Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 12 Noyabr 2018 06:03

Bakıda həzrət Bab və həzrət Bəhaullahın mövluduna həsr olunmuş bayram tədbiri keçirilib

Written by 
Noyabrın 10-da  Bakıda həzrət Bab və həzrət Bəhaullahın mövluduna həsr olunmuş bayram tədbiri keçirilib.
Gecəni bəhai duaları ilə Nərmin açıb.
 
           Tədbirin aparıcıları Mailə Aslan və Fərid Abdullazadə qonaqları təbrik edib.
 İlqar Məmmədov Mövlud lovhünü oxudu.
Sonra Bəhailiyin banilərinə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib. Proqramda
Kamilə Abdullayeva və Mənsum İbrahimovun tələbələri Rəqsanə Əsədova və Yusif Cəfərov muğam ifa ediblər.
 tarda və kamançada müşaiət etdilər Məhərrəməli Alışanov və Çingiz Əliyev.
 
 
 
Kəmalə Əliyevanın müəllifi və rejissoru olduğu  "Günəşin qızı" dramından bir səhnə ( Nigar Əliyeva (Tahirə)
və İranə Novruzova (anası) rolunda) qonaqların xüsusi marağına səbəb oldu. K.Əliyeva qonaqları bayram münasibətilə təbrik edib.
 
 
Ülkər Qüdrətlinin ifasında musiqi parçası,Nəsir Dadaşovun səsləndirdiyi bəhai mahnıları alqışlarla qarşılandı.
 
 
Gecənin təşkilatçıları Mailə Aslan və Kəmalə Əliyeva.
Qeyd edək ki, həzrət bab və həzrət Bəhaullahın mövlud şənliklərin Azərbaycanın müxtəlif yerlərində qeyd olunub.
 
Read 294 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR