Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə axşamı, 16 Oktyabr 2018 08:09

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Written by 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dünya Psixi Sağlamlıq Gününə həsr olunan “dəyirmi masa” təşkil edilib. Bu barədə ethnoglobus.az -a institutdan məlumat verilib.

Tədbirdə Aİİ-nin rektoru Ceyhun Məmmədov rəhbərlik etdiyi ali təhsil ocağının yaradılma məqsədindən, hədəflərindən danışıb, institutda mütəmadi olaraq müxtəlif mövzularda seminarların keçirildiyini və bu kimi tədbirlərin artıq ənənə halı aldığını bildirib. Tədbirin mövzusunun aktuallığını vurğulayan rektor inancın insan mənəviyyatında xüsusi rola malik olduğunu deyib.

Sonra Aİİ-nin əməkdaşı Şəms Bağırova Dünya Psixi Sağlamlıq Gününün mahiyyəti ilə bağlı təqdimatla çıxış edib.

Daha sonra Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “İnanc və cəmiyyətin mənəvi həyatında rolu”, “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin əməkdaşı, psixoloq İlqar Kərimovun “Əhalinin fərdi inkişafında psixologiya və teologiyanın rolu”, “Etnoqlobus” mərkəzinin direktoru, psixoloq Gülnarə İnancın “Ruh sağlamlığı maddi fiziki dünyamızın sağlamlığının əsasıdır”, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun “Psixi sağlamlıq nədir?” mövzularında məruzələri dinlənilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Read 59 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR