Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 17 Avqust 2018 00:00

Gülnara İnanc: "İnsanların həyata marağı itəndə həyatını davam etdirmək üçün motivasiyası qalmır."

Written by 

Son zamanlarda sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində intihar xəbərləri ilə tez-tez rastlaşırıq. Həmin şəxslərin sevgisinə cavab almadığı, maddi imkansızlığa, işsizliyə görə özünə qəsd etdiyi yazılır. Ali məktbələrə qəbul imtahanında istədiyi balı toplaya bilməyən abituriyentlər də çıxış yolunu intiharda görmüşdü. Ən dəhşətli hal odur ki, ölkənin ziyalıları, media nümayəndələri də bu yola əl atır və bunu sosial şəbəkələr vasitəsi ilə elan edir. Bir neçə həftə əvvəl yazıçı Cəlil Cavanşir canlı yayımda damarlarını doğramış, tanınmış jurnalist Səbuhi Məmmədli isə 2 gün öncə intihar edəcəyini “Facebook” hesabından elan etmişdi. İnsanların çıxış yolunu intiharda görməsinə səbəb nədir? Sosial şəbəkələr bu işdə nə kimi rol oynayır?

İnformator.az saytının suallarına mövzu ilə bağlı “Etnoqlobus” mərkəzinin direktoru, psixoloq Gülnara İnanc açıqlama verib.

G. İnancın sözlərinə görə isə, intihar hadisələrində mətbuat və sosial şəbəkənin hadisələri yaymaq üsulları önəmlidir.

-İntiharların sayının artmasına səbəb nədir? Bu həyəcan təbilidir? İnsanlar niyə intihara bu qədər meyillidir?

-Əvvəla onu qeyd edək ki, intiharların sayının artdığını doğru qənaət deyil. Pis tendensiyadır, bu isə başqa məsələdir. Bir şeyi çox görmək istəsən çox olacaq. Bu işdə mətbuat və sosial şəbəkənin hadisələri yaymaq üsulları önəmlidir. Baş vermiş hadisə quru kəlmələrlə emosiyasız verilməli, faciəvi notlar olmamalı, təbliğat xarakteri daşımamalıdır. Təəssüf əksər KİV-lər suisid hadisəsini bər-bəzəkli , tamaşa kimi təbliğ edir, başlıqları gurultulu yazır və cəmiyyətdə özünə qəsdi bir şou kimi təqdim edirlər.

Hazırda problemlərlə və ağır xəstəliklərlə üzbəüz olan bir insan bu şounun içində olmaq istəyir. Nəticədə suiqəsdə cəhd edir.

İntihara “oda”lar yazmaq intihar təbliğidir, çağırışdır. Daxili senzura və məsuliyyət olmalıdır. Əgər bu yazılar son həddə olan biri üçün intihar etmək üçün təkan ola bilər.

İnsan həyatını bitirməyə həqiqətən qərar veribsə , o , bunu sakitcə , kiməsə demədən edəcək. Belə bir addımın səbəblərindən biri genetik-nəslidir. Pasiyentlərim arasında yaxınları suisid etmiş insanlar da var. Onlar üzdə intihara səbəb olmadığını deyir, amma analizdən sonra məlum olur ki, nəsildə bir neçə adam intihar edib. Psixoloji problemlər sistemli və geniş araşdırılmalıdır.

-Yazıçı jurnalist, problemi olan-olmayan, ziyalı hər kəs intihara qaçır. Buna səbəb nədir? Bu məsələnin kökündə nə durur? Yalnız maddi vəziyyət insanlara pis təsir edir?

-Sosial müdafiənin formalaşdığı və iqtisadi vəziyyətin yüksək olduğu Avropa ölkələrində özünə sui -qəsdlərin faizi daha yüksəkdir. Deməli kasıblıq suisidin səbəbi deyil. İnsanların həyata marağı və məqsədi itəndə onun həyatını davam etdirmək üçün motivasiyası qalmır.

Özünə acımaq, ən bədbəxt, gərəksiz olmaq amili də səbəblərdən biridir. Burda eqonun rolunu görürük. Yəni mən vacib adamam , amma cəmiyyət mənim qədrimi bilmir. Beləsi özündən qəhrəman obrazı yaradır, ona acımalarını istəyir və bununla da özünü və cəmiyyətin gözündə bəraət almaq məqsədi güdür. Əksər hallarda sui-qəsdçi bunu şüuraltı proqramlarla edir.

 

-Sosial şəbəkələr insanlara bu qədər mənfi təsir edir? İntiharı kimisə şantaj vasitəsi hesab etmək olarmı?

İnsanların canlı ünsiyyətə ehtiyacı var. Müasir texnologiyalar insanları canlı təmasdan uzaqlaşdırıb və yadlaşdırıb. Kompyuter arxasında səmimilik yoxdur, riyakarlıq, saxtakarlıq insanları yorur, onların şüurunu daraldır. Sosial şəbəkədə "evlənir ", "boşanır" və "ölürlər".

Sosial şəbəkələrdə canlı intihar cəhdi, yaxud intihar etmək barədə anonslar əslində insanın özünə qəsd etmək niyyətində olmadığını deyir. Burda iki bir-biri ilə bağlı səbəb var: özünə diqqət çəkmək, mən də varam demək istəyi; ikincisi çiyninə yüklənmiş yükə gücü çatmadığı üçün onu başqalarına yükləmək.

Dərd paylaşanda azalır, odur ki, belə insan diqqət mərkəzində olmaqla öz probleminin neqativ enerji yükünü özündən atır və həyatını davam etmək gücü qazanır.

Nümayişkaranə intiharlar özünə diqqət çəkməklə yanaşı ,həm də şantaj vasitəsidir. Son dönəmlər ölkəmizdə bu yolla bəzi problemlərini həll etmək halları ilə rastlaşmışıq.

 

http://informator.az/news_2781.html

 

Read 139 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR