921-ci il­də Azər­bay­can Xalq Tə­sər­rü­fa­tı Şu­ra­sı­nın nəş­riy­ya­tı tə­rə­fin­dən Ba­kı­da əs­ki əlif­ba­da nəşr edi­lən Mə­həm­məd­hə­sən Və­li­nin (Ba­har­lı­nın) "Azər­bay­can (Coğ­ra­fi-tə­bii, et­noq­ra­fik və iq­ti­sa­di mü­la­hizat)" ad­lı ki­ta­bı­nın et­noq­ra­fi­ya böl­mə­sin­də adı çə­ki­lən et­nos­lar­dan bi­ri cek­li­lər­dir: "Mə­həm­məd­hə­sən Və­li­li on­la­rın sa­yı­nın 5 min nə­fər ol­du­ğu­nu gös­tər­miş, hə­min ki­tab­da dərc edi­lən Dok­tor Dü­rer və həm­kar­la­rı tə­rə­fin­dən tər­tib edil­miş "Mil­lət­lə­rin kva­li­fi­ka­si­ya et­no­lo­gi­ya­sı"nın Azər­bay­ca­na aid his­sə­sin­də isə cek­li­lər "Əsl Qaf­qa­zi­ya mil­lət­lə­ri" ai­lə­si­nə aid edi­lib. Azər­bay­can­da abo­ri­gen xalqlar­dan sa­yı­lan, qə­dim al­ban tay­fa­la­rın­dan olan cek­li­lər ha­zır­da Azər­bay­can di­as­po­ru­nun və türk lob­bi­si­nin tər­kib his­sə­si­ni təş­kil edən mil­li-et­nik nü­ma­yən­də­lə­rin­dən bi­ri­dir. Azər­bay­can Res­pub­li­ka­sı­nın şi­mal-şərq his­sə­si pla­to­su  bo­yun­ca məs­kən sal­dıq­la­rı üçün "Şah­dağ et­nik qru­pu" və ya "Şah­dağ xalqla­rı­nın nü­ma­yən­də­si" ki­mi fərqlən­di­ri­lən, say­ca az­lıq təş­kil edən cek­li­lə­rin ta­ri­xi məs­kən­lə­ri və mər­kə­zi iqa­mət­gah­la­rı Qu­ba ra­yo­nu­nun Cek kən­di­dir. Çox qə­dim ta­ri­xə ma­lik ya­şa­yış məs­kə­ni olan Cek kən­di Azər­bay­can Res­pub­li­ka­sı­nın şi­mal-şərq his­sə­si pla­to­sun­da, Qu­ba şə­hə­ri­nin 35 km cə­nub-qər­bin­də,

41°11?49 şi­mal enin­də və 48°14?30 şərq uzun­lu­ğun­da, də­niz sə­viy­yə­sin­dən 1643 metr yü­kəsklik­də, Qud­yal­ça­yın sa­hi­lin­də yer­lə­şir. Kənd əha­li­si­nin ya­şa­yış sa­hə­si təq­ri­bən 7 km-lik ra­di­u­su əha­tə edir. Şi­mal­dan Qrız, cə­nub­dan Əlik, şərqdən ya­xın vaxtla­ra qə­dər möv­cud olan Yer­güc, qərbdən isə Qa­lay­xu­dat kəndlə­ri ilə əha­tə olu­nub. 8 av­qust 1930-cu il­dən Qo­naq­kənd ra­yo­nu­nun tər­ki­bin­də ol­muş Cek kən­di 4 de­kabr 1959-cu il­dən Qu­ba ra­yo­nu­nun tər­ki­bin­də­dir. İn­zi­ba­ti-əra­zi böl­gü­sü­nə gö­rə SSRİ döv­rün­də Əlik, Ha­put, Qrız və Qrız­dəh­nə kəndlə­ri ilə bir­lik­də Əlik kənd so­vet­li­yi­nin tər­ki­bin­də idi. 1999-cu il­də ke­çi­ril­miş bə­lə­diy­yə seç­ki­lə­ri nə­ti­cə­sin­də for­ma­laş­dı­rıl­mış Əlik bə­lə­diy­yə­si­nin tər­ki­bi­nə da­xil edil­miş­di. Əlik bə­lə­diy­yə­si­nin tər­ki­bi­nə 1999-2009-cu il­lər­də Əlik, Ha­put və Cek kəndlə­ri da­xil idi. 2009-cu il­də­ki bə­lə­diy­yə seç­ki­lə­rin­də isə da­ha iki kənd - da­ha doğ­ru­su, Qrız bə­lə­diy­yə­si (Qrız və Qrız­dəh­nə kəndlə­ri) də Əlik bə­lə­diy­yə­si­nə bir­ləş­di­ri­lib.

Də­qiq ola­raq "Cek" sö­zü­nün eti­mi­o­lo­gi­ya­sı­nı hə­lə­lik tam açıq­la­maq müm­kün ol­ma­sa da, bu ba­rə­də bə­zi eh­ti­mal­lar möv­cud­dur. Uzun za­man­lar apar­dı­ğı­mız araş­dır­ma­lar nə­ti­cə­sin­də be­lə qə­na­ə­tə gəl­mək olar ki, çox gü­man, "Cek"  sö­zü cek di­lin­də­ki "ci­qa" sö­zün­dən gö­tü­rü­lüb və Azər­bay­can di­lin­də "əra­zi", "mə­kan", "tor­paq", "yer" de­mək­dir.

Kənd əha­li­si­nin et­nik tər­ki­bi­ni Qaf­qaz antro­po­lo­ji ti­pi­nə məx­sus cek­li­lər təş­kil edir. Bir sı­ra mən­bə­lər­də mü­əy­yən qə­dər təh­rif olu­na­raq "cek­lər", "ceq­lər", "ceg­lər", "ce­gil­lər", "cəg­lər", "cək­lər" və di­gər for­ma­lar­da gös­tə­ri­lən cek­li­lər ha­zır­da Cek kən­din­dən baş­qa, əsa­sən Qu­ba­nın di­gər kəndlə­rin­də, res­pub­li­ka­mı­zın Ba­kı və Sum­qa­yıt  şə­hər­lə­rin­də, Ab­şe­ron, Si­yə­zən, Şab­ran, Xaç­maz, Qu­sar ra­yon­la­rın­da, öl­kə­dən kə­nar­da isə Ru­si­ya Fe­de­ra­si­ya­sın­da, Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rın­da, bə­zi Av­ro­pa öl­kə­lə­rin­də və di­gər mə­kan­lar­da məs­kun­laş­mış­lar".

Ə.C.Pa­şa­yev bil­dir­di ki, cek­li­lər öz­lə­ri­ni cek di­lin­də "ce­kad" ad­lan­dı­rır. Bu söz iki his­sə­dən iba­rət­dir: "cek"- sö­zü­nün kö­kü və "ad" - mən­su­biy­yət şə­kil­çi­si­dir. "Ce­kad" sö­zün­də­ki "-ad" şə­kil­çi­si Azər­bay­can di­lin­də­ki "li" şə­kil­çi­si­ni əvəz edir: "cek+ad"= cek+li".

Bir­lik səd­ri­nin ver­di­yi mə­lu­ma­ta gö­rə, ta­ri­xi mən­bə­lə­rə nə­zər sal­dıq­da gör­mək olar ki, XVI­II yü­zil­li­yin sə­nəd­lə­rin­də Cek kən­di­nin Xı­na­lıq ma­ha­lı­nın tər­ki­bin­də ol­du­ğu gös­tə­ri­lir: "Xü­su­si­lə də Qu­ba xan­lı­ğı döv­rün­də Xı­na­lıq ma­ha­lı­nın tər­ki­bin­də olan Cek kən­din­də 280 tə­sər­rü­fat möv­cud idi. Ta­xıl­çı­lıq və mal­dar­lıq­la məş­ğul olan əha­li­nin ver­gi ve­rən rə­iy­yət və rəncbər­lə­ri­nin sa­yı isə 225 nə­fər idi. Baş­qa bir mən­bə­də rus təd­qi­qat­çı­sı F.F.Si­mo­no­vi­çin yaz­dı­ğı­na gö­rə, Qu­ba ma­li­ka­nə­si 8 ma­ha­la bö­lün­müş­dü. Hə­min ma­hal­lar­dan iki­si­nin əra­zi­si - Bu­duq və Xı­na­lıq ma­hal­la­rı bir­lik­də coğ­ra­fi möv­qe­yi­nə gö­rə "Da­ğıs­tan" ad­la­nır­dı. Cek kən­di ilə bir­lik­də 9 kən­di əha­tə edən bu iki ma­ha­lın əra­zi­sin­də 950-yə qə­dər tə­sər­rü­fat möv­cud idi. P.Q.But­kov da Bu­duq və Xı­na­lıq ma­hal­la­rı­nı bir­lik­də "Qu­ba Da­ğıs­ta­nı" ad­lan­dı­rır və bil­di­rir ki, Bu­duq ma­ha­lı ümu­mi­lik­də 387 tə­sər­rü­fa­ta ma­lik 13 kən­di əha­tə edir. Xı­na­lıq ma­ha­lın­da isə cə­mi 4 kənd bir­ləş­miş­di. Bun­lar Xı­na­lıq (200 ev), Qrız (180 ev), Cek (130 ev) və Əlik (100 ev) kəndlə­ri idi. Növ­bə­ti mən­bə­lər­də isə N.Zeydli­sin 1873-cü ilə aid olan mə­lu­ma­tı­na gö­rə, Qu­ba qə­za­sın­da­kı cek­li­lə­rin qrız­lar­la bir­lik­də ümu­mi sa­yı 9694 nə­fər idi. N.Zeydlis əha­li­ni "cek­li­lər" ki­mi qə­bul et­di­yi Cek kən­din­də 309 tüs­tü­nün ol­du­ğu­nu və bu­ra­da 1100 ki­şi­nin, 1061 nə­fər qa­dı­nın ya­şa­ma­sı ba­rə­də mə­lu­mat ver­miş­di. XIX əs­rin 80-ci il­lə­ri­nə aid olan baş­qa bir mən­bə­də cek­li­lə­rin ha­put­lu­lar  ilə bir­lik­də Nu­xa qə­za­sın­da 1174 nə­fər, Ərəş qə­za­sın­da 1117 nə­fər, Göy­çay qə­za­sın­da 736 nə­fər, Qu­ba qə­za­sın­da isə 4899 nə­fər ol­du­ğu qeyd olu­nur. P.N.Ya­qo­dinski­nin 1886-cı il­də Tif­lis­də nəşr olun­muş əsə­rin­də XIX əs­rin so­nun­da isə Qu­ba qə­za­sın­da cek­li­lə­rin sa­yı­nın 1277 nə­fər ol­du­ğu mə­lum olur. 1886-cı il­də Za­qaf­qa­zi­ya­da ke­çi­ril­miş ai­lə si­ya­hı­ya alın­ma­sı ma­te­ri­a­lın­da Cek kən­din­də 1041 tüs­tü­nün ol­du­ğu və bu­ra­da 4096 nə­fər ki­şi və 3307 nə­fər qa­dı­nın ya­şa­dı­ğı gös­tə­ri­lir.

Ha­zır­da cek­li­lə­rin sa­yı­nın də­qiq­ləş­di­ril­mə­si, Azər­bay­ca­nın bu uni­kal et­no­su­nun get­dik­cə yad­dan çı­xan ta­ri­xi­nin, mə­də­niy­yə­ti­nin, di­li­nin, adət-ənə­nə­lə­ri­nin bər­pa və təb­liğ edi­lə­rək qo­ru­nub sax­lan­ma­sı­nı tə­min et­mək məq­sə­di­lə "Cek Cə­miy­yə­ti" təş­ki­la­tı fə­a­liy­yət gös­tə­rir. Əl­həd­din Cek­li­nin rəh­bər­lik et­di­yi təş­ki­la­tın baş­lı­ca şü­a­rı be­lə­dir: "Biz CAN de­yi­rik! Yə­ni cek­li­lər Azər­bay­can na­mi­nə! 31 mart 2011-ci ilə qə­dər adı Azər­bay­can Cek­li İc­ma­sı" İc­ti­mai Bir­li­yi olan "Cek Cə­miy­yə­ti" İc­ti­mai Bir­li­yi 31 mart 2006-cı il­də Sum­qa­yıt şə­hə­rin­də tə­sis edi­lib".

O qeyd et­di ki, "Azər­bay­can Cek­li İc­ma­sı" İc­ti­mai Bir­li­yi­nin 31 mart gü­nü tə­sis edil­mə­si heç də tə­sa­dü­fi de­yil. Mü­sa­hi­bim xa­tır­lat­dı ki, Azər­bay­can xal­qı­na qar­şı tö­rə­di­lən bü­tün soy­qı­rı­mı fa­ci­ə­lə­ri­ni qeyd et­mək məq­sə­di­lə mər­hum pre­zi­dent Hey­dər Əli­ye­vin 26 mart 1998-ci il ta­rix­li, 690 nöm­rə­li "Azər­bay­can­lı­la­rın Soy­qı­rı­mı Haq­qın­da" Fər­ma­nı­na əsa­sən, 31 mart - Azər­bay­can­lı­la­rın Soy­qı­rı­mı Gü­nü elan edi­lib: "Bu ta­rix Azər­bay­can ta­ri­xi­nin fa­ci­ə­li sə­hi­fə­lə­rin­dən bi­ri ol­du­ğu ki­mi, cek­li­lər üçün də fa­ci­ə­li­dir. Çün­ki son iki əsrdə Qaf­qaz­da hi­ma­yə­dar­la­rı­nın dəs­tə­yi ilə er­mə­ni­lər tə­rə­fin­dən məq­səd­yön­lü şə­kil­də hə­ya­ta ke­çi­ril­miş et­nik tə­miz­lə­mə və soy­qı­rı­mı si­ya­sə­ti bü­tün azər­bay­can­lı­lar ki­mi cek­li­lər­dən də yan keç­mə­yib. 1918-ci ilin ya­zın­da er­mə­ni­lər tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən soy­qı­rı­mı za­ma­nı Qu­ba ma­ha­lın­da zə­rər çək­miş kəndlər­dən bi­ri də Cek kən­di və zə­rər çək­miş et­nos­lar­dan bi­ri isə Cek kən­din­də və di­gər kəndlər­də məs­kun­laş­mış cek­li­lər olub. Bu fakt di­gər şah­dağ­lı­lar ki­mi cek­li­lə­rin də de­moq­ra­fik in­ki­şa­fı­na cid­di tə­sir gös­tə­rib.

Cek kən­di İkin­ci Dün­ya Mü­ha­ri­bə­si il­lə­rin­də də çə­tin və acı­na­caq­lı dövr ya­şa­yıb. Be­lə ki, mü­ha­ri­bə il­lə­rin­də əha­li­nin əlin­də olan bü­tün mal-döv­lə­ti top­la­na­raq cəb­hə­yə gön­də­ri­lib.

1941-ci ilin oktyab­rın­da əsa­sən Qu­ba-Qu­sar-Şab­ran böl­gə­si­nin əli si­lah tu­tan sa­kin­lə­rin­dən təş­kil edi­lən 223-cü di­vi­zi­ya­nın tər­ki­bin­də mü­ha­ri­bə­yə yol­la­nan cek­li­lə­rin çox bö­yük ək­sə­riy­yə­ti isə mü­ha­ri­bə­dən son­ra öz doğ­ma yurdla­rı­na dön­mə­yib, cəb­hə­də hə­lak ol­muş və ya­xud it­kin düş­müş­lər. Nə­ti­cə­də çə­tin­lik­lər­dən əziy­yət çə­kən qa­lan əha­li­nin çox bö­yük ək­sə­riy­yə­ti də kən­di tərk edə­rək ət­raf yer­lə­rə da­ğıl­ma­ğa baş­la­yıb. Ən son mə­lu­ma­ta gö­rə isə, ha­zır­da Cek kən­din­də əha­li­nin sa­yı təx­mi­nən 400 nə­fə­rə ya­xın­dır".

Ə.Ç.Pa­şa­yev qeyd edir ki, Cek kən­di­nin əra­zi­sin­də ta­ri­xi keç­miş za­man­la­ra aid olan qə­bi­ris­tan­lıq­lar möv­cud­dur. Onun bil­dir­di­yi­nə gö­rə, hət­ta elə qə­dim mə­zar­lar var ki, bun­lar kən­din ta­ri­xi­nin çox qə­dim döv­rə aid ol­ma­sın­dan xə­bər ve­rir. 2011-ci ilin ya­yın­da bu kən­din əra­zi­sin­də azı 5 min il­lik ta­ri­xə ma­lik qə­dim ya­şa­yış mən­tə­qə­si və bir kur­qa­nın aş­kar­lan­ma­sı da bu­ra­nın qə­dim ta­ri­xə ma­lik ol­ma­sı­na əya­ni sü­but­dur: "Kənd əra­zi­sin­də 25-dən çox zi­ya­rət­gah, o cüm­lə­dən  in­san­la­rın di­ni eti­qa­dı­na güc­lü tə­sir gös­tər­miş və oda si­ta­yiş et­mək, inanc ya­rat­maq üçün atəş­pə­rəstli­yin iz­lə­ri­ni özün­də əks et­di­rən "Atəş­gah" və 1000 il­dən də ar­tıq ya­şı olan Əbu Müs­lüm məs­ci­di yer­lə­şir. Cek­li­lər min il­dən ar­tıq­dır mü­səl­man­dır. Bə­zi mən­bə­lə­rə gö­rə, di­gər "Şah­dağ xalqla­rı" ki­mi, cek­li­lər də is­lam­dan əv­vəl xris­ti­an­lı­ğı qə­bul edib, 639-cu il­də isə Ömər İbn Əl-Xət­ta­bın yü­rü­şü za­ma­nı kö­nül­lü su­rət­də is­lam di­ni­ni qə­bul edib­lər. Bu yer­lə­rin is­lam di­ni­nə möh­kəm bağ­lı­lı­ğın­dan so­raq ve­rən "Əbu Müs­lüm" məs­ci­di­nin in­şa­o­lun­ma döv­rü çox gü­man ki, VI­II əsrdə Şir­va­nı və Da­ğıs­ta­nı iş­ğal edə­rək is­la­mı ya­yan xə­li­fə Va­li­din qar­da­şı Əbu Müs­lü­mün ha­ki­miy­yə­ti il­lə­ri­nə və ya­xud bir qə­dər on­dan son­ra­ya tə­sa­düf edir. So­vet ha­ki­miy­yə­ti il­lə­rin­də da­ğı­dı­la­raq da­şın­dan mək­təb bi­na­sı, ağac­la­rın­dan isə ta­xıl an­ba­rı ti­ki­lən bu məs­cid döv­lət müs­tə­qil­li­yi­mi­zin bər­pa­sı­nın ilk il­lə­rin­də kənd ağ­saq­qal­la­rın­dan bi­ri Şı­xə­li Mu­ra­do­vun tə­şəb­bü­sü və kənd ca­ma­a­tı­nın kö­mək­li­yi ilə qis­mən bər­pa edi­lib. La­kin mad­di çə­tin­lik­lər üzün­dən "Əbu Müs­lüm" məs­ci­di­nin in­şa­sı hə­lə ki, la­zı­mi sə­viy­yə­də ta­mam­lan­ma­yıb. Be­lə ki, onun ət­ra­fın­da ge­niş və ar­dı­cıl su­rət­də el­mi-ar­xe­o­lo­ji və me­mar­lıq təd­qi­qat­la­rı apar­maq çox va­cib­dir. Bu təd­qi­qat­lar Azər­bay­can me­mar­lı­ğı­nın da bir çox as­pektlə­ri­ni işıq­lan­dır­ma­ğa im­kan ve­rər.

Cek­li­lər iki dil­də - yal­nız cek­li­lə­rə məx­sus olan cek di­lin­də və Azər­bay­can di­lin­də da­nı­şır. Bu xü­su­siy­yət­lə­ri­nə gö­rə cek­li­lər dün­ya­nın ən na­dir et­nik qrup­la­rın­dan bi­ri­dir. Dil­çi­lik­də qə­bul olun­muş təs­ni­fa­ta gö­rə, Qaf­qaz dil­lə­ri ai­lə­si­nə aid Da­ğıs­tan qru­pu­nun Şah­dağ ya­rımqru­pu­na da­xil edi­lən cek di­li da­ha çox Qrız, Əlik, Ha­put, Bu­duq, Yer­güc dil­lə­ri­nə ya­xın­dır. Qeyd edək ki, Azər­bay­can di­lin­də olan bə­zi söz­lər cek di­lin­də ey­ni mə­na kəsb edir. Bu­nun da əsas sə­bə­bi müx­tə­lif­dil­li xalqla­rın bir­gə ya­şa­yış tər­zi nə­ti­cə­sin­də baş ve­rən qar­şı­lıq­lı in­ki­şaf pro­se­si olub. Bu pro­ses tək­cə mad­di, iq­ti­sa­di və mə­də­ni əla­qə­lər çər­çi­və­sin­də qal­mır, həm də xalqla­rın var­lı­ğı­nın baş­lı­ca əla­mə­ti sa­yı­lan dil­lə­ri­nə də aid ola­raq, ona tə­sir gös­tə­rir".

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur. 

http://www.baki-xeber.com/medeniyyet/55281.html

Read 108 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR