Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 08 Avqust 2018 08:04

İnkişaf etmək üçün hərəkət etməlisiniz

Written by 
İnkişaf etmək üçün hərəkət etməlisiniz https://www.google.ru

Azdan başlamaq: Bu çox normaldır. Kuzə belə birdən-birə dolmur. Hər şey damla-damla çoxalır. Əgər səbrlisinizsə hər şey sizdə çox uğurlu alınacaq. Yadınızda saxlayın, uğur onu gözləyənə gəlir. Zəhmət çəkənləri tapır.

 Düşüncə: Düşüncəmiz hər şeyimizdir. Əgər insan beyni neqativlə, mənfi işlər və hərəkətlər haqqında düşünməklə yüklənibsə onu həyatı boyu mənfiliklər müşaiyət edəcək. Qarşımıza çıxanlar yaşantılarımızın, düşüncələrimizin məhsuludur. Doğru yaşamaq üçün, doğru düşünmək lazımdır!

Bağışlamaq: Nə qədər hiddətli olsanız belə bağışlamağı bacarın. Kini, nifrəti daxilinizdə boğun. Bu sizi başqalarından fərqləndirər, içinizə rahatlıq gətirər.

Etdiklərinizin səbəbi var: İnkişaf etmək üçün hərəkət etməlisiniz. Şöhrət, uğur, gözəl həyat tərzi, inkişaf, zəhmət çəkənlərin yanına gəlir.

Anlamağa çalışın: Biz həqiqət uğrunda mübarizə aparmağa yadırğamışıq. Öncə anlamağa çalışın, sonra başqasının sizi anlamasını istəyin. Özünüzdən başlayın. Dinləməyi, nəzərə almağı bacarın.

Özünüzə qalib gəlin: Özünə qalib gəlmək üçün nəfsinə, şüuruna, düşüncələrinə qalib gəl. Düşüncəniz sizin əlinizdədir. İnkişafınızın, gələcəkdə görmək istədiklərinizin xəritəsini beyninizdə cızın. Düşüncələriniz sizdən asılı olmalıdır. “Mən öz düşüncələrimi idarə edə bilərəmmi?” sualını verə bilərsiniz. Cavab belədir: - “Siz, bir sərçənin başınız üzərində uçmasına mane ola bilməzsiniz, amma başınız üzərində yuva qurmasna mane olmanız şübhəsizdir”.

Harmoniyada yaşayın: Harmoniya daxilinizdən gəlir. Onu kənarda axtarmayın. Harmoniya – yeni aldığınız avtomobil, ev deyil. Harmoniya daxilinizdə bərqərar olmuş sülh və əminamanlıqdır.

Xeyirxah olun: Şükr edin. Ətrafınızda olan insanlara sidq ürəkdən xoşbəxtlik arzulamağı bacarın. Başqası üçün dua etməyi bacarın. Başqası üçün sevinməyi, uğur diləməyi bacarın. Hirs zamanı insanı hissləri idarə edir, həmin anda səbrli olub güzgüyə yaxınlaşın. O qəzəbli insanı tanıyırsınızmı? Məgər o sizsinizmi? Bəs bundan öncəki, gözəl, həlim insan hanı? Müqayisə edin. Hansı yaxşıdır? Hər gün düşünün - yaşayırsınız. Salamatsınız.

Bəlkə də sizdən fərqli olaraq bu sabah kimsə oyanmayıb, bəlkə kimsə sonuncu dəfə əbədi yatıb.

Təşəkkür etməyi, minnətdarlıq etməyi bacarın. Geniş, mərhəmətli ürəyiniz sizi ucalardan uca edəcək.

Əminlik hissi: Əgər uğursuzluğa düçar olmusunuzsa səbəb nə etdiyinizi bilməmək deyil, bunun səbəbi öz bilgilərinizə arxayın olmamaq idi. Kiminsə istiqaməti, bilgilərinin əminliyi ilə deyil, özünüzə  güvən ilə hərəkət edin.

Səyahət: Həyat səyahətdir! Öz xoşbəxtliyinizi naməlum bir zamana planlaşdırmayın. Qarşınıza qoyduğunuz məqsəd uğrunda mübarizə aparın. Bu mübarizədə qalib gəlin. Gücünüzə inanın. Mən zəifəm, bacarmaram deməyin. Yaşadığınız həyat səyahətinin rəngarəng, maraqlı, sevinc dolu, xoşbəxtlik dolu olması sizdən asılıdır!

http://edebiyyatqazeti.az/news/proza/2174-hind-felsefesi

 

Read 102 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR