Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 17 Avqust 2018 00:00

“Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib.

Written by 

Avqustun 16-da Azərbaycan İlahiyyat İnstitutunda “Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu din siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, din sahəsinə, milli – mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verildiyini qeyd edib. Birinci vitse – prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun da bu istiqamətdə böyük işlər gördüyünü, dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu vurğulayıb. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının bu qayğı və diqqətin təzahürü olduğunu bildirib.

Sonra Azərbaycan İlahiyyat İnstitutunun silsilə maarifləndirmə tədbirləri həyata keçirdiyini vurğulayan rektor, bu günkü mövzunun elmi baxımdan əhəmiyyətinə toxunaraq vurğulayıb ki, tarixən köçəri mədəniyyətin nümayəndələri ilə oturaq mədəniyyətə mənsub xalqların baxışları arasında ciddi fərqlər mövcud olub. Belə ki, oturaq mədəniyyətdə yüksək mücərrədləşdirmə qabiliyyəti tələb edən elmlərin daha çox inkişaf etdiyini, köçəri mədəniyyətdə isə mücərəddlik tələb etməyən tarix kimi elmlərin önə çıxdığını görürük. Hər iki mədəniyyətin daşıyıcılarının din daxil olmaqla, müxtəlif anlayışlara yanaşma tərzlərinin də fərqli olduğunu qeyd edən rektor bu mövzunun məşhur İslam tarixçisi və mütəfəkkiri İbn Xəldunun “əl-İbər” adlı əsərinə yazdığı müqəddimədə bu mövzuya geniş şəkildə toxunduğunu bildirib.

Daha sonra seminarın məruzəçisi, İlahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov “Bədəvi” sözünün tarixi kökü və mənası haqqında ətraflı məlumat verib. Məruzəçi nitqində İbn Xəldundun bədəviliyi daha geniş mənada araşdırdığını, köçəri və kəndli qruplarına böldüyünü vurğulayıb. Həmçinin, daima bir yerdə həyat sürən kəndlilər və köçəri tayfaların hamısının bədəvi sinfini təşkil etdiyini bildirib.

Vüqar Səmədov digər bir mütəfəkkir Cavad Əlinin bədəviləri iki qrupa: “dəvahi bədəvilər və səhra bədəvilər”ə ayırdığını da seminar iştirakçılarının diqqətinə çatdırıb. O, mütəfəkkirin fikrinə əsasən, dəvahi bədəvilərin daha mülayim, anlayışlı, səhra bədəvilərinin isə kobud, sərt təbiətli olduqlarını qeyd edib. İbn Xəldunun isə bədəvilərin əxlaqını təriflədiyini, qapalı qəbilə toplumlarından sayılan bədəvilərin cəsur, igid, qorxmaz, mərd olduğunu bildirib.

Yekun olaraq, məruzəçi islamın meydana gəldiyi ilkin dövrlərdə Ərəbistan yarımadasında yaşayan qəbilələrin çoxluğunun məhz bədəvilərdən ibarət olduğunu, onların əsas xarakterinin qarşı çıxmaq, üsyan etmək, qəzəblənmək və döyüşkənlik kimi xüsusiyyətlərlə seçildiyini qeyd edib. Ümumiyyətlə, bədəvilərin əxlaqi keyfiyyətlərini müsbət və mənfi olmaqla iki qrupa bölündüyünü, müsbət əxlaqi keyfiyyətlərinin azadlığa meyl, comərdlik, cəsarət, məzluma sahib çıxma, əsas mənfi xüsusiyyətlərinin isə kobudluq olduğunu qonaqların diqqətinə çatdırıb.

Read 60 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR