Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 20 Avqust 2018 06:13

“Bir Ümumi Vətən" layihəsi “Vineyard-Azərbaycan” evangelist kilsəsində davam edib

Written by 
“Bir Ümumi Vətən" layihəsi “Vineyard-Azərbaycan” evangelist kilsəsində davam edib Foto: Ethnoglobus.az

Avqustun 19-da “Etnoqlobus” (Ethnoglobus.az) Beynəlxalq onlayn araşdırma mərkəzi və Azərbaycan Bəhai icmasının birgə təşkilatçılığı ilə  “Bir Ümumi Vətən : Azərbaycanda multikultural mədəniyyətin və tolerantlığın  xalq kütlələrinə çatdırılması” layihəsi “Vineyard-Azərbaycan” evangelist kilsəsində davam edib.

    “Vineyard-Azərbaycan” kilsəninin pastoru Emil Pənahovun vəəzi bəşəriyyətə yaxşılıq toxumu əkmək fəlsəfəsi üzərində qurulmuşdu: “Nə əkərsən , onu da biçərsən. Pomidor toxumu əkib yerində qarpız məhsulu görə bilmədiyimiz kimi, yaxşılıq edəndə yaxşılıq , pislik edəndə pislik görürük. Yaxşılıq etməyə, yaxınlarınızı sevməyə tələsin.”

İbadət adətincə Yaradanı və İsa məsihi vəsf edən ilahi mahnılarla mədhlərlə davam edib.Bununla da qonaqlar evangelist kilsəsinin ibadət mədəniyyəti ilə tanış olub.

Sonda layihə iştirakçıları “Vineyard-Azərbaycan” kilsəninin icma üzvləri ilə dəyirmi masa keçirilib. Etnoqlobus” (Ethnoglobus.az) Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru Gülnara İnanc layihənin məqsədləri və əhəmiyyəti haqda danışıb. Azərbaycan Bəhai icmasının məhvil üzvü Azər Cəfərov gələcək planları qeyd edib.

Müzakirələrdə tolerantlıq mədəniyyətinin yayılması şərtləri, əhəmiyyəti və Azərbaycan nümunəsi müzakirə olunub.

Tədbirdə Azərbaycan Krişna şüuru icması, ölkədəki etnik və milli azlıqların nümayəndələri və alimlər iştirak edib.

fotolar: ethnoglobus.az

Read 123 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR