Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 08 Oktyabr 2018 09:58

Homeyninin ürək Kəbəsi

Written by 
Homeyninin ürək Kəbəsi Google

Gülnara İnanc

“Etnoqlobus”Beynəlxalq online informasiya və analitik mərkəzinin direktoru

İmam Homeyninin siyasi və dini liderdən əlavə poetik gabiliyyətə malik bir şair olduğu onun şerleri ilə tanişliqdan sonra aşkarlanir. Bu, mənim oxucu kimi imamim şerləri ilə ilk tanişliğımdır. İran tarixini məhvərindən döndərən bir şəxsin ilhamlı ürəyini görmək ruhu ilə təmasda olmaq cilvəli bir duyğudur. Imamin şerlərinden onun bütün həyatı boyu Həqiqətə doğru can atdiği ortaya çıxır.

Uca Yaradana uzanan yollarin da muxtəlif olduğu görünür. Onun bir Eşqi, bir Səcdəgahı var – o da bütün qiblələri özünə tərəf istiqamətləndirən Cənabi Allah. Sevmək azdir. Sevgilinə yetmək ücün carpişmali və gurbanlar verməli, daim cihadda olmalisan. Bu cihad zahidin içində özü ilə, naqisliklərlə olan savaşıdir.

Şairin firtınaları bitmir, duşdüyü hallarin ona gətirdiyi əzablar onu Eşginə daha möhkəm bağlayır. Amma, bu halların ləzzət və ehtizaıni təsvir etmək mümkündürmü? Aşiq olmayan Eşq qədri nə bilir. Buna rəğmən İmam dünya dəryasinda azanlara bir mayak kimi yol gostərmək istəyir. Şair insanlara müraciət edir. İnsanlarin qəbir qapılari çalınana qədər ürəyinin simini calmaq istəyir.

AŞİQ

İmamin şerlərinin böyük əksəriyyətində şair dünyanın və könlünün hakiminə “dost”, “yar” deyə müraciət edir. Sima rəqsində dövrə vuran bir sufi dərvişi kimi dilindən bu sözlər cilvə ilə süzülür.

Bu Dost onun ağrıyan, sizlayan yaralarina məlhəm qoyan bir Təbibdir.

Bu yaralar dönyanın gərdişində, günahkar dünyanin gündəlik gayğıları icərisində itib-batarkən qazandığımız ürək sızıntılarıdır.

«Dostlar cevrəsini mənə əvəz edən ən yaxşı Dostumdan başqa

Mənim yaralarıma məlhəm vuran başqa bir yaxınim yoxdur».

Aşiq Eşq şərabını icibən məst olub.O, saqinin şərbətini Allah sevgisi kimi icinə alarkən, meyxanə onun can evinə dönüb.İmam Xomeyninin bu metaforası sufi təbirilə Allah-Təala eşqindən sərxoşluğa işarə edir. Dərviş Allah adini dilində vird edə-edə ruhunu məst edir və rindin sərxoş canı sevgi həsrətilə yola cıxır.

Elə məst ol ki,ağlını itir, özünü unut.

Dilbərə uzanan yol ayıq başlar üçün əbədi bağlıdır.

(Şəraba ağiq)

YOL

Şair ucundan tutub getdiyi yolun sonsuzluğa,əbədiyyətə işıq saçdığını bilir. Bu yolu hamımız kecirik. Birinin yolu hamar, kiminin yolu cay daşları ilə süslənib. Kiminin qəbr evində yatağı ipək döşəli, kimininki tikan. İmam dünyanın böyük üləmaları və müdriklərinin cözə bilmədiyi bir bulmacanı acmağa calışmaq niyyətində deyil. O, yalnız özü ilə anlaşmaq, ruhu ilə gəlbi arasında harmoniyaya nail olmaq cəhdində bulunur.

Nə Abu-Sina, nə müdrik Sədra bəlalarımızın məğzinə çata bilməmiş,

Bəlalarin ilkin səbəbinə yetməmişlər.

«Yolun məqsədi — yoxluq»

…Allah sevgisi insanın fitrətində, onun yapıldığı gilin mayasındadır.

Allah-Təala dünyanı bəzəmək,ona can vermək ücün yaratdığı atamız Adəm və anamız Həvvaya ruhunun Eşqini üfürdü. Yuxarida «Yolun məqsədi-yoxluq» qəzəlindən gətirdiyimiz nümunədə də İran tarixində nufuzlu və inqilabçı bir simanın dünyanı məhvərindən döndərməyin mümkünsüz olduğunu anladığını görürük. Bəşərin atdığı hər bir addım Allahın nəzarəti altındadır və kimsə Ondan izinsiz bir yarpağı belə dərə bilməz.

Hər gün bir qapıdan digərinə kecir, bir məntəqəni başqası əvəz edirsə də bizi sonsuzluq gözləyir. Sən bir karvandan düşüb o birinə minə, bir sarvani digərinə dəyişə bilərsən. Amma yolun sonu dəyişmir. Yola cixdığın karvanın məqsədindən asili olmayaraq, sonda bir qiblə, bir hicaz var – Allaha aparan sonsuzluq. Sətirlərdən də göründüyü kimi, İmam Homeyni sufi köynəyinə bürünüb yola çıxıb və dünyanın faniliyinə hüznlə gülümsəyir.Bunu anlamayana nə yazıq. Minlərlə insani kəlamina, İslamın iradəsinə tapındıra bilən İmam Allahla təkbətək qalanda aləm dəyişik bir rəng alır. Vicdanı Allahı ilə mükaliməyə başlayır.

ƏZAB

Burada əzablar başlayır. Bu əzablar insanın ölüm camının bir gün də mütləq onun ovcuna goyulacağının labüdluyünü anlamaqdan doğur. Əcəl zəngi calınanda kimisi bu cağırışa hüznlə, kimisi coşaraq qoşur.

Nədən firtina uca zirvədən çırpılır qızılgülün üzərinə,

Məgər o qızılgülün gözəlliyini görməyib?

«Əzab qığılcımları»

…Bu əzab sevgilinin Aşiqi uğrunda cəkdiyi cəfadir.Diləyinə yetmək ucun cəkilən əzabın ağrıları son məkandakı səadətin yolunda ufaq cırpınmalardır. Can Yarına yetmək ücün carpışır bəşər. Bunun ücün isə Eşqin Kəbəsinin yolunu tutmaq mənasizdır. Kəbə sənin icində, ürəyinin, Allahın məqam tutduğu can evində olmalıdır. Ruhun Hicaz deyilsə, Kəbəyə üz qoydun nə fərqi, qoymadın nə fərqi. Qibləgahı icində ara, ey yolçu. Biri ücün Kəbə saqinin əlindəki şərabda, digəri ücün dərvişin «Ləbbeyk» kəlməsində, başqası ücün yaratdığı bütlərdə,daha nələrdə,… nələrdə…

Gözlərinin pərdəsini galdırsan , ürəyinin gəzlərini acsan, anlayarsan ki, xeyir də, şər də, dərd də sevinc də sənin Onu anlamanın məğzindədir. Allahın bizə verdiyi imkanlar cərcivəsində, bizə lütf olunan iznin cizgiləri icərisində anlayiriq özümüzü və Yaradanı. Allahı derk etdiyimiz qədər hiss edirik dünyanı. Allahı sevdiyimiz qədər sevirik bəşəri…

Ey Kəbənin mühafizi, zaman yetişmədimi?

Qaldır pərdəni, qaldır.

Sərxoşların ürəklərinin Kəbəsi həmişəki kimi acıqdır.

 «Ürək Kəbəsi»

QIZILGÜL

Pərdələri qaldıranda isə Allah-Təalanin ən son peyğəmbəri Məhəmmədin (s.a.s) qızılgül timsalı siması nur sacır. “Ürək zəncirləri” qəzəlinə nəzər yetirək.

Sənin simanın qızılgülü!Mən başqa bir ümid bilmirəm.

Məni xilas etməsən, başıma nələr gələcəyini bilmirəm.

… Bu qızılgülün ətri bəşəri bürüyərək insan övladını qəflətdən oyatmağa gəldi.Qızilgülün qan rəngli yaşları bəsirətdən qapanan gözlərə damla-damla süzüldü,ənbər qoxusu yuxulu beyinləri oyatdı. Məhəmməd Səlavatullah dünyaya bizə sarvan olmağa, mərhəmət ətrini, Allah sevgisini yaymağa gəldi. Dilbərin rayihəsi könüllərə axdı, ruhları cilvələndirdi.

«Altun güllükdən icimizə aldığımız bütün rayihələr  

Dilbərin ətri ilə cilvələnir və işıq qaranliği yarır». 

(Yarın ətri) 

Susuz səhralarda qaynayan bir ilğım bulağa aldandi qullar. Atəşzəban cöllərdə qızılgülün yanaqlar allandı, tikanları ürəkləri incitdi-Peyəmbərimiz yanan ürəklərə su cilədi,səhraya həyat verdi. 

MAYAK 

Şair qəzəllərində sufilərin tərki-dünyalığını Allaha catmanin ən yaxşı yolu hesab etməsə də ürəyinin Yaradana möhtəşəm bir sevgi məkanı olduğunu ortaya qoyur. Allah bir mayakdır ki, könlünün gözü aciq olanlar ona yetişir, bəsirət gözü qapalı olan isə qaranlıq, cılğın sularda azaraq yolun sonuna yetişmir.İmamın şerlərində mistika, insanın duyum orqanları ilə qavraya bilmədiyi sirrlərə yol acmaq cəhdi görünür. Amma ba capalar realdır. Cünki Allaha uzanan əllər, yalvaran dillər, ağlayan gözlər cavabsız qalmaz. O, göstərər bizə haqqa gedən cığırı. Yaradan sevdiklərinə başqalarının görmədiklərini görməyə, duymadıqlarını duymağa, anlamadıqlarını anlamağa izn verir. Amma Adəm övladının bəsirət qapılarını bir –bir ehtiyatla acar Allah. Bir qapıdan layiqlə kecərsə, ona bəxş edilənlərin dəyərini bilər və bunların yalnız Onun qudrətilə var olduğuna şükürlər edərsə, o biri qapı üzünə acılar.

…Beləliklə son qapiya qədər.Hər bir yaradılan yalnız Yaradanın izni olduğu qədər biliklərə və müdrikliyə malik ola bilər. Kimisi kitablardan əl cəkməz, amma necə qafil gəlibsə dunyaya o cür də başa vurar ömrünü. O birisi oxuduğu kitabları həyatla üzləşdirər, Allahdan ona həyatı anlatmasını istər, həqiqətin üzünü acmasını istər. Qüdrətli Yaradan da acar ona müdrıklık sirlərini,doldurar bəndəsinin urəyinə rəhmini və şəfqətini. Yazıqliqdan daşindirar, mərhəmətə yönləndirər. Yaradılanı Yaradanın eşqinə sevməyi öyrədər.

Şair insanları mayakın atəşindən ürəklərdə ocaq qalayıb dəryanın daha uzaq bir dərinliyində yeni bir mayak alişdırmağa cağırır. İcində mayak olmasa, dəryanin ortasında yanan mayak yolunu işıqlandırmaz. Könlündə olmalidir nur, canında olmalıdır qaranlığı yarıb işığa cıxmaq istəyi. Ovcunda cəhənnəm atəşi tutmaqla canlara nur səpmək olmaz.

…Yuxarıdakı misallarda da göründüyü kimi İmam Homeyni şerlərində simvolarla danışır. Oxucuya Yaradanın gözəlliyini, sevgisini, əlcatmazlığini, laməkanlığını , ən gözəl sifətlərə layiq olduğunu yetirməyə calişir . Şübhəsiz, şair Allahi, dünya fəlsəfəsi, ölümü və sevgini ona Yaradanın səxavət və mərhəmətindən axan bir qavrayışla catdırır. Həyat bizimlə də, bizsiz də Yaradanın “Ol” dediyi gündən vardır və Onun “Öl” dediyi günə qədər davam edəcək.

Read 90 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR