Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 20 Fevral 2017 07:19

"Etnoqlobus"un 9 yaşı ilə bağlı təbriklər

Written by 

Sədaqət Kərimova, "Samur" qəzetinin redaktoru

Əziz, mehriban, bənzərsiz Gülnarə xanım! Səni - dünyanı əmin-aman, insanları bəxtiyar görmək üçün hər şeydən keçməyə hazır olan səmimi və xeyirxah insanı gözəl yubileyin münasibətilə ürəkdən təbrik edirəm. Sənin 9 il əvvəl yaratdığın, bu gün çoxları tərəfindən sevilən "Etnoglobus" saytın elə özünə oxşayır. O da dostluq, mərhəmət, insan sevgisi ilə doludur. Sənin kimi insanlar həyatın bəzəyidir
Mən səni təbrik edir, sənə uğurlar diləyir, səninlə dostluqdan qürur duyuram. Var ol, əzizim. Azərbaycanımız sənin kimi vətənpərvər, dəyanətli, qürurlu qadınlarla gözəldir.

Sarraf Sabiroğlu Kerimov,DÜNYA AZƏRBAYCANLILARI ASSAMBLEYASI.

Bu gün " ethnoglobus.az" saytının 9 yaşı tamam olur .. Saytın məhz rus dilində capı Azərbaycandan kənarda belə diqqət mərkəzində qalmağından xəbər verir.. Bizim daxili ve xarici siyasətimizdə aparılan uğurlarimiz rus dilli xalqlar tərəfindən də izlənilməkdədir.. Bununla yanaşı idman sahələrində, mədəniyyətimizdə baş verən yeniliklərlə ,atılan hər sahədə uğurlarla oxuculara yüksək səviyyədə təqdim edilir..
Dəyərli "ethnoqlobus.az" saytınin rəhbəri Gülnara İn
anc başda olmaqla bütün şəxsi heyətini səmimi qəlbdən təbrik edirəm. Sizlərə yeni yeni yaradıcılıq uğurları arzulayıram.
Ad gününüz mübarək!!!

İradə Məlikova, talış dılı mütəxəssisi

Dəyərli Bacım Gülnarə xanım. Sizin ethnoglobus.az saytının 9 yaşının tamam olması münasibəti ilə sizi bütün Talış xalqı adından təbrik edirəm. Məhz bu sayt Azərbaycanımızda yaşayan xalqlar haqqda geniş xəbə lər paylaşır. Ethnoglobus.az saytının bir neçə dildə olması və məlumatların dünyaya çatdırılması öndə olan işərdəndir ki, bunu da siz bacarmısınız. 9 il öncə belə bir qəraralı adddım atmaq və özüdə təkbaşına...heç bir maddi və mənəvi dəstək olmadan... Gülnarə xanım mənim və başqa talış bacı və qradaşlarımın bir çox uğurları məhz sizin saytda geniş yer almışdır. Sizin xalqlar arasında yaratdığınız o geniş ünsiyyət, məhəbbət və onların hər birinə verdiyiniz dəyərə görə siz ən böyük mükafata layiqsiniz bacı. Elə o səbəbdən mən sizə talış bacımız deyə müraciət edirəm. Amma bu ələmətdar gündə sizə Bizim Sülh Bacımız desəm heç də yanılmaram. Uğurlarınız bol olsun. Sizin uğurunuz bizimdə uğurumuzdur. Qoy uca Rəbbimiz vasitəçi olsun və hər çəkdiyiniz əziyyət mükafatsız qalmasın.

Rubil Suleymanov, Azerbaycan, Əmircan 

Təxminən 6 il il bundan əvvəl ictimai-siyasi xadim, 2-ci Dövlət Dumasının üzvü Zeynal Zeynalov haqqında məlumat toplayarkən ethnoglobus.az saytında bir məqaləyə rast gəldim. Müəllifi Gülnarə İnanc idi. Onu da öyrəndim ki, Gülnarə xanım Zeynal Zeynalovun nəvəsidir. Beləcə, saytla tanışlığım indiyə qəgər davam edir. Qafqaz regionu və milli azlıqlar haqqında yazıları mütəmadi olaraq izləyirəm. Gülnarə xanımın enerjisinə isə heyran olmaya bilmirəm.
“Etnoqlobus” beynalxalq onlayn inofrmasiya-analitik mərkəzinin 9 illiyində “Etnoqlobus” komandasına və Gülnarə xanıma daha böyük uğurlar arzulayıram.

Reyhan Mirzəzadə, publisist, politoloq

Müasir  dünya informasiya məkanında özünü tanıda və sevdirə bilmiş “Etnoqlobus” Beynəlxalq onlayn informasiya və analitik mərkəzinin fəaliyyətə başlamasının 9 illik tarixi mənim üçün də önəmli hadisədir. Çünki daim izlədiyim və aktual, zəngin, dövrün tələblərinə cavab verən informasiyalarını  və müxtəlif maarifləndirici yazılarını  oxuduğum “Etnoqlobus” un rəhbəri  Gülnarə xanım İnancın fədakar  əməyinin bilavasitə  şahidiyəm. Zəhmətkeş, çalışqan, daim axtarışda olan, dünyada baş verən heç  bir mühüm hadisəni nəzərindən qaçırmayan, ölkələr və xalqlar arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi yolunda bacarığını əsirgəməyən Gülnarə xanım, daim öz üzərində səylə çalışır. Onun rəhbərliyi ilə təşkil olunan və uğurlu nəticə ilə keçirilən müxtəlif tədbirlərinin iştirakçısı olmuş və “Etnoqlobus” un ölkəmizin beynəlxalq aləmdə tutduğu mövqeyinə, daxili və xarici siyasi kursuna, Azərbaycan xalqının milli və mənəvi dəyərlərinin yaşadılmasına, mədəni və ədəbi əlaqələrimizin inkişafına xidmət  edən  özünəməxsus  töhfələrinə, azərbaycançılıq  məfkurəsinin  tərəqqisi  naminə  çalışan  mədəniyyət  xadimlərinin yaradıcılığına  göstərdiyi diqqətə  görə  Gülnarə  xanıma minnətdaram.

“Etnoqlobus”un 9 yaşını ürəkdən təbrik edir, onun kollektivinə can sağlığı arzulayır, tutduğu humanist  yolunda bir-birindən böyük uğurlar  və  nailiyyətlər diləyirəm.

Araz Əhmədoğlu, İran, publisist-yazıçı

Etnoglobus saytı artıq doqquz ildir dünya ədəbiyyatı dəyərlərini oxucularına çatdırmaqdadır. Bu saytı yaradan Gülnarə xanım İnanç bu saytı dostluq və körpülər qura bilmək qabiliyyəti ilə bacara bilmişdir. O bütün dünyanı öz vətəni bilir və ona önəmli olan geopolitik sınırlar yox, insan önəmlidir. Biz bu uğuru Gülnarə xanıma təbrik deyib daha uğurlu layihələrdə bacarılı olmasını arzulayırıq. Yəqin ki bu saytın oxucuları həm dünya həm də Azərbaycan ədəbiyyatına aid mterialları oxuyub Gülnarə xanıma məmnun qalacaqlar. Bir daha təbrik deyib yeni-yeni uğurlar arzulayırıq.

 

 

Read 657 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR