Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 09 İyul 2018 14:44

Əlvan dağlar obası -Xızı

Written by 

Xızı! Azərbaycanın bu füsunkar və tarixi cəhətdən maraqlı bölgəsinə səfər heç kəsi laqeyd qoya bilməz. Xızı rayonunun əsası XX əsrin birinci yarısında qoyulmuşdur. Rayon Bakıya hər yerdən daha yaxındır. Azərbaycanın Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi görkəmli şəxsiyyətlərinin kiçik vətəni olan Xızı görməli yerləri və bir çox əfsanə və rəvayətləri ilə zəngindir.

Xızının təbiəti rəngarəng və gözəldir. Onun böyük hissəsində yer alan bitki örtüyü o qədər də hündür olmayan, lakin insanı heyrətə gətirən dağlarla vəhdət yaradır. Dağların qeyri-adi rəngi geoloji süxurların müxtəlif qatlarının üzə çıxması ilə birbaşa bağlıdır. Bu, baş verən təbii proseslərin nağıl doğurduğu həmin o hadisədir....

   Həmçinin Xızıda əfsanəvi Beşbarmaq qayası yerləşir. Təbiətin özü yaratdığı bu abidə açılmış əli xatırladan cizgiləri ilə diqqət çəkir. Bu qaya qədim zamanlarda buradan keçən karvan yolunun üstündə yerləşir. Dağın zirvəsində Xıdır-Zində ziyarətgahı qərar tutmuşdur.

Yuxarıda qeyd edildiyi kimi, Xızının yerləşdiyi ərazi əfsanə və rəvayətlərlə zəngindir. Məsələn, bəzi fərziyələrə görə, məşhur türk "Dədə Qorqud" eposunun qəhrəmanı Xızı rayonu ərazisində yaşamış və dəfn edilmişdi. Həmçinin Roma imperiyasının 12-ci "ildırım sürətli" legionunun bura gəlişi qeyd olunur.

    Ta VII əsrə qədər Xızıda atəşpərəstlik inkişaf etmiş idi. Sonra yerli əhalinin islam dininə keçməsi başlandı.

Xızının mərkəzi hissəsinə yaxın yerləşən qədim Xələc kəndində, rəvayətlərə görə, Oğuz tayfası yaşayırmış ki, kənd indi məhz bu tayfanın adını daşıyır. Orada indiyə qədər Səfəvilərin simvolikasını əks etdirən Günəş təsvirli qəbirüstü daşları seyr etmək olar.

   Xızı ərazisində nisbətən yeniləri ilə yanaşı bir neçə qədim məzarlar da hələ qalmaqdadır.

  Bu məzarlara doğru gedərkən yolüstü Acı-Dərə adlanan yerə baş çəkməyə qərar verdik ki, burada təxminən XII əsrdə qanlı döyüş baş vermişdi. Adsız başdaşılarının sayından adamın nitqi tutulur və anlayırsan ki, "Aci dərə" adlanan bu ərazinin adı öz mahiyyətini doğruldur.

   Uzaq əcdadlarımızın "Yel piri" qəbiristanlığının ərazisi ilə bağlı adətləri bir çox sakinlər üçün hələ də yaşayır. Bura müxtəlif problemli, xüsusilə oynaq xəstəlikləri olan adamlar gəlir, qurbanlıq keçi balasını gətirirlər.

      Xızı bizim Azərbaycan Respublikamıızın çoxsaylı görməli yerlərindən biridir ki, burada təkcə dolğun təəssüratlar qazanmaq deyil, həm də əfsanə və rəvayətlərlə zəngin olan doğma torpağımızın keçmişinə baş vurmaq olar!

Tədqiqat və foto: Sabit Djodjulu

Müəllif: Ina Babayeva

Read 1684 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR