Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 13 Noyabr 2018 10:04

Cin ayrıdır, şeytan ayrı

Written by 

Bir çox falçılar, ekstarsenslər, öncəgörənlər, sehrlə məşğul olanlar demək olar ki, tək olaraq heç nəyə nail ola bilməzlər. Onlar xüsusi ilə bu məsələlərdə cinlərlə iş birliyi qururlar. Çoxları bunu gündəmdən düşürmək istəyirlər. Ancaq o qədər problemli insanlar vardır ki, bu problemin baş verməsini məhz cinlər təşkil edirlər. Yəni cinlərin də bu problemləri açmaqda böyük rolları vardır. Son günlər televiziya ekranlarında da cinlərlə məşğul olan, cinləri bədəndən çıxarmağı iddia edən insanlar vardır. Bu insanların demək olar ki, çoxusu pul əldə etmək üçün bu yola əl atırlar. Böyük alimlər də deyiblər ki, bu müalicə ilə ya cahil məşğul olar, ya da alim məşğul olar. Ancaq bu gün bu sahədə özünü sınamaq istəyənlərin çoxunu cahillər, dini mənbələr əsasında bilməyənlər və dinə, şəriətə düzgün əməl etməyənlər girişirlər. Nəticədə bir çox fəsadların baş verməsini görürük. Xəstə olanın xəstəliyi artır, əsəbi olanın əsəbləri daha da çoxalır. Əsl alimlər isə belə işlərdən uzaq qalırlar. Sadəcə xəstə üçün tövsiyə edirlər. Ancaq həqiqətən də bunun düzgün şəriət mənbələri əsasında müalicəsini az da olsa aparanlar vardır ki, onlar Allahın köməyi ilə xəstənin yaxşılaşmasına müvəffəq olurlar. Bunu da qeyd edim ki, məhz bu xəstəliklər hamısı cinlər vastəsi ilə həyata keçirilir.


Cinlər nədir, kimlərdir və hansı xəsətliklərin yaranmasına səbəb olurlar. Bunlardan əvvəl qeyd edim ki, bütün növ sehr-cadu işlərində məhz ərlə-arvadın arasını ayırmaq, ən ağır müxtəlif növ müalicəsi mümkün olmayan xəsətliklərin yaranmasına da cinlər səbəb olmaqdadırlar. Bununla bağlı həm təcrübə, həm də şəriət mətinləri saysız hesabsız qədər çoxdur. Bu cin mövzusu ayrılıqda böyük bir mövzudur və təkcə Qurani Kərimdə xüsusi Cin surəsi nazil edilmişdir. Bu surədə Peyğəmbərimizin cinlərlə görüşməsi və onların bəzi etirafları qeyd edilmişdir. Cinlərin mövcud olması, onların da insanlar kimi yeyib içməsi, evlənməsi, ailə qurması, onların da insanlar kimi çoxlaması, insanlar kimi müxtəlif inancda olması haqqında həm nəqli dəlillər, həm də müşahidəyə dayanan əqli dəlillər çoxdur və danılmazdır. Bu cür cinlərlə bağlı Quran və hədis mətnlərində Allah təala Məhəmməd peyğəmbərə cinləri göstərməsini, bəzi cinlərin özlərini vəsf etməsini bildirmiş, Məhəmməd peyğəmbər (s.ə.s) onların mövcudluğu haqqında müxtəlif söhbətlər aparmışdır.

 

İnsanlardan fərqli olaraq peyğəmbərlər qeybi (gizlini) bildikləri, gördükləri üçün onlar cinləri görə bilirdilər. Necə ki, Məhəmməd peyğəmbər (s.ə.s) də cinləri müxtəlif yerlərdə öz gözləri ilə görmüşdür. Hətta bir dəfə peyğəmbər öz səhabələrinə deyir ki, sizə namazda mane olan bir cini sizin ixtiyarınıza vermək istədim. Ancaq qardaşım Süleyman peyğəmbərin duasını xatırladım. Süleyman Peyğəmbər Allaha dua etmişdi ki, özünə elə nemətlər versin ki, özündən sonra heç kimdə elə nemət olmasın. Bunlardan biri də məhz Cinlərin və cinlərdən olan şeytanların Süleyman əleyhisslamın ixtiyarında olması və ona kömək etmələridir. Çünki, cinlərdən də insanlar kimi yaxşılar və pislər vardır. Yəni bizdə işlənən “cin ayrıdır, şeytan ayrı” sözünün mənası da budur ki, həm cinlərdən şeytanlar olur, həm də insanlardan olur. Hər bir cin şeytan sayılmır. Çünki əməli saleh, yaxşı əməllərlə məşğul olan cinlər vardır. Allah təala insanı yaratmazdan əvvəl cinləri səmum adlı oddan yaratmışdır. Bununla bağlı Qurani Kərimdə ayələr vardır. İblisin törəmələri olan cinlər hamısı mələklərlə bərabər Allaha ibadət edirdilər.
Allah təala ilk insan olan Adəmi yaradanda bütün mələklərin ona hörmət göstrib təzim etmələrini əmr edir. Onda bu əmr cinlərə də aid edilirdi. Lakin cinlərin başçısı İblis etiraz edərək özlərinin oddan yaradıldığını və insanın isə torpaqdan yaradıldığını iddia edir. Beləliklə Allahın əmrindən çıxır. Allah təala İblisi, yəni cinlərin ilk babasını öz dərgahından qovaraq onu lənətləyir. Onda İblis da Allahın izzətinə and içərək bildirir ki, sən məni buradan çıxardığın üçün məndə Adəm övladlaırnın Sənə tərəf gələn yolunun üzərində oturacaq, bütün xeyir işlərdən onları saxlayacağam. Allah təala da ona Qiyamətə qədər icazə verdiyini bildirərək buyurur ki, sənə tabe olanlarla bərabər hamınızı Cəhənnəmə dolduracağam. Ancaq Mənə tərəf gələn, peyğəmbərlərimin dediklərinə inanıb yaxşılıq edənləri seçib Cənnətə daxil edəcəyəm. Bütün bunlar hamısı geniş şəkildə Quran ayələrində bizə xəbər verilmişdir. Beləliklə cinlərin nəsli də insanın nəsli kimi çoxalıb yayılmağa başlamışdır. Onlardan kafir olanlar və insana qarşı mübarizədə olanlar hələ də əməllərinə davam edirlər. Bu gün artıq şeytanla insan arasında qızğın müharibə davam edir. Ancaq bu müharibə üzdən görsənməsə də həqiqətdə müşahidə olunur. Bu gün sehrlə, falçılıqla, fala baxmaqla məşğul olan insanlar əslində şeytana xidmət etmiş sayılırlar. Çünki onlar bu işləri elə belə öz güclərinə həyata keçirə bilmirlər.


Məsələn, bir qadın cadu edənin yanına gedib hansısa qohum üçün ya xəsətlənməsinə, ya da ölməsinə görə sehr cadu etdirir. Bunun üçün sehr edən qadın və ya kişi çox böyük günah sahibi olmalıdır ki, onun sehrnin təsiri olsun. Belə sehrkarlıqla məşğul olanlar cadularının alınması üçün çox ağır və iyrənc günahlar edərək şeytanlara dost olurlar. Şeytanlara dost olduqdan sonra isə onlar vasitəsi ilə insanlara təsir edə bilirlər. Bütün bunlardan yeganə qorunmaq üçün ancaq Allaha bağlanmaq, günahlardan uzaq qalmaq, ibadətlərə diqqətli olmaq insandan tələb edilir.

Çünki insanın real olaraq bu meydanda bir şeytan adlı düşməni vardır və insan bunu heç vaxt unutmamalıdır. Bu gün sehr, cadu, tilisim kimi əməllərlə bir çox mollalar, ekstaresnlər, öncəgörənlər məşğuldurlar. Bunun nəticəsində ailələrin dağılmasına, müxtəlif xəstəliklərin yaranmasına səbəb olurlar. Bunun isə gec də olsa müalicəsi mümkündür. Ancaq müalicə edəndən tələb olunan şərtlərdən biri budur ki, məqsədi, niyəti təmiz olsun. Müalicə ilə məşğul olan şəxs gecə və gündüz Allahı zikr edən, şəriəti, dini mükəmməl yaşayan şəxs olmalıdır ki, şeytanı və aldatmacalarını müşahidə edə bilsin, elə bir güclü inanca sahib olmalıdır ki, ruqyə edərək, yəni müəyyən Quran ayələri və hədislərdə olan təsirli dualardan oxuyaraq xəstənin yaxşlıaşdıra bilsin. Çox hallarda müalicə edənlər çalışırlar ki, cini xəstənin dili ilə danışdırsınlar. Ancaq alimlər bunu icazəli hesab etmirlər. Çünki, çox vaxt xəstənin bədəninə daxil olan cin yalan danışır, qohumulq əlaqələrinin pozulması üçün guya sehri hansısa yaxın bir qohumun etdiyini deyir. Ən yaxşısı onlarla danışmadan cini xəstənin bədənindən çıxarmaqdır. Ancaq çox hallarda danışaraq cinin islamı qəbul etməsi və bədəndən çıxmasına da səbəb olan şəxslər olmuşdur. İslam tarixi kitablarında çox hallarda cinin çıxması zamanı insanın da ölməsinə səbəb olduğunu ifadə edən saysız-hesabsız rəvayətlər var.

Əkrəm Həsənov.
2015-ci il.
Read 68 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR