Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 27 Sentyabr 2018 06:33

“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Latviya səfirliyində davam edib

Written by 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsində nəzərdə tutulmuş növbəti görüş, 27.09.2018-ci il tarixdə, Latviya Dövlətinin Azərbaycandakı səfirliyində Latviyanın Azərbaycandaki səlahiyyətli səfiri Yuris Maklakovislə, layihənin rəhbəri Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova və tarixşunas Fərhad Əliyevin iştirakı ilə keçirilərək “Qarabağ dünən və bu gün” layihəsi müzkirə oldu.

Tahirə Məmmədova səfirə həyata keçirilən layihənin məqsədi haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində, Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri arasında təbliğat–təşviqat işləri apararaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və tarixi həqiqətlərimiz beynəlxalq ictimaiyyətinə çatdırmaqdır.

Sonra Tahirə Məmmədova səfirə Dağlıq Qarabağda Ermənilərin törətdikləri vəşiliklər haqqında ətraflı məlmat verdi və səfirə layihə çərçivəsində çap olunmuş “Qarabağ dünən və bu gün” kitabını təqdim etddi.

Səfir Yuris Maklakovis Qarabağ mövzusunda maraqlı faktlarla və fikirləri qeyd edərək, Latviya dövlətinin və xalqının Qarabağ münaqişəsi haqqında məlumatları olduğunu və Latviya dövlətinin Azərbaycanın ərazi bütöylüyünü tanıdığını səmimi şəkildə ifadə edərək bildirdi.

Səfir Yuris Maklakovis öz çıxışınında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təsüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. Sonra o, iki dost ölkənin münasibətlərinin qorunub saxlanması və gələcəkdə bütün sahəlrdə inkişafı üçün əllərindən gələni edəcəklərini vurğuladı.

Layihənin rəhbəri, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova Latviya səfirliyində yüksək səviyyədə qarşılanaraq təkil olunan görüşə və “Qarabağ dünən və bu gün” layihəsini dəstəklədiyləri üçün, Latviyanın Azərbaycandaki səlahiyyətli səfiri Yuris Maklakovisə və səfirliyin əməkdaşlarına öz minnətdarliğinı bildiri.

“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin Mətbuat Mərkəzi.

Read 97 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR