Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 09 İyul 2018 12:33

Azərbaycan Dövlət Dram teatrında “Günəşin qızı“ tarixi pyesi anşlaqla keçib

Written by 

«Tahirə Qürrətül-Eyn-200» layihəsi çərçivəsində  Azərbaycan Dövlət Dram teatrının səhnəsində “Günəşin qızı“ tarixi pyesi anşlaqla keçib.

Əsərin müəllifi və rüjissoru Kəmalə Əliyeva (Kəmalə Səlim Mülümqızı) müəllim, aktyorlar isə 16 təhsil müəssisəsinin tələbə və şagirdləridir. Tamaşanın aparıcısı Tale Bahai.

Tamaşanın prodüseri Maile Aslandır. Tamaaşa Azərbaycan Yazışılar Birliyi “Güney Azərbaycan” bölməsinin rəhbəri Sayman Aruzun təşəbbüsü ilə baş tutub.

Zərrintac Tahirə Qürrətül-Eyn İranın Qəzvin şəhərində doğulub. Əslən Azərbaycan türküdür.

O, şair, alim, hafiz, Quran'ın ilk qadın şərhçisi, natiq, nəinki şərqdə, hətta bütün dünyada gender bətabərliyi uğrunda mübariz qadındır. Zərrintac Tahirə dövrünün qaraguruhlarının tələbi ilə gizlin şəkildə edam olunub.

Tamaşadan sonra şıxış edən Sayman Aruz Zərrintac Tahirəni Nəsimi ilə eyniləşdirib: “Azərbaycan ədəbiyyətında poetik gücü, fəlsəfi baxışları nəzərindən Zərrintac Tahirənin əvəzolunmaz yeri var.”

Kəmalə Əliyeva və Maile Aslan bütün iştirakçılara və qonaqlara minnətdarlıq edib.

foto: ethnoglobus.az

Read 324 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR