Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 15 İyun 2018 05:35

“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr çərçivəsində Ukrayna səfirliyində görüş

Written by 

      “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin mətbuat xidmətindən www.ethnoglobus.az-a verilən məlumata görə,

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi“Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layi­hə­si Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və səfirliklərlə rəsmi sil-silə görüşlər keçirilərək davam edir.

      Layihədə nəzərdə tutulmuş növbəti görüş 13.06.2018-ci il tarixdə, Ukraniya Dövlətinin Azərbaycandakı səfirliyində keçirilib.

        Görüşdə iştirak edən, Ukraniya Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin 1-ci müavini xanım Valentina Volkova və Səfirliyin hərbi ataşesi polkovnik Yuri Oksyoneko, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova, sədr müavini Rauf Mükumov, birliyin mətbuat katibi Sevinc Axundov və Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun Prezidenti, Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”nın Ali Məclisinin Getmanının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi general-mayor Sərraf Orucovun iştirakı ilə görüş keçirilərək “QARABAĞ DÜNƏN VƏ BU GÜN” layihəsisəfirliyin əməkdaşları ilə müzkirə olub.

       “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri və layihənin direktoru, Tahirə Məmmədova səfirliyin işçilərinə həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində dünya ictimayətinə çatddırmaq üçün, Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri arasında təbliğat–təşviqat işləri apararaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və tarixi həqiqətlərimiz beynəlxalq ictimaiyyətinə çatdırmaqdır.

     Tahirə Məmmədova xusis ilə statistik məlumatlarla bildirdi ki, 1988-1993 və 2016-cı illər ərzində Ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən dövlətlərin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox adam (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Ermənistanda yaşayan 300 min nəfərə yaxın azərbaycanlı öz doğma yurdlarından son nəfərədək zorla qovulmuşdur. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır. Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların  taleyi bu günədək məlum deyil.

       Görüşdə iştirak edən Sərraf Orucov qeyd edərək bildirdi ki, Ukrayna xalqı Azərbaycana olan sevgisini nümayiş etdirərək könüllü olaraq, Azərbaycanın Milli Ordusunda xidmət edərək Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 2 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.

     26 ildən artıqdır ki, bu  ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar. Güllə, mərmi atəşləri altında qorxulu, həyacanlı günlər yaşayarlar, dinc əhalimiz hər gün şəhid verir.

     Bu gün dünya dövlətləri və xalqları arasında Azərbaycan dövləti və xalqı kimi eyni oxşar probləmlə üzləşərək çox saylı qırğınlarla münaqişəyə məruz qalmış dövlətlərdən biri də, Azərbaycan xalqına dost dövlət sayılan Ukrayna dövləti və xalqıdır.

   Uk­­ray­­na dövlət orqanlarının rəsmi statistik açıqladığı məlumatına əsasən Uk­­ray­­nada 45176 nəfər Azərbaycanlı soydaşlarımız yaşayır və Ukraniya –Azərbaycan əlaqələri sürrətlə inkişaf edir.      

      Səfirinin 1-ci müavini xanım Valentina Volkova Səfirliyin rəhbərliyi adından qonaqları salamladı. Sonra o, Ukraniya Dövlətinin dost öklə kimi həmişə bütün sahələrdə, xüsusilə də Qarabağ mövzusunda hər an Azərbaycan dövlətinin yanında olduğunu və Azərbaycana dəstək verməyi, dayaq olmağı özümüzə müqəddəs borc bilirik” deyərək öz fikirlərini səmimi şəkildə ifadə edib.

   Xanım Valentina Volkova məlumat üçün eyd etdi ki,   2014-cü ilin aprelindən, Ukraynanın  Donetsk və Luqansk  regionlarında baş verən və bu gündə davam edən Donbass müharibəsi nəticəsində şəhər və qəsəbələrə bombalar yağdırılaraq dağıdımışdır. 10 minlərlə Ukrayna vətəndaşı öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, 10 mindən artıq Ukrayna vətəndaşı həlak olmuş, minlərlə mülki vətəndaşlar yaralanaraq əlil olmuşdur. Bir o qədərdə o biri tərəfdə həlak olanlar  vardır.  Bu gündə Donbasda, dugər şəhər və qəsəbələrdə bombalar yağdırılır, hər gün günahsız dinc əhali qırılır və əhali hər gün güllə, mərmi altında qorxu həyacanlı günlər yaşayır, bəzən həlak olurlar.

     Xanım Valentina Volkova çıxışınında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təsüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. Sonra o, iki dost ölkə haqqında ətraflı söhbət və geniş müzakirələrdən sonra səfirlik nümayəndələri qonaqlara Ukrayna və Azərbaycanın işıqlı gələcəyi naminə haqq və ədalətin bərpa olunması, iki dost ölkənin münasibətlərinin qorunub saxlanması və gələcəkdə bütün sahəlrdə inkişafı üçün əllərindən gələni edəcəklərini vurğuladı. 

Maraqlı və səmimi söhbətdən məmnun qalan cənab səfir görüşdən şad olduğunu bildirdi və birliyin işlərində uğurlar arzuladı. Səfirliyin rəsmiləri AİMƏİB-in sədri Tahirə xanıma layihəni dəstəklədiklıərini və gələcəkdə də bu xətt üzrə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.


Read 158 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR