Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 06 Noyabr 2018 06:51

Tikanlar arasından keçmək, yaxud onları kəsməmək haqqında...

Written by 

Elvüsal Məmmədov

Həyat həm enişli-yoxuşlu, həm də dolanbaclıdır... Sözümüzdə doğru çıxdığımız kimi, yanıla da, səhv edə də bilərik... Lakin bəzi səhvlər haqqında düşünməyimiz lazım gələcəkdir...

...Bağışlamaq inkar edə bilmədiyimiz bir həqiqətin diktəsi ilə meydana çıxan nəticədir. Bu həqiqət isə insanın səhv etməyəcək qədər kamil olmamağıdır. Səhvlərdən uzaq - ancaq Allahdır...

İslam bizə insana bu cür münasibət bəsləməyi öyrədir: o, mələk deyildir, səhvlər etməsi mümkündür, odur ki son nəticədə onu bağışlamaq olar...

İnsan fövqəlvarlıq hesab edilmir, ultra-humanizmin iddia etdiyi kimi, mütləqiyyət və kamilliyin taxtında oturmamışdır. Sonuncu nöqteyi-nəzəri əsas götürənlər özlərini məsum sanar, səhvi ancaq kənarda axtararlar...

Bəli, səhvləri bağışlamaq mümkündür, amma bəzi səhvlər üzündən dostluq, sevgi, yoldaşlıq bərpa olunmur...

Bu yerdə, insanları yaxşı tanımağın münasibətlərdə oynadığı rolun əhəmiyyəti özünün qabarıq surətdə bizə göstərir. Bu çox mühüm məsələdir və bizə bir çox ipucu verir, məsələn: a) prinsiplərə inanan və onlarla yaşayan şəxslər daha sabit və dərkedilən olurlar; b) prinsiplərə deyil, şəxslərə və situasiyalara görə gündəlik həyatlarını, deməli, həyata baxışlarını tənzimləyən insanlar mənfəətpərəstdirlər və düşüncələrinə utilitarlıq hakimdir, - belələri ilə münasibətdə ehtiyatlı olmaq lazım gəlir...

Hər bir halda, əziyyətverici hallardan özünütəcrid (səbir deyil!) və uzaqlaşma optimal həll hesab edilə bilər.

Özünüzü qoruyun, tikanlara bulaşmayın, onlara heç səbir də göstərməyin, ən yaxşısı, yolunuza çıxsalar, aralarından ehtiyatla sivrişib keçin... Çünki tikanı kəsib atmağa cəhd göstərmək əllərimizin, üzümüzün qanaması ilə nəticələnə bilər... Tikanları gördükdə yolumuzdan da qalmamalıyıq, axı həyat davam edir, yol bizi gözləyir, mənzilbaşı bizi çağırır...

Read 101 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR