Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə axşamı, 20 Sentyabr 2018 06:20

“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində

Written by 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi“Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsində nəzərdə tutulmuş növbəti görüş, 19.09.2018-ci il tarixdə, RuminiyaDövlətinin Azərbaycandakı səfirliyində Ruminiyanın Azərbaycandaki səlahiyyətli səfirinin müavini çənab Cristian Coroma, layihənin rəhbəri Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova və sədir müavin Hafiz Osmanovun iştirakı ilə keçirilərək “Qarabağ dünən və bu gün” layihəsisəfirliyin əməkdaşları iləmüzkirə oldu.

       Tahirə Məmmədova səfirə həyata keçirilən layihənin məqsədi haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində, Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri arasında təbliğat–təşviqat işləri apararaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və tarixi həqiqətlərimiz beynəlxalq ictimaiyyətinə çatdırmaqdır. Sonra Tahirə Məmmədova Səfirin müavininəDağlıq Qarabağda Ermənilərin törətdikləri vəşiliklər haqqında ətraflı məlmat verdi və səfirə layihə çərçivəsində çap olunmuş “Qarabağ dünən və bu gün” kitabını təqdim etddi.

     Səfirin müavini Azərbaycandaki səlahiyyətli səfiri çənab Cristian Coroma Qarabağ mövzusunda maraqlı faktlarla və fikirləri qeyd edərək, Ruminiyadövlətinin Qarabağ münaqişəsi haqqında geniş məlumatları olduğunu bildirdi. Ruminiya dövlətinin Azərbaycanın ərazi bütöylüyünü tanıdığını səmimi şəkildə ifadə etdi.

      Səfir müavini öz çıxışınında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təsüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. Sonra o, iki dost ölkənin münasibətlərinin qorunub saxlanması və gələcəkdə bütün sahəlrdə inkişafı üçün əllərindən gələni edəcəklərini vurğuladı. 

Read 113 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR