Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 17 Yanvar 2017 00:00

Azərbaycan legionerləri - Gəray Mantaşov

Written by 

Azərbaycan legionu  müstəqil Azərbaycan dövləti yaranması uğrunda Almaniya tərəfdə döyüşən azərbaycanlılardan ibarət ordu. İkinci dünya müharibəsinin başlanması ilə formalaşan Azərbaycan legionları çətin şəraitdə olmalarına baxmayaraq, Azərbaycanın mülli müstəqilliyinin qazanılmasına, Almaniya hökuməti tərəfindən tanınmasına çalışmışdır.İlk Azərbaycan legionu 1941-ci ildə Qafqaz Müsəlman legionu adı ilə yaradılmış, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan legionu qoyulmuşdur.Legionların yaradılmasında mühacir müsavatçıların, o cümlədən, Xəlil Xasməmmədov, Məmməd Əmin Rəsulzadə, Şəfi Rüstəmbəyli, Nağı Şeyxzamanlı, Fuad Əmircan və s. böyük xidmətləri olmuşdur.Azərbaycan legionunda cəmləşmiş soydaşlarımızın sayı 70 minə yaxın olub.Azərbaycanın hər

bölgəsindən bu legionun üzvüləri olmuş vəonlardan biri dəGəray Mantaşovdur.

1913-cü il ,22 iyunda Qax rayonunun İlisu kəndindəanadan olmuş Gəray Mantaşov Sultan oğlu 1941-ci ilin dekabrında müharibəyə getmiş. Krımda, eləcədə cənubi Ukrayna ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Sonradan döyüşdüyü hərbi birləşmə bütünlüklə  mühasirəyə düşmüş, mühasirə zamanı sağ qalanların bir çoxu uzun müddət ərazidə olan şaxtada gizlənmişlər. Aclıq və susuzluğa uzun müddət davam gətirərək təslim olmamışlar. Almanlar sonda şaxtanin girişlərini partladaraq şaxtada qalanları əsir götürmüşlər. Bundan sonra əsirlik həyatı başlamış Gəray Mantaşovun. 

Polşada, Avstryada əsirlik həyatı yaşamışdır.Sonradan bir türk zabiti tərəfindən əsirlikdə azad olunmuşdur.O, əsir düşərgələrində olan azərbaycanlı  və başqa türk əsilli əsirlərlə birgə  milli legiona qatılır. Şəxsi qabiliyyəti və keyfiyyətləri hesabına legionda ober-leytenant rütbəsinə qədər yüksəlir. Tabeliyinə bir özbək əsgəri və üç təkərli motesikl olmuşdur.Cexislovakiya ərazisinin sovet qoşunları tərəfindən azad olunması zamanı olduğu legionun üzvüləri ya öldürülmüş, ya da əsir alınmışdır. Maraqlıdır ki, əsir düşən zaman bir çoxları milli legionun geyimini dəyişsədə, Gəray Mantaşov üç rəngli bayaraq nişanı olan milli legionun paltarı ilə əsr alınmışdır. Hətta sonradan sual veriləndə ki, nədən heç olmasa geyimini ölmüş əsgərlərin geyimi ilə əvəz etmədin? Belə cavab vermişdir: Bu geyim daha yaxşı və keyfiyyətlidir.

Praqada legionerlər üçün hərbi tribunal təşkil olunur. Məhkəmə zamanı hər kəsə ölüm hökmü kəsilir. Gəray Mantaşov üçün də qərarın ölüm hökmü olacağı qaçılmaz idi. Legionerlərin hər birinin məhkəməsi cəmi 3-4 dəqiqə çəkirdi. Sonda hər kəs üçün eyni qərar verilirdi: “Ölüm hökmü”! Sorğulama sırası Mantaşova da çatır. Eyni qayda olaraq onun üçün də məhkəmənin müddəti cəmi 3 dəqiqə olur. Sonda ondan da digərlərində olduğu kimi simvolik olaraq son arzusunu soruşurlar. Cavab tam fərqli olur və hər kəsi xeyli dərəcədə təəccübləndirir: "Xahiş edirəm, məni güllələyərkən, alnımdan nişan alın!". Və məhkəmə üzvüləri bir müddət öz aralarında söhbətləşmiş və qəribədir ölüm hökmünü  10 il həbs cəzası ilə əvəz etmişlər.

Cəzanın əsasə hissəsiniSibirdə, Novosibirski vilayətində meşədə ağac kəsmə ilə daha sonra isə kömür mədənlərində çalişmaqla keçmiş. Uzun müddət şaxtada çalışmış və 1951-ci ildə şaxtada baş vermiş uçqun nəticəsində uçqun altında qalmış və onurgasından agır zədə almışdır.Hərəkət qabiliyyətini itirən Mantaşov əsirliyini yataq şəraitində davam etdirmişdir.Yenidən gəzə bilməsində əsirlikdə olan bir həkim böyük rol oynamışdır. Ümüdsüz halda həyatdan əlini üzən Gəray həkimin dediklərinə demək olar kı, əməl etmirmiş. Bu zaman həkim son üsuluna əl atmışdır. Yatdığı otağa bir gün həkim məhs  bu cür zədə almış, hərəkət qabiliyyəti itirən və donqar vəziyyətdə olan bir yaşlı insan gətirmiş. Onu göstərərək bildirmişdir ki, əyər mübarizə aparmasan, iradəni toplamasan gələcəyin belə olcaq və həyatının sona qədər belə qalacaqsan. Bu onun iradəsinin toplamasına böyük təsir etmiş yenidən həkimin bütün tapşırqlarına əməl edərək tezliklə hərəkət qabiliyyətini bərpa edə bilmişdir.

1952-ci ilin 7 iyunundan  əsirliyini Kuybuşev vilayətinin Krasnoqlinsk  rayonunun Şirokiy Ovraq  qəsəbəsində davam etdirmişdir.  Və məhs buradan, 1954 –cü ilin 14 iyununda  əsirlik həyatını  amnistiya nətiəsində bitirmişdir.9 illik əsirlikdən sonra Bakıya gələrək ilk öncə qardaşı Mantaşov Mantaşı tapmışdır. Mantaş o zaman Lenin adına (indiki ADPU) APİ-nin tarix fakültəsində təhsil alırdı. İki qardaşın 14 ildən sonra görüşməsini məhs Qax rayon sakini, tarix müəllimi Aşurov Abdurəhmən görmüş və bu məqamın necə təsirli mənzərə olduğunu indidə xatırlayır. İlisi kəndinə gələndə artıq bilmişdir ki, ona görə uzun müddət ailəsini, yaxınlarını təqib etmişlər, incitmişlər və hətta evinin bir çox əşyaları müsadirə belə olunmuşdur. Müharibədən əvvəl kolxozda işlədiyinə görə yenidən kolxozda fəaliyyətə başlamışdır. Fəaliiyət dövründə İlisu kəndində olan keçmiş uşaq  sanatoriyasının və kənd xəstəxanasının tikintisində işçilərə əmək gününlərinin yazılması ilə məşğul olmuşdur. Xəstəxananın tikintisi zaman böyük bir çətinliklə üzləşən ustalar sonda binanın bu ərazidə tikilməsindən vaz keçmək qərarına gəlmişlər. Gəray bununla razılaşmamış. Ərazidə qrunt sularının səviyyəsi çox yüksək olduğundan tikinti aparmaq mümkün deyildi. Gəray bu zaman almaniyada və əsrlikdə gördüyü bir cox tikinti sahəsindəki biliklərini buraya tətbiq etmişdir.  O drenaj üsulunu tətbiq edərək  sahəni qurutmuş və bundan sonra   xəstəxananın tikintisi davam etdirilib yekulaşdırılmışdır. Üç oğul və bir qız övladı olan Gəray Mantaşov  1982-ci ildə dünyasını dəyişmişdir.

Təəssüflər olsun ki, onun zəngin və igidliklə dolu döyüş yolu  barədə, bağımsız Azərbaycanla bağlı istək və arzuları haqqında bilgilər olduqca azdır. Hələlik onunla bağlı  yalnız 2 gərəkli rəsmi sənəd var. Hər 2 sənəd onun əsirlik həyatını yenicə başa vurduğu 1954-cü ilə aiddir. Onlardan biri ərizədir. Mantaşov əsirlik həyatının başa çatması ilə əlaqədar ona yeni pasportun verilməsini xahiş edir. İkinci sənəd isə 1954-cü ilin oktyabrında onun adına verilmiş “Xasiyyətnamə”dir. Güman ki, bu “Xasiyyətnamə” ona yenidən əmək fəaliyyətinə başlaması üçün verilmişdir. “Xasiyyatnamə”də o, müsbət xarakterizə olunur, əsirlikdə olarkən daima öz üzərində çalışdığı, ədəbiyyat oxuyaraq biliklərini genişləndirməyə çalışması və nümunəvi davranışı ilə fərqləndiyi vurğulanır.

Ümid edirik ki, gələcəkdə kimsə Gəray Mantaşovun həyat yolunu yenidən araşdırmaya cəlb edəcək və bu qəhrəman legioner haqqında gizli qalan bir çox məqamların üzə çıxarılmasını təmin edəcək.

Namik Man-taş.

Read 896 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR