Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 04 Mart 2019 08:13

Fikirsiz yaşamaq olarmı?

Written by 
Fikirsiz yaşamaq olarmı? google

Gülnara İnanc, kvant psixoloqu

Kvant psixologiyası kvant fizikası əsasında , insan şüuru ilə bağlı olan bir sahədir. Bu istiqamət 20-ci əsrin 80-ci illərində yaranıb. Kvant şüuru nəzəriyyəsi Amerikanın məşhur alimi,anestezioloq və psixoloq Stüart Hameroff və fizik Rocer Penrouz tərəfindən yaradılıb.

Hazırda ABŞ -da fəaliyyər göstərən Kvant Şüuru İnstitutunun yaradıcılarından biri Steven Volinskidir. Anton Uilson Robertin "Kvant psixologiyası" kitabında da bu sahə ilə tanış ola bilərsiz.

Kvant nəzəriyyəsinə görə, hər bir şey maddə və enerjidən ibarətdir. Deməli , insan da maddə -bədənimiz və enerji-ruhdan ibarətdir. Hər bir şey enerjidə yaranır və maddə şəklində təzahür edir. Eləsə, insanın da varlığı ruhda yaranır və bədəndə təzahür edir. Bütün proseslər enerji-ruhda baş verir. Kvant psixologiyası kvant şüurunu-yəni ruhu öyrənir.

Kvant şüuru sonzsuzdur və maddi bədənlə məhdudlaşmır. Kvant şüuruna ruhun şüuru da demək olar. Bədən şüuru fikir axını ilə formalaşırsa, kvant şüuru fikirdən kənarda, fikir axınının -düşüncənin susduğu andadır. Düşüncəsiz , zamansız, bir məkanda. Kvant şüuru 5 və daha artıq ölçülü bir alandır.

Daha sadə desək İlahi vəhylərin gəldiyi məqam-İlahi məqam.Əgər xatırlasaq, Məhəmməd peyğəmbər meraca qalxıb və geri dönəndə onun yatağı hələ də isti idi. Amma peyğəmbər meracda 3 ölçülü maddı dünyanın meyarı ilə bir necə müddət qalmışdı. Amma 5 və daha artıq ölçülü aləmdə zaman və məkan formulu itdiyi üçün saatlar və günlər bir an kimi ola bilər.

Sövet İttifaqında Zamanı öyrənən institut mövcud idi. Onlar əsasən kosmosda olan kosmonavtların sürətlə qocalmağının səbəblərini araşdırırdı. Sonsuzluqda zaman və məkan yoxdur.

Kvant şüurunda düşüncə axənəndan azad olur və müşahidəçiyə çevrilirsən. Kvant nəzəriyyəsinə görə, hər bir şeyi müşahidəçi həll edir. Biz fikir axınından , yəni fiziki varlıqdan aralanaraq (bu, ruhun bədəndən çıxması deyil, yalnız məsafə saxlamaqdır) fikirlərin və hadisələrin müşahidəçisinə çevrilirik.

Bu halda biz fikirləri emosiyalardan və hisslərdən qoparır və biz subyekt halından obyekt halına keçirik. Yəni biz öz fikirlərimizə kənardan bir obyektə baxan kimi baxırıq.

Aparılan son tədqiqatlar insanın fikrinin və uyğun hisslərinin onun maddi reallığını formalaşdırdığını təsdiqləyir.

Biz necə düşünürüksə, nə hiss ediriksə onlar bizim reallığımızı formalaşdırır.

Əgər insan yalnız neqativ, pessimist fikir və hisslərlə yaşayacaqsa, onun həyatının xöşbəxt olması mümkün deyil. O, ətrafa mən bədbəxtəm informasiyasını göndərir və bu enerjiyə uyğun bir həyat formalaşdırır. Eldə bir məsəl var "Nə əkərsən, onu da biçərsən". Dərd əkən dərd biçəcək, sevinc əkən sevinc.

Son tədqiqatlara əsasən, kainat ürək kimi döyünür-yığılıq və genişlənir. Kainat bir İlahi şüurdur. İnsan da Kainatın bir zərrəsi. İnsan şüuru da bədən şüurundan kənara çıxarsa, sonsuzluğa qədər genişlənə bilər. Bu, nəfəs alıb-vermə prosesini xatırladır.

Düşünmədən yaşamaq kvant şüurunun açarlarında biridir. Məsələn, biz bir mətnə baxıb onu oxumadan dərk edə bilərik. Bir obyektə baxıb onu şərh etmədən qabraya bilərik. Qeyd etmək lazımdır ki, sürətli oxuma haqda ədəbiyyatlarda bu metodlarlardan istifadə edilir.

Biz düşüncə xaosunu durduranda İlahi məkanla əlaqə ikitərəfli olur. Fikir axını bizə İlahi enerjini eşitməyə imkan vermir. Müasir psixoloji araşdırmalara əsasən, hər bir kəs öz gələcəyini 10 dəqiqədən 6 ilə ədər özü bilə bilər. Düşüncə xaosu bizə İlahi məkandan-Kvant sahəsindən gələn informasiyaları eşitməyə imkan vermir.

Elmi kəşflər də məhz şüurun bu, dəyişmiş halında-düşüncənin durduğu halda baş verir. Dahilərin indi dünyanı dəyişən kəşfləri haqda məlumatlara baxsaq, alimlərin həmin vaxt sanki mürgü halında olduqları qeyd edilir. Mürgü halı eyni zamanda beynin alfa dalğaları da adlanır. Bu halda insan məkan , zaman və ölçü müstəvisindən kənara çıxır.

Read 1038 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR