Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 22 Fevral 2019 11:45

Virtual proqramlar insan psixologiyasının və mənəviyyatının zəiflikləri üzərində qurulur

Written by 

Gülnara İnanc, kvant psixoloqu

 Virtual oyunlar elekron vasitələrdə oynanılır. Bildiyimiz kimi bu vasitələr ilk növbədə yaydığı şüalarla ziyanlıdır. Kompyuter arxasında işləyənlərə hər 15 dəqiqədən bir istirahər etmək, vitaminlərlə qidalanmaq məsləhət görülür.

İkincisi, mobil telefon və kompyuterdən istifadə görməni zəiflədir.

Üçüncüsü, virtual oyunlar, yaxud sosial şəbəkələr bağlılıq yaradır. Hər hansı bir bağlılıqdan isə yaxa qurtarmaq asan deyil. Narkotik, qumar və spirtli içkidən qurtulan neçə nəfər tanıyırıq? Bunlar barmaqla sayılası qədərdir.

Bağlılıq ilk növbədə insanın şüurunda baş verir, sonra isə bədən bağlılığın tələb etdiyi siqnalları alır. İnsan daim içki və narkotik qəbul etmək , qumar oynamaq istəyir. Virtual aləmdəki həyata bağlılıq da eynilə.

Virtual aləm uşaqları real aləmdəm uzaqlaşdırır, onların dünyası oynadığı oyunlar və sosial çəbəkə qədər məhdudlaşır. O, soiallaşa billmir, canlı ünsiyyət onun üçün çətinləşir.

Real həyatda özünü idarə etmək çətinləşir. Oyundan, yaxud sosial şəbəkədən ayrılmayan uşaq həm də fiziki inkişafdan qalır. Virtual aləmdə çox olanda inştah ya arta bilər, ya da tamamilə iştahsızlıq yaranar. Bu isə uyğun olaraq piylənmə və yaxud fiziki zəifliklə nəticələnə bilər.

Uşaq psixikası və orqanizmi hələ inkişafını bitirmədiyi üçün o, prosesləri özünə daha dərindən hopdurur. Nəticədə virtual aləmdəki proseslər onun gləcəyini formalaşdırır.

Uşaq virtual aləmdə prosesləri fraqmentar qavrayır, həyatı geniş planda görə bilmir. Bu isə gələcəkdə ətrafında dövr edəcək hadisələri qəbul etmək və analiz etmək imkanlarını məhdudlaşdırır.

Bundan əlavə, virtual oyunlar əsasən aqressiya, qan, qəddarlıq üzərində qurulub. Bu oyunlarda mərhələləri keçmək üçün bir canlını öldürməli, yaxud nəyisə dağıtmalısan.

Virtual proqramlar böyük gəlir gətirdiyi üçün onlar insan psixologiyasının və mənəviyyatının zəiflikləri üzərində qurulur. Bu oyunları yaradanlar öz gizli psixoloji problemlərini oyuna yükləyir və həmin həmin hisslər şəbəkə vasitəsilə bütün istifadəçilərə yayılır.

Fikir vermisizsə, cəmiyyətdə aqressiya və kin hissi güclənir, qanlı cinayətlər diqqət çəkir.

Məsələ ondadılr ki, virtual aləmdəki proqram asta-asta real həyata keçir.

Virtual aləmdən kənara çıxan uşaq, yaxud yetişmiş insan proseslərin davamını istəyir və bunu canlı olaraq dövrünə başlayır.

Müasir texnologiyalar günümüzün çağırışıdır və biz ondan imtina edə bilmərik. Sadəcə olaraq onlardan ağılla və yerində istifadə etmək lazımdır. Ağlayan uşağı susdurmaq üçün ona telefon vermək yox, onunla canlı oyunlar oynamaq, ən azı uşağın virtual aləmdə olmasını məhdudlaşdırmaq lazımdır.

Artıq məlumdur ki, ilk baxışdan çox məsum görünən bəzi səhnələşdirilmiş internet uşaq oyunlarına seksual xarakterli səhnələr daxil edilib. Bu isə uşaqların cinsi inkişafını tezləşdirir və cəmiyyətdə artıq məlum olan fəsadlara gətirir.

 

 

Read 103 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR